Salam! Mirhafiz müəllim, İslam müəllim, əziz saytda şərhimə laqeyd qalmayan Vaqif bəy, Qabil bəy, Rəhman bəy, Telman bəy, Mübariz bəy, Dəmir Ağacı niki ilə yazan qardaşımız, Rakif bəy, Azərbaycanlı niki və saytı oxuyub şərh yazmayan minlərlə eloğlularımız, həmçinin adını çəkmədiyim dəyərli insanlar!
Bir yazı hazırlamışdım və onu sayta verməyə tərəddüd edirdim. Ona görə o yazıda boşluqları görürdüm və həmin yazını saytda yerləşdirmək istəsəm də İslam müəllimin fikirlərini gözləyirdim. Lakin hörmətli Vaqif qardaşımız bu yazını vaxtında verməklə mənə kömək etmiş oldu. Çoxlarının bilmədiyi, mənə də qaranlıq olan səhifələri açdı. Sizin hamınızdan üzr istəyirəm ona görə ki, bu gənclər (artıq dərəcədə üzr istəyirəm) övladım yaşındadırlar. Çünki bizdə də həmin yaşda olanlar Bakıda futbol məktəblərinə getmişlər. Bir sıra yarışlarda da iştirak ediblər. Adını çəkmək istəmədiyim məşqçilərlə işləyiblər. Lakin bəzi müəmmalı işlərdən sonra futboldan iyrənib və ondan uzaqlaşıblar. İndi də (üzr istəyirəm) Moskvaya getməklə və orda özünə gün qazanmaqla gələcəyini düşünməkdədirlər. Yaxın adamım “Qəbələ” futbol məktəbinə övladını göndərdi amma orda çətinliyə tab gətirə bilmədi. Gəlib və futboldan uzaqlaşdı.
İndi fikir verin, zəhmət olmasa, niyə?.
Səbəb birdir. Orta məktəbdə riyaziyyat müəllimimiz deyərdi: “Oxumaq üçün insanda iki şey tələb olunur:-zəhmətkeş olmaq və qabiliyyətli olmaq. Bunlardan biri olsa, o biri olmasa, heç vaxt uğur qazanmaq olmaz”.
İndiki uşaqların əksəriyyətində qabiliyyət var, amma zəhmətkeşlik yoxdur. Bizim futbolda olan başlıca problemimiz (yenə üzr istəməli olacağam və üzrlü sayın) övladlarımızı zəhmətə alışdıra bilməməyimizdir. Ronaldo, Messi, Fiqo və başqa nümunəvi futbolçulardan dərs götürmək lazımdır. Yığılan pula yeni infrastruktur yaratmaq və orda neçə-neçə insanlara dolanışıq yerləri açmaqla, həyatının mənasını gözəl işlərdə axtarmaq lazımdır. Mübariz bəy haqlıdır. İndi pul görməyənlər özünü kimdənsə artıq sanırlar. Birdən onlar Mübariz Mənsimov, Abramoviç və nəhayət prezident olsalar onda… deməyə söz olsa da təsəvvür etmək olmur.
Sizdən xahiş edirəm! Fikirlərimə hörmətlə yanaşıb və ürəyinizdən gələn şərhləri əsirgəməyəsiniz. Və bu məqamda həmin yazımı sayta oxumaq üçün göndərirəm. Minnətdaram.
***********************************
“Xəzər Lənkəran”nın sadiq azarkeşlərinin heç vaxt hər hansı klub və komandaya paxıllığı ola bilmədiyi halda, nədənsə həmişə əzilir. Kiminsə və nəyinsə haqsız istəklərinin güdazına gedir ki, bu vaxt əzilməkdən qurtulmaq, haqsızlıqlara cavab vermək istəyi ürəklərində baş verməyə başlayır. Burada “sevgi” onun əlindən tutur. Onu zülmə (tapdanmaya) qarşı toparlayır. Aydındır ki, bu halda “sevgiyə qarşı” olmaq – “azadlığa qarşı” olmaqdır, əzənin yanında durmaqdır. Aydınlığın (ziyalılığın) isə belə bir hədəfi yoxdur.
