"Şəfa", çirkli oturacaq və tələsik azarkeş müsahibəsi…

Bu gün istirahət günü olmasına baxmayaraq komandamızın “İnter”lə oyununa canlı olaraq “Şəfa” stadionunda baxmağa heç cür imkan tapa bilmirdim. Şəxsi məsələlər buna imkan vermir axi… Heç olmasa həftədə bir dəfə qohum-əqrəbaya baş çəkmək imandan gəlir. Nə isə… keçək əsas olan komandamızın oyununa…
Vaxt tapa bildim. Hamı bilirdi ki, üzümdə olan narahatçılıq nəyinsə işarəsidir. Əslində hamı bilirdi ki, bu futbolla bağlıdır. Ona görə icazə istədiyimdə, etirazla qarşılanmadım.
Küçəyə çıxan kimi taksi saxlayıb və məni tez bir zamanda “Şəfa” stadionuna çatdırmağını xahiş etdim.
Stadiona nə vaxt çatdığımı heç hiss eləmədim… axı, heç on dəqiqəlik yolu da min bir xəyalla gəlmişdim. Birdə gördum ki, arxada olan azarkeş mənə:-Qardaş! otur zəhmət olmasa. Axı, mən meydanı görə bilmirəm!-deyir.
Mən bir oturacağa baxdım, bir də əynimə baxanda qeyri-ixtiyari olaraq:-Harda oturum?! Oturacaqlar palçıq içərisindədir. Tələsik gəldiyimə görə bir ehtiyat da görməmişəm.
Bu sözümdən sonra qardaş ayağa qalxdı və mənə iki nəfərə yetəcək qədər “qəzet oturacaği” verdi. Mən təşəkkür edib və dostumla birgə əyləşdik. Bu vaxt gözüm monitoru axtarmağa başladı. ”Səfa” stadionunda monitorun yeri dəyişilib və qapının sağ, arxa oturacaqları tərəfində yerləşdiyini gördüm. Oynun 8-ci dəqiqəsi gedirdi və hesab 1:0 yerli komandanın xeyrinə olduğunu görəndə heç özüm də bilmədən yerimdə dondum.
Komandamızın oynuna tədricən yerimdə həyacanla və şərh verə-verə danışmağa başlamağın fərqində deyildim. Heyhat!-Komandamız meydanı heç görmürmüş kimi hərəkət edir və lazımsız ötürmələrin etdiyini görməklə yanaşı yerimdə otura bilmirdim. I (ilk) hissənin nə vaxt başa çatdığını düzü hiss eləmədim… Yəni şoka düşmüş adamlar kimi idim. Birdən ayıldım və Adrian Pitslə yanaşı fiziki işlər üzrə məşqçi Melkioreni gördüm. Qeyri-ixtiyari onlara yaxınlaşıb və onlarla danışmaq istədiyimi dedim. Hayif ki, sizi başa düşmürəm, yoxsa sizə bir iki sual verərdim:-dedim. Elə bu vaxt yanındakı həmyerlimiz (onu tanımadım, yəqin şəxsi tərcüməçiləri idi) dilləndi; Buyur qardaş!-mən kömək edərəm.
Düzü ilk dəfəydi müsahibə aldığım. Daxilimdə çox sevinmişdim. Ona görə ilk sualımı Adrian Pitsə ünvanladim:
-Cənab Pits!-Siz əvvəlki formanızdan çox uzaqsınız. Saytlara verdiyiniz müsahibələrinizə görə zədə imkan vermir.
Bəli!-Zədəm var, amma bu oynamamağıma bəhanə ola bilməz. Mən də komandamıza xeyir vermək istəyirəm, amma….
-Biz əvvəlki Pitsi meydanda görmək istəyirik. Lakin ğörə bilmirik!?
-Mən də bunu istəyirəm. Nəsə alinmir.
Cənab Pits!-Sizə son olaraq, bir sual da vermək istəyirəm. Xahiş edirəm səmimi olaraq deyin. Komandamız niyə belə zəif təsir göstərir!?-Bunun səbəbi nədir?
-Bilirsiniz, bunu Tuyqun Nadirovdan soruşsanız düzgün olardi. Bunu yalnız o bilər. (Bu sözləri Adrian Pits təkzib edir və müəllifin təklifi ilə biz də qeydimizi apardıq.)
-Cənab Melkiorenin xəstə olduğunu və Türkiyədə cərrahiyə əməliyyatı olmağından xəbərdariq. İndi necəsiniz?
-Təşəkkür edirəm!-yaxşıyam və kamandanı izləyirəm, gördüyünüz kimi.
-Komandamızın oynunu necə qiymətləndirirsiniz?
-Açığı çox üzülürəm. Komandamıza belə oyun yaraşmır. Sizdən də çox mən istəyirəm ki, komandamız qalib gəlsin.
-Axı bunun səbəbləri olmalıdır?
-Komanda çox çalışmalıdır. İnşallah fiziki cəhətdən heç bir problem qalmayacaq. Hər kəs çalışmalıdır. Onda fayda olar və sizdən də çox mən sevinərəm.
-Hər ikinizə bir sualım da qaldı:
-Sizin “Bosman.az” və “12cioyuncu.info” saytlarından heç xəbəriniz varmı?-Bunlar təmiz azarkeş saytlarıdır və hər oyunu incələyirlər.
-Yox! amma bundan sonra yəqin ki, bizə məlumat verərlər.
-Söz!?
Bosman.az və …..nə?
———————————– 12cioyuncu.info.
Okey, Söz!.
Müsahibənizə görə təşəkkür edirəm.
 
