"Xəzər Lənkəran"da nə var, nə yox…

Yanvar ayının ilk günlərində Türkiyəyə, qış ərəfəsi üçün təlim-məşq toplantısına yollanan “Xəzər Lənkəran” bir neçə məqsəd qarşısına qoyub. Bunlardan ümumi hazırlıq,  yoxlama oyunları və çatışmayan mövqelərə yeni futbolçular, cəlb etmək. Hazırda təlim-məşq prosesini ruh yüksəkliyi ilə Antalyada davam etdirən komandamız, digər məqsədləri üçün də çalışmalarını davam etdirir.
Belə ki, aldığımız məlumatlara görə təlim-məşq ərəfəsində hələ ki, işlər uğurla və yüksək əhval ruhiyyə ilə davam edir. Lakin yoxlama oyunlarının nə vaxt və kiminlə olacağı məsələsinə tam aydınlıq gəlməyib. Mustafa Denizli başda olmaqla məşqçilər korpusu bu haqda fikirləşir və uyğun rəqib seçimi edirlər. Çox güman ki, bu rəqiblər Türkiyənin “Gənclərbirliyi” və “Rizespor” klmi komandaları olacaq. Qısa olan qış təlim-məşq dövrü elə bu iki yoxlama oyunları ilə yekunlaşacaq.
Komandanın gücləndirilməsi baxımından da işlər davam etdirilir. Belə ki, məşqçilər korpusu bir neçə namizəd futbolçu arasında seçim aparırlar və hansılara üstünlük veriləcəksə, onlar da düşərgəyə dəvət olunacaq. Onların kimliyi haqqında məlumat hələ ki, verilmir. Amma yoxlama oyunlarında sınananacaqları bəllidir. Hələlik yenilik bu qədərdir və məlumat alacağımız təqdirdə xəbərləri oxucularımıza çatdıracağıq.

8 thoughts on “"Xəzər Lənkəran"da nə var, nə yox…”

  1. Hər vaxtınız xeyir, Mirhafiz müəllim! Hər gün demək olar əksər idman saytlarını ələk-vələk edirəm ki, “Xəzər Lənkəran” haqqında yeni-yeni məlumatlar əldə edim. Heç bir maraq kəsb etməyən xəbərlər da daxil olmaqla açkar məlumat qıtlığı hökm sürməkdədir. Mənə elə gəlir ki, komandaya yeni legionerlərin cəlb edilməsi adəti üzrə yenə gecikir. Belə getsə yeni alınacaq legionerlərin də komandaya uyğunlaşma prosesi xeyli vaxt aparacaq. Buda ümumiyyətlə komandanın əleyhinə işləyən amildir.
    *****
    Axşamınız xeyir, Qabil bəy! Zəfər bəyin şərhinə cavab vermişik. Onun da gileyi sizin və əksər azarkeşlərininki ilə üst-üstə düşür. İnformasiya qıtlığında həmişə yalan və şayiələr ayaq açır. Buna da səbəb “12cioyuncu.info” saytının və bizim saytın müəyyən üzrlü səbəblərdən operativ çalışa bilməməsidir. Bu vəziyyət bir daha göstərir ki, doğru xəbərin mənbəyi hardadır. Göstərdiyimiz saytlar operativ işləyərkən, nə azarkeşlərimiz bu qədər çaşqın və nigaran vəziyyətə düşmürdülər, nə də bu qədər əsassız şayiələr yayılmırdı.

