“Xəzər Lənkəran” (Əsas) 5 – 0 “Xəzər Lənkəran” (Əvəzedici) yoxlama görüşü

Mirça Rednikin  “Xəzər Lənkəran”a baş məşqçi təyinatıdan sonra komandamız bu gün, 24 iyul 2010-cu il tarixində saat 18:00-da Lənkəran şəhər Mərkəzi stadionunda ilk yoxlama oyununa cıxacaq. Rəqib qismində elə “Xəzər Lənkəran”ın əvəzedicilərindən ibarət ehtiyat komandası çıxış edəcək. Çempionatın başlamasına az bir vaxt qaldığından təlim məşq toplanışının qeyri mümkünlüyü rəqib komanda seçimində çətinlik yaratdığından bu varianta üstünlük verilib. Həmçinin M. Rednikin dediyinə görə; –  “əvəzedici komandada perspektivli futbolçu olarsa, onu əsas komandaya cəlb etməyi düşünürəm. Mən işlədiyim klublarda həmişə yerli və gənc futbolçularla işləməyə üstünlük vermişəm”.
Buna baxmayaraq, klubun verdiyi məlumata əsasən çempionat başlanana qədər daha bir və ya iki yoxlama görüşü də nəzərdə tutulub. Bunun üçün bir neçə premyer liqa təmsilçilərimizlə danişiqlar aparılır. Oynların ya Lənkəranda ya da Bakıda keçirilməsi nəzərdə tutulur.
  Bugünki yoxlama oyunu haqda məlumatı saytımızdan izləyə bilərsiniz.
Oyun haqqında xəbərləri telefon vasitəsilə “12ci oyunçu” azarkeş klubunun təşkilat komitəsinin sədri İslam Cabbarlı çatdırır: İslam bəyin verdiyi xəbərə görə, oyunu izləməyə gələn azarkeşlərin sayı təxminən 300 nəfərdən bir az artıqdır.
Saat 18:00 və oyun başladı. Oyunun baş hakimi Rəhimov İsmayil (Lənkəran şəhəri)
Əsas heyət bu tərkibdə meydana çıxıb:
D. Kramarenko (K)
L. Ribeyro
E. Beqiri
R. Todorov
E. Allahverdiyev
D. İmedaşvili
M. Souza
A. Qurbanov
R. Abbasov
    X. Məmmədov
    Z. Ramazanov
Oyunun əvvəllərindən səviyyə fərqi hiss olunur. Əsas komanda bir qədər üstün oyun sərgiləyir. Elə bunun nəticəsində A. Qurbanov gözəl zərbə ilə hesabı açır. Az keçməmiş X. Məmmədov ikinci topu “əvəzedicilər”in qapısından keçirir. Üçüncü topun, əvəzedicilərin süni oyundankənar vəziyyət yaratmaq istəklərinin baş tutmamasından, yəni E. Allahverdiyevin ötürməsindən, topu qəbul edən X. Məmmədov qapıçı ilə üz-üzə qalan Z. Ramazanova ötürməsindən sonra vurulduğunu da qeyd edək. Az sonra M. Souza təkbətək imkanını boşa verir. Ümumiyyətlə 1-ci hissənin ən fəal oyunçusu M. Souza idi.
Onu da qeyd edək ki, Kamran Ağayev  1-ci hissədə “Əvəzedicilər”in qapısını qoruyurdu. Həmçinin İslam Cabbarlının verdiyi məlumata görə uzun zamandan bu yana vətənində olan Dieqo Souza da artıq komandaya qoşulub.
“Əvəzedicilər”in oyununa gəldikdə isə, onlar da bir neçə təkbətək epizodlardan istifadə edə bilməyiblər. Həmçinin hava isti olduğundan baş hakim oyunçulara sərinlənməyə bir neçə dəfə şərait yaratmışdır.
 
İkinci hissə başladı: : İslam bəyin verdiyi xəbərə görə, tamaşaçı sayında xeyli artım müşahidə olunur, oyunu izləməyə gələn azarkeşlərin sayı təxminən 700-750 nəfərdən bir az da çox artmışdır. İkinci hissəyə əsas heyət dəyişikliklərlə çıxıb:
K. Ağayev
R. Poladov
E. Allahverdiyev
D. İmedaşvili
R. Todorov
R. Əmirquliyev
T. Cəliıov
A. Hüseynov
A. Məmmədov
     A. Lalin
     E. Opara
Qeyd edək ki, D. Kramarenko ikinci hissədə “Əvəzedicilər”in qapısını qorumaqla, K. Ağayevlə yerlərini dəyişməli olublar. İkinci hissə də əsas komandanın üstünlüyü şəraitində keçir. Lakin hissənin əvvəllərində A. Hüseynov yaxın küncə əlverişli zərbəni vura bilmədi. Az sonra A. Lalin də bir real epizodu əldən verdi. Nəhayət, E. Opara əlinə düşən fürsəti qaçırmadı, 4:0. Oyunun sonlarıına yaxın A. Məmmədovun ötürməsini, A. Hüseynov dabanı ilə qapıya göndərir 5:0.
Daha sonra yenə E. Opara akrobatik tullanışla, başı üzərindən zərbə endirsə də, top qapının üstündən keçdi. Ardınca yenə yaranmış əlverişli vəziyyətdə A. Hüseynovun başla vurduğu zərbəni D. Kramarenko zərərsizləşdirdi. Sonra A. Lalinin demək olar ki, boş qalmış qapıya zərbəsi “Əvəzedicilər”in müdafiəçisinə dəyincə geri qayıtdı və yenə A. Lalinin önünə düşən top təkrar zərbədən sonra D. Kramarenkonun ustalığı sayəsində zərərsizləşdirildi.
Son saniyələrdə isə A. Məmmədov yenə boş qalmış qapıya topu göndərə bilməyincə, baş hakimin final fiti səsləndi və oyun “Əsas komanda”nın 5:0 lıq qələbəsi ilə başa çatdı.
 
Verdiyi müfəssəl məlumata görə, biz öz növbəmizdə İslam bəyə təşəkkürümüzü bildiririk.
Arxiv: Bosman.at.ua