“Xəzər Lənkəran” qış fasiləsi dönəmində daha bir futbolçu ilə yollarını ayırıb. Komandamızın bolqarıstanlı müdafiəçisi Radomir Todorovla bu il başa çatan müqavilə yenilənməyib.Baş məşqçimiz Mustafa Dənizlinin istəyinə uyğun olaraq müqaviləsi yenilənməyən Radomir Todorova “Xəzər Lənkəran”dakı xidmətlərinə görə təşəkkür edir, bundan sonrakı karyerasında klubumuz adından uğurlar arzulayırıq.
Mənbə: Lankaranfc.com
2 thoughts on “Rednikin göndərdiyi futbolçunu Denizli də istəmədi”
Comments are closed.
Axşamınız xeyir, Mirhafiz müəllim! Radomir Todorov A.Mircavadovun baş məşqçıliyi dövründə “Xəzər Lənkəran”a transfer olunub. Səhv etmirəmsə 2008-ci ildən komandamızda əsas heyət üzvi olan Todorov həqiqət naminə deyim ki, yaxşı müdafiəçiydi. Ancaq M.Rednikin dövründə stabil oynamamağının ucbatından klubdan göndərildi. Yalnız M.Rednik “Xəzər Lənkəran”dan getdikdən sonraklub rəhbərliyi R.Todorovu yenidən komandaya transfer etdi. Toşakın vaxtında Radomir günlərin əvəzedici heyətdə keçirdi. M.Dənizliysə iki-üç oyunda Radomirə yenidən şans verdi ancaq o kobud səhvlər etməklə yadda qaldı. Həm B.Toşak həm də M.Dənizli(iki dahi məşqçi) bir daha sübut etdi ki, M.Rednik nə qədər uzaqgörənmiş. Bir sözlə M.Rednikin göndərdiyi R.Todorov 2011-ci ildən indiyə kimi heç nə ilə yadda qalmadı.
*****
Tam razıyam, Qabil bəy!
Bəs görəsən Nildonu niyə göndərmək istəmir ,Dənizli
Mirhafiz bəy sual işarəli olan mövzunu acmır nəsə.
*****
Nəsə sistem xətası var. İki saata yaxındır ki, dəfələrlə təkrar aktivləşdirmək mümkün olmur. Yazıda sizin dediyiniz məsələyə də toxunulub.