Mustafa Denizlidən “Xəzər Lənkəran” etirafı
Mustafa Denizli, Baş məşqçisi olduğu “Xəzər Lənkəran” klubu haqqında ilginc etiraflarda bulundu.
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Denizli, Türkiyəni yeni bir ölkədə təmsil etdiyini bildirərək, “Bu anda çempionluq üçün oynayan bir kollektivdə deyiləm. Fəqət bu komandanın başında olduğum Azerbaycan ictimaiyyəti tərəfindən fərqləndiriləcəkdir” dedi.
Azərbaycanın “Xəzər Lənkəran” komandasının başına keçən Denizli, galibiyyətlə sonuclanan ilk matçının ardından. Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayan Denizli, “Bir millət iki dövlət” anlayışıyla çalışmalarını sürdürdüyünü söylədi.
Türkiyədəki bəzi vəzifələri çeşidli səbəblərlə qəbul etmədiyini ifadə edən Denizli, “Bu mənim üçün yeni bir həyəcan, yeni bir mühitdir. Gözlənənləri doğrulda biləcəyikmi? onu bilmirəm. Çünki bu anda çempionluq üçün oynayan bir kollektivdə deyiləm. Fəqət bu komandanın başında olduğum Azərbaycan ictimaiyyəti tərəfindən fərqləndiriləcəkdir. Komandamla birlikdə bunu bacaracağam” ifadələrini işlətdi.
Azərbaycanda premyer liqanın ilk ikinci yarısının bitməsinə üç mafç qadığını xatırladan Denizli, belı davam etdi: “Bəzi transferlərimiz olacaq. Burada transfer qaydaları biraz fərqlidir. İlk on birlikdə mütləqdir ki, dörd Azərbaycanlı futbolçu oynasın və bunların birinin də, 21 yaşa qədər olmalıdır. Həm buradan həm də kənardan mümkün transferlər üçün proqram həyata keçirməyə çalışırıq. Ehtiyacımız olan yerlərə də transfer etmək durumundayıq. Açığı buna ehtiyac var.”
“Azərbaycan milli komandasına da yardımçı olacağıq”
Azərbaycandaki bir futbol komandasının başına keçməsinin Türkiyəde hər cəhətdən faydalı olacağını vurğulayan Denizli, “Bu, yeni bir missiyadır. Ölkəmi yeni bir ölkədə təmsil edirəm. İctimaiyyətin matçlarımızı yaxından izləyəcəyini bilirəm. Bunu zaman göstərəcək fəqət bundan kimsənin şübhəsi olmasın, mənim şübhəm yoxdur” deyə fikirlərini çatdırdı. Türk milli komandası ilə Azərbaycan milli komandasının bir neçə dəfə qarşılaşdığını xatırladan Denizli, Azərbaycandaki çempionatın səviyyəsinin milli komandanın səviyyəsindən daha üstün olduğunu qeyd etdi.
Əcnəbi futbolçuların sayı və ustalığının, premyer liqanın səviyyəsini artırdığını anladan Denizli, “Azərbaycan milli komandası üçün eyni şeyi söyləyə bilmərik. Bu mövzuda da Azərbaycana yardımçı olacağıq. Azərbaycan, iddialı bir milli komanda qurmaq istəyir. Bu futbolçular bu çempionatdan çıxacaqdır. Biz bu sayı içəridə artırsaq, öz adımıza Azərbaycan futboluna gərəkli xidməti göstərmiş olarıq” kimi dəyərləndirdi. Denizlinin baş məşqçisi olduğu “Xəzər Lənkəran”, 10 komandanın yer aldığı Azərbaycan Premyer Liqasında 15 xalla 8-ci. sırada qərarlaşır.
Mənbə: Anadolu Ajansı (AA)
__________________________________________________________________________________________________________
Toraman Denizlinin yanınamı gedəcək?
