Təlim-məşq düşərgəsi, üçüncü dövrənin ilk oyunu və lider üzərində səfər qələbəsi

“Xəzər Lənkəran” komandası son illərin uğursuzluğu girdabında, səkkizinci pillədə qış təlim-məşq toplanışı üçün adətən ənənəyə çevrilmiş Antalya məkanını seçdi. Con Toşak kimi dünya nəhənginin komandada uğursuzluğu səbəbindən, tələsik komandaya gətirilmiş, başqa bir türk əsilli dünya nəhəngi Mustafa Denizlinin gəlişi ilə təxminən eyni vaxta düşən bu təlim-məşq toplanışından azarkeşlərin gözləntiləri çox idi. Bunə səbəb də vardı. Çünki ardıcıl uğursuzluqlardan sonra, Mustafa Denizlinin komandanı dörd rəsmi oyuna çıxarması və bunlardan birinin kubok matçı olaraq, qələbə ilə bitməsi, üç çempionat oyunundan isə iki qələbə və bir heç-heçə ilə ehtiyatına yeddi xal daha yazdırması, ümidləri silkələmişdi. Qış təlim-məşq prosesində isə Mustafa Denizlinin öz komandasını quracağı təqdirdə daha böyük nailiyyətlərə imza atacağı məntiqlə gözlənilən davam olmalıydı. Çünki həm də Mustafa bəy, bu uç oyundan 9 ya da ən azı 7 xal götürsək, hələ “Xəzər Lənkəran” üçün heç bitməyib, demək olar, demişdi. Ən azı ilk üçlüyə iddialıyıq deməsi, isə planların böyüklüyündən xəbər verirdi. Kişi kimi gözlədiyi minimum xalı topladı və böyük ümidlərlə Antalyaya təlim-məşq dalınca yollandı.
Təlim-məşq ərəfəsində hamı Denizlinin nə danışacağı, nə deyəcəyini səbirsizliklə gözləyirdi. Doğrusu səbirlilər gözləyirdi, səbirsizlər isə komandanı necə quracağı, bəyəndiyi futbolçuların kimliyini bilmək istəyir və neçə futbolçunun, hansılarının transfer olunacağı ilə bağlı ardıcıl suallar yağdırır, imkan düşən kimi isə müsahibələr almağa çalışırdı. Denizlinin də dəniz qədər səbri varmış deyəsən. Çünki, bütün sorğulara rəğmən heç bir ad çəkmirdi. Yalnız “Dəniz”i sualların çoxluğuyla təlatümə gətirəndə, say deməklə kifayətlənirdi. Əvvəl bütün mövqelərimizin güclənməyə ehtiyacı var deməklə, sanki 6-7 futbolçu alınacağına işarə vururdusa, toplanışın gedişində transferlərin yubanması başqa ab-havadan xəbər verirdi. Bu ab-hava Mustafa bəyin transfer siyahısını kiçiltdi. Çünki baş məşqçi daha ağız dolusu danışmır, üç transferlə kifayətlənəcəklərini bildirirdi. Sonra bu say ikiyə, daha sonra da bir hücumçu alacağıq, kimi sərsəmliyə qədər düşdü. Lap son isə “imkanlara görə hərəkət etməliyik”, kimi ümidsizliyə çevrildi. Artıq, azarkeş də hər şeydən əlini üzmüş və yaxın illərin transfer lətifələrini bir-birinə danışırdılar. Son anda kiminsə bura gələ bilməməyinə səbəb kimi, atasının ya anasının razı olmamasından və ya həyat yoldaşının buna əks getdiyindən ya da uşağının burada məktəbə getmək istəməməsindən dolayı lətifələr dolaşırdı.
Fikir vermisinizsə, bu xəbərləri mətbuatdan oxuyurduq. Aman Allah! heç bir Azərbaycan komandası, nə paytaxt və nə də bölgə komandası olsun, heç birinin haqqında belə “problemlər”, söhbətlər yox ikən niyə, “Xəzər Lənkəran” haqqıda mətbuat xəbərlərində bu eybəcər fikirlər yer alırdı? Deməli, bu tip xəbərlər kluba yaxın mənbələrdən sifarişlə gəlir, mətbuat da ağına-bozuna baxmadan bu sifarişləri yerinə yetirirdi. Axı, ortada “duz-çörək” (oxu: reklampulu) var. Binəva azarkeşlər də hansısa əcnəbi ölkə vətəndaşları olan, oyunçunun atasını, anasını, arvadını, bacısını milli səpkidə söyürdü ki, niyə belə insafsızlıq edirsiniz!? Yazıqlar boş yerə söyülür, “duz-çörəyin” qurbanı olurdular. Olan reallıq bu idisə, “Xəzər Lənkəran” azarkeşi, futbol ictimaiyyəti “duz-çörək” kəsənlərin hər iki tərəfindən avam yerə qoyulur, təhqir edilirdi.
