Superkubok öncəsi pis, yaxşı hər şey!

X turla başlayan II dövrə “Xəzər Lənkəran” üçün səfər anlamına gəlirdi. Düzdü “Simurq”la oynayan komandamız, daha uzaq Zaqatala şəhərinə getməli idi. Zaqatala stadionunun təmiri qurtarsa da UEFA nümayəndələrinin gəlib stadionu qəbul etməsi yubandı ki, “Simurq” başqa stadion axtarmalı oldu və oyun Bakıda “Bayıl Arena”da keçirildi. Bu da azarkeş sarıdan komandamızın üstünlüyü demək idi.
Bəli, azarkeşlərimiz bu oyuna xüsusi diqqət ayırmışdılar. Bunun bir səbəbi ilk dövrənin xüsusən əvvəlində qeyri-stabil çıxış edən komandamızın nəhayət buna son qoyacağı gözləntiləri idi. Başqa bir səbəbi dörd gün sonra Naxçıvanda oynanılacaq Superkubok öncəsi qələbə qazanaraq, yüksək əhval-ruhiyyə əldə etmək və bununla da azarkeşlərin Superkubok istəklərinə ümidləri qoruyub saxlamaq. Digər bir səbəb də ağır xəstəlikdən sonra Xəstəxanadan evə yenicə buraxılmış olan, daim komanda üçün rəqibin kimliyindən asılı olmayaraq, döyüşkənlik göstərən və demək olar ki, ömrünü son illər tam mənada buna həsr edən “12-ci Oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlıya bu oyunda qazanılacaq qələbəni həsr etməklə mənəvi dəstək olmaq.
Birinci səbəb demək olar ki, özünü doğrulda bildi. Yəni ilk hissədə erkən qol buraxan komandamız, hissənin sonuna qədər bunun əvəzini çıxa bilmədi. Vurduğu qoldan sonra “Simurq”un qapanması isə vəziyyəti lap qəlizləşdirdi. Bəzən oyunçularımızın sanki zədədən qaçması hiss olunurdu ki, bu da Superkubok öncəsi komandada çıxış edən futbolçuların zədə almaması ilə bağlı idi yəqin ki.
İlk hissədəki oyun üslubunu davam etdirəcəyi təqdirdə, rəqibib qapanması, bizim isə futbolçuların fiziki olaraq zədədən qaçması səbəbindən komandamızın qapının həndəvərinə yaxınlaşa bilməməsi Superkubok öncəsi məğlubiyyətə səbəb olacaqdı ki, bununla da bir-iki futbolçunun fiziki zədədən qaçması hesabına, bütöv komandanın psixoloji zədə alacağı şübhəsiz idi. Bu isə Superkubok öncəsi komandanı yarıcan etməyə bərabər ola bilərdi. Həm Nildonun zədələnməsi ilə baş verən məcburi dəyişikliklər, həm də Con Benjaminin psixoloji sindroma düşməmək istəyindən məcburi taktiki dəyişikliklər etməsi, artıq ikinci hissədə öz bəhrəsini verməyə başladı. Oyunu canlı izləyənlər bunu təsdiq edər. İkinci hissədə böyük hərəkətlilik, tempin artırılması elə kifayət etdi ki, komandada məğlubiyyətdən qurtarmaq üçün özünəinam yaransın və əsasən bu üstünlük də rəqibin oyun intizamını da pozmuş oldu və çox keçmədən qarışıqlıqda bir qol vurulsa da hakimin bunu nədənsə hesaba almaması, artıq dönüşün yarandığının göstəricisi idi.
Artıq 53-cü dəqiqədə isə komandamızın hesabı bərabərləşdirməsi və oyunda yaratdığı dönüş, xəbər verirdi ki, qalan xeyli dəqiqələr ərzində komandamız qələbə topunu da vurmaq əzmindədir. Bir penalti vəziyyəti də oldu ki, hakim buna da davam işarəsi verdi. Çox da uzaq olmayan tribunadan göründüyü qədərilə hakim bu epizodda bizim zərərimizə səhv etdi. Hər halda hakim belə deyirlər ki, epizoda bizdən yaxın olsa da, bu onun təcrübə və vicdan işidir.
Çox keçmədən hərəkətliliyi ilə rəqibin oyun intizamını pozmuş komandamız qələbə qolunu da vura bildi. Bu da onu göstərir ki, komandamız istəkli olanda, əzmkarlıq göstərir və oyunu 90-dəqiqə oynayırlar prinsipinə sadiq qalır.
Bununla turnir cədvəlindəki vəziyyətini bir qədər yaxşılaşdıran “Xəzər Lənkəran” həmin an üçün beşinci pillədə qərarlaşdı. Bu bugün keçiriləcək daha iki oyunun nəticəsindən asılı ola bilər. Lakin onu demək olar ki, “Simurq” üzərindəki bu qələbə azı 8-ci yerdən bir pillə yuxarı köçməyə imkan verir. Bu qələbə sayəsində 13 xalla bizdən yuxarı pillədə yer alan “Simurq” komandası, 13 xal toplamış “Xəzər Lənkəran”a yerin verəcək ki, bu da öz aralarıdakı oyun nisbətinə görədir. İlk dövrədə Lənkəranda 0:0 bərabərə qalan komandaların ikinci gırüşündə bu 1:2-lik qələbə bununla da komandamıza üstünlük yaradır.
