Təzadlı mətbuatdır yoxsa, Con Toşak?

27 Oktyabr 2013
Topaz Premyer Liqasının XI turunda “Xəzər Lənkəran” doğma meydanda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub.  Ev sahibi komandanın baş məşqçisi Con Toşak oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.
Uelsli mütəxəssis rəqibin çox güclü olduğunu deyib:  “Çox güclü komandaya məğlub olduğumuzu düşünürəm. Oyuna görə müqayisə edəndə “Qarabağ” bizdən çox güclüdür”.
Mənbə: PFL.az
????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
28 Oktyabr 2013
Dünən keçirilən Topaz premyer liqasının XII turunun “Xəzər Lənkəran” – “Qarabağ” oyunu barədə komandamızın baş məşqçisi Con Toşak rəsmi saytımıza kiçik açıqlama verib. Komandamızın baş məşqçisi əsasən “Xəzər Lənkəran”ın 0-3 hesabı ilə məğlub olduğu oyun haqqında fikirlərini bildirib:

 – “Hamımız qələbəni düşündüyümüz anda məğlub olduq. Məncə hesab oyunu əks etdirmədi. Bununla belə deyim ki, rəqib də layiqli qələbə qazandı. Amma hücum edən, ardıcıl həmlələr edən tərəf biz idik. Şanslarımız çox olsa da yararlana bilmədik. İkinci hissəyə də pis başlamadıq və artıq 47-ci dəqiqədə real qol şansını boşa verdik. Oyun planında xeyli artırsaq da, hələ də epizodlardan yararlana bilməmək problemini həll edə biıməmişik. Hamı Nildonu günahkar sayırdı və qol şanslarını boşa verdiyi üçün onu ittiham edirdi. Amma gördüyünüz kimi günahkar tək Nildo deyil. Bu oyunda Nildo oynamadı, amma biz yenə çoxlu qol şansını boşa verdik. Düşünürəm ki, ikinci qol komandanı “sındırdı” və bu qolu adi səhvdən rəqibə hədiyyə etdik. Üstəlik, yorğunluq da öz sözünü dedi. Artıq itiriləsi xallarımız yoxdur. Evdə cəmi bir qələbəmizin olması məni həddən artıq məyus edir. Çalışıb səhvlərimizi tez bir vaxtda düzəltməliyik.”
Mənbə: Lankaranfc.com
_________________________________________________________________________________________________________________________________________
Dünən “Qarabağ”a evdə 0:3 hesabı ilə məğlub olduğumuz oyundan sonra, ənənəvi mətbuat konfransında baş məşqçilər öz fikirlərini söyləyiblər. Maraqlısı odur ki, Con Toşakın  dünən mətbuata açıqladığı fikirləri müxtəlif mənbələrdən oxuduqdan sonra, hamısında təxminən, yuxarıda təqdim etdiyimiz PFL-in saytında getmiş məzmunda açıqlamalar təqdim olunmuşdu və “Qarabağ”ın, “Xəzər Lənkəran”dan çox güclü olduğu vurğulanmışdı.
Əslində, biz cənab Toşakın bu fikirləri ilə tam razı deyildik. Biz heç də “Xəzər Lənkəran”ı, “Qarabağ”dan zəif saymırıq. Bu məğlubiyyətin səbəblərini də, oyunla bağlı saytımızda gedən yazıda göstərmişdik.
Amma cənab Benjamin Toşakın bu gün klubun rəsmi saytına həmin oyunla bağlı verdiyi açıqlama tam başqa prizmadandır. Belə ki, klubun rəsmi saytına bu gün verilən açıqlamada konkret olaraq, məğlubiyyətin səbəbi dünənki açıqlamasındakı kimi “Qarabağ” ın güclülüyü ilə tam bağlanmır. Başqa səbəblərin də olduğu göstərilir. “Məncə hesab oyunu əks etdirmədi”– fikrinin ardıyca, ta Nildo məsələsinə qədər elə təxminən bizim yazıda göstərdiyimiz kimidir.
Bu fərqli açıqlamalar mətbuatın səhvidirsə, niyə hamısında təxminən eyni fikirlərdir və əgər belə deyilsə, niyə buna münasibət bildirilməyib. Nildonu həmişə haqlı çıxaran cənab məşqçi, səhvlərin heç də hamısının onda olmadığını vurğulayır. Bununla da Nildonun səhvlərinin olduğunu göstərir. Nildo oyunda yox idi deyən məşqçi, sanki Sacconini komandada görmür. Onun oyununu Sacconi ilə yaxşı tandem hesab edir. Məşqçinin yadına salmaq istərdik ki, komandada Sacconi kimi bir futbolçu da var və debütündəcə Mbilla ilə əla anlaşaraq gözəl qolun müəllifi də olmuşdu.
Dünənki məğlubiyyətin bir əsas səbəbi də o idi ki, komanda tələsirdi və məğlubiyyətin əsas səbəbi elə bu tələskənlik idi ki, bunu da baş məşqçi cilovlamalı idi. Komandanın daha təmkinli olmasına nail olmalı idi.

