Topaz Premyer Liqasının XII turu çərçivəsində noyabr 2-də “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir. Bu gün T.Bəhrəmov adına Respublika stadionunda məşqə çıxan komandamız saat yarım ərzində taktiki çalışmaları yerinə yetirib. Heyətdə olan zədəli futbolçulardan Junior Nildo fərdi məşqlə kifayətlənibsə,Vanderson Skarduelli də hazırlığı yarımçıq tərk etməli olub. Braziliyalı müdafiəçimizin əzələsində olan zədə ona məşqdə sona qədər iştirak etməyə imkan verməyib. Digər zədəli oyunçular – Duqlas Leyte, Zoahir Benouahi və Rasim Ramaldanov komanda ilə birgə məşqlərini davam etdirib. “Xəzər Lənkəran” sabah oyun saatında “Bakcell Arena”da oyunöncəsi son məşqinə çıxacaq.
Mənbə: Lankaranfc.com
1 thought on “T.Bəhramovdan sonra, "Bakcell Arena"ya”
Comments are closed.
Bu yaxşı haldır, “Xəzər Lənkəran” məşqlərini Tofiq Bəhrənov adına stadionda keçirir. Çünki oyunun keçiriləcəyi “Baksell arena”nın ot örtüyü təbiidir. O cümlədən Tofiq Bəhrəmov adına mərkəzi arenanın da qazonu təbii otdur. Oyunçuların hazırlığı üçün bu əsas şərtlərdən biridir.