Komandamıza inam onsuz da son görüşlərdə göstərdiyi oyuna görə yaranmışdı. Turnir cədvəlində də xal fərqlərinin az olduğundan, belə turnir cədvəlini sürüşkən adlandırmışdıq ki, bu artıq özünü doğruldur. Buna əlavə olaraq, qış transfer dönəmində daha üç layiqli futbolçu alınması fonunda nəyəsə, hətta çempionluğa ümidin olmasını deyəndə bizə irad tutanlar da oldu, turnir cədvəlində yuxarıda yerləşən komandalara yazıqları gəldiyini deyənlər də oldu. İnşallah bizim hesablamalarımız özünü doğruldarsa, döyüşkən bir komanda olacağımız şübhə doğurmur. Bu isə süni çempionluqdan da üstündür. Bir də ki, bu fikirləri deyəndə  biz Toşakın məşqçilik yoluna da bələd olaraq demişdik. Toşak kimi məşqçilər ağır və əsaslı gedən inkişaf yolunu tutan məşqçilərdəndir.
Qaldı ki, bu oyunun və qazanılacaq qələbənin əhəmiyyətinin üçüncü hissəsinə, bu da İslam Cabbarlıya mənəvi dəstəklə bağlı idi. Bunaunla əlaqədar saytımızda azarkeş təklifləri də nəzərə alınmaqla, “Qazanılacaq qələbə kimə həsr olunacaq” başlıqlı yazı əsas xəbər kimi saxlanmışdı. Buna öz töhfəsini verən və şəxsən tanımadığımız Zəfər Lerikli adlı izləyicimiz, ekranlardan kənar qalan bu oyunun videosunu yaddaşa köçürməklə və saytımızda təqdim etməklə bunu İslam Cabbarlıya hədiyyə etdiyini dedi. Başqa təkliflər də var idi ki, onların hamısını belə qısa zamanda həyata keçirmək mümkün deyildi. Biz isə “Bosman” fanklubu olaraq, xüsusi kağızlardan təxminən 3-3,5 metr uzunluğunda “1” və “2” rəqəmləri hazırlamışdıq ki, bu da “12” rəqəmini ifadə edirdi və İslam Cabbarlıya dəstək olaraq hazırlanmışdı. Oyunun 80-ci dəqiqəsindən sonra hesab 1:2 olarkən bunu açıb oyunun sonuna qədər də nümayiş etdirdik. Bu görüntü son kadrlarda uzaqdan düşüb və ehtiyat skamyalar yerləşən “Simurq” tərəfinin arxa tribunasında açılmışdı.
İşimizi bununla da bitmiş hesab eləməmişdik. Klub nümayəndələrilə əlaqə saxlayıb bir şeyi xahiş etmişdik. “Əgər bu oyunda qələbə olarsa, mətbuat konfransında bu qələbəni, xəstəlikdə olan, sadiq azarkeşimiz İslam Cabbarlıya həsr edirik”, demələrini istəmişdik. Lakin bu təklifin qəbul olunmasında müəyyən çətinliklər ola biləcəyi cavabını eşitmişdik. Nə yazıq ki, mətbuat konfransında mənəvi dəstək nümayişi olmadı. Xarici futbollarda bunun bariz nümunələrinin çox şahidi olsaq da, nə yazıq ki, ölkə futbolunda qələbələri yalnız klub prezidentinə və ya ad gününə hədiyyə eləməyi bacarırlar. Aşağıda mətbuat konfransındakı hər iki məşqçinin  rəylərini təqdim edirik.
Georgi Çixradze: “Simurq” klubunun baş məşqçisi: “Oyun qarşılıqlı hücumlarla keçdi. İlk hissənin başlanğıcında qol vurduq, fasiləyə üstün getdik. İkinci hissədə isə oyunçumuz zədəli olan vaxt qapımızdan qol buraxdıq. Artıq 3-cü turdur ki, oyunçumuz qırmızı vərəqə alır, azlıqda qalırıq. Qırmızı vərəqədən sonra bizə oynamaq çətin olsa da, hücumlarımızı davam etdirdik”.
Con Toşak: “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “İlk 15 dəqiqədə bərbad oynadıq. Rəqib qol vurduqdan sonra qapalı futbol oynadı. “Simurq”un müdafiə xəttini yarmaq çox çətin idi. Sakkonini əvəzləmək düzgün addım idi. Tounkara, Mbilla və Ramazanovla müxtəlif hücum variantlarına əl atdıq. İkinci hissədə üstün tərəf idik, qalib gəlmək üçün əlimizdən gələni etdik. Nildo diz bağlarından zədələnib, onun Superkubokda oynamaq şansı azdır. “Neftçi”yə qarşı iki dəfə oynamışıq və heç birində məğlub olmamışıq. Superkuboku Lənkərana aparmaq yaxşı olar”.