Çox uzağa getməsək də olar. Deməli, Mustafa bəyin,”imkanlara görə, hərəkət etməliyik”, fikrinə gəlməsi, klubdan para qıtlığının anonsunu alması nəticəsində olmuşdu. Çarəsiz baş məşqçi belə halda nə deməliydi ki? Bir də bu ərəfədə klub prezidentinin, Mustafa bəy ilə görüşərək, “transfer işlərini sürətləndirin!” tapşırığı olmuşdu ki, Mustafa bəyin matı-mutu, parasızlıqla, tələb arasında qurumuşdu. Seytnota salınmış Mustafa bəy, artıq namizədlərindən də əl götürüb, transfer işini klubun öhtəsinə buraxmalı olmuşdu. Çünki, onun namizədinə, “bu çox bahadır” deyilmişdi ki, o da mətbuatın suallarına rəğmən, “adını çəkdiyiniz futbolçular Azərbaycan reallığı üçün çox bahalıdır”, demişdi. Amma transfer dövrünün bitməsinə belə demək mümkünsə, saatlar qala klub 3-4 transfer reallaşdıra bildi ki, bunlar heç də az ödənişli futbolçular deyil. Deməli, məsələ pulda, parada deyilmiş. Əgər pul problemi olsaydı, onda bəs Slavik Alxasov, Orxan Əliyevdən başqa, Vjekoslav Tomiç və Uilyam Thiego de Jesus, Dejan Blajevski, Elias Ribeiro de Oliveira kimi yüksək ödənişli futbolçuları heyətə qata bilməzdi.
Məsələ, Mustafa bəyi seytnota salıb, transfer işini başqalarının görməsi istəyində imiş. Özü də fikir vermisinizsə, bu iş, “köhnə dostlarla” rahat görülüb. İkisi ilə hörmətli, Mario Souza “dil tapıb”, biri ilə də bəyənmədiyimiz cənab, Qliqorov. Blajevskinin gəlişində də onun rolu olub. Tomiçi də Mustafa bəy, “mən çoxdan bu qapıçını istəmişdim” və klub transfer etdi. Deməli, transferlərin baş tutmamasında, “qara qızın dərdi varmış”, kimi deyilən bir səbəb var imiş ki, biz də yazıq əcnəbilərin yaxınlarını söyürmüşük ki, niyə onları bura buraxmırlar.
Amma öz aramızdır, “qara qızın dərdi varmış” məsəlinə başqa bir məsəllə cavab verib, əslində məsələnin komanda və azarkeşlərin xeyrinə olduğunu demək olar, “kor nə istər iki göz, biri əyri, biri düz!” Bizə komandanın güclənməsi lazım idi ki, “qara qızın, dərdi” köməyimizə gəldi. Həqiqətən, alınan futbolçular heç də zəif olmayıb, komandanın güclənməsinə səbəb olacaq. “Qara qızın dərdi” özü ilə bərabər, azarkeşlərin də nəticə etibarı ilə komandanın güclənməsi baxımından ürəyincə oldu. Həm də Mustafa bəyin də sərəncamına yaxşı futbolçular verməklə, ruhdan düşmüş baş məşqçiyə yeni enerji vermiş oldu. Elə bunun nəticəsi idi ki, yoxlama oyunlarında qənaətbəxş performans göstərməyən komanda, üçüncü dövrənin ilk oyununu səfərdə, özü də stabil komanda olan “Qarabağ”a, qarlı havada qalib gələ bildi.
İnsafən, bu oyun çox çətin gözlənilirdi. Qələbəyə çox az ümid var idi. Elə ilk hissənin nəticəsi kimi, !Qarabağ”ın bizdən üstün oyun sərgiləməklə bərabər, xeyli yüz faizlik qol epizodları yaratması buna bariz nümunədir. Lakin hissəni daha yaxşı təhlil edən Mustafa bəy, “Qarabağ”ın nisbətən arxayınlaşacağını bilirdi və imkan tapıb ikinci hissənin əvvəllərində qol vurmaqla, nisbətən arxayın düşmüş rəqibi daha çaşqın vəziyyətə salmağın mümkünlüyündən istifadə edib, oyunun qalan hissəsinə nəzarəti əlində saxladı və səfərdə avropa təcrübəsi olan, “Qarabağ”a qalib gəldi. Bundan sonra komandamızın ruhlanacağı, gün kimi aydındır və yeni futbolçuların komandaya alışacağını nəzərə alsaq, komanda həm bizim, həm də Mustafa bəyin ümidlərini doğrutmaq istiqamətində böyük sürət götürəcəyinə inanmaq çətin deyil.

