"Sent Etyen" 3 – 1 "Soşo"

Martın 23-də Azərbaycan çempionatının oyunları ilə yanaşı Avropanın bir çox ölkələrində də növbəti turun oyunları keçirilirdi. Dünyanın bir nömrəli matçı sayılan “El Klassiko” isə öz gərginliyi, gözəlliyi ilə günə öz damğasını vurdu. “Xəzər Lənkəran”ın oyununa baxdıqdan sonra pərişan olan azarkeşlərimiz yəqin ki, bu oyuna baxmaqla öz “futbol qurdunu” öldürdü. Bu oyundan çox danışmaq olar, lakin Avropada axı başqa oyunlar da var idi.
“Xəzər Lənkəran”-“Simurq” oyunundan təxminən 2-3 saat sonra Fransa “Liqa 1”-in qalan oyunları keçirilirdi ki, bunlardan bizim üçün ən maraqlısı, “Sent Etyen” – “Soşo” matçıydı. Ev sahiblərinin bu gərgin oyunda 3:1-lik qalibiyyəti tarixi bir qalibiyyət idi. Oyunun gedişində 1:0-lıq üstünlüyə yiyələnən ev sahibi, əvvəlcədən bilirdi ki, qələbə qazanmaq heç də asan olmayacaq. Bunun üçün də müxtəlif yollar fikirləşən klubun rəsmiləri və məşqçilər korpusu ani qərarları ilə məsələni həll etməyə çalışmışdılar ki, bu da öz effektini verdi. dördüncü yerin sahibi olan “Sent Etyen” xal itirib heç mövqeyini əldən vermək istəmirdi. Çünki, üçüncü yerin sahibi 54 xalı olan “Lill”, ikinci yerin sahibi 63 xallı “Monako” və lider “PSJ”-nin 73 xalı var idi.
Xal itirmək isə liderlər qrupundan birdəfəlik qopmaq ola bilərdi. Çünki  bu oyundakı qələbəsi ilə 51 xala çatacaq 4-cü yerin sahibi “Sent Etyen”i aşağı 10-cu yerdən bəri 40 və daha çox xal toplamış olan “Bastia”, “Bordo”, “Reims”, “Tuluza”, “Marsel”, “Lyon” kimi komandalara, mövqeyi əldən verməyin nə demək olduğunu komandada hamı bir nəfər kimi dərk edirdilər. Dərk edirdilər və çıxış yolunu da tapmışdılar. Məhz bunun hesabına matçı qazanmağa da nail oldular. Bəs bu necə baş verdi?
Fikir verdinizsə, “Xəzər Lənkəran” – “Simurq” oyununun 20-ci dəqiqələrində heç nə ilə yadda qalmayan Sadio Tounkara əvəzləndi. Bunun nədən baş verdiyini anlamaq bir qədər çətin olsa da sonradan hər şey aydınlaşdı. Sadio Tounkara əvəzlənən kimi, stadionun arxasına keçdi və bu zaman özünəməxsus gurultulu səslə yardımçı meydançaya bir helikopter (vertolyot) qondu. Bunun nə demək olduğunu görənlər anlamasa da yavaş-yavaş hər şey anlaşıldı. Helikoterin üzərində onun Fransa Hava Yollarına məxsus olduğunu bildirən xüsusi bildiriş var idi. Helikopterdən düşən bir mülki geyimli və iki idmançı geyimi olan şəxslər böyük hörmət və qayğıkeşliklə Sadio Tounkaranı müşayiət edib helikopterə mindirdilər. Hərəkətlərindən tələsdikləri hiss olunurdu. Hətta yaxında olanlardan mülki geyimli şəxsin “Besoin de se dépêcher Mr. Tounkara”, “Tələsmək lazımdır cənab, Tounkara” mənasını verən, fransızca kəlməni çox acizanə şəkildə ifadə etmişdi.
Bəli, helikopter havaya qalxdı və düz Lənkəran Aeroportuna tərəf istiqamət aldı ki, burada çarter reysi olan bir təyyarə onları gözləyirdi. Təyyarə yubanmadan havaya qalxdı və üç saatdan bir az  artıq uçuş edəndən sonra Fransanın cənub şərqində yerləşən Saint Etienne (Sent Etyen) şəhərinin aeroportunda eniş etdi ki, buradan da bir baş stadiona üz tutdular. Oyunun başlamasına dəqiqələr qalırdı. Çünki Fransa ilə üç saat fərqimiz, yola sanki vaxt itirməmiş kimi alınmışdı.
Sadionu “Sent Etyen”in start heyətində meydana çıxarmağa nail olan klub 3:1 hesabı ilə qələbə qazanmağı bacardı və hələ də bunu bayram etməkdədir. Bütün bunlardan sonra Sadio Tounkaranın “Xəzər Lənkəran”da niyə 20 dəqiqədən sonra əvəzlənməsinə və bu dəqiqələr ərzində heç nə ilə yadda qalmamasına aydınlıq gəlir. Axı cənab Tounkara xeyli zamandır Fransa futbolu və onun inkişafına necə töhfə verməyi düşünür. İndi Fransada hamı arxayın ola bilər ki, ölkə futbolu bundan sonra daha sürətli inkişaf yoluna qədəm qoyacaq. Bizə isə təəssüf etməkdən başqa bir şey qalmır. Axı o böyüklükdə dahi bir məşqçinin tapıntısı olan Sadio Tounkara əldən çıxır…
Fransa futbolu təbii ki, bundan qazanmış oldu. Əks variantda deməli bizim futbolumuz itirmiş oldu və bu inkişafımıza çox mənfi təsir edəcək deyə düşünənlər heç də narahat olmaya bilərlər. Çünki, komandamızda braziliyalı ulduz Frank Nildo, öz oyunu ilə Mərakeş əfsanəsi adını qazanmış Zohair Benouahi, avropalı ulduz və milli komandasının oyunçusu Nikola Qliqorov kimi parlaq simalar var. Bu simalar o qədər güclü və potensiallıdır ki, baş məşqçimiz bura Azərbaycan futbolunu inkişaf etdirmək və öz töhfələrini futbolumuza verməyə gəldiklərini bir neçə dəfə açıqlayıb. Komandamızda olan bu ulduzlarla yəqin futbolumuza öz töhfəsini vermək istəyir Mustafa Denizli…
P.S. Vallah bəlkə heç Mustafa bəyin də bunda günahı yoxdur. Amma heç olmasa, bədən tərbiyəsi müəllimi kimi, Yunis Hüseynov və dahi Con Toşak kimi özünüzü yandırmayın Mustafa bəy. Bəlkə də iş özü Çetindir biz bilmirik. Klub rəhbərliyi bircə səhv etdi ki, hələ də onun acısını özləri ilə bərabər hamımız çəkirik. 10-illik yubileydə bu qədər para xərcləyən klub prezidenti və klubun sahibi və biz azarkeşlər bu qədər acıya layiq deyilik axı! Bəlkə də qeyri peşəkarlıqdır əsas səbəb…

