”Xəzər Lənkəran” oyunöncəsi son məşqinə çıxdı

Sabah doğma meydanında paytaxtın “İnter” klubunu qonaq edəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqinə çıxıb. Komandamız bir saat davam edən hazırlıq müddətində əsasən taktiki və ev tapşırıqları çalışmalarını yerinə yetirdi. Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdur ki, bu da məşqçilər korpusunu sevindirən məqamdır. Xatırladaq ki, Xəzər Lənkəran” – “İnter” matçı saat 19-da start götürəcək. Bütün azarkeşlərimizi sevimli komandamızı dəstəkləmək üçün stadiona dəvət edirik.
Məşqdən çəkilən fotoları təqdim edirik:
mesq-2mesq-4mesq-3mesq-5mesq-7mesq-6
Mənbə: lankaranfc.com

2 thoughts on “”Xəzər Lənkəran” oyunöncəsi son məşqinə çıxdı”

  1. Biraz əvvəl stadiondan gəldim. Uşaqların əhval-ruhiyəsi əladır. Rasim Ramaldanovla söhbətimizdə əminliklə dediki, sabah mütləq qələbə bizim olacaq. Futbolçular həvəslə sabahkı oyunun hazırlıqlarını fiziki, taktiki məşqlərlə yekunlaşdırdı.

  2. admin muhtemel start heyetlerini deye bilersinizmi?
    *****
    Hələlik bu baş məşqçidən başqa heç kəsə məlum deyil. Oyunun başlamasına yaxın məlum olacaqsa təqdim edəcəyik.

Comments are closed.