"Xəzər Lənkəran" XXIII tura doğru

Dünən “Bakı” ilə oyunda Mustafa Dənizlinin başçılığında ilk məğlubiyyətini alan “Xəzər Lənkəran” istirahətsiz hazırlaşacaq. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə komandamız bu gün saat 11:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq. “Bakı” ilə oyunu ehtiyat skamyada keçirən eləcə də sonradan əvəzetmə ilə meydana daxil olan futbolçuların qatılacağı hazırlıq prossesi zamanı oyunda iştirak edən futbolçular bazada qısa müddət ərzində istirahət edəcəklər. Məşqin ardından komanda günorta yeməyində yenidən bir araya gələcək. Saat 13:30-da isə komandamız tam heyətlə Lənkəranı tərk edərək Bakıya yollanacaq.
12cioyuncu.info saytının əldə etdiyi digər məlumata görə isə “Xəzər Lənkəran” paytaxta çatdıqdan sonra “Sheraton Hotel Baku”-da məskunlaşacaq. Binə hava limanı yaxınlığında yerləşən bu otelin seçilməsində məqsəd, şəhər mehmanxanalarından fərqli olaraq “Sheraton Hotel Baku”-nun “AZAL Arena” stadionuna daha yaxın məsafədə olmasıdır. Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXIII turu çərçivəsində fevral ayının 23-də “AZAL Arena” stadionunda AZAL klubunun qonağı olacaq. Saat 17:00-da start fiti səslənəcək qarşılaşma “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

7 thoughts on “"Xəzər Lənkəran" XXIII tura doğru”

  1. Salam, Mirhafiz müəllim! İndiyə kimi ev oyunlarında öz azsaylı azarkeşini stadiona biletsiz buraxan “Azal” komandası yeni üsula əl atıb. “Xəzər Lənkəran”la oyununa bilet çap etdirərək biletin qiymətini də 3-manat edib. Sonuncu “Azal”-“Qarabağ” oyununda biletsiz iki komandanın oyununa cəmi 500-tamaşaçının gəlməsini nəzərə alsaq, nəticə etibarı ilə bu amil komandamızın oyununa hesablanıb. birincisi, biletin qiymətini artırmaqla “Xəzər Lənkəran”ın Bakı və Bakıətrafı ərazilərdə yaşayan azarkeşlərinin sayını nisbətən azaltmaq. İkincisi isə “Xəzər”li azarkeşlərin bu oyuna marağını nəzərə alıb əlavə pul qazanmaq fikrinə düşüblər. Bu versiyalardan hansısa ola bilər və ya başqa versiyalar da mövcuddur.
    *****
    Salam Qabil bəy, AZAL-ın oyununa biletin qiymətinin neçəyə olması haqqında məlumatsızam. Onsuz da neçəyə olsa, gedən, gedəcək. Əksər “Xəzər Lənkəran” azarkeşi buna fikir verən deyil. Onlar da məhz bu faktoru əldə bayraq tutub istədikləri oyunu biletsiz və istədiklərini də baha qiymətə sata bilərlər. Qorxuram bu işdə bizimkilərin də marağı olsun və yad meydanda bunu təcrübədən keçirsinlər.

  2. Futbolçularımız bir -bir sıradan çıxırlar .Elnur Abdullayev ,Rahid.Rasim .Pit ,Vəziyyət heç də ürak açan deyil.
    *****
    Ümid edək ki, futbolçularımızın zədəsi ciddi olmaz və tezliklə komandadakı yerlərini alarlar.