8 thoughts on “"Sent Etyen" 3 – 1 "Soşo"”

  1. Muəllim!-Sadio yəni eyni anda bir gundə iki matça çixib.?-Vallah şokdayam.
    *****
    Sadionun xəyalı, lap bir gündə 5 Fransa klubunun heyətində matça çıxır. Bunlar ən başda “PSJ”, “Monako”, “Sent Etyen”, “Nant” və “Tuluza”dır.

    • Bu Sadionun xəyali ola bilər axi 20-dəq meydanda oldu.Amma Helikopterin səsi canli yayimda gəldi.Vallah, muəllim şokdayam.
      *****
      Bunlar hələ bizi çox təəccübləndirəcəklər…

  2. Salam, Mirhafiz müəllim! Bir həftə əvvəl Türkiyə TV kanallarının birində beynəlxalq xəbərlər bölməsində Tounkaranın vətəni Malıdə gedən vətəndaş müharibəsi səhnələrinə baxırdım. Kadrlarda Sadionun yaşıdları hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirmiş ordu hissələrinə daş-kəsək atmaqla müqavimət göstərirdi. Tounkara yaxşı olardı ki, yaxşı bir rezinka düzəldıb vətənindəki dostlarına köməyə getsin, bəlkə bir xeyri dəydi. Futbol Sadioluq deyil. Lənkəranda 20-dəqiqə futbol oynayan futbolçu ən yaxşı vəziyyətdə Paris bazarlarında nasilşik işləyə bilər…
    *****
    Axşamınız xeyir, Qabil bəy! Görün də kimlərin əlində qalıb “Xəzər Lənkəran”ımız…

  3. Salam Mirhafiz bəy.Tounkara birinci dəfə deyil ki,fərdi oyuna üstünlük verir və biz birinci dəfə deyil ki,onu tənqid edirik.Nildosu da belə.Bundan artıq nə yazmaq olar ki,biz yazırıq.Amma nə yazıq ki,bütün bu yazılanlara baxmayaraq heçnə də dəyişmir.Mənə elə gəlir ki,dəyişməyəcək də.Səbəb? Səbəb baş məşqçidir.Bizə gələn baş məşqçilər əvvəlcə başqa iddialarla gəlir və müəyyən dövr keçəndən sonra hər vəziyətlə çox asan razılaşırlar.Onlar məşqdən çox başqa işlərlə məşğul olmağı üstün sayırlar.Mən hələ bir dəfə də olsun Mustafa Dənizlinin sabit start heyyətini görməmişəm.Oyunçulardan hesabat tələb edən yoxdur.Bir sözlə oyunçularda məsuliyyət hissi yoxdur və baş məşqçi lazım olduğundan çox sərbəsdir.Belə olan halda nəticədən necə danışmaq olar?Tomiç çox ləng və passiv qapıçıdır.Az qala mərkəzdən vurulan topa yetişə bilməyən qapıçı bu boyda kulubun şərəfini qorumağa layiqdirmi?Mən müdafiyəyə toxunmuram,çunki olmayan şeydən danışmazlar.Yerım müdafiənin dirəyi olan Rahid Əmirquliyev əvvəlki formasını itirib.Rəqibə oynayarkən müqavimət göstərmək,pressinq etmək söhbəti yoxdur.Oyunda qələbə qazanmaq üçün bu sadaladığım iki amil mütləqdir.Çünki komanda fiziki cəhətdən çox zəifləyib.Bunun da səbəbi məşqlərin yetərincə keçirilməməsidir.Mənim bir ağsaqqal kimi XL rəhbərliyinə tövsiyəm odur ki,baş məşqçi ilə ciddi danışıb ondan hesabat tələb etsin.Hamı bir nəfər kimi aldığı pulun qarşılığını verməlidir.
    *****
    Salam, Rakif bəy! Toxunduğunuz məsələlərlə razıyam. Bu axşam, verlişdə bunları incələyəcəyəm.