20 thoughts on “Təzadlı mətbuatdır yoxsa, Con Toşak?”

  1. Hər bir nüans çox yaxşı nəzərə alınıb ,Xəzər heç də Qarabağdan zəif deyildi ,Toşak özü bilir .səhvlərini ,amma bunu düzəltsə də …
    Bütün bunlar bir yana qalsın İslam Cabbarlının səhəti və müalicəsi haqda xəbərlər deyəsən unudulub ,bu barədə bilmək yaxşı olardı .Kulub özünü reklam elətdirdi ,amma sonra bir xəbər çıxmadı.
    *****
    Mən şəxsən komandamızın kimdənsə, çox zəif olduğu fikrini qəbul edə bilmirəm. Bəlkə də bu komandaya bağlılıqdan irəli gəlir. Amma onu da demək istəyirəm ki, dünənki oyunda heç də 0:3 hesabına uyğun zəiflik yox idi. Özü də məşqçi deyirsə ki, oyun planında onlar bizdən çox üstün idi. Bunu isə özünə hörmət edən məşqçi deməməlidir. Çünki, oyun planını özü hazırlayır. İkinci fikrinizə gəlincə bu barədə sabah dəqiqləşdirmə aparıb, məlumat verəcəyik.

  2. Bu işdə sizə ehtiyac var ,Yəqin indi xəbərsizlik .Hörmətli İsalm bəyə pis təsir edir .Bircə o da işinə davam edə bilsəydi…
    Bəli komandanın uduzmasında .birinci növbədə məşqçi məsuliyyət daşiyir .Əgər hər hansı futbolçu can yandırmırsa ,onu cəzalandırmaq lazımdır ,və məşqçi çempionluğa söz veribsə ,onu yerinə yetirməlidit .Hər oyundan sonra ,bir addım da geri düşürük .

  3. M Souzadan xəbər yoxdur ,bir dəfə yazılmışdı ki ,o transfer üçün axtarışa çıxıb.
    *****
    Yəqin ki, namizədləri var ki, Toşak oyunçular barədə belə dingilldəyir. Hətta Nildosunu da bəyənmir.

  4. Mirhafiz bəy, mən hesab edirəm ki “Qarabağ” bizdən cox güclüdür” ifadəsi PFL-in saytına bəlkədə bilərəkdən salınıb. Çünki, bərabər səviyyəli oyun getdiyi halda biz necə zəif ola bilərdik? Sadəcə rəqib bizim tələskənliyimizdən istifadə edərək ağıllı oyunu hesabına qalib gəldi. Toşakın komandanın rəsmi saytına verdiyi müsahibəsi isə məqsədəuyğundur. Qoy mətbuat katibi araşdırıb rəsmi saytda açıqlama versin ki, o cümlə PFL-in saytına necə düşüb? Həqiqətən də Toşak belə bir sözü işlədib ya yox?
    *****
    Buyursunlar, təkzib etsinlər, çünki müxtəlif mənbələrdə də belə oxşar fikirlər gedib. Hətta qəzetlərdə də…