  2. “Xəzər-Lənkəran”-da nə baş verəcək deyə, biz azarkeşlərdə səbirsizliklə gözləyirik.Bir sira məlumatlar var idi ki ,bunlar təsdiqini tapmadi.Məşqcilər korpusunda gözlənilən dəyişiliklərin olmamasi amma əvvəl bu barədə informasiyalarin getməsi azarkeşlərdə caşqinliq yaradir.Qişda lazimi transferlərin olub-olmamasida birmənali qarşilanmir.Bəzi saytlarin xəbər lentinin doldurmasi ucun dezinformasiya xarakterli məlumatlari XL azarkeşlərin aqresivliyinə səbəb olur.İndiki anda sadiq azarkeşlərin dolğun xəbərlərə ehtiyaci var.Nədənsə informasiya azliği “Xəzər Lənkəran “da hiss olunmaqdadir.Buda azarkeşlərimizə mənfi təsir edir və bəzi saytlarda reytiq xatirinə bundan faydalanirlar.Nəticədə yenə “XL” və onun azarkeşləri uduzur.Bu yerdə kinolarimizin birinin finalinda deyildiyi kimi—“kimdi gunahkar, mən, o, yoxsa bizi bu gunə qoyan…PFL ,Affa..?Indi siz deyin!-Onu bağişlamaq olarmi?
    *****
    Zəfər bəy, biz ucuz reytinq yığmaqla heç vaxt məşğul olmamışıq. Bu bizim əqidəmizə ziddir. Xəbərdə səhih məlumat qeyd olunub. Zatən gedişat da elə bu cür olduğunu göstərir. Siz çox düzgün qeyd etmisiniz ki, informasiya mənbələrində bir-birini təkzib edən və doğru olmayan xəbərlər dolaşmaqdadır.

    • Muəllim salam!-Mənim gileyim hecdə sizə və 12-ci oyuncuya aid deyil.Mən bu saytlarda şərh yazanda yəqin bilirəm ki, duzgun unvandayam və bu sizə,hşmcinin 12-ci oyuncuya böyuk hörmətim var.Gileyimin əsas səbəblərinin bir qismini Qabil bəyə verdiyiniz cavabda əsaslandirmisiniz amma mənim ”kimdi gunahkar, mən, o, yoxsa bizi bu gunə qoyan…PFL ,Affa..?Indi siz deyin!-Onu bağişlamaq olarmi?”-sualim və cavabsizliğim aciq deyə bilmədiyim azarkeş naraziliqlaridir.Bu naraziliqlarin əsasini sizdə bilirsiniz ki ,kamandamizin yaxşi gunlərində yaranib.Mən deyərdim ki, paxilliq və gözgöturməməzlik kamandamizi bu gun’ qoydu.Rednikin gedişi ilə uğursuzluqlarimiz başladi.Bu uğursuzluqlarin fövqundə giley-guzarim elə o sualda cəmlənib.Bizim hamimizin gunahi var,ancaq kiminsə az, kiminsə lap cox.Adini cəkmək istəmədiyim saytlar birbaşa bizə ziyan vurur.Səbəbləridə yazmasam olmur; saytlarin birində yazilmişdi ki ,Lənkəran azarkeşi Redniki dahiləşdiriblər.Əgər bilsələr ki, Rednik gəlir,cox adam ayaqyalin onu qarşilamağa gedər.****** Muəlim!-Əgər bir insan sevdiyini görməyə tələsəndə, sevincindən ayaqyalin onu qarşilayirsa, burda nə qəbahət var?. Lənkəran azarkeşi kimin kim olduğunu yaxşi bilir.Rednikin yaxşi məşqci və gözəl insanliği onu bizə sevdirib.İkincisi cixib indi cempianatimizin “XL”-siz mənasiz olduğunu deyirlər.Dunənə kimi səhifələrində kiməsə “qəssab”-deyənlər bu gun həmin adami “qəhrəman”-kimi təqdim edirlər.Bu o saytlarin şəxsi işidir, öz əqidələridir və özləri bilərlər.Lakin kusulu azarkeşlərimizi dezinformasiya məlumatlari ilə birazda kusdurmək istəməkləri və bunun başinda kimlərin qaldiğini,həmcinin sifarişlə yazilan yazilarin artmasi sadə azarkeşdə gunahkarin axtarmağina gətirib cixardir.Həmin gunahkarlarin sapi özumuzdən olmalarini biləndə ,filmlərimizdən “onu bağişlamaq olarmi”-suali yaranmirmi?.Onlar kimlərdir,onu zaman aciqlayacaq.Mən fikrimi qisa dedim amma cox danişmağinda yeri yoxdur.Allah özu hamimizin köməyi olsun!
      *****
      Zəfər bəy, əstəğfürullah biz, sizin nə bizi, nə də “12cioyuncu.info” saytını nəzədə tutduğunuzu iddia etməmişik. Əksinə dediyinizdən və dediyimizdən anlaşılır ki, eyni fikirdəyik. Bu başqa cür ola da bilməz. Siz artıq özünüzü müsbət mənada sübut eləmiş bir insansınız. Dediyiniz kimi komandamızın əleyhinə işləyən ayrı-ayrı “güclər” də var, bir mərkəzdən idarə olunan “güclər” də, həmçinin sapı özümüzdən olan baltalar da. Amma bunların ən pisi özümüzdən olan baltalardır. Özümüzdən olan baltaları bağışlamaq bizcə, düzgün deyil. Əgər bir neçə dəfə bağışlanmaqdan nəticə çıxarmırsa. Nəticə çıxarmırsa, o artıq bizdən deyil. Bizdən olma şansını itirmiş biridir və ya biriləridir. “Onu bağışlamaq olarmı?” əfv yönlü düşüncə isə birinci səhvdən sonrakı vəziyyətə aiddir, Zəfər qardaş. Siz də bu fikirlərə münasibət bildirsəz məmnun olardıq.