  3. Hər dəfə kamandamizin oyun oynayacaği gun yaxinlaşdiqca həyacan artir.Bunun nədən yarandiğini bəlkədə cox azarkeş fikir vermir,sadəcə ‘ oyun gununu yadina salmağa calişir.Oyun oynanilan gun səhər yuxudan ayilan kimi özudə bilmədən gunun planini cizmağa başlayir və oyun saatina hec bir problem saxlamamağa calişir.Oyun gunu oyun saatini yadina salir və özudə bilmədən oyuna motivasiya olur.Onuda deyim ki, oyun saatini yadina salanda işdə əmək qabiliyyəti yuksəlir,bir sözlə adrenalin qanda artir. Birdə var ki…..
    Birdə var ki ,nəticə ilə maraqlanirsan.Bu ya “azarkeşlik” etdiyin kamandanin və ya digər kamandalarin nəticələri ola bilər.Ondada TOP-az yada duşur və hər şey realliqdan uzaq olan naməlum “obyekt”ə aparir.Allah qorusun!!!
    Kamandamizin “Baki” ilə oynunun Lənkəran TV vasitəsilə kopya edib və cox hissəsini sayta ling vermişəm. Oynu izləyə bilməyənlər ucun , oyun haqqinda təəsurat yaratmaq ucun ,bunu etmişəm.Səbəbdə ,o olub ki ,oynu yaxşi təhlil edə bilək.Hər bir azarkeşin futbola baxişi muxtəlif olduğu ucun ,mənimlə razilaşan və razilaşmayanda olar.Bu təbiidir.Razilaşmayanlarin fikrinədə hörmətlə yanaşiram.
    Kamandamizdan “Baki” ilə oynunda qələbə gözləyirdim amma bu reallaşmadi.Oyundan sonra videotəkrar yazilara dəfələrlə baxmişam.Bununla belə azarkeşlərimizin fikirlərinidə özum ucun analiz etmişəm və qənaətə gəlmişəm.
    1) Kamandamiz fiziki cəhətdən rəqibdən butun hallarda guclu idi.
    2)Kamandamizda oyuna köklənmək yox ,özundən raziliq hiss olunurdu.
    3)Kamandamizda anlaşmazliq var və bu böyuk xətalarla nəticələnir.
    4)Kamandamizda liderlik funksiyasini yerinə yetirən oyuncu azdir,daha sərt desək,yox dərəcəsindədir.
    Bu siyahini artirmaq olar amma realliğida nəzərə almaq lazimdir.İlyas adi verdiyimiz Elias deyəsən yerini səhf salib.Oyuncu Mbilla Etame kimi olar,gəldi,oynadi, fərqləndi və sevindi.Hamida onu dəstəkləyir və sevir.Bilmirəm bu nə uyğunlaşmadi.Biologiyada necə il bundan qabaq orqanizmin ətraf muhitə uyqunlaşma bəhsini oxumuşam və indidə yadimdadir amma bu Eliasin uyqunlaşmasindan anlamiram.Belə getsə belə bahali “kurk”un uyğunlaşmasi nisbi olar.
    Sonda onu deyim ki ,biz azarkeş olaraq oynu və oyunculari ayri-ayriliqda və təklikdə analiz edirik.Onlarin səhflərini və hazirliqlarini nəzarətdə saxlayiriq.Əgər “yekəbaşliq edənlər” olursa biz onlari secirik və qapini görsədirik.Bunu Eliasda bilməlidir və onuda bilməlidir ki ,bizdə bir mudrik sözdə var: Neynirəm qizil tasi…..icində qan qusam.Ona görə Eliasda öz töhfəsini verməlidir.
    Kamandamizda hələ hecnə itməyib amma hər şeyi itmiş kimi görsədirlərsə onda biz kimi qinayaq!?
    *****
    Zəfər bəy, azarkeş duyğularını çox səlist şəkildə göstərmisiniz. Elias (İlyas) haqda isə bəlkə belə demək istəmisiniz?
    Neynirəm qizil tasi…..
    İstəmirəm, İlyası!
    Amma mənə elə gəlir ki, Eliasla dil tapmaq və onu komandaya isnişdirmək olar. Bəlkə də o, onunla eyni stildə oynayıb, nəticə verən oyunçunu görə bilmir. Hər halda bunu məşqçilərimizin yoluna qoyacağına inanırıq.

    • Muəllim salam!-Belə cixir ki, kamandamizin qarşisina yalniz kuboku qazanmaq məqsəd kimi qoyulub və bu uğurlada avropaya getmək iddiasi irəli surulub.Avropaya gedən kamanda bu gun yerli cempianatda özunu subut etməlidir.Baş məşqciyə hec bir təzyiq yoxdur amma oyuncularimizda məsuliyyət hissi bir-iki qələbədən sonra özundənraziliq hissi ilə əvəz olunur.Avropada belə hallar bağişlanmir.Belə yazilar yazmağimda yalniz kamandamiza olan sevgidən irəli gəlir.Mən təsəvvur etdiyim bir kamandamin oynunu izləmək arzusundayam bə belə kamanda görmək istəyirəm.Əgər qismətdə varsa….görmək umidi ilə nikbinəm.
      *****
      Zəfər bəy, Mustafa Denizlinin təcrübəsi bu halların qarşısını almağa yetərlidir. Biz də ümid edirik ki, növbəti oyunlarda belə halların təkrarlanmasına baş məşqçi tərəfindən izn verilməyəcək və biz istədiyimiz oyunu görə biləcəyik. Elə o cümlədən nəticəni də.

    • Alaram qizil tasi,
      İstəyərəm İlyasi.
      Qələbə qolu vursun,
      Rəqib tutsun qoy yasi.
      Və ya!
      Neynirəm qizil tasi…..
      İstəmirəm, İlyası!
      Super-star olsada,
      Futboldan cixmir başi
      *****
      Və ya:
      İstəmirəm İlyası,
      Neynirəm qızıl tası.
      Bizə lazım olmadı,
      Altına qoysun tası.
      Üzr istəyirəm. Gəldi dedim.

  4. Axşamınız xeyir, DOKTOR! Mənə elə gəlir ki, builki ölkə çempionatındakı maraqlarımıza “Azal”la oyundan sonra aydınlıq gələcək. Qələbə qazandığımız təqdirdə intriqamız davam edəcək. “Şər deməsən, xeyir gəlməz!” Allah eləməsin məğlub olsaq, onda çempionatda hər şey bizim üçün bitmiş sayılır. Onda bir ümid qalır, nəyin bahasına olursa-olsun ölkə kubokunu qazanmaq.
    *****
    Qabil bəy, elə indicə bu mövzuya aid bir yazı saytımızda verdik.

Comments are closed.