”Xəzər Lənkəran”a ikinci rumın yarımmüdafiəçi gəldi!

22 yaşlı rumın futbolçu Petre Katalin Doman bu gün “Xəzər Lənkəran” kubuna keçməsi ilə əlaqədar iki illik müqavilə imzalayıb. Petre Katalin 18 yaşından professional futboldadır. O, sol yarımmüdafiəçi mövqeyində oynayır və eyni zamanda sağ yarımmüdafiədə də özünü sərbəst hiss edir.
Bu futbolçu 19 yaşlılardan ibarət Rumıniya milli yığmasının üzvü olub və bu qismdə 6 oyunda iştirak edib.
Klubumuza gəlməzdən qabaq Petre Katalin Doman Rumıniyanın “Daçia” (Mioveni) və “FC Argeş” (Piteşti) komandalarının şərəfini qoruyub.
Subaydır.
Mənbə: Lankaranfc.com
 
Arxiv: Bosman.at.ua