” Xəzər Lənkəran”lı olmaq” sözünü biranlamlı termin kimi götürüb ona yalnız qara boyada don biçmək normal nəzəri baxış sayıla bilməz. Axı biz azarkeşlər öz möhtəşəmliyi ilə , ölkə futboluna xüsusi rəng qata bilməyimizlə bu idman növünün inkişafina töhfələr vermək istəmişik. Axı həmişə əzilənin yanında olmaqla, ağ-yaşıl geyinməklə buna hazır olmuşuq. Futbolda haqqın tərəfində olub və bunun üçün mücadilə aparmışıq. Biz bilirik ki, əzən qüvvələr doğrudan da qaradır – ağ geyinsə də… İndiki futbol idarəçiliyin “sevgimizdən”, öz dedikləri adıyla desək, “üçüncü qüvvə sözlərindən ” rahatsızlanmağı heç vəchlə səmimi duyğu qismində görmək mümkün deyil. Burada o – olmalıdır, ancaq – yoxdur kimi istəklərinin nəticəsi azarkeşlərimizin həbsi ilə nəticələndi ki, bu da futbolumuzun bədbəxtçiliyidir.
Konkret Rednik sevgisi də əslində məcburən dalda-bucaqda yaşanmış ufacıq bir duyğuydu. Onu da bizə çox gördülər!.. Onu və hər hansı bir özümlü duyğunu, hər hansı iradəni, hər hansı bir topluma, yerə (məkana), nəzəri baxışa… yiyə duyğusunu “bizə çox görənlərin” də nəyəsə inamı və sevgisi var axı! Bu məqamda biz yalnız onlara bizə qarşı söz deyənləri, sözçü saya bilərik. Mən, futbol başbilənlərinin yanında olub haqq söz deyənləri gəncliyində də alqışlamışdım, indi də alqışlayıram. Elə keçmiş futbolçularımız və hakimlərimiz indi də var. Əksəriyyəti də işsizdir. Nazim Süleymanov, Babək Quliyev və başqaları. Deməli, bizi mənfi anlamda millətçi – milliyətçi, üçüncü qüvvə ”sayanların sözünü külək qismində görmək bizim haqqımızdır.
Futbolda sevgi cürbəcür olur. Rusları götürək. Bəlli dönəmdə o, özünə “rus” demirdi, “sovet” deyirdi, onbeş – iyirmibeş – otuzbeş millətə də “ruslaş” demirdi, “sovetləş” deyirdi. Ancaq sovet futbolunun ət maşınının bu üzündən azəri balalarını qoyurdun – o üzündən ruslar oynayırdı. Bizimkilər ehtiyatda oturmaqla futboldan kənarlaşdırılırdı. “Xəzər Lənkəran”da gənclərimiz (onların adını siz deyin) Nildokimilərin sayəsində futbolsuz qalib. Bu cənubda futbolun məhvi demək deyilmi? Deməli, bunu istəmirlər, öz milliləşdirilmiş sifətlərini istəyirlər… (Vaqif bəyin yazısından sonra “düz bucaq, açıq bucağ”a dönür. Vaqif bəyə təşəkkür edirəm!)
Mən, öz bölgəmiz üçün, “Xəzər Lənkəran”ı istəməyənləri, şərti olaraq, Qara qarğaya bənzədirəm, onların asılılığında olanları Ala qarğaya (“XƏZƏR LƏNKƏRAN” asılı olan tərəflərdən deyil). Ay cənubda futbolu istəməyənlər, axı Ala qarğa da bala çıxarmaq istəyir!
Zəfər Lerikli
10 thoughts on “Qara qarğa və Ala qarğa”
Comments are closed.
SALAM ZEFER GARDAS BU DERD BOYUK DEDIR.BU PROBLEMLER KI VAR TEKCE FUTBOLUMUZDA DEYIL BUTUN IDMAN SAHELERINDE VAR. NE GEDER FUTBOLUMUZDA GARA GARGALAR HAKIMIYYETDEDIR LERSE ALA GARGANI BALA CIXARTMAGA GOYMAZLAR.CUNKI ALA GARGA BALALIYARAG INKISAF EDIB GARA GARGANIN GURDUGU YUVALARINA SAHIB OLA BILERLER ONA GORE DE ALA GARGALAR INKISAF EDE BILMIRLER. HANSILAR KI INKISAF EDIB,ONLAR IMIGRASIYA EDEREK BASGA SEHERLERDE INKISAF EDIBLER. TEZEDEN EGER BURALARA GAYIDIBLARSADA NAZIM KIMI ONLARA GARA GARGALAR IMKAN VERMEZLER KI ISLESINLER.HELE USTELIK 300 IL DE OMURLERI VAR. GEL INDI DOZ GORUM NECE DOZURSEN.
Salam! Minnətdaram Telman bəy!-Gözəl şərh yazmisiniz.