Zəfər Lerikli

11 thoughts on “"Şəfa", çirkli oturacaq və tələsik azarkeş müsahibəsi…”

  1. Axsaminiz xejir. burda ilk dafadi sarh jaziram. maraqli musahibadi . an maraqlisi Pitsin komandanin ugursuzlugunun sababini Tujqun Nadirovdan sorusun demasidi.

  2. SALAM ZEFER GARDAS KOMANDAMIZIN BU GUNKU DURUMU HAMIMIZI NARAHAT EDIR .YAZDIGLARINDAN MEN BELE GENAETE GELDIM KI BUTUN GUNAHLAR TUYGUNDADIR. DAHA DOGRUSU BUNU SEN YOX PITS OZU TESDIGLEYIR . MENE COX MARAGLI OLAN ODUR KI KOMANDAMIZ BELE BERBAD VEZIYYETDE OLDUGU HALDA MESULIYYET DASIYAN KESLER VE BAS MESGCI CIXIB HEGIGETI CAMAATA CATTIRMAGA CURETLERI CATMIR.EN DEHSETLISI ODUR KI BUNLAR OZLERINI BU MESULIYYETDE N KENARDA HISS EDIRLER . BELE OLDUGU HALDA EGER XEZER LIDERLER CERGESINDE OLSAYDI GORESEN
    MESULLIYETLI SEXSLER OZLERINI BU UGURLARIN SEBEBKARI KIMI GELEME VERMEZDILERMI? DEMEK UGUR ONLARIN ADINA YAZILMAGLA, BES UGURSUZLUGU KIMIN ADINA YAZAG? IKINCI ISE MARAGLIDIR KI KOMANDADA OYNAYANLAR DEMEK BU KOMANDANIN AZERKES SAYTLARINDAN BIXEBERDIRLER. YENI ONLARA UNVANLANAN TENGID VE TERIFLERDEN XEBERLERI YOXDUR. ELBETDE O GEDER PARA KIM OYNAMAYARAG ALSA ONUN BASINA NE KOMANDA NEDEKI AZERKES SAYTI GIRER. NE GEDER BU MEHSULIYYETLY SEXSLER GORXAG, CESARETSIZDIRLER KI KOMANDANIN DAXILINDE GEDEN MENFI PROSESLERIN HELLINI TAPA BILMIRLER VEYAXUD BILIB CARE GILMAG ISTEMIRLER. AZERKESLER ONSUZ DA HER SEYI GOZEL BILIRLER KI KOMANDADA NE BAS VERIR VE BIZLERIN CURETI DE CATIR KI BUNLARI SAYTLARDA ISIGLANDIRAG. AMMA BU NE GEDER HEGIGET OLSADA GORXAGLAR ONSUZDA GUNAHLARINI BOYUNLARINA ALMAYARAG ANCAG MADDI MARAGLARINI USTUN TUTMAGDA DAVAM EDERLER. KOMANDAMIZA ALLAH KOMEK OLSUN. YOXSA BUNLARDAN BIR NETICE GOZLEMEK KOMANDANIN XEYRINE NESE ETMEK ISTEYI YOXDUR.