  5. Salam, Mirhafiz bəy! Bu gün mən 5-6 populyar idman saytlarının arxivundən 27 oktyabrda verilən açıqlamanı oxudum. Hamısı yüzdə-yüz PFL-in açıqlaması ilə üst-üstə düşür. Belə olan halda sual olunur, bəs onda 28-oktyabrda klubun rəsmı saytında verilən açıqlama niyə 27-də verilən açıqlamadan fərqlidir? Məgər Toşak mətbuat konfransında iki ayrı-ayrı açıqlamalar verib?
    *****
    Bəli, Qabil müəllim, bizi də narahat edən əsas məsələ elə budur ki, Toşak iki ayrı gündə, iki məntiqi fərqli olan açıqlama verib. Hər halda bu belə görünür. Əksini isə klubdan təkzib etmirlərsə, deməli bu doğurdan da belə çıxır.
    Ona görə də hər hansı xəbər proqramında və ya idman verilişlərində oyundan görüntülər də, həmin istiqamətdə təqdim olunur. Demək olar ki, “Xəzər Lənkəran”ın heç rəqib qapısına tərəf getdiyi göstərilmir. Televiziyada yayımlanmayan oyundan belə görüntülər verməklə, üstəgəl hesabın da belə olması tamaşaçıda “Ölü Xəzər” fikri formalaşdırır. Toşakın da birinci açıqlaması buna rəvac verir.
    Bu haqsızlıqdır komandaya qarşı. Oyunu bütövlükdə seyr edən izləyici gördü ki, komanda necə can qoydu meydanda. Hər qarış üçün necə vuruşurdular futbolçularımız. Sürət çox olduğundan, çox vaxt “Qarabağ”ın futbolçuları çatdıra bilmədiyi neçə-neçə epizodun siz də, baxanlar da şahididirlər. Sadəcə tələsməklə, həlledici momentlər boşa verilirdi. Adama toxunan da elə budur. Axı futbolçularımız ürəyini də meydanda qoyurdu. Demək olar bütün futbolçular. O gərgin qrafikdən sonra futbolçulara belə can yandırmalarına görə sağ ol, demək əvəzinə, tam başqa, xoşagəlməyən mənzərə yaranıb. Bu halda biz də futbolçularımızı müdafiə edib, arxa dayaq olmasaq, təzədən komanda ruhu sına bilər. Budur məni narahat edən səbəb. Mən demirəm ki, yalandan onları tərifləyək. Heç vaxt bunun tərəfdarı olmamışam. Heç inanın ki, bəzən heç-heçə də adama təsir edir. Amma bu 0:3 hesablı məğlubiyyət inanın ki, məni o qədər də pərişan etmədi.Çünki komanda vuruşdu, döyüşdü, məğlub oldu. Komanda ruhu ilə oynadı, xarakterinin olduğunu göstərdi.
    Yadınıza salın ötən mövsüm ÇL-də “Barselona”-“Çelsi” matçlarını. 90 dəqiqə “Barsa” yükləndi rəqib qapısına. “Çelsi” meydanın özlərinə aid olan hissəsindən çıxa bilmirdi. Amma əks hücumda vurduqları qolla mərhələni keçən tərəf oldular. Mən belə qələbənin tərəfdarı deyiləm! Vuruşanı qiymətləndirirəm. Məni bağışlayın, qapısı ağzında “qarşokda” oturanı yox!

