”Xəzər Lənkəran”ın gənc ulduzunu yaxından tanıyaq

Elnur Cəfərov… 17 yaşlılardan ibarət Azərbaycan millisinin hər qələbəsində onun imzasının olmasına, rəqib komandaların çalışdırıcılarının onun haqqında söylədiyi xoş fikirləri eşitməyə artıq öyrəşmişik. Son olaraq Litvada keçirilən “Palanqa” turnirində “Ən yaxşı hücumçu” seçilib millimizin qələbələrində böyük pay sahibi olan gənc forvard bu gün əvəzedicilərin çempionatında keçirilən V turun “Qəbələ” – “Xəzər Lənkəran” matçında da “Xəzər Lənkəran”ın ilk qolunun müəllifi oldu. Elnur “Xəzər Lənkəran”ın rəsmi saytına verdiyi müsahibədə qısa da olsa onu yaxından tanımağımıza yardımçı oldu.

– Elnur, futbola ilk gəlişin necə baş verdi?
– İlk dəfə futbolun sirrlərinə 9 yaşım olanda yiyələnmişəm. Lənkəran UGİM-in nəzdində Habil müəllimin məşqçiliyi altında futbolda ilk addımlarımı atdım. Daha sonra Teymur müəllim də püxtələşməyimə yardımçı olub. Lakin mənim üzərimdə böyük zəhməti olan müəllimim-məşqçim “Xəzər Lənkəran”da Məhərrəm Bağırov olub. Artıq 10 yaşımdan “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında çıxış edirəm. Düz 5 ildir “Xəzər Lənkəran”dayam. Doğma komandamızın mənim futbolçu kimi yetişməyimdə böyük payı və rolu var. Buna görə də klub rəhbərliyinə minnətdaram ki, hər bir futbolçunun böyük arzusu olan milli komandanın formasını daşımağa qədər yüksəlib istəyimə çatdım.
– Millidən söz düşmüşkən, neçə yaşından milliyə çağrılırsan?
– 14 yaşım olanda Azərbaycan millisinə çağrıldım. Amma məndən iki yaş böyük olan U-16-ya. Təbii ki, nə qədər çətin olsa da məndən yaşda böyüklərin arasında itib-batmadım və özümü göstərə bildim. Artıq U-17-nin şərəfini qoruyuram. Ümid edirəm bu templə davam edib əsas millimizin də şərəfini qoruyacağam.
 
– Bir neçə gün əvvəl başa çatan və Litvada keçirilmiş “Palanqa” turnirində də qollarını sıraladın və millimizin mükafatçılar sırasına düşməyində böyük pay sahibi oldun…
-Elədir! Amma qələbədə bütün komanda yoldaşlarımın payı var. Bu turnirdə “Ən yaxşı hücumçu” mükafatını aldım. Qollarımı da valideynlərimə və məni bu səviyyəyə çatdıran “Xəzər Lənkəran”a həsr edirəm.
– “Xəzər Lənkəran”ın əsas heyətində özündən yaşda böyük futbolçularla bir sırada olmaq, onlarla bir məşqlərdə iştirak etmək sənə çətinlik yaratmır ki?
– Açığı ilk günlər heç öyrəşə bilmirdim. Amma komanda yoldaşlarım mənə kiçik qardaşları kimi münasibət göstərib sıxılmağa qoymadı. Əsas komanda ilə xariçi ölkələrdə toplanışlarda olmaq da yetişməyimdə, futbolçu kimi artırmağımda həlledici oldu. Söz yox ki, mən bu yerdə millimizin məşqçilərini də unutmuram.
– “Xəzər Lənkəran”da ən bəyəndiyin, örnək götürdüyün futbolçu kimdir?
– Rahid Əmirquliyev! Onu bir insan və futbolçu kimi çox bəyənirəm.
– Con Toşak kimi tanınmış bir məşqçi ilə çalışmaq necə duyğudur?
– Çox məsuliyyətli olmaq gərəkir. O, gənclərə inanan və yer verən məşqçidir. Mənə də tez-tez öz tövsiyyələrini verir. Çalışıram bütün tapşırıqlarını düzgün yerinə yetirib əsas komandada möhkəmlənim.
– Son olaraq ən böyük arzunu bilmək maraqlı olardı…
– Ən böyük arzum “Xəzər Lənkəran”ın heyətində “Neftçi”yə qol vurmaq, “Xəzər Lənkəran”ın əsas heyətində daimi çıxış etmək və buradan Avropaya gedib ölkəmizi layiqincə təmsil etməkdir.
Mənbə: lankaranfc.com

8 thoughts on “”Xəzər Lənkəran”ın gənc ulduzunu yaxından tanıyaq”

  1. Sizin yeni saytiniza ugurlar!!!
    **********************************************************
    Temirlan bəy, xoş arzularınıza görə təşəkkür edirik!

  2. UĞurlu və üzün ömürlü olsun!!!!!!!!!!!!!!!!!!!
    ******************************************************
    Rakif müəllim, sizin kimi ağsaqqal azarkeşimizin xeyir-duasına həmişə ehtiyacımız var. Allah belə xeyir-dualarınızı əskik etməsin. Yəni uzunömürlü olasınız və sağlam olasınız. Həmçinin çox sevdiyiniz “Xəzər Lənkəran” qoy həmişə sizi sevindirsin!

  3. Size yeni saytda uqurlar arzulayiram.Xezerin her qelebesini Sizden eşidek.Yeni saytda yeni qelebelerle!.Xeyirli ve uqurlu olsun!
    *********************************************************************
    Zefer bəy xoş arzularınıza görə sizə təşəkkür edirik! Həm də arzu edirik ki, hamımızın sevimlisi olan “Xəzər Lənkəran”ın qələbələri Ogözəl məkan olan Lerikin sərin və şəfalı bulaqlari kimi ürəklərimizi və əsəb sistemimizə sığal çəkərək sərinlətsin.

  4. Inşallah!-Men sizin xoş arzularinizin tezlikle heyata kecmesini duşunurem.Allahin kömekliyi ile sevinerik.Bizim sevinmeye haqqimiz var.Biz könul vemişik bu kamandaya öz isteyimizle.Ona göre menevi cehetden sevinmek bize yaraşir.Buna ise lap az qalib.

  5. Qedemleriniz uqurlu olsun.Hemishe Xezer Lenkeran Severlerin xosh xeberlerinizle sevindiresiniz. Amin!
    ****************************************************************************
    Qədəmləriniz deyəndə, yəqin ki, saytın yeni versiyasını nəzərdə tutursuz. “Bosman” fanklub olaraq 4 ildən artıq bir müddətdə və 3 ildən çox bir müddətdə http://bosman.at.ua saytı vasitəsilə fəaliyyət göstərib. Xoş arzularınıza görə təşəkkü edirik. Ümidvarıq ki, sizin dediyiniz kimi bundan sonra komandamız daim bizi sevindirəcək. Biz də sizinlə bərabər bu bayram tipli xəbərləri paylaşacağıq. Təşəkkür edirik Shahin bəy!

Comments are closed.