"Xəzər Lənkəran"ın aşağı yaş qruplarında…

Cənub regionunda mübarizə aparan hər üç komanda birinci turda meydanı qələbə ilə tərk edib. U-11 komandamız Lənkəranın “Dalğa” komandasını 5:1 hesabı ilə, U-12 komandamız Lerikin eyniadlı komandasını 13:0 hesabı ilə, U-13 komandamız isə Astaranın “Sərhədçi” klubundan olan həmyaşıdlarını 3:1 hesabı ilə məğlub ediblər. Qeyd edək ki, hər üç komandaya gənc məşqçilər Xəyal və Röyal Abbasov rəhbərlik edir. “Xəzər Lənkəran”ın U-16 komandası isə “Vətən”lə 1:1 hesablı heç-heçə edib.
MƏNBƏ: lankaranfc.com

10 thoughts on “"Xəzər Lənkəran"ın aşağı yaş qruplarında…”

  1. Ne yaxşi!-Lerikde uşaq futboluna diqqet ayrilib.Duzu buna sevindim.
    *****
    Düzü buna sevinməmək olmur. Bölgə futbolunun inkişafında bunlar vacib şərtlərdəndir.

  2. Qonşularım Xəyal və Röyal əkiz qardaşdır. Hər ikisi 9-10 yaşından Lənkəran UGİM-də futbolun sirrlərini öyrənməyə başlayıb. Gözümün qarşısında böyüyüblər. İndi sevinirəmki onlar gənc perspektivli uşaq məşqçisidir. İnanıramki Xəyal və Röyal qardaşlarının yetirmələri yaxın gələcəkdə “Xəzər Lənkəran”ın əsas heyət oyunçuları olacaq.
    *****
    Bəli, onlar haqqında yalnız xoş fikirlər dolaşır. Həm də bu onların işində də aydın görünür.

  3. ZƏFƏR qardaş, əlbəttəki sevindiricidir. Dağlıq ərazidir deyə Lərikdə futbol olmamalıdır? Bilmək olmaz, bəlkə Lerikdən elə futbolçular çıxacaqki, səsləri hər tərəfə yayılacaq. Yaxın keçmişdə Qəbələdə, Zaqatalada futbol var idi məgər? Qəbələ və Zaqatala relyefcə elə Lerik kimi dağlıq ərazidə yerləşmirmi? Eşitdiyimə görə ən titullu legioner həyatı yaşamış futbolçumuz olan Nazim Süleymanov Sumqayıtda doğulsada, əsli-nəsli Lerikdəndir.
    *****
    Bu doğrudur!

    • Menim yadima duşur ki, Lerikde bir stadion var idi.Tribunalari olmasada orda heveskarlar 90-ci ile kimi oynayirdilar.1992-ci ilde Lerikde olanda artiq o stadion pis veziyyetde idi.Son iller Lerikde mueyyen deyişiliklerin olmaqini eşitmişem.Cox inanmaq isterdim ki, Lerikde futbolun inkişafi ucun bolgemizin merd ovladlari calişacaq ve idmanin bu novune diqqeti artiracaqlar.Dediyiniz mehşur futbolcu Nazim Suleymanov sehf etmiremse, Lerikin Visten kendindendir.Eslen Lerikden olmaqini deqiq bilirem.Teşekkur edirem Size Qabil qardaş!

  4. admin mene xeber catib ki mbbila hec qaca bilmir yeni mesq ede bilmir bu dogrudu?
    *****
    Mbilla çiynindən zədələnib. Amma inanmıram ki, bu onun ayaqlarında da hansısa problem yaratsın. Sadəcə ümumi ağrılar bəzən bütün vücudun sərbət hərəkət etməsinə maneə yarada bilər. Ümid edək ki, bu tezliklə keçib gedən bir hal olsun.

  5. ZƏFƏR qardaş, mənim də yadımdadır ki, 80-ci illərdə “Xəzər” SSRİ çempionatının 9-cu zonasında oynayanda təlim-məşq toplanışından qayıtdıqdan sonra Lənkəranda Lerikin “Cəngəmiran” komandası ilə çempionata hazırlıq üçün yoldaşlıq oyunu keçirərdi. Şəxsən özüm o vaxtlar iki-üç belə oyunlara baxmışam. Mənim dediklərimi yaşlı nəslin nümayəndələri təsdiq edə bilər. İndiki cavanların çoxu elə bilirki, “Xəzər”in tarixi 2oo4-cü ildən başlayır. “Xəzər” 80-ci illərdə SSRİ çempionatının zonasında çıxış edəndə Lənkəranın “Spartak”və “Balıqşı” komandaları Azərbaycan çempionatında çıxış edirdi.
    *****
    Bax belə… məlumatlara görə sağ olun! Mən də kifayət qədər o dövrün “Xəzər” (Lənkəran)-ı haqda faktların canlı şahidiyəm. Bu mövzularda bildiklərimizi açaq ki, həm əsl tarix haqda bilgiləri indiki gənc azarkeşlər də öyrənsin, həm də futboldan uzaq adamların “dünənki komandadır da…” ittihamlarına cavab verə bilsinlər.

  6. Hörmətli Doktor! “Cənub bölgəsində futbolun inkişaf tarixi” kitabından belə bir tarixi faktı Sizlərə çatdırmağı özümə borc bildim. “1949-cu ildə Lənkəranın yığma futbol komandası Respublika birinciliyinin final mərhələsinə adlayır və finalda məğlub olaraq ikinci yeri qazanır. Bu Lənkəran futbolunun qazandığı ilk mükafatı olur”. Bu fakt təsdiq edirki, Lənkəran futbolunun rəsmi tarixi ən azı 65-ildən çoxdur.
    *****
    Dediyiniz kitab məndə də var. Amma faktlar bir kitaba sığmaz deyə kim nə bilirsə, gərək onu gizli saxlamasın. Ümumiyyətlə bu barədə əbədi bir rubrika açmaq lazımdır ki, faktlar ora toplansın. Bu barədə düşünüb saytımızda təşkil etmək fikrindəyik. Amma hamı fəal olmalıdır.

  7. Hörmətli Doktor! Saytda belə bir rubrika açmaq çox yaxşı fikirdir. Azarkeşlərimizin aktivliyi sayəsində saytda “Xəzər Lənkəran” haqqinda bilmədiyimiz çoxlu məlumatlar toplamaq olar. Dediyiniz kimi həm də cavan nəslin nümayəndələri “Xəzər Lənkəran” haqqinda bilmədiklərini həmən rubrikadan oxuyub maariflənərlər.
    *****
    Bunun üzərində düşünürük.

Comments are closed.