  3. SALAM XL AZERKESLERI KOMANDAMIZIN DAXILINDE SANKI FELAKETLER BAS VERIR. UGURSUZLUG SERIYASI DAVAM ETMEKDEDIR. SANKI BU UGURSUZLUGLAR MESGCI HEYYETLERINI VE KULUB REHBERLIKLERINI NARAHAT ETMIR. SANKI KOMANDAMIZIN BU HALA GETIRIB CIXMASININ SEBEBKARI ONLAR DEYIL. DEMELI ELE GENAETE GELIRIK BUTUN UGURLAR REHBERLIK VE MESGCININ ADINA YAZILIR , AMMA UGURSULUG ISE ONLARLIG DEYIL. KOMANDANIN BU GUNKU DURUMUNUN SEBEBKARLARI AZERKESLERIMIZE BELLIDIR. MESGCI VE REHBERLIK. AMMA OZLERINDE CESARET TAPIB, BUNUN SEBEBLERINI ACIGLAYA BILMIRLER, DAHA DOGRUSU ISTEMIRLER . KOMANDADA REHBERLIKLE MESGCI ARASINDA ANLASILMAZLIGLAR VARDIR. ZEFER GARDASIMIZIN PITSDEN GOTURDUYU MUSAHIBESINDE PITSIN CAVABLARI BUNA SUBUTDUR BUTUN BU GEDEN PROSESLERDEN KIMLERSE OZ MADDI VEZIYYETLERINI GAYDAYA SALARAG, BIZ AZERKESLERI INTIZARDA GOYURLAR . ZEFER GARDAS PITSDEN KOMANDAMIZIN ZEIF OYNAMAGININ SEBEBINI SORUSUB . PITS ISE BUNU TUYGUNDAN SORUSUN CAVABINI VERIB. BU DA MENIM FIKIRIMCE O, MESELEDIR……MEN BIR MESELEYE AYDINLIG GETIRMEK ISTERDIM. BUTUN HALLARDA PIS VE YAXSI XL BIZIMDIR. GORESEN BES KOMANDANIN BASINDA DURAN TUYGUN KIMINDIR? BU SUALA CAVABI OLAN VARSA YAZSIN.
    FELAKET BAS VARIBDIR, BU GUN KOMANDAMIZDA,
    GUNAHKAR UZAG DEYIL, OTURUB ARAMIZDA.
    MADDI MARAGLARINI, ONLAR USTUN TUTURLAR,
    KOMANDANI BU GUNE, GOYUB NIYE SUSURLAR?
    KOMANDAMIZ XESTEDIR, GUCLE GELIR NEFESI,
    FUTBOLCUNUN GALMAYIB, OYNAMAGA HEVESI.
    TUYGUNLAR ISINDEDIR GATTALAYIR DOLLARI,
    LAZIM OLAN SAYLARDA, BURAXDIRIR GOLLARI.
    MUSTAFA DENIZLIDE, YOL VERIB COXLU SEHFE,
    TUYGUN GOTURUB ONU, ONA GORE HEDEFE.
    EN BAHALI OYUNCU, ALIB GOYUB SIRKEYE,
    SANKI MILLIYON VERMEYIB, ALIB BIRCE SIKKEYE.
    COX TERIFLER SOYLEDIK, MUSTAFANIN ADINA,
    KUBOKUMUZDA GETDI, SEXSEN ONUN BADINA.
    EL CEKMEDI BENUIAHI, HEMGARDASI NILDODAN,
    XILAS EDE BILMEDI, BU CUTLUK BIZI GOLDAN.
    REHBERLIKDE, MESGCIDE, BU ISIN GUNAHKARI,
    BU GUN KOMANDA BATIR, BES KIMDIR XILASKARI?
    KOMANDANIN YAXSISI, HEMDE PISI BIZIMDIR,
    KOMANDANIN BASINDA DURAN TUYGUN KIMINDIR?
    *****
    Telman bəy, iş orasındadır ki, Zəfər bəyin göndərdiyi bu yazıdan sonra Adrian Pits dediyi sözlərin arxasından qaçıb və belə bir söz demədiyini israr edib. İndi Zəfər qardaşımız da bu məsələyə münasibət bildirməlidir ki, saytımızda onun imzası ilə yazı gedib. Yoxsa, Pitsin Rednikə qarşı elədiklərini də yükləyib onu biabır edərdim. Hər halda Zəfər bəyin rəyi çox önəmlidir.

