Məlum olduğu kimi 4 dövrədən ibarət olan bu mövsümün I dövrəsi 9 turu əhatə etdi və yekunlaşdı. X turla isə II dövrəyə start veriləcək. Oktyabrın 19-20 aralığında baş tutacaq X tur iki gündə keçiriləcək ki, “Xəzər Lənkəran” bu turun ilk günündə “Simurq”un qonağı olacaq.
Bilindiyi kimi Zaqatala şəhər stadionunun ot örtüyü süni örtükdür və müasir tələblərə cavab vermir. Buna görə də Zaqtala təmsilçisi ot örtüyünü dəyişməli olmuşdu. Zaqatalalılar bu işin öhtəsindən gəldiklərini deyirlər. Yəni ot örtüyü müasir standartlara uyğun başqa bir süni örtüklə əvəzlənib. Lakin bu hələ məsələnin tam həlli deyil. Məsələ tam həllini onda tapacaq ki, UEFA-dan nümayəndələr gəlib stadiona baxış keçirməlidirlər və məqbul saydıqları halda müqsbət cavab verməlidirlər ki, burada oyun keçirilməsinə icazə verilsin.
Belə ki, bu məqsədlə zaqatalalılar UEFA-ya məktub ünvanlasalar da, UEFA-dan aldıqları cavabda onların nümayəndələrinin yalnız oktyabrın 20-dən sonra Azərbaycana gələ biləcəkləri barədə məktub alıblar. Bu isə o deməkdir ki, ayın 19-da keçiriləcək “Simurq”-“Xəzər Lənkəran” oyunu başqa meydanda keçiriləcək. “Futbol+” qəzetinin yazdığına görə təmirlə əlaqədar “Simurq” bir müddətdir ki, Bakıda “Dalğa Arena”da məşq keçir. Hətta “Sumqayıt”la yoxlama oyunu da keçiriblər. Amma “Dalğa Arena” da yaxşı vəziyyətdə olmadığından yəqin ki, bu oyun “Bayıl Arena” da keçiriləcək. Belə olarsa, X turun, yəni II dövrənin ilk oyununu izləmək istəyən azarkeşlərimiz üçün bu variant daha əlverişli olar.
8 thoughts on “"Xəzər Lənkəran" II dövrəyə harda başlayacaq”
Comments are closed.
Salam!Her vaxtiniz xeyirli olsun! Superkubok oynu canli yayimlanacaqi melumdur.Simurqla oyunun canli yayimlamaqi mumkun olarmi?-Bu barede melumat yoxdur deye,-azarkeşler indiden narahat olmaqa başlayib.Oynun harada kecirilmesinden asili olmayaraq Xezerin hazirki seviyyesi onu gorsedir ki ,bu oyunda qalib gelecek.Buna inamimiz coxdur.Xezer qelebe calsa, bu qelebeni azarkeş kimi İslam beye hesr etmek teklifini verirem.Buna fikriniz maraqli olardi,eziz qardaşlar!-Cunki İslam bey hemişe deyir: Xezer qelebe calsaydi,belke mende biraz rahatlanaydim.Inaniram ki,caniyla bolgemize baqli olan bir insana bu gozel hediyye olardi.Haminiza teşekkur edirem!
*****
Gözəl təklifdir. Biz də bunu irəli sürəcəkdik.
Axşamınız xeyir, Doktor! Zəfər bəyin verdiyi təklif cox dahiyana təklifdir və mən bunu alqışlayıram. Bu təklifin mahiyyətin mütləq komanda üzvlərinə çatdırmaq lazımdır ki, oyunçular yalnız qələbəyə köklənsin. Zəfər qardaşımız düz deyir. Mən də İslam bəyin “Xəzər Lənkəran”a ürəkdən bağlılığının bir çalarını özlüyümdə kəşf etmişəm. Açıqlama verim, bu nüans nədən ibarətdir. Hər dəfə komandamız məğlub olanda İslam bəy özünün ərsəyə gətirdiyi sevimli saytımızda belə yazılan sərhlərə ya səthi, könülsüz rəy bildirər, yada heç bildirməzdi. Məğlubiyyətdən əvvəl və sonra yazılan şərhlərə verilmiş rəyləri nəzərdən keçirdikdə, bunu görmək mümkündür. Ən əsası İslam bəy məğlubiyyət acısını neytrallaşdırmaqdan ötəri operativ sürətdə sayta yeni məzmunlu material yerləşdirməklə azarkeşləri pessimist olmaqdan qoruyurdu. Bu İslam bəyin “Xəzər Lənkəran” sevgisindən irəli gələn bir amildir. ALLAH ona tezliklə şəfa versin!
*****
Diqqətli izləyici olduğunuzu təqdir edirəm.
