“Xəzər Lənkəran” Futbol Klubu braziliyalı müdafiəçi Uilliam Tyeqo de Jesusla münasibətləri rəsmilşdirdi.
Karyerasına “Sergipe” klubunda başlayan Tyeqo, 2007-ci ildə məşhur “Qremio”nun heyətinə cəlb olunub. “Qremio” ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış etmiş futbolçu bu klubda olduğu müddət ərzində toplam 50-dən çox oyunda forma geyinib.
Bir mövsüm Yaponiyanın “Kyoto Sanqa” klubunda forma geyindikdən sonra müdafiəçi ölkəsinin “Bahia” və “Seara” klublarında oynayıb.
2013-cü ilin əvvəlində isə Tyeqo “Fiqeyrense” ilə anlaşıb. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu təqvim ili ərzində 40-dan çox oyunda əvəz olunmadan meydanda olub.
“Xəzər Lənkəran”la Tyeqo de Jesus arasında növbəti mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Mənbə: Lankaranfc.com
4 thoughts on ““Xəzər Lənkəran”, William Thiego de Jesus ilə anlaşdı!”
Comments are closed.
Muəllim!-Kamandamizda hucum xəttinin zəif olmasini və hucumcu problemini həmişə qabartmişam.Tyeqonun mudafiəci kimi kamandamiza kecidinə inanmişdim və bu real oldu.Nədənsə bu elias məsələsi gundəmə cixan gundən bu transferlərə inanmirdim və buda real oldu.Cox vaxt intusiyam məni akdatmir.Həm Tyeqo həmdə Blajevskini yaxşi transfer kimi qiymətləndirirəm.Qapiciya isə umidim nədənsə azdir.Hər halda kamandamizin gucunə guc qatildiğini duşunurəm.
*****
“Xəzər Lənkəran”ın hücum xəttində Nildo monopoliyası!?
Axşamınız xeyir DOKTOR! Komandamıza keyfiyyətli bir hücumçu mütləq lazımdır.
*****
Qabil bəy, lazımdır məsələsini demək olar ki, hamımız bilirik. Amma bu işdə əsas olanlar, bilməlidir!
Salam, Mirhafiz müəllim! Komandamızda hər hansı bir çatışmamazlıqlar olanda Siz həmişə ilk olaraq həyacan təbili çalırsız. Biz də saytlarda bu çatışmamazlıqları ardıcıl qeyd edirik ki, heç olmasa rəhbərlikdən kimsə oxuyub müsbətə doğru hərəkətə gəlsin. Əgər vaxtında rəhbərlik “Bosman.az”ın, “12-ci oyunçu”nun rəhbərlərinin və istifadəçilərinin tövsiyyə xarakterli yazılarını oxuyub öz işlərində bəhrələnsəydi bunun ümumilikdə “Xəzər Lənkəran”a ancaq xeyri dəymiş olardı.
*****
Salam Qabil bəy! Nə yazıq ki, azarkeşlərin fikirlərindən yararlanmırlar. Belədə adam lap həvəsdən düşür. Diqqətinizə görə isə ayrıca təşəkkür edirik.
Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Pitin idmanxeber.com saytına müsahibəsi.
– İlk öncə toplanışla bağlı düşüncələrini öyrənmək istəyərdim.
Antalya təlim-məşq toplanışı mənim üçün pis keçdi. Çünki toplanışın çox hissəsini zədəli oldum. Ancaq komanda üçün yaxşı keçdi, planlı əsasda çalışdıq. Bu toplanış komandaya çox kömək edəcək.
– Fasilə bitir. Çempionatın qalan qisminə hazırsınızmı?
Bəli, bizim üçün kifayət qədər vaxt var idi. Deyə bilərəm ki, komanda çempionatın ikinci hissəsinə tam hazırdır.
– Bir müddət öncə zədələnmişdin. İndi vəziyyətin necədi?
Zədəm haqqında onu deyə bilərəm ki, Bakıya qayıtdıqdan sonra radiqorafiya hazırlayacam. Ondan sonra ayaq barmağımın necə olduğu bilinəcək.
– Mövsümə pis start götürdünüz və bunu çempionatın gedişatında demək olar ki, dəyişə bilmədiniz. Azarkeşlər bu dəfə sizdən nə gözləsin?
“Xəzər Lənkəran” indi turnir cədvəlində 8-ci pillədədir, əlbəttə ki, bu nəticə yaxşı deyil. Komandanın bu durmda olmağının səbəbi çox lazımsız xallar itirməyi oldu. Fasilədən sonra da çalışacağıq ki, yaxşı nəticələr əldə edək.
– Fasilədə 5 yeni futbolçu komandaya qoşuldu. Bunlar haqda sənin düşüncələrin…
Mən bütün günü hovuz və gimnastik zalda olduğum üçün yeni oyunçuları görə bilməmişəm. Amma əminəm ki, onlar yaxşı formadadırlar və komandaya kömək edəcəklər.
– Komandanızı fasildən sonra çətin oyunlar gözləyir. Rəqib lider “Qarabağ”dı.
“Qarabağ” çempionatın güclü komandalarından biridir, həmçinin “Xəzər Lənkəran” da. Bu oyundada kim az səhv etsə, o da qalib gələcək.
– Əgər bu oyunda da uduzsanız “qatar”ın getdiyini düşünmək olarmı?
Komandanın çempionluq şansları haqqında isə “Qarabağ”la oyundan sonra danışarıq.