  4. Muəllifdən!-Hörmətli sayt rəhbəri!
    “Səfa” stadionunda mən Adrian Pitsdən və Cənab Melikoredən musahibə almişam.Çox təəssuf edirəm ki ,mən onun dediklərini diktafona yazmamişam.Mən Adrian Pitsdən əslində çox şey gözləyə bilərdim.Elə bil ki, yalniz musahibə verməyə adam axtarirdi.Mənə dediklərini olduğu kimi yazmişam. Lakin bir Allah buna şahiddir.
    Əgər bu yalançi, ikiuzlu, alçaq öz dediyinin danirsa,-onda mən sizdən xahiş edirəm:
    Adrian Pitsi narahat edən hansi məqamlar varsa onlari redaktə edəsiniz.Bu sözunun yiyəsi olmayan birini bundan sonra elə öz vicdani ilə uz-uzə buraxiram. Əgər vicdani varsa, qoy elə özu mənəvi vicdan əzabi çəksin.
    Əslində klubun vitse-prezidentinin həmin suala cavab verməyi təbii sayilmalidir. Çunki klub rəhbərliyi bu səbəbləri deyə bilər. Əgər sözunu danirsa, bu yaltağin daha camiyəmizdə hörməti qalmayacaq. Necə ki, heç hörmətidə yox idi.
    *****
    Zəfər bəy, biz sizin səmimiliyinizə və dürüstlüyünüzə inanırıq. Amma neyləmək olar ki, Pits sizə dediyi sözlərini danır. Sözünü danan kişi olmaz! Əgər olsaydı öz həmvətənlisinə qarşı burda tanımadığı iyrənc adamlarla birləşib “6 nəfər”dən biri olmazdı. Belələrindən pis mənada hər çey gözləməyə dəyər. Dediyinizə görə heyf ki, əlimizdə hər hansı sübut üçün, audio və ya videoyazı yoxdur. Dediyiniz dəyişikliyi edirəm, ancaq onun dediklərini də saxlayıram və “Pits bunu təkzib edib” kimi göstərmək şərti ilə.

  5. SALAM MUELLIM ELBETDE BOYNUNA ALMAZ AXI OZ SEFINI BAGACA GOYUB. MUBARIZ BEYIN PULLARINI HAVAYI BELE AXMAGLARA NIYE AXI VERIRLER? YAXSI ISLEYIR ONA GORE. KOMANDAMIZDA TEMIZLENESI BELE OYUNCULAR COXDUR. ATALAR SOZU VAR,,DIL CASIB DOGRU DEYER. YEGIN OZUDE BASA DUSMEYIB KI BU SOZUN ARXASINDA NELER DURUR.
    *****
    Salam! Belə əbləhləri Rednikə xəyanət edəndə qovmaq lazım idi. Heyif ki, o bəzilərinin “işinə yarayır”.

  6. SALAM ZEFER GARDAS HEC NARAHAT OLMA HERE OZ DERISINI GORUMAG UCUN KISILIK SIMASINDAN CIXARAG OZUNU EN ALCAG SEVIYYEYE ENDIREREG SKURALARINI GORUMAGA CALISIRLAR. BU FUTBOLCU PITS OLA BILER AMMA KISILIKEZDEN ANLAYISI OLA BILMEZ. BELELERI KOMANDAMIZDA HELE VAR HANSI KI TVAR KIMI KIMESE ISLEYEREK HAVAYI PULLAR ALIRLAR.
    SEN PITS OLA BILERSEN, MUEMMALIDIR ADIN,
    BELKE SOYAD SENIN YOX, BASGASININDIR YADIN?
    BU AD VERIR ISARE, COXSAYLI TEHGIRLERE,
    KOKU PIDRDEN OLUB, YAYILIBDIR DILLERE.
    DEMEK KOKUN PIDRDEN, PITSE GEDER SAX KEDIB,
    RUSIYADAN , RUMUNLARA XEYLI INKISAF EDIB.
    EMELLER TESTIGLEYIR, SEN PIDR GARACISAN,
    KISILIKDEN COX UZAG,SATGIN VE YALANCISAN
    *****
    Telman bəy, sizə şeirlə cavab verməsək əsəbləriniz deyəsən sakitləşməyəcək.
    Sən Pits ola bilərsən, müəmmalıdır adın,
    Bəlkə soyad sənin yox başqasınındır, yadın?
    Əgər belə bir şübhə varsa, bizlik heç nə yox,
    O səhvi eləmişdir, vaxtı ikən bir qadın?!