14 thoughts on “Superkubok öncəsi pis, yaxşı hər şey!”

  1. Artıq Superkubokun taleyi həll olunub.Matçın baş hakimi Rəhim Həsənovdur .bu artıq hər şeyin həll olunduğun bildirir.
    *****
    Məncə düzlük tərəfdarı olan Naxçıvan camaatı qarşısında Hər hansı bir hakim “nə isə etmək”dən çəkinər.

    • Hormetli R.S.!-Hemişe inam insana quvvet verir.Bele tezlikle ruhdan duşmeyin!-Axi superkubukda olan qelebeni cox isteyirdiniz?-İnaninki her şey yaxşi olar.

      • Bəli Zəfər bəy, orda qazanılacaq qələbəni də İslam bəyə həsr ederdim, bunu çox istərdim. Məncə Rahid qol vursaydı, onu İslam bəyə həsr edərdi.

        • Arxayin olun!-İnşallah bu reallaşar.Teki urekden bunu isteyek.Mubariz muelliminde hemin oynu canli izlemeyi gozlenilir.Kaş İslam bey barede azarkeşler Fexri prezidente bir jest ede bileydiler.

  2. Her vaxtiniz xeyirli olsun!-Sizi emin edirem ki, Xezer Lenkeran kamandasinda ozuneinam hele 60 faizdir.Simurqla oyun oncesi bu 50 faiz teşkil edirdi.Oynun ikinci hissesi subut etdi ki, futbolcularimiz oynaya bilir.Superkubok oynunda Xezerin qelebesine inamim coxdur.İnanin ki, bunu obyektiv deyirem.Xezerin azarkeşi olduqumun bu fikrime hec aidiyyati yoxdur.Kamandamiza bu inami biz vermişik ve daima vereceyik.Kamandamizin mubariz ruhunu hiss etmek indi hec kimde şubhe yaratmamalidir.
    *****
    Sizinlə tam razıyıq.

  3. Qeleba munasibetile her kesi tebrik edirem. Kas heqiqeten metbuat konfransinda qelebeni Islam beye hesr edeydiler. Dogurdan da dunya ve avropa klublarinda bele hallarin shahidi olmusuq. Amma bizim klub teessuf ki yene de alicenabliq addimini atmayib…

  4. Axşamınız xeyir Doktor! 28- May RESPUBLİKA günündə, Ölkə kubokunun finalında, Azərbaycan xalqının gözü qarşısında, vəhşilik törədən neftçi rəhbərliyindən və Ölkə futbolunun başbilənlərindən nə desən gözləmək olar. Ələlxüsus da bu başbilənlərin əksəriyyəti əslən “Kiçik torpaq”dandır. Mirhafiz bəy, birdəki göz gördüyündən qorxar. Nahaq yerə Sizə deməmişdim ki, Siz məndən də humanistsiniz.

