“Xəzər Lənkəran” Premyer Liqanın XVII turunda qarşılaşacağı “Rəvan”la oyunun hazırlıqlarına başlayıb. Əldə olunan məlumata görə komandamız dekabrın 10-da səhər saat 10:00-da Bakıda bir araya gəlib. Komanda bir saat sonra T.Bəhrəmov adına stadionda məşqə çıxıb. 15-dəqiqəlik isinmə hərəkətləri ilə başlayan daha sonra qısa ötürmələr və cinahlardan asmalar üzərində çalışmalarla davam edən ardından isə iki tərəfli oyunla yekunlaşan hazırlıq prossesi 1-saat 20-dəqiqə sürüb. Qeyd edək ki, “Xəzər Lənkəran”ın məşq planı yenidən dəyişib və komandanın bu gün doğma şəhərə dönəcəyi gözlənilir.
Mənbə: 12cioyuncu.info