    • Ay çox sağ olun Mirhafiz bəy .necə deyərlər ,lap doqquzluğa vurdunuz ,Futbol -insanların istirahət edəcəyi bir oyundur ,zövq almaq üçündür .Amma belə oyunlarda ki biri siz demiş qaşokada oturur .bu futbol olmur ,Hər iki tərəfin qarşılıqlı hüçum qurması ilə oynanılan oyun .əsl futbol nümunəsidir .
      Bir il bundan qabaq ,Avroliqa da Zenit -Benfika oyununa bsxırdım .İnanın ki o oyun hələ də yadımdan çıxmayıb .qar da yağırdı .o qarda elə gözəl oyun oldu ki ,Əvvvə Zenit sonra Benfika qol vurdu ,sonradan 2-1 idi son dəqıqələrdə Zenit hesabı bərabərləşdiridi ,Bir də ki Rednikin vaxtında kubok oyunlarında Neftçi ilə olan maçt 4-3 .Bu oyunlar yaddan çıxası deyil. Neftçi ilə oyunlarda həmişə maraqlı olutr ,çünki qarşılıqlı hücumlarla keçir ,Sadəcə hakimlərimiz ,imkan versə .Qarabağ çenpion olmaq istəyir ,Qurbanov hyləgərlik işlədib .qalib gəlsin ,
      Foqstın Xəzər haqda dediyi fikirlədə çox pozitivdir ,-Bir azdan siz başqa bir Xəzər Lənkaran görəcəksiniz ,onlar əsl Avropa futbolu oynayır ,

  6. Doktor, Siz əsas mahiyyəti elə məqalənin başlığında vermisiz. “Təzadlı mətbuatdır yoxsa, Con Toşak?” Mən cümlənin birinci hissəsinə üstünlük verib deyərdim ki, təzadlı mətbuatdır. Bildiyimə görə Toşak mətbuata çox da həvəs və üz göstərən birisi deyil. Mətbuat konfranslarında çəkdiyi el məsəllərini çıxmaq şərtiylə, çox qısa və yığcam danışır. Odurki, Toşak bir məsələyə iki ayrı-ayrı açıqlama verməz. Burda nə isə başqa bir əmma var…

  7. Size qurban!-Bu metbuat ele bilirsiniz ki ozbaşinadir.Pfl-in rehberine Klubumuzun prezidentinin superkubok oyundan sonra ne dediyini eşitmemisiniz?-Ramin hemin an qapinin arxasinda telefonla danişirmiş kimi Mais muellimle uz-uze cixmadimi?-Artiq meydanda ne elediyini bilmeyenler başqa üsulla zerbeye ustunluk veribler ki, sabah bu deyilmeyen sozlerle cirkinliklerini ortsunler.Toloşi balem,tolişim!Xezeri peştim, dayaqim!
    *****
    Yəqin ki, kiçik redaktəni qəbul edərsiz, Zəfər bəy!

  8. islam Cabbarlı xəstə olduğu üçün komandadan məlumat ala bilmirik ,necə məşq edir? ,itkilər varmı ?,Çox təssüf . Sizn və Vaqif Rəşidovun yəqin ki işiləriniz çox olduğu üçün ,bu haqda məlimat verə bilmirsiniz .
    12ci oyunçu işini tam pərpa etsəydi .komanda haqda məlumat daha geniş olardı.
    *****
    Bizi qınamayın! Komandadan, məşqlərindən xəbər vermək mümkünsüz deyil. Sadəcə bu rubrikalar İslam bəyin idarə etdiyi “12cioyuncu.info” saytına məxsus olduğundan buna yer vermirik. Dostlar xəstə ikən onların rubrikalarını “oğurlamaq” kimi bir düşüncə bizim əlifbamızda yoxdur. Biz özümüzəməxsusluğu qorumaq istəyirik.
    Yeri gəlmişkən dünənki şərhinizdə İslam bəylə bağlı sualınıza cavab verərkən onu demək istəyirik ki, İslam bəyin durumu orta vəziyyətdə davam edir. Klubun ona yardım məsələsinə gəlincə, onu hansısa həkimə göstərməyi boyun olan klub, həmin həkimin də hələ burda deyil, xaricdə olduğunu əsas gətirərək, bu məsələdə də gözləməyi məsləhət görüblər. Allahın şəfası hamısından üstündür məncə.

