Azərbaycan Superkubokunun keçiriləcəyi tarix dəqiqləşib. Yayılan xəbərlərə görə, həmin qarşılaşma oktyabrın 23-də baş tutacaq. “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyun Naxçıvanda keçiriləcək.
MƏNBƏ: Apasport.az
3 thoughts on “Superkubok oyunu harada? Bu Stadionda!”
Comments are closed.
Hormetli Mirhafiz muellim!Men duwunurem ki,superkubok oynunun Naxcivanda kecirilmesi birterefli qaydada razilawdirilib.Bu birazda Naxcivanda futbola maraqin artirilmasina hesablanib.Cunki,bu ilden “Araz”-kamandasi yeniden fealiyyetini berpa etmiwdir.Naxcivanda indi vezifeli wexsler cox caliwirlar ki,”Araz”-kamandasi esas liqaya vesiqe alsin.Lap yaxwi!. Ancaq qaranliq meseleler azarkewleri bu iwe wubheli yanawmaqa sovq edir.Tuyqun bey superkubokun harda kecirilmesine etiraz etmeyib ve harda kecirilmesinden asili olmayaraq qalib gelmeyine eminliyini gizletmeyib.Buda teqdirolunandir,amma yene qaranliq meqamlar uze cixir.Meger,bu oynun Naxcivanda kecirilmeyine etiraz olunsaydi,qebul olunardimi?.Birde,biz azarkewleri duwuk saymasinlar ve demesinler ki,bu oynu tehlukesizlik baximindan Naxcivanda kecirilmesi daha meqsedeuyqundur.Lenkeranda belke adamyeyen var!?-Bundansa,deye bilmezdiler ki,bu oynu Naxcivanda futbolun yeniden tereqqi tapmasina gore salmiwiq.Bizde buna destek vererdik.Tewekkurler!
*****
Məncə nə deyirlər desinlər, amma Naxçıvan da bu ölkənin ayrılmaz bir hissəsidir. Bircə iş pis olur ki, komandamızın əksər azarkeşləri bu oyunda tribunalardan doğma komandamıza dəstək ola bilməyəcəklər. Naxçıvana səfər hamının imkanı daxilində deyil. Gəlin buna belə yanaşaq: Superkubok oyunu naxçıvanlı futbolsevərlərə bizdən bir hədiyyə olsun. Gör neçə illərdir ki, Naxçıvanda böyük futbol üçün həsrət çəkənlər var. “Araz” komandasının da bərpası münasibəti ilə bütün Naxçıvan futbolsevərlərini təbrik edirik. Gələn il bu komandanı yüksək liqada görməyi arzulayırıq. Birvaxtlar “Araz” komandası SSRİ-nin II dəstəsində “Xəzər” və digər komandalarımızla mübarizə aparanda necə də maraqlı idi. Naxçıvan futbolsevərlərinin də haqqı var ki, böyük futbolda çıxış etsinlər. İnanıram ki, bu oyunda da onların əksəriyyəti komandamıza azarkeşlik edəcək!
Hər vaxtınız xeyir! Admin qardaş, Superkubokun Azərbaycanın hansı bölgəsində keçirilməsindən asılı olmayaraq “Xəzər Lənkəran” azarkeşı orda sevimli komandasının yanında olacaq. Necə ki, “Qızıl oyun”da Gəncəyə 15-minə qədər azarkeş getmişdi. Oktyabrın 23-də əksər azarkeşlərimizin Naxcıvana gedə bilməməsinin bir problemi var. Mən də daxil olmaqla əksər azarkeşlərimizin Naxçıvana getmək üçün xarici pasportu yoxdur. Mənə elə gəlir ki, oyunu bilərəkdən Naxçıvana salmaqla “Xəzər Lənkəran”ın böyük azarkeş ordusunu əsas hissəsini neytrallaşdıra bildilər.
Saytımız vasitəsiylə Naxçıvanlı dostlarımı Salamlayıram və onları “Araz” komandasının yenidən Azərbaycan futboluna qayıdışı münasibətiylə təbrik edirəm. Əminəm ki, mənimlə “Gilan”inşaatda birgə işləmiş yuzlərlə Naxçıvanlı dostlarım mənim doğma “Xəzər Lənkəran”ıma azarkeşlik edəcəklər.