"Xəzər Lənkəran" "Duz dağı" otelində məskunlaşacaq

Oktyabrın 23-də keçiriləcək Superkubok oyunu ilə bağlı “Xəzər Lənkəran” bazar ertəsi Naxçıvana yollanacaq. Bu haqda bilgini klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlundan aldıq: “Simurq”la oyundan sonra komanda birgünlüyə istirahətə buraxılacaq. Oktyabrın 21-i günorta saatlarında isə Muxtar respublikaya yola düşəcəyik. “Xəzər Lənkəran” Naxçıvanda “Duz dağı” otelində məskunlaşacaq. Oyundan bir gün öncə isə komanda matçın keçiriləcəyi stadionda məşqə çıxacaq.”
Hüseyn bəy lənkəranlı azarkeşlərin sevimlilərini dəstəkləmək üçün Naxçıvana yollanıb-yollanmayacaqlarının hələ sual altında olduğunu bildirdi: “Azarkeşlərin Superkubok qarşılaşmasında komandanı dəstəkləmək üçün Muxtar Respublikaya yollanacaqları hələ məlum deyil. Bilirsiz, klub rəhbərliyi məsuliyyətdən çəkinir. Bir neçə avtobusla yüzdən çox insanı uzaq səfərə aparmaq bir qədər çətindi. Yolda hər cür hadisə ola bilər. Onu da nəzərə almaq lazımdı ki, avtobusla ancaq İran ərazisindən keçməklə oyunun keçiriləcəyi məkana getmək mümkündü. Hər halda, son qərar verilməyib. Bütün suallara “Simurq”la oyundan sonra aydınlıq gələcək”.
RƏŞAD (“Futbol+” 19-20 Oktyabr 2013)
Duz Dag-otelDuz dag-otel-2

3 thoughts on “"Xəzər Lənkəran" "Duz dağı" otelində məskunlaşacaq”

  1. Hörmətli Admin! Saytımızda yerləşdirilən Etibar Cəbrayıloğlunun məqaləsinin yerində 404 XƏTA SƏHİFƏSİ yazılır. Məqaləni oxumaq mümkün deyil.
    *****
    Bu bir sistem xətası idi. Məqalə yerləşdirilərkən internet şəbəkəsinin verilişndə bir qırılma olması səbəbindən yazının mətn hissəsi yayımlana bilməmişdi. Şəbəkə qaydaya düşdükdə dərhal xətanı aradan qaldırdıq. Diqqətinizə görə minnətdarıq.

  2. Her vaxtiniz xeyrli olsun.
    Qelebe munasibeti ile her kesi tebrik edirem.Insallah Kuboku qazanib Camiemisi daha da DUZlu ederik.
    P.S. sistemle bagli deyim ki ilk defe meqaleni oxumaq isteyende acilmir.Yeniden refresh etdikde acilir.
    Ugurlar!!!

Comments are closed.