"Xəzər Lənkəran" tərəfdarlarının "Bakcell Arena"ya yolu bu cür bağlandı

Noyabrın 2-də “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçiriləcək “Böyük oyun” üçün satışa çıxarılan biletlər demək olar ki, tükənib.
Bu barədə məlumatı “Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Abbaszadəni dinləyək:
“Biz bu matça nə qədər azarkeşimizin gələcəyini təxmin edib o sayda bilet satışa çıxardıq. Satışa çıxarılan iki min bilet artıq satılıb. Bunlarında çoxunu fan-klublarımız alıb. Bildiyimiz kimi AFFA-nın qərarından sonra nə “Neftçi”, nə də “Xəzər Lənkəran” azarkeşləri “Böyük oyun”larda səfər matçlarına buraxılmayacaq. Buna görə də, biz bu oyuna məhz bu qədər bilet satışa çıxarmağı məsləhət bildik. Demək olar ki, bütün biletlər satılıb. Qısacası kassalarda bilet yoxdu. Kim bilet almaq istəyirsə fan-klublarımıza müraciət edə bilərlər. Onlar artıq biletləri alıblar”.
Mənbə: İdmanxəbər.com

12 thoughts on “"Xəzər Lənkəran" tərəfdarlarının "Bakcell Arena"ya yolu bu cür bağlandı”

  1. İnşallah Xəzərimiz yenə öz oyununu göstərib, qalib gələcək. Azerkeşlərin yolunun bağlanmasınıa baxmayaraq. Qələbəyə heç bir qadağa mane olmamalıdır.
    *****
    Yeri gəlmişkən hakim də and içib ki, oyunu düzgün idarə edəcək.

    • Həkimlərdə hipokrat andı ,Bəs hakimlədə hansı andı , bəlkə Rami-Xaqi ?
      *****
      Düz tapmısınız, elə ona oxşar birşeydi.

  2. Sizi Salamlayıram! Onsuzda cənublu azarkeşlərin sayını azaltmaqdan ötəri “Neftçi” rəhbərliyi hər dəfə yeni-yeni hoqqalar fikirləşib tapır. Buda hələ futbol elminə məlum olmayan yeni hoqqabazlıqdır. 8-minlik tutumu olan stadion, iki əzəli rəqiblərin görüşü və satışa çıxarılan cəmi iki min bilet, onu da tərkibi kuçə uşaqlarından ubarət üzdəniraq fanklubları üçün. Absurd deyilmi? Birdə ki, iki min bilet satışıyla bir daha sübut etdilər ki, əzəli rəqiblərin keçmiş oyunlarında iştirak edən 20 min azarkeşin ən azı 15-mini cənublu azarkeşlər olub. Onların azarkeşinin maksimum həddi elə iki min nəfərdir ki, satışa da iki min bilet çıxarıblar.

  3. Hakimin and içib oyunu düzgün idarə etməyinə doğrusu heç inanmağım gəlmir. Çünki, onların yekə-yekə rəhbərləri o qədər yalandan and içiblər ki, qalmışdı indi mən Orxanların, Rəhimlərin, Əlyarların andına inanim?

  4. Sabah saat doqquzda bir tufan olar ki….Xezer onlari ele oz yuvasinda boqar.Kamandaya inamim boyukdur ve qelebesine inaniram.Hakim Ramin Musayevde olsa qalib gelerik.