      • Təşəkkur edirəm!-Həyatda elə şeylər olur ki, onu bağişlamaq olur.Bunun səbəbləri muxtəlif ola bilər.Lakin elə səhflərdə olur ki ,onu tarix öz səhifələrində bağişlaya bilmir.”Xəzər Lənkəran”-nin hər gunu tarixə yazilir elə bizim şərhlərimizdə.Ola bilsin ki ,bu gun mənəvi əzab cəkən azarkeşlərimizin narahatciliqlarini vecinə almayanlari sabah elə o “başbilən”lər bağişladi.Onlar ki ,bu səhfləri ilə özlərinin paxirlari ilə öyunurlərsə, onda bağişlamaq cox cətin olar.Axi hər şeydən əvvəl Allah var.
        *****
        Öz şəxsi maraqlarından yaranan belə ambisiyalı adamlara, əslində saf və təmiz niyyətli azarkeşlərin qəlbində yer yoxdur və geci-tezi ifşa elə özləri-özlərini ifşa edirlər.

  3. Hər vaxtiniz xeyir!.”Xəzər Lənkəran”- ona görə əzəmətlidir ki,bu bölgənin ağsaqqalindan tutmuş ağlikəsən cavanina kimi haminin urəyi sevimli kamandasi ilə döyunur.Son zamanlarda kamandamizda başverən yenilikləri izləməkdə cətinliklə uzləşdik.Ən cox muraciət etdiym 12cioyuncu sayti bir necə gun ,Bosman.az sayti uzrlu səbəbdən operativ məlumatlar verə bilmədi.Biz azarkeşlər məlumat toplamaq ucun bəzi qeyri-ciddi saytlara uz tutduq.Hər gun məlumatlari təzələyən və hər kecən gundə verdikləri məlumatlari təkzib edən xəbərlərlə biz azarkeşlərdə caşqinliq yaratmağa başladilar.Bu aqresiya yaratdi və bu saytimizda gedən şərhlərdədə özunu görsədir.Kamandamizin Rednikdən sonra hec bir transferi biz azarkeşləri qane etməyib.Bir-iki transferləri nəzərə almasaq,bunlarda stabil oyun həmişə görsədə bilmirlər.Mustafa Dənizli öz ölkəsində sevilən məşqcilərdəndir,elə Toşakda az şöhrətə malik deyildi.Futbolu meydanda futbolcu oynayir, məşqci yox.Bu futbolculari biz taniyiriq və bacariğlarinida bilirik.Bir görməklə oyuncu dəvət etmək peşəkarliqdan uzaqdi.Bu Messi və Ronaldo ,yada dunyada taninan oyuncu deyil ki, ilk baxişda kamandaya dəvət edəsən.Limit haqq-hesabini hami bilir ,elə “lipa”larida taniyanlar tapilar.Yaziq Toşaki bədbəxt etdilər ,indidə Mustafa Dənizlidən yapişiblar.Hansi məşqci öz kamandasinda guclu oyuncu görmək istəməz!?-deyərsiniz ki, hami istəyər.Qovulan oyunculara sərf olunan vəsaitlə məgər Runi yada ondan səviyyəli oyuncu almaq olar???.Mustafa bəydə qoyub qacmasa yaxşidir. “Rəvan” klubunda baş verənlər bir siqnaldir.Belə getsə özunəhörmət qoyan hec bir məşqci Lənkərana gəlməz.Klub prezidenti saytlarda deyir ki ,lazimi transferlər olsun.Lakin cox muəmmali transferlərin olmasi azarkeşi caş-baş salir.Bu oyunculari görəsən həqiqətən məşqci secir!!??- Cənab Toşak!-Nildo və Benoahunu məgər sən bəyənmişdin?. İndidə ay Mustafa,vay Mustafa!.-Turkiyəyə sadiq azarkeşin imkani yoxdur getməyə,hec buna ehtiyacida yoxdur.Əvəzində peşəkar transfer edin ki ,qarda və yağişda əllərini ovuşdura-ovuşdura sizə dayaq olan daimi azarkeşiniz olsun./12cioyuncudan/

