“Xəzər Lənkəran” komandası bu gün 19:00-da doğma şəhərə yollanır

“Xəzər Lənkəran” komandası Mirça Rednikin gəlişindən sonra, Bakı şəhərində onunla tanışlıq, ardınca futbolçuların tibbi müayinədən keçməsi və bir sıra testlərdən sonra elə paytaxtda üç gün, gündə iki dəfə olmaqla davam edən məşq proseslərində iştirak etdi. Bununla da yeni baş məşqçi komandanın oyunu ilə müəyyən qədər tanış oldu. Bundan sonra hansı mövqelərin gücləndirilməsinə qərar verəcək olan baş məşqçi, klub rəhbərliyi ilə yeni transferlərin və komandada kimlərin qalıb qalmayacağı haqqında məsləhətləşib qərarlarını verəcək.
Bu məqsədlə hələ həftəsonu ilk yoxlama oyunu da planlaşdırılıb. Rəqib qismində  “Xəzər Lənkəran”ın əvəzedici komandası iştirak edəcək. Beləliklə, 21 iyul 2010 tarixində Bakıda səhər saatlarında son məşqinə çıxan komandamız, axşam saat 19:00-da Lənkərana yola düşəcək və hazırlıqlarını doğma şəhərdə davam etdirəcək.
Komandamıza bütün işlərində uğurlar arzulayırıq!
 
Arxiv: Bosman.at.ua