Deyirlər ziyanın yarısından qaçmaq xeyirdir. Bizim ən yeni tariximiz ardıcıl iki dəfə ziyanın yarısından qaçmagımızla səciyyələnir. Bax burada hesablaya bilmirəm ki, bu iki yarı tam bir ziyan təşkil edir, yoxsa iki qaçmada tam bir xeyir var…hesablaya bilmirəm də, nə etməliyəm e, varsa elə bir hesablayan maşın məsləhət verin. Amma maşınsız, dədə-baba qaydasında on barmaq və bir başımla hesablamalarımdan belə çıxır ki, bu ziyanların yarısından qaçdığımız kimi yarasından qaça bilməmişik.
*****
Burda ancaq, “Fələk Kalkulyatoru” lazımdır ki, görək o nə sayır, hesablayır.
Cox “derin hisslerle” yazilmis yaziya gore Zefer Beye tesekkurler.
Cox gozel vurqulamisiz. Zeka ve bacariq. Bunlar qusun iki qanadini xatirladir. Biri olmasa ucmaq olmaz…
Bir hedisi-serifde deyilir : “Siz necesiniz bele idare olunarsiz”. Bizim bu usaqlarin heqiqeten oz uzerlerinde cox calismalari lazimdir. Elbette eger calismasalar seytan da bos dayanmayacaq onlari her cur mesguliyyete celb edecek.
Mən təşəkkur edirəm!
Salam, Mirhafiz müəllim! Məqalənin ana xətti bugünümüz üçün çox aktualdır. Öz məktəbimizin yetirmələrinin komandamızın əsas heyətinə düşə bilməmələri isə ən ağrılı yerimizdir. Gəlin bugün razılaşaq ki, gənc oyunçularımız “Xəzər Lənkəran”ın əsas heyətində çıxış etməyə hələ hazır deyil. Mən əvəzedici heyətin əksər oyunlarını izləyən biri kimi bunu özüm üçün qərarlaşdırmışam. Çünki,yerli gənc futbolçularımız öz yaşıdları ilə başabaş mübarizə aparsalar da, əsas heyətdə elə nildokimilərdən xeyli geri qalırlar. O da ondan irəli gəlir ki, gənc futbolçular özləri öz üzərində işləmir, düzgün istirahət rejimi də daxil olmaqla idmançıya aid olan əsas prosedurlara laqeyd münasibət bəsləyirlər. Futbolçu ilk növbədə idman rejiminə daim riayyət etməlidir. Bu gənclər hər gün bizim gözümüzün qarşısındadır və hər bir hərəkətinin şahidi oluruq. Əvəzedici komandanın məşqindən sonra məhəllə uşaqlarıyla futbol oynamaqlarından tutmuş, maşınlarla Lənkəran küçələrində o tərəf, bu tərəfə şütüməklərinə qədər. Öz yetirmələrimizin “Xəzər Lənkəran”ın əsas heyətində çıxış etmələrini ən çox arzulayanlardan biri də mənəm. Hətta bəzilərinin atasıyla isti münasibətim də var. Bu haqda onlarla söhbətlərim də olur.Yazdıqlarımı oxusalar təsdiqləyərlər. Söhbət düşəndə həmişə deyirəm ki, yaxın keçmişdə “Xəzər”in tam heyəti Lənkəran məktəbinin yetirmələri olub. Bəs niyə indi heyətdə öz yetirmələrimiz olmasın? Nəvaxt ki, öz yetirmələrimiz olacaq, bax onda komandamızda nildokimilərə yer olmayacaq!
*****
Salam, Qabil bəy! Siz əsl ziyalı düşüncəsi ilə məsələyə yanaşaraq, konstruktiv yəni bundan yayınma yollarını da göstərmisiz. Təşəkkür edirik!
EN GOZEL BIR DIYARDA, YASARDI COXLU GARGA,
DERDLESMEK UCUN ONLAR, YIGISARDIRLAE ARXA.
ARASINDA VAR IDI, COXLU NOVDE RENKLERI,
GARA GARGADAN BASGA, CURBECUR GESENKLERI.
AYRILDI GARA GARGA, BIR NECE GUN MUDDETE,
GELISI SEBEB OLDU, EN DEHSETLI SIDDETE.
YIGISDILAR YENEDE, EVVELKI GOZEL ARXA,
SOZ ALIB GOR NE DEDI, CUSSELI GARA GARGA.
BU GUNDEN MEN HAKIMEM, BURDAKI DAG DASLARA,
VERMEREM HAKIMLIYI, HEC DOGMA GARDASLARA.