  4. Hamınızı Salamlayıram! Zəfər qardaşıma yazdığı düşündürücü şərhlərə görə, Mirhafiz müəllimə isə o şərhlərə mükəmməl cavablar yazdığına görə minnətdaram. Bizə doğma olan “Bosman.az” və “12-ci oyunçu” bir daha sübut etdi ki, komandamız haqqımda yayılan müxtəlif informasiyaların həqiqiliyi yalnız bu iki sayta aiddir. Bizə bəlli olan səbəblərdən hər iki saytımızda yaranan qısa fasilədən istifadə edən qeyri saytlar kökü olmayan xəbərləriylə azarkeşlərimizi çaş-baş salmaqla öz işlərini gördü və hazürda yenə görməkdədir. Azarkeşlərimizin hamısına şamil edə bilməsəmdə amma, həssas azarkeşlər doğrunu yalandan ayırmağı bacarır. Məsələn, o saytlar məni bir dəfə aldada bilər əgər ikinci dəfə aldansam deməli problem mənim özümdədir. Birdə ki, o saytların “Xəzər Lənkəran”dan yazdığları dezinformasiyalar haqda ən çox şərh yazanlardan biri də özüməm. Bu mövzuya ilk şərhi yazanda da əsla “Bosman.az”ı və “12-ci oyunçu”nu nəzərdə tutmamışam. Bilə-bilə ki, doğma saytlarımda məlum səbəblərdən bir az informasiya qıtlığı yaranıb və bunu Sizlərə şamil edə bilərdimmi?…
    *****
    Salam, Qabil bəy! Biz sizi gözəl başa düşürük.

  5. Salam Hörmətli Mirhafiz bəy ,komandanın mətbuat katibi də heç bir məlumat vermir ,axı.Dənizli də transfer etmək istəmir ,Deyir ki mən bu işə qarışmiram .Bu necə olan işdir ?Əgər məşqçi transfer işinə qarışmılrsa .Deməli bizi eyni aqibət gözləyir .
    Transferi Tuyqunun öhdəsindədir .Rednikdən başqa hamısı yalandır ,O özü məşğul idi bu işlə .Onu torbası da buna görə tikildi .Belə çıxır ki Dəniz müəllimdə ,digərlərinin =aqibətini yaşayacaq.
    *****
    Hörmətli “R. S.”, bəlkə Denizli transferlərin maliyyə işinə qarışmamasını nəzərdə tutur. Belədə o, düz edir. Yox əgər siz qeyd etdiyiniz kimi ümumiyyətlə, transfer işinə qarışmıram tipli açıqlama verirsə, deməli, onda vəziyyət tünd olacaq. Belədə o istədiyi futbolçuları almaqda hər hansı bir maneə ilə rastlaşıbsa və bu işi klubun öhtəsinə qoymaq məcburiyyətində qalıbsa, deməli, hər hansı bir məsuliyyət daşımayacağını da klubun nəzərinə çatdırıb və o biri məşqçilərin taleyi hörmətli Denizlini də gözləyir.

  6. Məncə 10 yaşlı “Xəzər” bala da doğulandan hansısa bir xəstəliklə döğulub və valideyinləri də buna ciddi yanaşmır.Bu da onların balasını nələrərin gözlədiyini bilmirlər.həkimimz də bunları deyir ,reseptini də yazıb.
    *****
    Afərin, səd afərin, belə obrazlı yanaşmaya.

Comments are closed.