“Beşiktaş”ın təcrübəli futbolçusu İbrahim Toraman, Mustafa Denizlinin çalışdırdığı “Xəzər Lənkəran”a transfer olacağı yönündəki iddialar haqqında danışdı..
Mustafa Denizlinin “Xəzər Lənkəran”da baş məşqçi olmasının ardından bəzi Türk futbolçuların Azərbaycana gedə biləcəyi danışılmağa başlanırkən, bu iddiaların içində yer alan “Beşiktaş”ın təcrübəli futbolçusu İbrahim Toraman, məsələ ilə bağlı açıqlama verib.
Azəri mətbuatına fikirlərini anladan Toraman, mümkün transferi haqqında rəy bildirmək istəmədiyini dilə gətirərkən, “Yanvar ayı transfer dönəminə hələ zaman var. Bu anda, “Xəzər Lənkəran”a transferim haqqında ciddi bir söhbət yoxdur. Eğer bir təklif gəlirsə, düşünərik. Azərbaycan sevdiyim bir ölkedir. Bəlkə 1 həftə ya da 10 gün sonra məsələylə bağlı mətbuata açıqlama verərəm” dedi.
Mustafa Denizlidən də hörmətlə bəhs edən İbrahim Toraman, “Mustafa Denizlini yaxşı tanıyıram. Hal hazırda “Xəzər Lənkəran”ın baş məşqçici olub. Çox böyük bir mütəxəssisdir və çox sevdiyim bir insandır. Ancaq mənim oraya getməmlə əlaqədar özüylə bir dialoqum olmadı” ifadələrini işlətdi.
“Beşiktaş”dan ayrılacağı yönündəki xəbərlərə də toxunan Toraman, “Hələ ki, “Beşiktaş”dan ayrılmış deyiləm, “Beşiktaş”la iki iliık sözləşməm daha var” deyə bildirdi.
Təcrübəli müdafiə oyunçusu sözlərini belə nöqtələdi:
“Azərbaycan futbolu haqqında məlumatım var. Biz iki qardaş ölkəyik. Azərbaycan Premyer Liqasına da baxma fürsətim oldu. Azərbaycan Milli Komandasının da matçlarını izlədim. Azərbaycan futbolu haqqında bilgi sahibiyəm. Transferimlə əlaqədar bir durum olarsa, açıqlama verərəm”
Mənbə: AJANSSPOR
Axşamınız xeyir, Mirhafiz müəllim! M.Dənizlinin müsahibəsi yığcam və tutarlıdır. İnanıram ki, Mustafa bəy öz türk qürurunu qoruyub saxlayacaq. Türkiyə ilə Azərbaycanın qardaş ölkə olduğunu vurğulayan M.Dənizli “Bu, yeni bir misyon. Ülkəmi yeni bir ülkədə temsil ediyorum” deməklə həmişə hər iki ölkənin idman mediasının gündəmində qalacaq. Mustafa bəyin Toşakdan bir fərqli xüsusiyyətini vurğulamaq istəyirəm. Mustafa bəy türk oğlu türkdur və buzum milli mentalitetimizə çox yaxındır.
*****
Axşamınız xeyirli olsun, Qabil bəy! Ümumiyyətlə məşqçidən nəticə tez tələb olunursa, əlbətdə o öz yaxşı tanıdığı futbolçulardan heyət qurmalıdır ki, buna nail olsun.
Mirhafiz bəy bir yazı oxudum ki .Rubinin azarkeşlərin çikayətinə çox müsbət yanaşıb .kulub prezdenti deyib ki əgər vəziyyəti düzəldə bilməsələr ,hamısını komandadan qovqcaq ,baxmayaraq Avroliqada qurupdan çıxıb .Azarkeş istəyini nəzərə alan rəhbərliyə ancaq alqış düşür .Bizdə isə Arkeşləri komandanı dəstəklədiyinə görə zindana salırlar .Afərin bizim rəhbərliyə azarkeşlərə böyük “dəyər” verirlər