“Xəzər Lənkəran” , “Qəbələ” ilə oyuna hazırlıqlara başladı

Malik Muradov reportaj
“Bosman” fanklubunun Lənkəran şöbəsinin üzvü olan Malik Muradov Lənkərandan xəbər verir.
 
 
Bu gün 09.03.2010-cu il tarixində “Xəzər Lənkəran” “Qarabağ”la kubokun ilk görüşməsindən sonra Bakıda bir araya gəldikdən sonra saat günorta 2 radələrində doğma şəhərə döndü. Bir az yol yorğunluğuna baxmayaraq saat 16:30 da “Qəbələ” ilə çempionat oyunun ilk hazırlıqlarına start verdi.
 
Məşqlərdə demək olar bütün komanda üzvləri iştirak edirdi, yalnız Nizami Hacıyev və Kamran Ağayev gözə dəymədi.
 
Fanklubumuzun üzvünün Ağasəlim Mircavadovdan aldığı məlumata görə Zabit Səfərov, Kamran Ağayev, Dieqo Souza “Qəbələ” ilə oyunda iştirak edə bilməyəcək. Yüngül zədəsi olan D.Kalinkov məşqlərdə iştirak etsə də, onun oynayıb-oynamayacağı oyun günü bəlli olacaq.
 
A.Mircavadovun dediyinə görə komandada bir az yorğunluq olsa da əhval-ruhiyyə yüksəkdir. Həmçinin bu gün çərşənbə axşamı olduğundan stadionun ərazisində tonqal da təşkil olunub. Axşam saatlarında tonqal yandırılacaq, yerli və legioner futbolçularımız tonqaldan hoppanaraq milli adətimizlə də tanış olacaqlar.
            Sabah isə iki məşq də gözlənilir. Malik Muradovun verdiyi xəbərə görə bu günkü məşq prosesi qabaqcadan xəbər verilmədiyinə görə, məşqi 20-30 nəfər azarkeş izləyib. 
 
Arxiv: Bosman.at.ua