Vaqif Rəşidov-41!

Bu gün “Xəzər Lənkəran” camiəsində çox yaxşı tanınan Vaqif Rəşidov 41-ci doğum gününü qeyd edir. Vaqif bəy haqqında çox danışmaq olar. Onun Lənkəranda öz hesabına keçirdiyi bir neçə mühüm mini futbol turirləri gənclərimiz arasında idmanın təbliği və gənclərimizə sağlam yolun göstəricisi, mayakı rolunu oynaması elə əsl bir vətənpərvərliyin göstəricisidir.
Bundan başqa Vaqif bəy, bir haqq carçısı kimi həmişə öz sözünü deyənlərdən olmuşdur. Onun bir dost kimi isə nümunəsindən danışmaq yersizdir. Son günlərin camiəmizin narahatçılıqlarından biri olan İslam bəyin xəstələndiyi gün o, Lənkərandan Bakıya gələrək dostu İslama ilk özünü çatdıran insan olmuşdur. Daha sonra isə başqa dostlara xəbər edən də elə Vaqif Rəşidov olmuşdu. Vaqif bəy, sizin bu əməliniz əslində çoxlarına nümunədir və əsl dostluğun göstəricisidir. Tək bu yox, başqa nümunəvi addımlarınıza görə sizi alqışlayır, “Bosman” fanklubu adından doğum gününüzü təbrik edirik. Arzu edirik ki, daha mənalı ömür yaşamaqla, çox gənclərimizə nümunə göstərməkdə 100 il bundan sonra da sağlam ömür yaşayasınız. Gələn doğum gününü isə dost saydıqlarınızla və İslam bəyin iştirakı ilə qeyd edəsiz!
Vaqif Residov
“Bosman” fanklubu                         15 Oktyabr 2013 

8 thoughts on “Vaqif Rəşidov-41!”

  1. SÖZÜN HƏQİQİ MƏNASINDA ƏSL DOST KİMİ DOSTLUQDA ÇOXLARINA ÖRNƏK OLAN, TƏPƏDƏN DIRNAĞA QƏDƏR “XƏZƏR LƏNKƏRAN”LI VAQİF RƏŞİDOVUN AD GÜNÜNÜ TƏBRİK EDİRƏM!

  2. Salam Alleykum!
    Vaqif tebrik edirem! Can sagligi ve ugurlar arzulayiram!
    Elece de butun azarkeshlerimizi Qurban bayrami munasibeti ile tebrik edirem! Allah keseceyiniz qurbanlari qebul etsin!

  3. “Bosman”-ın təbriklərinə qoşulur, arzularına isə amin deyirik. Doğum gününüz mübarək, Vaqif bəy!

  4. Yaşınız Mübarək olsun .Dosluqdan əskik olmayasınız ,Bir məsəl var ,”dostunu göstər ,deyim sən kimsğn”Sizlər İslam Cabbarlının dostusunuzsa ,deməli ,sizləri tanımaq üçün heç bir təqdim etməyə ehtiyac yoxdur ,Sizə uzun ömür ,ən əsas da can sağlığı arzulayıram ,Və bizim Adminimizə də Şəfa diləyirik ,Biz istifadəçilər də isalm Cabbarlının dostunun saytına sığınmışıq ,və dar gündə ,yalnız .Böyük insan olan Mirhfiz bəydən ,məlumat alırıq ,onun səhhəti haqqında .Allah hamınıza can sağlığı versin ,

  5. Təbriklərinizə görə minnətdaram.Sizin və bütün müsəlaman qardaşlarımızın QURBAN BAYRAMIN təbrik edirəm!

  6. VAQIF RESIDOV TANRIDAN HER BIR INSANIN ISTEYE BILECEYI ESL DOSTDUR,GOZEL INSANDIR.ARZU EDIREM DAIMA DOSTLARI VE XEZER LENKERANLA BIRGE ADDIMLASIN.

Comments are closed.