Qabil qardaşim!.Yazdiqiniz şerhlerden aciq ve deqiq bilirem ki menden boyuksunuz.Sizi ozume boyuk qardaş bilirem.Sizin fikirleriniz cox deyerlidir.XL-kamandasina sizin fikrinizi bildirmek cox vacibdir.İnanin ki,bu kamandaya ve azarkeşlere elave motivasiya verer.Mirhafiz qardaşimizda bu teklifde vardir.Men 12cioyuncu ve bosmani qardaş sayt bilirem.Cunki,ikisininde amali birdir.Ele Islam beyle Mirhafiz muellimde qardaş kimidiler.Onlarin munasibeti biz azarkeşlere numunedir.İslam beyin bele cetin meqaminda,hemcinin azarkeşlerin narahat kecirdiyi bir donemde bosman.az hamimiza qucaq acdi.Bir azarkeş kimi yox,bir insan kimi Mirhafiz muellime teşekkur edirem.Allah onu hemişe var elesin!.Onsuzda Mirhafiz muellimin bu hereketi ve gosterdiyi qayqisi esl dostluq tecessumudur.Bu dostluq ebedidir,mohkem qardaşliqa ve dostluqa soykenib.İnanin ki,her an saytda yeni xeberler umidi ile gelirik.Bele bir anda butun nezerler yalniz bosman.az saytina yonelib.Her an xoş xeberlerini gozleyirik,eziz Mirhafiz muellim!.Bu gunlede bosman.az saytimiza ehtiyacimiz daha coxdur ve inaniriq ki,xoş xeberlerle bizi sevindireceksiniz.HORMETLE,
*****
Çox bir-birindən dəyərli fikirlər söyləmisiniz. Mən sadəcə İslam Cabbarlı və əziz azarkeşlərimiz qarşısında mənəvi borcumu yerinə yetirirəm və inanın ki,”Çox sağ ol!” kəlməsini gözləmirəm. Bu bugünə qədər də belə olub və gələcəkdə də belə olacaq. Dəyərlərə sadiqlik hamımızın borcudur. Bunun öhtəsindən qismən də olsa gəlirəmsə fəxr edərəm. Hamınıza təşəkkür edirəm. İnşaallah islam bəy yenidən sağlamlığını bərpa edər və “12cioyuncu.info”da yenə sizinlə görüşər. Ona qədər isə bir dost sayt kimi üzərimizə düşəni etməliyik.
admin islam cabbarlinin son durumu ne yerdedir
Gecəniz xeyirli olsun Xəzər Lənkəranlı qardaşlar! Zəfər qardaş, fikirlərimə dəyər verdiyiniz üçün Sizə minnətdaram. Hər iki saytımıza şərh yazan istifadəçilər arasında yazdığı şərhlərə görə bəyəndiyim 3-5 nəfər şərh yazanlardan tərif olmasın, biri də Siz olmusunuz. Abyektiv şərhlərinizə görə Sizi əvvəldən bəyənmişəm. Bizi bir “Xəzər Lənkəran” amili birləşdirirsə, deməli qardaşıq. 57-yaşım var. Moskva Xalq Yaradıcılığı Universitetini (1977-1982) bitirmişəm. İxtisasca rəssamam. Futbola marağım 1966 cı-ilin Dünya çempionatından başlayıb.
Teşekkur edirem!
Azərkeşlərin belə yazıların oxuyanda ,Xəzərli olmağın qürur hissi keçirisən .heç bir komandanın beə azərkeşləri yoxdur .
Nəzərinizə onu da çatdırmaq istəyirəm ki ,(bunu həmişə 12-ci oyunçu edirdi ,)Çanli yayım olmayacaq ,3 0yun çanlı göstəriləcək ,Xəzəriı oyunu yenə kölgədə qaldı.”Xəzər Lənkaranın oyunu ekranlara sığmadı” (sitat/ 12-ci oyunçu).Təki qələbə olsun .
Hörmətli R.S. qardaşım! Mən də Xəzərli olmağımla fəxr edirəm. “Xəzər Lənkəran” azarkeşi istər intellektual səviyyəsinə istərsə də ziyalılığına görə rəqiblərindən yüksəkdə durur və həmişə də duracaq. Azarkeşlərimizin hər dəfə “Fırtınalar meydanı”nda yaratdığı Meksika dalğasını görəndə o əzəmətə qarşı qürur hissi keçirirəm. Bizim azarkeş ordumuz var, bəziləri kimi bir ovuc məktəb yaşlı uşaqlardan ibarət deyilik ki. Qardaşım, gör bir “Qarabağ”lı futbolçu Namiq Yusifov müsahibəsində nə deyir: “Hər dəfə Lənkəranda meydançaya daxil olanda o möhtəşəm azarkeş qarşısında özümü futbolçu kimi hiss edirəm”. Azarkeşsiz futbolun heç bir dəyəri yoxdur. Elə bu amilə görə rəqiblərimiz həmişə bizə həsəd aparır. Çünki həm keyfiyyət həm də kəmiyyət baxımından “Xəzər Lənkəran” azarkeşi o klublar üçün hələki əlçatılmazdır.