Transfer dövrünü bitirən, nələrisə itirən "Xəzər Lənkəran"

Artıq Azərbaycanda yay transfer dövrü Avqust ayının son günü və günün son saatında  yəni 31 Avqustda bitti. Gözlədiyimiz gurultulu transferlər də olmadı ki, bu 10 illik yubileydə qızəllara ümid edək. Amma bilirik ki, bu il Azərbaycan çempionatı 10 komandadan ibarətdir və 4 dövrədə keçiriləcək. Hələ qarşıda qış transfer pəncərəsi də açılacaq ki, həmin dövrdən səmərəli istifadə etsək, finişdə nəyə isə ümid bağlamaq olar.

Nə səbəb oldu ki, bu yay transfer dövründə komanda gözlədiyimiz kimi gücləndirilə bilmədi? Bunun çeşidli səbəbləri haqda çox yazılıb və yazılmayan çox xəbərlər də dolaşıb. Artıq bu barədə çox şeylərdən xəbərdarıq. Amma Nildo, Benouahi, Ramaldanov və Toşakın gətirdiyi Qliqorovun müasir futbolda orta-aşağı səviyyəli futbolçular sayıldığını bilirik. Yəqin ki, sizlər də bu fikirlə razı olarsınız. Elə komandamızdan gedənlər də səviyyəcə bunlardan fərqli deyildi. Deməli, bunların hesabına komanda gücləndi deyə bilmərik.

Amma təxminən onlarla eyni dövrdə gələn qapıçı Duqlas Leyte son transferlər olan Etame Mbilla, Deyvid Sacconi və Edu Qarsiya fikrimizcə orta səviyyəli futbolçulardır. Bu 4 orta səviyyəli futbolçular təxminən əsas heyətin 30%-dən bir qədər çoxunu təşkil edir. 30%-dən bir qədər çox hissəsinin dəyişməsinin hər hansı komandanı gücləndirməsi haqda isə fiki yürütmək mümkündür. Yetər ki, adlarını çəkdiyimiz bu futbolçular imkanlarının yüksək səviyyəsini ortaya qoya bilsinlər və təbii ki, komandaya, yeni gəldikləri məkana tez uyğunlaşa bilsinlər. Hər halda əvvəl göstərdikləri performansa görə buna ümid edirik.

“Qarabağ”la oyunun ikinci hissəsində ilk dəfə əsas heyətimizdə ölkəyə gəldiyi bir neçə günün olmasına baxmayaraq, Mbilla Etamenin oyunda yaratdığı dönüşün hamımız şahidi olduq. Həmçinin qapıçı Duqlas Leyte də “Fənərbaxça” ilə yoldaşlıq görüşündə öz səviyyəsini yaxşı mənada göstərə bildi. Arzu edirik ki, sonra komandamıza qoşulan digər iki futbolçu da bu mənada fərqlənəcəklər. Təkcə Etame oyunda dınüş yarada bildisə, onda bu dördlükdən çox şey gözləyə bilərik. Komamandamızın köhnə üzvləri də onların tempinə düşüb oyun planında artıracaqlarsa, onda nəyə isə ümid etmək olar. Burda Toşakın təcrübəsi də böyük rol oynamalıdır. Komandanın düşdüyü qara zolaqdan çıxması onu tələb edir ki, bu yeni dörd, səviyyəcə üstün olan futbolçuları komandaya uyğunlaşdırmaqla deyil, bu dörd yeni ruhda olan futbolçuların üzərində oyunu qursun və ruhu, belə demək mümkünsə, ölmüş komandanın keçmiş üzvlərini onlara uyğunlaşdırsın. Komandanın tərcüməçisi və dəyərli üzvü Elvar Quliyevdən də xahiş edirik ki, bizim bu fikirləri diqqətlə oxuyub Con Toşaka çatdırsın. Bizcə Toşak da bu barədə fikirləşsə bunun komandaya xeyri dəyər.

Qaldı ki, komandanın köhnə üzvlərindən olan Elnur Allahverdiyevin uzaqlaşdırılmasına, bu barədə də bir iki kəlmə demək olar. Elnur, son illər Azərbaycan futbolunun yetişdirdiyi yaxşı futbolçulardan sayılır. Onun əvvəllər çıxış etdiyi komandalarda parlaq oyunu, elə “Xəzər Lənkəran”a gəldiyi ilk dövrlərdəki oyunu hamını razı salırdı. Bir müddət əvvəl komandamızda baş qaldıran intizamsızlıqlar üzündən sanki bu futbolçunun həm futbol, həm də dərrakə müvazinəti pozuldu. Mirça Rednikin güclü intizam tələbləri qarşısında bu müvazinət qismən tarazlaşsa da ondan sonra gələn xaotik dövrdə Allahverdiyevin müvazinəti darmadağın oldu. Xarakteri ona inkan vermədi ki, səbrini cilovlamağı bacarsın. Azarkeşlərlə münasibət pozulunca, rəqib azarkeşlərin də təzyiqinə dözə bilmədi. Bundan istifadə edən rəqib azarkeşlər, onun bu zəif damarından məharətlə istifadə etməyə başladılar. Təkcə “Qarabağ”la son oyunda rəqib azarkeşlərin söyüşləri ilə oyundan qopan Allahverdiyev, oyunun gedişində meydanda topa yox, başını tribunalara tərəf qaldırıb, onu söyən azarkeşlərə cavab verməklə məşğul idi. Ona görə də həmin matçda onun oyunu alınmadı. Hətta oyuna yenicə daxil olmuş Etame də bir neçə dəfə boş mövqeyə açılarkən ona pas verməyən Allahverdiyevə irad tutmalı olurdu. Bunların səbəbi Elnurun artıq təzyiq altına düşməsi səbəbindən oundan qopması idi. Əlbəttə professional bir futbolçunun, özü də millinin üzvü olan birisinin oyunda necə təmkinli və soyuqqanlı olması haqda danışmaq artıqdır. Bu xüsusiyyətlərə görə yəqin ki, Con Toşak da onu komandadan uzaqlaşdırmaq qərarına gəlib. Yerli oyunçulardan bu mənada seçilən və nümunə ola bilən hazırda “Qarabağ”ın futbolçusu olan Rəşad Sadıqovdur. Millidə bir yerdə, özü də yaxın mövqedə oynayan komanda yoldaşından Elnur çox şey öyrənməliydi…

