"Xəzər Lənkəran" paytaxta yola düşdü

Cümə günü Bakıda, paytaxtın “Rəvan” klubunun qonağı olacaq “Xəzər Lənkəran” bu oyunun Lənkərandakı hazırlığını başa vurub. Komandamız 4 gün davam edən hazırlıq müddətində taktiki və fiziki çalışmalar üzərində məşqlərini yekunlaşdırıb. Bu gün səhər məşqindən sonra Lənkərandakı bazasından Bakıya yola düşən “Xəzər Lənkəran” paytaxtda məskunlaşaraq “Rəvan”la matçın hazırlığını davam etdirəcək. Qarşıdakı üç gündə komandamız məşqlərini “Bayıl Arena”da keçirəcək. Hazırda zədəli olduğundan məşqlərə qatıla bilməyən Etame Mbilla da komanda ilə birgədir və futbolçunun müalicəsi davam etdirilir. Digər tərəfdən yüksək hərarətdən əziyyət çəkən Edu Oriol və millinin uzun sürən toplanışından dönən Elnur Cəfərov artıq komanda ilə birgə hazırlıqlarda iştirak edirlər.
Mənbə: lankaranfc.com

2 thoughts on “"Xəzər Lənkəran" paytaxta yola düşdü”

  1. Hörmətli Doktorumuzu Lənkərandan Salamlayıram! Edu Oriolun və gənc Elnur Cəfərovun komanda ilə birgə məşq etməsi sevindirici haldır. Hələ ki, Toşak bu iki oyunçuya oynamağa 100%-li şans verməyib. Görəsən “Rəvan”la oyunda Toşak onlara şans verəcəkmi?
    *****
    Mən də sizi salamlayıram! Ümid edirəm ki, Etame Mbilla kimi futbolçunun zədəsi tez sağalacaq. Onun müvəqqəti yoxluğunda da dediyiniz bu oyunçular komandamıza qələbə qazanmaqda böyük köməklik göstərəcəklər. Xüsusən də toplanışdan şir kimi dönən Elnur Cəfərov.

Comments are closed.