  5. ZƏFƏR qardaş, Lənkəranda biletin qiymətinin iki manata satılması göstərdi ki, “Fırtınalar meydanı”bir daha əvvəlki dək dolmayacaq. Bu mənim obyektiv fikrimdir. “Qarabağ”la oyuna böyük maraq var idi, həm də komandamız Super kuboku Lənkərana gətirmişdi. Mən deyirdim ki, stadion dolu olacaq, amma yanıldım, cəmi 7500-tamaşaçı gəldi. Bu rəqəm rəhbərliyi tam qane edir. Çünki 7500-tamaşaçıyla əvvəlki dolu stadiondan yığılan 15-min manatlarını rahat götürürlər. Odurki, bunlar üçün azarkeş anlamı artıq heç bir şey kəsb etmir. Bir nümunə gətirim özün nəticə çıxar. Ölkə kubokunun finalında Bakıda, sonuncu “Böyük oyun”da 25-min tamaşaçı, yəni rekord göstərici olduğu halda niyə sabahkı oyuna cəmi iki min bilet satışa çıxarılıb? Deməli komandaların rəhbərlərini azarkeşlər daha maraqlandırmır. Vəssalam!

  6. QABİL qardaş!-Lenkeranda biletin qiymetinin qaldirilmasi men deyerdim ki azyaşli tamaşacilarin yolunu baqladi.Cunki bu gencler 1 manata stadiona gelir ve kamandasina cilqinliqla azarkeşlik edirdiler.Biletin qaldirilmasi get-gede ruhdan duşmuş azarkeşleride stadiondan kenarda qoyacaq.Allah elemesin, kamandamiz zeif neticeler gorsetse hec 1000 neferde stadiona 2 manata yiga bilmez.Yox eger kamandamiz yaxşi neticeler siralayarsa bilet 3 manatada olsa yene kifayet qeder azarkeş oynu stadiondan izleyer.Futbol bir biznesdir,bu sahede guclu pullar oynayir.Ele kamandalar vark ki ,onun budcesi bezi dovletlerin umumi budcesinden coxdur.XL rehberliyi ozunu avropalaşmiş sayir.Orda ele adamlar var ki ,birbaşa fikirleriyle rehberliye tesir edir.Amma xalq naraziliq edirse,demeli bu duzgun yol deyil helelik.Xezer azarkeşi her yerdedir.Ele bilirsiniz ki,sabahki oyunda tek mazutlular olacaq-yox!?-En azi ele 3000 Xezer azarkeşi orda olacaq ve onminlerle televiziya qarşisinda.Oynun yayimlamasina son ana qeder inanmiram.Ola bilsin ki ,verilmesin.Neftcinin azarkeşine gelince bunlarin 100 neferinden 50-si mecburi gelir.Yoxsa ya atalarini fehlelikden yada ozleri buruqda işlemekden mehrum olarlar.Bele olan halda onlarin azarkeşi ne qederdir?-yeqin meni başa duşdunuz.

  7. Onu deyim ki, əvvəla AFFA və PFL-in, sonra isə “Neftçi” rəhbərliyinin, bu qanunsuz qərarı, azarkeşlərin hüquqlarının kobud surətdə pozulması deməkdir. Məncə, bu haqda UEFA-ya şikayət etmək lazımdır.

    • Hörmətli Fərhad bəy siz deyəsən xəbəriniz yoxdur AFFA-ya heç kəs bata bilməz orda da adamları var ,UEFA-ya da boru kəməri çəkilib .

  8. FƏRHAD qardaşımızın sözlərində bir həqiqət var. PFL-in biləvasitə cavabdehlik daşıdığı oyunlarda “Neftçi” rəhbərliyi və futbolçuları səviyyəsində dava-dalaş salınırsa və UEFA-ya da şikayət edilmirsə ziyanın biz azarkeşlər çəkirik. Bu səbəbdəndir ki, bu gün azarkeşlər adicə futbola baxmaqdan da məhrum olublar. Biz bu təklifi qanuniləşdirib UEFA-ya göndərməliyik ki, gələcəkdə belə hallar təkrarlanmasın. Sübutlar nə qədər desəniz var.Dava-dalaş salanlar, sifarişlə oyun idarəçiliyi, səviyyəsiz hakimlərin oyunlara ardıcıl təyinat alması və sair haqqında nə qədər desəniz video materiallar vardır.

Comments are closed.