Müəllif: Mirhafiz Babayev

8 thoughts on “Transfer dövrünü bitirən, nələrisə itirən "Xəzər Lənkəran"”

  1. Lap ureyimden kecen fikirlrdir.Bunlar heqiqetdir deye razilaşmamaq olmur.Kamanda helede oz oynunu tapmadiqindan lazimi neticede sergileye bilmir.Umid edirik ki, her şey yaxşiliqa teref gedecekdir.

  2. Hemişe uşaqliqimda futbolcu olmaq istemişem.İstemişem ki mende futbolda oz sozumu deyen oyunculardan olum.Ona gore top ucun cox aqlayan gunlerim olub.Kaqiz topasindan tutmuş ta kaloş ayaqqabisina kimi olan eşyalardan top kimi istifade etmişem.Taleh meni futbola bir azarkeş kimi getirdi.Xezer yarandiqi gunden ureyimize girdi cunki cox istemişdik ki kamandamiz olsun.Kamandamizin sevincine hemişe sevinib kederine ise hemişe uduzmuşam.Son iki ilde kamandada yaranan xaotik hereket ve olaylar menide duşundurmeye bilmez.Aqaselim Mircavadovun meşqci olduqu dovrde men Bakida hemişe kamandanin qaldiqi otellerin yanina gedib oyunculari lap yaxindan izleyirdim.Kamanda hemişe oyunqabaqi meşqe gederdiler.Bir gun Genclik yaxinliqinda otelin heyetinde bele bir hadisenin şahidi oldum.Avtobusun surucusu motoru işe saldi qapini acdi.Bundan biran evvel A.Mircavadov heyetde oyunculari gozleyirdi.Bu vaxt yalniz iki ecnebi oyuncu onun etrafinda idi.Yarim saat kecdi amma oyuncular otelden cixmaq istemirdiler.Bu vaxt Aqaselim muellim etrafdaki muhafizeciye oyuncularin harda qaldiqini ve onlari aşaqida gozlediyini dedi.Aqaselim muellim esebleşmişdi.Heyetde cox ayaq uste durduqundan binanin etrafina duzulmuş bardiorun ustune oturdu.Novbe ile gelen oyuncularda hemin bardiorun xidmetinden istifade etmeli oldular.Nehayet 40-deqiqeden sonra kamanda heyete cemleşdi ve sonra avtobusa yaxinlaşdilar.Kamanda hemin oyunda meqlub oldu. Menim dediyim heqiqetdi, naqil deyil.Ne dediyimide anlayiram.Bunlari yazmaqda meqsedim nizam ve intizamdir.Kamandada nizamsizliq baş verende ilk növbede bu özunu oyuncularda görsedir.Hal-hazirdada Xezerde intizamsizliq hökm surur.Toşaka aqizbuzen oyuncular ne qeder varsa, Toşak uqur qazana bilmez.İster meşqci Qvardiola ,istersede Fateh Terim olsun.Sebebler hell olunmasa, netice gözlemeye deymez.
    ************************************
    Zəfər bəy diqqət etdiklərinizi yadda saxlayıb yazdıqlarınızdan görünür ki, qəlbən “Xəzər Lənkəran”a bağlı insansınız. Məhz belə azarkeşləri olan komanda xoşbəxtdir və ən yaxşılara layiqdir. Amandır belə azarkeşlərimizin sevgisi ölməsin daha da dərindən olsun. Məhz belə azarkeşlərə görə bu komanda yaşamalıdır və inkişaf etməlidir. Bu ümiddir bizi yaşadan!

  3. Beli, biz cox vaxt azarkeş kimi sehfleri biraz gec goruruk.Azarkeş kimi azarkeşsizliyimizi ortaya qoyuruq.Mirhafiz beyin fikirleri halal xemirden mayalanib.Halala haram qatmaqi sevenler olsada onun Mirhafiz beye aidiyyeti yoxdur.Realliqla barişmaqdan başqa yol yoxdur.Azarkeş sehf ede biler amma sayt rehberi etmemelidir.Cunki azarkeş öz fikrini böluşur,sayt rehberi ise butun fikirleri.Mirhafiz beyde azarkeşi başa duşur.En azi ona gore ki haminin sebr kasasi dolub.Neye gore?-Bir amala gore ,oda XEZER_LENKERAN!-.Amali bir olan dostdur,duşmen ola bilmez.Lokal beyi ve Sizi alqişlayiram.,en azi bir amal uqrunda !-Yaşasin bolgemizin Xezeri!!!

  4. Mirhafiz bəyin məqaləsinin aktuallığın dəyərləndirirəm. 12 ci-oyunçudan oxudum və bəyəndim. Mirnafiz bəyin mövzu ilə əlaqədar Lokal bəyə cavabı xoşuma gəldi. Lokal bəyi də etiraf etdiyinə görə alqışlayıram çünki, əsl kişilər etiraf etməyi də bacarır.
    *******
    Mİrhafiz bəy də sizə öz təşəkkürünü bildirir. LocaL bəyi də səhvini görərək üzr istəməsini alqışlayır.

Comments are closed.