    • Klub rəsmisindən klub haqda məlumat istəsəm də, mənə onu vermədilər.İndi çalışıram ki ayrı mənbələrdən öyrənim.İmtina ola bilər ki mənim axrınçı iki oyun haqda olan kəskin fikirlərimdən dogulub.

  9. Əlbəttdə ,Allahın səfası hamısından üstündür. Cavab verdiyiniz üçün çox sağ olun .Allah hər kəsi əməlinə görə mükafatlandırır .Allah köməyiniz olsun .İ .Cabbarlıya da şəfa versin.Heç onlara gərək qalmasın .

  10. Deyəsən bu dəfə zədəlilər çox olacaq ,mətbuatda axtarır elə zədəli axtarmaçin Xəzərdə ,öz istəkləri öz sevdikləri komandaları üçün olsun .
    Neftçidə işlər o qədər də yaxşı getmir ,Böygaga qoymur ,Nazimi əl-qol açmağa ,başları özlərinə qarışıb .
    Mirhafiz bəy Güllüoğlan deyir ki mən Kamranı vurmamışam video da görünür ,bu necə ola bilər ,onun vurduğu açıq aydın göürnür.
    *****
    “Neftçi” bunanla belə göstərməyə çalışır ki, bizdə işlər qaydasında deyil. Rəqibin onu ciddiyə almaması üçündür, bütün bunlar. Bizim komanda heyəti buna aldanmamalıdır. Bu dünya praktikasında istifadə olunan köhnə metodlardan biridir. Güloğlan da yəqin, “vurmaq istəməmişəm” demək istəyib.