  5. “Simurq”-“Xəzər Lənkəran” oyununun ikinci hissəsində komandamız azarkeş dəstəyi ilə qələbə qazanırsa və rəhbərlik bu qələbəni azad azarkeş qrupunun rəhbəri İslam Cabbarlıya həsr etmirsə,(baxmayaraq ki, bunu azarkeşlər ürəkdən arzulayırdı) bundan sonra belə rəhbərlikdən heç nə gözləməyə dəyməz…

    • Mende tessuf edirem!-Kamanda rehberliyinin bu addimi atmaqa uzu gelmedi-desek daha duz cixardi. Mubariz muellime hacansa azarkeşler oz naraziliqlarini catdirarlar.Klub rehberliyi tecili boyuk azarkeş sevgisini izhar etmeye borcludur….27-oktyabrda Qarabaqla oyun canli yayimlanmalidir amma bu yene muemmalidir.Nece deyerler:Yene hemin noqte, yene hemin kardinat!

  6. Mirhafiz bəy siz deyəsən, “Neftçi”ni ayıltdınığızdan .Onlar 20 -si ,Xəzər isə 21-i gedir Naxçıvana. bu gecikmə “Xəzər”in qələbəsinə mane olmaz.
    *****
    Düşünməli məsələdir.

  7. Gecəniz xeyir! “Xəzər Lənkəran” son bir ildə demək olar ki, heç nə ilə yaddaşlarda qalmayıb. Heç vaxt görmədiyimiz və görməyə öyrəşmədiyimiz ikinci altılıqda mübarizə aparmaqdan tutmuş, artıd say-hesabını unutduğumuz heç-heçələr, məğlubiyyətlər yaşatdı bizlərə. İndi isə vaxtiylə rəqib komandaların canına saldığı qorxunu, öz keçmiş əzəmətini, nüfuzunu, özündən küsdürdüyü azarkeşini geri qaytarmaqdan ötəri mütləq Superkuboku başi üzərinə qaldırmalıdır. Artıq komandamızı güclü rəqib hesab etməyənlərə öz gücünü göstərib dur deməlidir.

  8. Bu saytlarımız işləmir. Belə hiss edirəm ki, bu İslam Cabbarlıyla bağlıdı.
    *****
    Düzü İslam bəyin xəstə olması, istər istəməz əhvalımıza təsirsiz ötüşməyir. Qaldı ki, saytın işləməsinə, ordan burdan məlumat götürüb verməklə saytı işlətmək istəmirik. Öz məlumat və yazılarımızla çalışırıq ki, fəaliyyət göstərək. Buna da həmişə gen-bol imkan olmur. Saytlardan materialları kopyalayıb vermək asan işdir. Heç 2-dəqiqə də vaxt almır. Amma bir yazının ərsəyə gəlməsi kifayət qədər vaxt alır. Həm də digər saytlarda izlənib deyə bir o qədər də əhəmiyyət kəsb etmir. Təkrarçılıqdan başqa bir şey olmur bu iş. Qaldı ki, çox əhəmiyyətli yazı olanda onu verməyə çalışırıq. Bir də ki, “Futbol+” qəzetində aidiyyətli yazı olarsa, onu da özümüz klaviatura vasitəsilə zəhmət çəkib sayt yazısına çeviririk. Qaldı ki, hansısa futbolçunun sevgilisi, məşuqəsi, bacısı və sair fotolar dolu üzdəniraq məlumatlar da vermək, bizim qaydara uyğun deyil!

    • Bəli düz buyurursunuz ,Artıq o saytlara baxmaq belə iyrənclik yaradır ,yazdığınız mövzuların öz saytları var .İdman portalları isə ,yalnız idman haqda yazmaq lazımdır ,Buna görə də siz və İslam bəy xüsusi hörmətə layiqsiniz .
      *****
      Təşəkkür edirik!

Comments are closed.