”Xəzər Lənkəran” Bakıda toplanışa başladı

Üç günlük istirahətdən sonra “Xəzər Lənkəran” bu gün bir araya gəldi. Lənkərandakı hazırlıqdan sonra qısamüddətli istirahətə buraxılan komandamız bu gün axşam saatlarında Milli olimpiya komandalarının təlim-məşq bazasının süni örtüklü meydançasında məşqə çıxdı. Con Toşakın rəhbərliyi altında keçirilən məşqdə milli komandalarda olan 5 futbolçumuzdan savayı bütün futbolçular iştirak edirdi ki, bir saat davam edən hazırlıqda futbolçular əsasən toplu çalışmaları yerinə yetirdilər. Sabah “Xəzər Lənkəran” səhər saatlarında növbəti məşqinə çıxacaq.
Mənbə: Lankaranfc.com

9 thoughts on “”Xəzər Lənkəran” Bakıda toplanışa başladı”

  1. MİRHAFİZ BƏY! SİZƏ VƏ SİZİN TİMSALINIZDA BÜTÜN “XƏZƏR LƏNKƏRAN”LILARA QURBAN BAYRAMINIZ MÜBARƏK DEYİRƏM.
    *****
    Çox sağ olun. Sizin də Müqəddəs Qurban Bayramınız mübarək olsun!

Comments are closed.