  11. Haminiza minnetdaram!-Ona gore ki,kifayet qeder oz fikirlerinizi dediniz.Eziz qardaşlar!.Biz umumen xoşbext adamlariq ki,menevi cehetden bolgemize,kamandamiza baqli insanlariq.Haminiz yaxşi bilirsiniz ki,kamandamiz yarandiqi gunden cempionluqa oynayib.Bizi cox sevindiren anlarda olub,uzulub ruhdan duşmek kimi meqamlarda.Hamimiz menevi zovq almaqla yanaşi, kamandamizin ve Lenkeranimizin adini hemişe yukseklerde cekilmeyini isteyirik.İş olan yerde hemişe noqsan olur.Hec kim deye bilmez ki ,kamandamiz noqsansiz ve ya azarkeş kimi biz gunahsiziq.Butun bunlar zaman-zaman olan işlerdir.Kamanda rehberliyinin vaxtinda gormediyi tedbirler cempionat qizişdiqca oz tesirini gorsedir.Bununla bele eminem ki,kamanda meşqcisinden tutmuş rehberliye kimi hami qelebe isteyir.Amma nece?-burdada ele meqamlar var ki,vaxta ve zamana ehtiyaci var.Qaldi azarkeş meselesine ,bu barede bir XL azarkeşi olaraq cox narahatam.Duzdur,kamandamiz uduzanda biz uzuluruk ve tez emosiyalarimiz bize qalib gelir.Bu vaxt oyunculardan tutmuş meşqci ve rehberliye kimi hamini sert tenqidler edirik.Bezen ise lap qabaqa gedirik.Meselen: 30.10.2013 в 21:47
    towak neftciye 3-xal vermeye gedir bu 100%-dir!!!! cunki xezerimiz 3-xallari paylaya paylaya gedir, hansi klub 3-xal isteyirse xzernen goruweceyi gunu gozleyir! amma men isteyirem ki neftci 3-xal qazanmasin qoy qarabag birazda qabaga getsin! bu realliqdi bunu men ve bawqalarida bilir ve gorur, xezerin bu il cempiantda nese edeceyi real deyil gelin allaha yalvaraq ki kubok oyunlarinda qarabagnan finaida qarwilawsin, eger bu bele olmasa qarabag bizim kubok isteyimizden birdefeleik xett cekecek!!!!!!
    Burdan cox neticeler elde etmek olar.Birinci kamandamizin oyun alqi-satqisi ile teqsirlendirmek olar.İkinci kubok oynunda qarabaqla goruşsek bize rehm etmez ve kuboka hesret qalariq.Ucuncususe biz yalniz Qarabaq ucun oynamaliyiq….. Vallah!-qardaşimiz incimesin!-bilirem ki,bu qardaş XL-i cox isteyir ve bu isteyi yalniz avrokuboka cixmaqda gorur.Amma bu bele deyil.Bizim kamandamiza qarşi olan haqsizliqlari gorduyumuz bir zamanda bizde hey doşeyirik.Superkubokun Lenkerana gelmeyi boyuk qehremanliq idi.Bunu uşaqlar ne zulmle getirdiler-hamimiz şahidik.İtirilen enerji ve berpa prosesi kamandamizin Qarabaqla oyunda meqlubiyyetine sebeb oldu.Birde PFL-in hemin oyundan yayimladiqi kadrlara baxin.Ancaq Qarabaqin hucumlarini gorsedir ve kamandamizi aciz kimi qeleme vermek isteyir.Yada Toşakin aciqlamasini oz bildiyi kimi saytlara yayimladiqina fikir verin!-butun bunlar başqa meqsed gudmek deyilmi?.Bunlara etiraz olaraq kamandamizda oz ev oyunlarini pulsuz vermir-deye pFL-le kelle-kelleye gelir.Bizim ucun hami reqibdir.Yalniz bu reqiblerle eyni cur motivasiya ola bilmirik.Neftci ile ise motivasiya ozu yaranir.Niye?-Ona gore ki,Pfl oz hakimleri ile bu kamandaya o qeder komek edib ki….bir nov bu kamandani duşmene cevirib.Menimse kamandamiza umidim coxdur.Bu kamandamiz oynayib uduzanda peşman olmuram ve hemişe onlara dayaq oluram.Sonda onu bildirirem ki,sizin her birinize ve yazdiqlariniz şerhlere hormetle yanaşiram.Mende sizler kimi sade XL azarkeşem.Kamandamiza uqurlar umudile: Zefer Lerikli.
    CAVAB YAZ
    *****
    Zəfər bəy, biz həmişə sizi nikbin azarkeşlərimizdən sayırıq. Komanda xal itirəndə də ona bizimlə birlikdə arxa-dayaq olursuz. Şərhinizin əvvəlindəki, bu il komandadan bir şey gözləmirəm, yaxud “Qarabağ” bizə aman verməz, kimi fikirləri sizin düşüncələriniz kimi qəbul etmirəm. Ruhdan düşməyə dəyməz. Elə “Qarabağ”a məğlub olduğumuz oyunu, tələsmədən, panikaya düşmədən, həvəsdən düşmədən, daha ağılnan oynasaq, heç kim bizim qabağımızda qala bilməz. Bir də qış transfer dönəmindən lazımınca uğurla istifadə edə bilsək, daha da irəli gedərik. Ruhdan düşməyin. Sizi kimi azarkeşlər ruhdan düşsəz, bəs digər azarkeşlərimiz depressiyaya düşməzmi?

  12. Hormetli Mirhafiz muellim!-12ci oyuncuda bir sorqu kecirtdim.Hemin sorqunu oxuyun zehmet olmasa. Meselen:————–o fikirler menim deyil.Sadece menim şerhim hele o saytda yayimlanmayib.Men ruhdan duşmurem,ruhdan duşen qardaşlara ise ruhdan duşmemeyi tovsiyye edirem
    *****
    Biz sizin əsl azarkeş kimi nikbinliyinizi dəyərləndirir və digər ruhdan düşməyə meyilli olanlara nümünə görmüşük həmişə.

