Toşak hakimbaşıya qırmızı vərəqə (yerini) göstərdi

Bu gün “Xəzər Lənkəran” klubunun səhər məşqində maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, sabah Azərbaycan Superkuboku uğrunda Naxçıvanda “Neftçi” ilə qarşılaşacaq “ağ-yaşıllar”ın hazırlığını izləyənlər arasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da olub.
Gəl ki, sabiq FİFA referisi məşqi kənardan seyr etmək əvəzinə ikitərəfli oyun zamanı meydançanın mərkəzinə qədər irəliləyib. Bunu görən “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak yetirmələrinə “dur” əmri verdikdən sonra Məmmədova yaxınlaşaraq, onu meydandan qovub.
Xaqani Məmmədov: Con Toşak düz elədi, haqqı çatır
Xaqani-Memmedov-flahs-221013
“Məni nə Toşak, nə də başqa birisi meydandan qovmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Naxçıvanda baş tutacaq Azərbaycan Superkuboku uğrunda matçda “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın bugünkü məşqində diqqətçəkən bir olay baş verib. Belə ki, “ağ-yaşıllar” ikitərəfli oyun keçirdikləri vaxt qarşılaşmanın hakim-inspektoru olan Məmmədov meydançaya daxil olub. Bunu görən cənub klubunun baş məşqçisi Con Toşak Xaqani bəyin kənara çıxmasını istəyib.
Məsələyə aydınlıq gətirən Məmmədov burada şişirdiləsi bir şey olmadığını söyləyib: “Xəzər Lənkəran” meydanda isinmə hərəkətlərinə başlamışdı. Mən qazonun vəziyyəti ilə tanış olmaq üçün digər yarısına girdim. Bunu görən Toşak yaxınlaşaraq kənara çıxmağımı xahiş etdi. Buna haqqı çatır, düz elədi. Ola bilsin ki, heç məni tanımadı, elə bildi adi azarkeşəm. Məndə heç özümü təqdim etmədən sakitcə kənara çəkildim. Qovmaqla, xahiş etmək fərqli anlayışlardı. Həmin vaxt Naxçıvan Futbol Federasiyasının baş katibi Hafiz Əliyev də yanımda idi. O da sözümü təsdiqləyə bilər, Toşak məni qovmayıb. Sadəcə, bu cür xırda olayı şişirdirdilər. Toşak nəzakətlə xahiş etdi, vəssalam”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” sabah saat 15:00-da başlayacaq.

Mənbə: Apasport.az

6 thoughts on “Toşak hakimbaşıya qırmızı vərəqə (yerini) göstərdi”

  1. Ay səni Xaqani Məmmədov ,çox hiyləgərsən ,qazonun vəziyyətinə , matçın harda keçilməsinin qərarını verməzdən qabaq yoxlamalıydınız .Bizlər belə avam da deyuilik ki ,bunu başa düşməyək .Sənin məqsədin Məşqçi və və futbolçulara pisxaloji təsir etmək . məqsəd güdüb Bu da AFFA, PFL -in tapşırığı olub. Məncə çoxu mənimlə razılaşar .
    Toşak da sənin kimi siçovulları ,saymaz .
    *****
    Adətən oyunöncəsi son məşqlər, oyunun hansı taktika üzərində qurulduğu üzrə keçirilir və ona görə də rəqib xəbərdar olmasın deyə qapalı keçirilir. Bu bütün dünyada belədir, komandaların əlahiddə hüququdur və hörmətlə qarşılanır. Bizim hakimbaşı isə futbol adamı olsa da bu hüquqa hörmət etməyib. Bunun beynəlxalq futbol dilində bir adı var, rəqibə işləmək!

  2. Mən də bir olayı qeyd edim. Xatırladım ki, cənab Toşakı millinin oyununa buraxmayanlara hakimbaşı vasitəsiylə Toşak da bir revanş etdi və hesab 1-1 oldu.

  3. Inshaallah bu qelebe sevinci Islam Beyin sagalmasina tekan olacaqdir. Mirhafiz bey sizi ve Islam bey sizi xususi olaraq qelebe munasibetile tebrik edirem.
    *****
    Çox sağ olun, həmişə qələbələrimizin şahidi olaq. Bu qələbədən, hamımıza bir sevinc payı düşür!

Comments are closed.