"Xəzər Lənkəran", "Bakı" üçün belə məşq etdi (Video)

Sabah komandamız paytaxtda XXX tur çərçivəsində “Bakı” ilə qarşılaşacaq. Bir neçə gündür ki, “Xəzər Lənkəran” bu oyunla bağlı məşqlərini davam etdirir. Bilirik ki, bu komanda ilə oyunlarımız həmişə öz gərginliyi ilə seçilib. Geriyə azca boylansaq bir çox hallarda bunların nədən ibarət olduğunu çox asanlıqla görmək olar. Bunları hamı bildiyi üçün yazıb təkrarçılıq etmək fikrində deyilik.
Komandamızın bu oyun üçün məsuliyyəti böyükdür. Həm yuxarıda xatırladığımız hallara görə və həm də indiki məşqçilər heyətinin başında duranlar, Mustafa Denizli və əsasən də onun köməkçisi Oğuz Çetin məhz paytaxtda keçirilən “Bakı” ilə oyundan sonra komandanın daha potensiallı olduğu qənaətinə gəlib, postu C. B. Toşakdan aldıqlarına görə, bunu iddia etmək mümkündür. İndi isə “Bakı” ilə duel növbəsi onlarındır.
Oguz Cetin
Beləliklə, paytaxtda keçirilən son məşqin video yazısını diqqətinizə çatdırırıq:

1 thought on “"Xəzər Lənkəran", "Bakı" üçün belə məşq etdi (Video)”

  1. Salam, Müəllim! Mən bir şeyi başa düşə bilmirəm. Lənkərandakı əsas və yardımçı meydançaların ot örtüyü ideal bir vəziyyətdə ola-ola, komanda az qala bir həftədir ki, Bakının qotur tutmuş meydançasında məşq edir. Onu da qeyim ki, son bir ildə heç vaxt “Fırtınalar meydanı”nın ot örtüyü belə yam-yaşıl, oynamaq üçün ideal vəziyyətdə olmayıb. Videorolikdən göründüyü kimi, komandanın məşq etdiyi meydançanın ot örtüyü bərbad vəziyyətdədir və məncə belə bərbaq meydançada keçirilən məşqin də faydası istənilən qədər ola bilməz. Son zamanlar çox eşidirik ki, futbolçularımız oyun zamanı deyil, məşq prosesində tez-tez zədələnirlər. Burda da bir müəmma var, məncə…
    *****
    Salam, Qabil bəy! İradınız tam haqlıdır. Həm də bu komandanın məsrəflərini artırır.

Comments are closed.