  13. Hormetli Mirhafiz muellim!-Sizde hemin sorquma cavab yazsaydiniz cox yerine duşerdi.İslam beyin xestelenmesinden sonra azarkeşlerde nikbinlik azalib ve melumatsizliq oz işini gorur.Başqa saytlarin melumatlari azarkeşlerimizi caşdirir.Saq olun ki ,men sizlerden cox obyektiv yanaşma gorurem.Buda mene duzgun neticeye gelmeye komek olur.T E Ş E K K U R L E R ! ! !
    *****
    İndi bilsinlər İslam bəyin qədrin. Mən də bilirsiniz ki, öz işimlə əlaqədar bütün vaxtımı sərf edə bilmirəm. Ancaq onu deyim ki, ikiqat fəaliyyət göstəririk bu günlərdə. Klubdan komanda ilə bağlı heç bir məlumat bizə verilmir. Əsasən öz kanallarımızla öyrəndiyimiz xəbərləri dərc edirik. Bir də ki, yazılarımızla komanda haqqında çıxış edir, hadisələri əhatə edirik. Klubun biganəliyi var. Hansısa saytlara meyl göstərirlər. Onları qınamırıq. Biz bir müstəqil azarkeş qurumuyuq və müstəqil də fəaliyyət göstəririk. Sizin kimi fəal azarkeşlər də mümkün olduqca dəstəyini bizdən əsirgəmir, videolar göndərir, elə sırf sizin misalınızda. Bu şərəfli işi heç bir təsirə uğramadan özümüz fəxrlə görürük. Halal zəhmətimizlə fəaliyyət hər şeydən irəlidir, Zəfər bəy!
    Bilirsiniz, Rednik komandamızdan gedəndə mən onunla danışıb görüşmək istədiyimizi bildirdim. Sağ olsun, təyyarənin uçuşuna bir neçə saat qalmasına baxmayaraq, bizimlə “Bosman”ın üzvləri ilə görüşə razılıq verdi. “Park Bulvar”da kafedə oturub onunla söhbətləşdik. Rednik özü ilə köməkçisi Mihay Tejanı və fiziki hazırlıq üzrə məşqçi olan Ciovanni Melkioreni də götürmüşdü. Məqsədimiz ayrılmağın tam səbəblərini öyrənmək və azarkeşlərimizə çatdırmaq idi. Öhtəmizə düşən işi şərəflə gördük. Hamısını canlı əfsanədən öyrəndik. Azarkeşlərimizə əhatəli xəbər vasitəsi ilə çatdırdıq. Klubun haqsız hərəkətlərini işıqlandırdıq. Bu həmin dövr bütün mətbuatda böyük rezonans doğurdu. Klub məcburiyyətdən bizim tərəfimizdən açılmış və onlara sərf etməyən bu həqiqətləri bir iki sayt vasitəsilə Tuyqun Nadirovun müsahibəsi ilə qarşılamağa çalışdılar. Tuyqun Nadirov onda bilirsiniz həmin sayt(lar)da nə demişdi. Onlara işarə edərək belə demişdi:- Düzdü belə xəbərlər dərc olunub. Amma əgər o xəbərlər dərc olunan saytlar sizin kimi bir ciddi informasiya orqanı olsaydı (bizə işarə edir) mən onlara cavab verərdim. Yoxsa harda gəldi nəsə yazıblarsa, mən bunları qeyri ciddi hesab edib cavab vermək istəmirəm.
    Görürsünüz klubun rəhbərlərindən sayılan bir adam, öz azarkeşi haqqında necə sərsəm-sərsəm fikirlər söyləyir. Özü də həqiqəti biz deməyimizə baxmayaraq. Sonrakı görüş olanda mən şəxsən Tuyqun Nadirova çox kəskin şəkildə öz etirazımı bildirdim və Mənim şəxsiyyətimdən əgər çəxsiyyətini artıq sayırsa, sübut eləməsini istədim. Bərk əsəbi vəziyyətdə idim. Sonra o mənə dedi ki, mən belə demək istəməmişəm və sair və ilaxır. Təbii ki, bu nağıllara mən necə reaksiya verdim.
    Daha sonra Redniklə görüşdə iştirak edən, “Bosman”ın başqa bir üzvü Etibar Cəbrayıloğlu “Ədalət” qəzeti vasitəsi ilə onun cavabını verdi. Bu da sənə ciddi mənbədən gələn cavab. Amma mən Etibar bəydən bunu xahiş etməmişdim. Fikrimə belə bir tribunadan (ciddilik məsələsi) cavab vermək gəlsə də, mən sifarişli olar deyə bunu Etibar bəydən fanklub rəhbəriyəm deyə xahiş, nə də tələb etməmişdim. Biz hər nə gəldi başqalarından fərqli olaraq yazmırıq. Populizm xatirinə də heç bir hərəkətimiz yoxdur. Şəxsiyyətimizə hörmət qoyan vicdanlı insanlar kimi, xəbər və yazılarımızı da son dərəcə ölçüb, biçirik. Təbii şəxsiyyətinə hörmət qoyan insanların xəbəri də digər populist fəaliyyət göstərən vasitələrdən ucada durur, xəbərləri də həqiqəti əks etdirir. Biz şoubiznes əhli deyilik.