8 thoughts on “Təlim-məşq düşərgəsi, üçüncü dövrənin ilk oyunu və lider üzərində səfər qələbəsi”

  1. Rednikin transfer işləri “qara qizin dərdi varmiş”-lara sərf etmədiyindən onun gununu “qara əski”-yə cevirməyə calişanlar M.Dənizliyədə ilk həmlə etdilər.Görəndə ki,turkoğlu ruhdan duşur və kamanda ucun “imkanlarimiz daxilində hərəkət etməliyik”-deyir və bu sözlərin arxasinda “qara qiza” böyuk “qara dərd” gəlir,tez zadniyə verdilər.Son saatlardaki transferlər buna əsas ola bilər,cunki “duz-cörək” kəsənlər o vaxta kimi əcnəbi transferlərin adini “XL”-la hallandirmaqla bir “takim” formalaşdirmişdilar.
    *****
    Rednik məsələsinə düz toxunmusunuz. Əslində yazıda bunu da qələmə almağı düşünmüşdük. Çox uzun olacağından ehtiyat etdik. Bir də Denizlinin diplomatik danışığı çox yerindədir. Təcrübəli və ağıllı adamdır. Biz bu haqda da zamanında yazı vermişdik.

  2. Bu “qara qizin” rəngi qaradir yoxsa uzu?-Nəbzini tuta bilsəydik bu “qara qiz”in yəqin nəbzinin mənbəyindən “rəngini” soruşardiq.
    *****
    Əşşi, Məşədi İbad demişkən, nə fərqi?

    • Onda belə cixir ki bu “qara qiz”in nəbzinin kəmərinin mənbəyi “saxta məşədilərə , firildaqci hacilara” cixir.Məşədi İbad demişkən, ” iki səhifəlik kitab oxuyublar elə bilirlər M.Dənizliyə “Tarixi-Nadir” kecə bilərlər”.Daha bilmirlər ki ,bu kişi “tarix-nadir”i oxuyanda bunlar hec bu kitabin səhifələrinin sayini bilmirdilər.
      *****
      Bəlkə, elə ona görə Mustafa bəyin əsəbindən, qan təzyiqi qalxıb. Onu da deyək ki, bir neçə il bundan qabaq, qan təzyiqi səbəbindən Mustafa bəy, insult xəstəliyi keçirib. Allah bütün xəstələrə şəfa versin!

  3. Bu qələbənin davami Lənkərandan gəlsin!-Qalib kamandani Lənkərana yollayariq və qalib kamanda qəbul edərik.Bu növbəti oyunda oyuncularimizin özunəinamini pik nöqtəsinə catdiracaq.
    *****
    Razıyıq.

  4. Muəllim salam!-Kamandamiz ruhlanaraq qələbə əzmini indən belə hər oyunda numayiş etmiş olar.M.Dənizli “Qarabağ”la oyunda kartlarini acmadi,cunki ağilli məşqcilərin hər oyunda “gizli kart”i olur.Heyətidə özu tərtib edibmiş və oynu xəstəxanadan izləyirmiş.

  5. Axşamınız xeyir, Mirhafiz müəllim! M.Dənizli “Xəzər Lənkəran”ı qəbul edəndən ta bugünə kimi bizi maraqlandıran nə varidisə hamısını yazıda qeyd etmisiz. Qış fasiləsindən sonra ilk oyuna gəldikdə deyə bilərəm ki, komandamız əzmkarlığı hesabına qələbə qazandı. Oyun ərzində heyət üzvlərinin buraxdığı səhvlər barədə heç nə yazmayacağam. Çünki, belə bir deyim var: “Qalibi mühakimə etmirlər!”
    *****
    Hələlik, komandanın yüksəliş dövrü başlayır. Bunun üçün tənqiddən vaz keçdik. Çünki komanda artıq səhvləri düzəldəcək gücdədir. Elə deyilmi, Qabil bəy?

  6. Komandmız birinci hissədə ,yaxşı oynamadı müdafiədə səhvlər çox idi ,əvəzində Qarabağın oyunu daha yaxşı idi .Amma ikinci hissədə oyun əla idi .amma həyacan da öz yerində son 20 dəqiqəni ayaqüstə baxdım.
    *****
    Allah azarkeşlərimizi sınağa çəkdi, səbr edib, yorulmadılar. Qoy, indi ayaqlarına qüvvət versin ki, komandamız maraqlı və uğurlu, həyəcanlı oyunu ilə onları çox ayaqda saxlayacaq.

  7. TƏNQİDÇİ qardaş, fikirləriniz səviyyəli, həm də çox maraqlıdır. Belə demək mümkünsə “quşu lap gösündən vurmaq” xüsusi intellekt tələb edir. Elə hörmətli Doktorumuzun cavabları kimi.

Comments are closed.