  4. salam xoş görduk məndə sizə dunən Xəzər Lənkəranın son vaxtlar zəif çıxışına dair yazı göndərmişdim nəsə paylaşmadız
    *****
    Çox üzr istəyirik, Habil bəy! Vaxtın azlığından elektron ünvanımıza gələn bildirişləri dünən incələyə bilməmişik. Narahat olmayın yaxın saatlarda yazını təqdim edərik.

  5. Her vaxtiniz xeyirli olsun.Gec de olsa Doctor bashda siz olmaqla butun Xezerseverleri ve Azerbaycan xalqini Novruz bayrami munasibeti ile tebrik edirem.Vallah Xezer bize ele zerbe vurmayib ki Bayrami da bayram kimi kecire bilek.Reqiblere vura bilmediyi zerbeleri bize vurur.Bize zerbe vurmaga ne var ki.Her zerbeni biz qebul edirik.Amma deyesen yavash yavash bizden de zerbe gelmelidir.Bilmirem qebul ede bilecek ya yox.
    Bu qeder sherhler bu qeder mentiqli izahlar ne bilim bu qeder ziyali azerkesh desteyi her hansi bir mehelle komandasina olsaydi en azindan olke cempionatinda sayilib secilen klublardan olardi.Daha bele yox da..
    Deyirler pis gunun omru az olar.Day bu qeder… Bes ne vaxt yaxshi gun olacaq.
    Yadima Molla Nesreddinden bir letife dushdu.Bash agrisi olmasin sizlerle bolushum.
    Gunlerin bir gunu Molla oz uzunqulagna gunde 2 defe yem vermeye qerar verir.Baxib gorurki uzunqulaq hemen uzunqulaqdi.Yerishinde gedishinde deyishilik yoxdu.Bir muddet sora bashlayir gunde 1 defe yem vermeye.Gorurki uzunqulaqda bir deyishiklik olmadi.Bu minvalla bir muddet sonra uzunqulaga yem vermeyi dayandirir.Bir nece gunden sonra uzunqulaq ÖLÜR!Qonşusu Molladan soruşur ki bes ay Molla ne oldu deyirdin bag bele bostan bele niye uzunqulagin ÖLDÜ.Mollada deyir ki bes ƏCƏL imkan vermedi yoxsa yaşayacaqdi.Burda deyibler bes Letifesi bizden uzaq. Qulaqlara qurğushun
    P.S. Doctor eger mumkunse hansi verilişde ve ne vaxt olacaği barede mene melumat vererdiniz.Reklam olar deye e mailime yazsaniz minnetdar olaram.Sonuncu cumleleri (P.S. nezerde tutram) meslehet olsa saytda vermezsiniz.
    *****
    Salam, əvvəla “Bosman” fanklubunun yaranmasında bizimlə birgə müstəsna əməyi olan biri kimi, fanklubumuzun vaxtında verilən bayram təbrikində siz də varsınız. Demək istəyirəm ki, təbrikə görə gecikmiş sayılmırsınız. İlk üç nəfərlik özəy və sonra təsisçilərdən biri kimi sizin “Bosman” fanklubunda bir ziyalı kimi əməyiniz böyük və danılmazdır. İndi işlə əlaqədar uzaqda olsanız da, siz daim bizimləsiniz, və hər hansı ciddi qərarların verilməsində həmişə məsləhətinizə ehtiyac duyuruq. Verilişin videoyazısı yəqin ki, sabah saytımızda yerləşdiriləcək.

      • Hansisa verilişdə çəkilişdə sizin olmağinizi bilmək və həmin verilişə canli baxmaq istədiyimi bildirmək istəyirdim.
        *****
        Zəfər bəy, veriliş artıq çəkilib. Sabah saat 20:30-dan etibarən kabel televiziyası “İnteraz”dan yayımlanacaq. Yalnız bundan sonra biz saytımızda videoyazını təqdim edə biləcəyik. Onu deyim ki, veriliş Rüfət Nadirlinin həftəlik futbol verilişidir. Qonaqlar “Bosman”ın rəhbəri Mirhafiz Babayev və tanınmış idman yazarı Natiq Muxtarlıdır. Sona qədər izləməyiniz məsləhətdir. Mirhafiz bəyin Mustafa Denizliyə və kluba müraciəti var.

Comments are closed.