    • Butun bu yazilanlardan qabaqda men hiss edirdim ki klub musteqil fealiyyet gorseden saytlara melumat vermekden qacir.Sebebini ozluyumde araşdirmişdim.Haqq soz hemişe aci olar,ona goreki kamandada baş verenleri temmanasiz ve deqiq deyir.O melumatlari deyir ki,bu melumatlar kamandaya xeyir verdiyi halda kimese serf elemir.Islam muellim cox cetinlikle yaxin olan menbelerden melumat alirdi ve azarkeşleri melumatsiz qoymurdu.İndi o saytlar ki var-ele fexrle yazirlar : kamandanin metbuat katibi bize danişdi,Tuyqun bey bele cavab verdi ve s.Cunki o saytlari oxuyan yoxdur,o saytlarda şerh yazan yoxdur.Ancaq XL azarkeşi xeber dalinca duşur ve o saytlari oxumaqa mecbur olur.Butun bu cetinliye baxmayaraq biz ayri-ayri ferdleri yox,kamandamizi sevirik.Bize bu sevgi yeter ve bu sevgi ucun hemişe ayaqdayiq.
      *****
      İstəsək klubdan xəbərləri də ala bilərik. Lakin elə bir minnət hiss edəcəksən ki, guya sənə böyük bir yaxşılıq etmiş olublar. Onlarda da təqsir görmürük. Bu reklamçı saytlarla o qədər işləyiblər ki, lazım olanda sifarişli xəbərlər də dərc etdirirlər. Əlbəttə bu hamıya aid deyil.
      Bizə isə sifarişin qeyri mümkün olduğundan, ona görə də biganə yanaşmağa meyllidirlər. Biz isə başqaları kimi, onlardan gələn pulu yox, komandamızı təmənnasız sevirik. Ona görə də bu fərq olmalıdır. Lakin biz bununla fəxr edirik.

      • Esl azarkeşede bu lazimdir.Bizde sizleri secdik ve sizlerle fexr edirik!-İnşallah her şey yaxşi olar.Bizi yaşadanda sabaha olan umidlerdir.Teşekkur edirem!

  14. Mirhafiz bəy ,kulub həkim məsələsinə necə oldu ? İsalm bəyin vəziyyətindən də xəbər yoxdur ,?Sizn məlumatınız varmı .?
    *****
    Hələ ki, gözləməyi məsləhət görürlər.

Comments are closed.