  7. Salam Müəllim! Zəfər bəy tərəfində alınan azarkeş müsahibəsi məni sevindirdi. Bu ənənəni mütəmadı davam etdirmək həm faydalı həm də azarkeşlər tərəfindən yeni bir iş olardı. Zəfər bəyə təşəkkür edirəm.
    Zəfər bəyin “Şəfa”da gördüyü antisanitar vəziyyətin “Fırtınalar meydanı”nda hər ev oyununda biz də şahidi oluruq. Bizim arenada oturacaqların sonuncu dəfə nə vaxt təmizləndiyini heç kim xatırlamır. VİP-lojanın bura aidiyyəti yoxdur.
    Çöxüzlü həndəsi fiqura bənzətdiyim A.Pitsin dediyini inkar etməsində Pitsə görə heç bir qəbahət yoxdur. Çünki o çoxüzlüdür və çoxüzlülər zatən elə belə olur.
    C.Melkioreyə gəlincə isə onun məlum səbəbdən komandada olmadığı dövrdə oyunçuların fiziki göstəriciləri nəzərəçarpacaq dərəcədə aşağı düşdüyü göz qabağındadır.
    *****
    Salam, Qabil bəy! Həndəsi fiquru çox gözəl olaraq göstərmisiniz. Amma mənə elə gəlir ki, deyəsən heç həndəsə elmində də belə çoxüzlüləri tam ifadə edən bir fiqur yoxdur.

  8. SALAM MUELLIM YAXSICA TAMAMLAMISIZ KUPLETI.FELAKET DEMISKEN BUNU MENE NECEYE SATARSAN? BUNU BES DEGINEN DE GOY MENDE BILIM.
    *****
    Fəlakət haqqında denən biz bilək,
    Əgər alverçiysə, sıradan silək.
    Sıramızda olsun qoy düz adamlar,
    Naqismi, sağlammı, onu da bilək!

  9. SALAM MUELLIM GORUREM YAMAN SEIRE MEYILLISINIZ VE GOZEL YAZIRSIZ FELAKETDEN MENDE BIR KUPLET BELE YAZDIM.
    FELAKET VE SOSU BIRDEKI SEMI,
    BIRLESIB, OLUBLAR GULUS HEMDEMI.
    SILMEYE YOXDUR, EHTIYYAC ONLARI,
    AYRI DUSER YOXSA GULUS YOLLARI.

  10. Mustafa Dənizli istefa verdi, lənkəranlıların sevimlisi qayıdır! – EKSKLÜZİV
    29 Aprel / 2014 / 17:10
    2013/14 mövsümündə uğurlu nəticə qazana bilməyən “Xəzər Lənkəran” yay fasiləsində baş məşqçi postunda dəyişiklik edə bilər. Apasport.az saytının məlumatına görə, buna komandanın türkiyəli çalışdırıcısı Mustafa Dənizlinin klubu tərk etməkdə israrlı olmasıdır.
    Belə ki, “Xəzər Lənkəran”ın 10 illik yubileyində avrokuboklara vəsiqə qazana bilməməyindən sonra türkiyəli mütəxəssis istefa vermək qərarına gəlib. Klub rəhbərliyi tanınmış məşqçini postunda saxlamaq niyyətində olsa da, bu gedişlə Dənizlini yola gətirmək mümkün olmayacaq.
    Mütəxəssis ən yaxşı halda, mövsümü yola verməyə, son 4 turdan sonra vətəninə qayıtmağa razılaşıb.
    Rumıniyalı mütəxəssis Mirça Rednikin klubdan ayrılmasından sonra çempionat və kubokda titul qazana bilməyən “Xəzər Lənkəran” rəhbərliyi də Dənizlinin gedəcəyi ilə barışmaq məcburiyyətində qalıb.
    Belə olan halda, cənublular məhz Redniki qaytaracağı gözlənilir. Dəfələrlə kluba qayıtmağa hazır olduğunu bəyan edən Redniklə danışıqlara başlanılması zərurəti yaranıb. Neçə vaxtdır azarkeşlərin də geri dönməsini istədiyi rumıniyalının artıq mayın sonlarında Azərbaycana gəlib müqavilə imzalayacağı gözlənilir.
    Qeyd edək ki, Rednik 2010-11-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb və bu komanda ilə Azərbaycan kubokunun qalibi olub.

  11. HEC UNUTMAG OLARMI, RUMUNYALI MIRCANI
    SANKI DAMARLARINDA, AXIR XEZERLI GANI.
    GISA ZAMAN ERZINDE, YARADAR KOMANDANI,
    GOZEL GELEBELERLE TITREDECEK MEYDANI…
    GELIREEEEEEEEE XEZERIN XILASKARI GELIR HAZIRLASIN GARILAMAGA

Comments are closed.