"Xəzər Lənkəran" klubu İslam Cabbarlını Gömrük Hospitalında müayinə etdirdi

      “Bir neçə vaxtdır ki,səhhətində problem yaranan “12-ci oyunçu” Azarkeş Qrupunun rəhbəri İslam Cabbarlı ilk olaraq Sumqayıt şəhərinin 2 saylı xəstəxanasında müaliçə alsa da adıçəkilən səhiiyə ocağında şəraitsizlik ucbatından öz istəyi ilə evə buraxılaraq müalicəsini evində davam etdirirdi. Bununla belə İslamın əsaslı müayinə ehtiyacı vardı. Bu gün “Xəzər Lənkəran”klubu xeyirxah addım ataraq İslama lazımi köməkliyi göstərib. Bu haqda İslam bəyin özündən məlumat aldıq.” Bir neçə gün öncə klubun vitse-prezidenti Tuyqun Nadirov mənimlə telefon danışığında səhhətimlə maraqlanarkən “Xəzər Lənkəran”klubunun lazım olan hər şeyi edəcəyini bildirdi. Bu gün səhər klubumuzun mətbuat katibi Hüseyn Cəbrayıloğlu zəng vurdu və bir neçə dəqiqə sonra ölkəmizin ən tanınmış və müasir tibb ocaqlarından olan Gömrük Hospitalının ambulansı ilə adıçəkilən hospitala müayinə üçün aparılacağımı bildirdi. Elə az sonra ambulans məni evdən götürərək Gömrük Hospiatlına apardı. Sözün düzü ölkəmizdə belə tibb müəsissəsinin olmasına sevindim. Ən müasir aparatlarla müayinə olundum. Hətta anjunoqrafiya belə olundum. Ürək damarlarımda problemlər var. Çox güman damarlardan birinə yaxında stend qoyulması lazım gələcək. Hazırda 6 saatdan çoxdur ki, Gömrük Hospitalında ən müasir palatada müayinəm davam edir. Klubumuz bütün müayinə xərclərini öz üzərinə götürüb. Əsas odur ki,indi səhhətimdə dəqiq nələrin baş verdiyi mənə tam aydın oldu.Çunki burda cox guclu avadanliqlar var və tanınmış həkimlər çalisir .Müayinəm bitdikdən sonra yenə də Gömrük Hospitalının ambulnası ilə evə aparlıcağam. Saytımız vasitəsilə klub rəhbərliyinə minnətdarlıq edirəm. İnşallah yaxında yenə də sizlərlə birgə olacağıma inanıram. Hamıya salamlarımı çatdırıram.”

İslam CABBARLI.
Mənbə: 12cioyuncu.info

10 thoughts on “"Xəzər Lənkəran" klubu İslam Cabbarlını Gömrük Hospitalında müayinə etdirdi”

  1. Çox sağ olun Allah köməyiniz olsun .Demək cərahiyyə əməliyyatına gərək qalmayacaq ,
    Mirhafiz bəy sizndə sağlıq durumunuz öz dediyinizə görə yaxşı deyil ,Özünüüzdə sağlığınıza diqqət yetirin .və əgər mümkün olsa ,sonrakı presuduralar haqda məlumat verərsiniz ,mümkün olsa .İnşallah yaxşı olar hər.
    *****
    İslam bəyin sağlamlıq durumunu yadınızdadırsa, gündəmdə saxlamışdıq. Bundan sonra da bu məsələ ilə əlaqədar hər hansı məlumat olacaqsa, təbii ki, azarkeşlər tərəfimizdən xəbərdar ediləcəklər.

  2. Saytlarda yazılıb ki ,Tuyqun Nadirov deyib ki Toşak getsə iki ayılıq maaş civarında təzminat ödəniləcək ,
    Bu fikri Tuyqun bəy niyə səsləndirib ? İstefa deyəsən gündəmdədir .Bu barədə fikriniz,
    *****
    Klub rəhbərliyi Con Toşaka inanmaqda davam edir. Onun böyük avropa təctübəsinə güvənir. Bu sadəcə Toşakın göndərilməsində çətinliklərlə bağlı olan ictimaiyyətdəki fikirlərə cavab olaraq səsləndirilib.

