“Xəzər Lənkəran” Futbol Klubu sosial məsuliyyət fəaliyyəti çərçivəsində “Biz irqçiliyə “Yox” deyirik” adlı videoçarxını diqqətinizə çatdırır.
Mənbə: Lankaranfc.com
3 thoughts on “”Xəzər Lənkəran” irqçiliyə qarşı (Video)”
Comments are closed.
“Xəzər Lənkəran” Futbol Klubu sosial məsuliyyət fəaliyyəti çərçivəsində “Biz irqçiliyə “Yox” deyirik” adlı videoçarxını diqqətinizə çatdırır.
Mənbə: Lankaranfc.com
Comments are closed.
Axşamınız xeyirli olsun, Mirhafiz müəllim! Əslində “Xəzər Lənkəran” klubu daxilində yenidən yarandığı gündən ta indiyə qədər heç vaxt irqçilik işartıları belə olmayıb. Eyni zamanda müxtəlif ölkələrdən dəvət olunmuş futbol mütəxəsisləri və futbolçuları “Xəzər Lənkəran”da bir ailənin üzvləri kimi çalışmış və çalışırlar. Mən bir azarkeş kimi komandamızda rasizm əlamətlərinə rast gəlməmişəm. “Xəzər Lənkəran” müxtəlif irqə və dinə mənsub olanların birgə ailəsidir.
*****
Məncə də belədir, Qabil bəy. Bizim komandada heç vaxt irqçilik müşahidə olunmayıb. Ümumiyyətlə Lənkəran əhalisi bu mənada çox beynəlmiləldir. O cümlədən Azərbaycan xalqı bu mənada seçilir.
Hörmətli Mirhafiz müəllim, Salam! İstər Ölkəmiz haqda, istərsə də Lənkəranımız haqda Sizin yazdığınız hər bir cümlə həqiqətdir. Respublikamız tolerant ölkələr sirasında öndə gedəndir.Çünki, bədnam qonşularımızı (o nankorlara yaşamaq üçün torpağımızı verdik, xain çıxdılar) çıxmaq şərtiylə heç vaxt Ölkəmizdə milli zəmində münaqişə olmayıb. Üç böyük dinin daşıyıcıları əsrlər boyu bir yerdə yaşayıb və yaşayır. Elə ona görə də dini, irqi ayrıseçkiliyin şəxsən bizə heç bir aidiyyəti yoxdur.
*****
Bəli, Qabil bəy. Həqiqətən biz bu keyfiyyətlərlə öyünüb, qürur duya bilərik.
AZARKEŞLƏRİMİZƏ XOŞ XƏBƏR! Cənub regionunda futbol sahəsini işıqlandıran ən yaxşı KİV-nümayəndəsi nominasiyası üzrə qaliblərdən biri də İSLAM müəllim və onun rəhbərlik etdiyi “12-ci OYUNÇU”dur. İSLAM müəllimi təbrik edirəm!
*****
Biz də bu təbrikə qoşuluruq. İslam bəyə can sağlığı və gələcəkdə yeni-yeni nailiyyətlər arzu edirik. Həqiqətən də “12 Oyunçu” və İslam bəy bunu haqq etmişlər.