Səkkizinci dünya çempionatı, 1966-cı il. İngiltərə (VİDEO və Sxematik)

Bu çempionatın iştirakçıları arasında meydan sahibləri, ingilislər və dünya çempionları braziliyalılar seçmə oyunlarda iştirak etmədən qatıldılar. 1966-cı il yanvarın 6-da Londonda final turnirinin iştirakçıları arasında püşk atıldı. Qrupların tərkibi belə idi:
 
1-ci qrup:
İngiltərə,
Uruqvay,
Meksika,
Fransa
 
2-ci qrup:
AFR,
Argentina,
İspaniya,
İsveçrə
 
3-cü qrup:
Portuqaliya,
Macarıstan,
Brazilila,
Bolqarıstan
 
4-cü qrup:
SSRİ,
KXDR,
İtaliya,
Çili
3-cü yer uğrunda oyun da çox maraqlı keçdi. 13-cü dəqiqədə müdafiəçi Xurdsilava cərimə meydançasında topu əl ilə saxladı. Eysebio 11 metrlik zərbəni sərrast vurdu. Ümumilikdə bu futbolçu çempionatda hamıdan çox – 9 dəfə müvəffəqiyyət qazandı. Fasiləyə 1 dəqiqə qalanda Metreveli hesabı bərabərləşdirdi. Ikinci hissədə həm bu, həm də digər komanda irəli çıxa bilərdi. Lakin 88-ci dəqiqədə Torresin yaxın məsafədən vurduğu qol portuqaliyalılara qələbə qazandırdı 2-1.
Final oyunu iyulun 30-da Londonun “Uembri” stadionunda İngiltərə və AFR komandaları arasında keçirildi. Oyunun əvvəlində rəqiblərin hərəsi bir dəfə fərqləndi. 1-1 hesabı 78-ci dəqiqəyədək dəyişmədi. Pitersin zərbəsindən sonra meydan sahibləri irəli çıxdı. 90-cı dəqiqədə Veber (AFR) hesabı yenə bərabərləşdirdi. Mübarizə əlavə vaxtda davam etdirildi. 100-cü dəqiqədə baş verən bir hadisə oyunun nəticəsinə həlledici təsir göstərdi. Xerstin zərbəsindən sonra top qapı tirinə dəyib yerə toxundu və yenidən meydana qayıtdı. Dinst oyunu dayandıraraq öz köməkçisi – bakılı hakim Tofiq Bəhramov ilə məsləhətləşdi və topun qapıdan keçdiyini yəqin etdikdən sonra qolu hesaba aldı. Qərbi Almaniya futbolçuları ruhdan düşdülər və 120-ci dəqiqədə daha bir top buraxdılar. Xerst uzun bir reyd edərək topu qapıdsan keçirdi.
4-2 hesabı ilə qalib gələn ingilislər dünya çempionatları tarixində ilk dəfə qızıl medallara layiq görüldülər.
 
********************************
Daha sxematik olaraq bax
********************************
Videonu izlə

Arxiv: Bosman.at.ua