  3. Saq olsunlar ki,bele bir addim atiblar.Azarkeşine qayqi gostermeyi butun camienin sevincine sebeb oldu.Mende bir azarkeş kimi klub rehberliyine teşekkur edirem ve inaniram ki,muayineden sonra mualicesi ucunde komekliklerini esirgemezler.Meherrem ayi kimi eziz gunlerde atdiqiniz addim teqdirelayiqdir.Allah Islam beye şefa versin,inşallah! Amin!

  4. Salam, DOKTOR! Gec də olsa “Xəzər Lənkəran” rəhbərliyinin hərəkətə gəlməsi humanist bir addımdır. Rəhbərlik İslam müəllimə qarşı belə bir addımı çoxdan atmalı idi. Çünki, İslam müəllim buna layiqdir və bir azarkeş kimi “Xəzər Lənkəran” qarşısında öz borcunu artıqlaması ilə ödəyib.Heç bir tərəddüd etmədən deyərdin ki, İslam bəy “Xəzər Lənkəran”in çoxminli azarkeşlərinə gözəl nümunədir. ALLAH tezliklə İslam müəllimə şəfa versin və bu əziz günlərdə onun üçün etdiyimiz duaları qəbul eyləsin. Çox istərdim İslam bəy tezliklə sağalıb azarkeşlərin sırasına, öz postuna qayıtsın.
    *****
    Çox sağ olun arzularınıza görə. Biz də Amin deyirik!

  5. DİQQƏT,DİQQƏT! “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun rəsmi açıqlaması: “Bizim Con Toşakla imzaladığımız müqavilədə göstərilib ki, əməkdaşlığa vaxtından tez xitam verilsə, ona iki aylıq maaşı civarında təzminat ödəniləcək”. VƏSSALAM!

  6. Yəqin ki kulub müayinə ilə işini bitmiş hesab etməyəcək .Stend qoyulana qədər müalicəsi olmalıdır .Bunlar yerinə yetidiyikdən sonra kulub rəhbərliyi haqda tam olaraq böyük təşəkkür ,mesajları olacaq ,Allah köməkləri olsun ,müayinə ediblər .Bu xeyirxah işi yarımçıq qoymazlar Buna çox ümidliyik ..Siz necə düşünürsünüz Mirhafiz bəy?.
    *****
    Mənə elə gəlir ki, onlar bunu ürəkdən ediblər və sona qədər davam etdirəcəklər. Sağ olsunlar.

  7. Məndə çox sevindim.Ogün olsun tez bir zamanda bizimlə 12oyunçu saytda bizim şərtləri təqdim eyləsin…ALLAH SƏNƏ ŞƏFƏ VERSİN,!!!

  8. Salam Mirhafiz muellim!Necesiniz?-Son olaylar bilirem ki,futbol camiyemize cox tesir etdi.En cox uzulende Siz oldunuz.Siz ozunuzde bilirsiniz ki,azarkeşlerin irad ve teklifleri klub işcilerin ve futbolcularin gözunden yayinmir.Yuz bele meşqciler geler ve sehfler eder.Amma bunlarin hec birisi bir insan saqlamliqina deymez.Özunuze fikir verin ve azarkeşleri meqalelerinizle sevindirin.Yaxşi dovletin yaxşi tenqidcisi olmalidir.Futbolda beledir.Haqli tenqidler olan yerde klub inkişaf edir.Aqilli rehberlerde onlari oxuyur ve netice cixardir.Sizin futbolumuza verdiyiniz emek boyukdur.Azarkeşi hemişe kamandamiza destek olmaqa caqirmisiniz ve hemişe cetin gunlerde yanimizda olmusunuz.Bilirem ki,biraz klubdan incimisiniz.Inşallah her şey yaxşi olar ve klubda aqilli qerarlarla bizi sevindirecek.Belese ,saytda kamandamiz haqqinda melumat almaq isteyirik.Teşekkur edirem.
    *****
    Təşəkkür edirəm Zəfər bəy. Çalışıram ki, bu iyrəncliklərdən uzaqlaşam. Ya biz onları doğru yola gətirməliyik, ya da Azərbaycan futbolundan getməliyik.

  9. Mirhafiz bəy özünüz və İslam bəyin sağlamlığı haqqında bilmək istərdim ,Siz də saytda ardıcıl çalışmırsınız.
    *****
    Əsəbdən sağlıq durumumda ciddi problemlər yaranıb. İşimə belə gedə bilmirəm. Yəqin ki, bir müddət belə olacaq.

Comments are closed.