HERNE VARSA MEXSUSDUR, ANCAG GARA GARGAYA,
HAKIMLIYIM OMURLUK, KECER BALA GARGAYA.
YAMAN GUNLER BASLAYIB, GARGALAR DOZMEYIRDI,
GORXUDAN SESLERINI, CIXARDA BILMEYIRDI.
COXLU ALA GARGALAR, YASAMAGCUN UMUDLE,
MIGRASIYA ETDILER, GONSU COLE ZULUMLE
UCYUZ IL YAS VERIBDIR, GARGALARA TANRIMIZ,
SERIKDIRMI BU YASA, BIZIM ALA GARGAMIZ.
ADLAR OLSADA EYNI, HEYATLARI FERGLIDIR,
BALASIZ ALA GARGA HEYATDA KEDERLIDIR
SOYLE AY ZEFER GARDAS HEYAT NIYE DERDLIDIR
Telman bəy! Soruşursuz həyat niyə dərdlidir?
Bu üç yüz il ömr etmək, qarğaya kədərlidir.
Bilənlər bilir, niyə həyat belə qəmlidir.
Qartalin məğrurluğu tanrisina bəllidir.
SALAM XL AZERKESLERI. GUNLER KECDIKCE MENE ELE GELIR KI MIRCANIN KOMANDAMIZA GELISI SANSI , AZALIR. INDI MIRCA BIZE BIR ADDIMLIG YAXINLIGINDADIR. EGER BU ADDIMI REHBERLIK ATMASA SONRA GECIKMIS HALDA YUZ ADDIM ATMAGLA BELE NETICESI OLMAZ. HER SEYI VAXTINDA GORMEK LAZIMDIR.
ZAMAN GEDIR IRELI, GAYTARMAG OLMUR DALA,
VAXTINDA AT ADDIMI, KI CATASAN AMALA.
BU GUN ONU ATMAYAN, SABAH YUZUN ATACAG.
TEMINAT YOX SABAHA, ARZUSUNA CATACAG.
BUGUN MIRCA REDNIKE, BIR ADDIMLIG YOLDAYIG,
ASKAR GOREREK ONU, AMMA SORAGINDAYIG.
BIRCE ADDIM REHBERLIK, BUGUN ATSA GABAGA,
TISBAGA TEK COXLARI, GIRECEKLER CANAGA.
COXSAYLI AZERKESIN, TUKETMEYIN SEBRINI
BIZSIZ FUTBOL HECNEDIR, BILIN BIZIM GEDRINI.
VAXTDIR ATIN ADDIMI, YUZ YOX BIRI BES EDIR,
ZAMANLA BIR ADDIMI, ATANI ZAMAN SEVIR.
REDNIKIN GELISIYLE, XEZER COX DEYISECEK,
BOS GALAN MEYDANIMIZ, BIZLERLE GORUSECEK.
ESIL OYUN GORERIK, XEZERIN IFASINDA,
MIRCAMIZ AD GAZANAR, AVROPA MIGYASINDA.
XEZERE GARSI SEVGI, MENE SEIR YAZDIRIR,
IKI BAYRAG TUTANIN, COXLARINI AZDIRIR.
ELIMDE BIR BAYRAGDIR, HAG YOLUNU AZMIRAM,
BEZI SEREFSIZ KIMI, RUSVETLE HEC YAZMIRAM.
Salam.doktor vaxt olanda gedib az yaslilarin mesqine de baxiriq.Demek olar ki,her gun eyni hereketler goruruk.Hec bir idman levazimati yoxdur.Usaqlar da mesqin ne vaxt qurtaracagini sebirsizlikle gozleyirler.Menim yadimdadir idman mektebinde rehmetlik Mehemmed mesq kecirdi.Bizim onda iyirmi yasimiz var idi.Onun usaqlarinin 14-15 yaslari olardi.Demek olar iki gunden bir o usaqlar bizimle oynayardilar.Evveller bize boyuk hesabla uduzurdular.dord aydan sonra usaqlar biznen guclu reqabet aparmaga basladilar.Onlarin coxu sonradan ‘Xezer’-de oynamaga basladilar.Amma biz indi gormuruk usaqlar resmi oyunlardan basqa oyun oynasinlar.usaq secimi yoxdur.Kim gelir say olsun deye gotururler.Seleksiya isi tamamiyle qurulmayib.Kendlerimizde fiziki gucu olan usaqlar var.Onlari komandaya celb etmek,texnika oyretmek lazimdir.Mesqler rengareng olmalidir ki, usaq futboldan bezmesin.
*****
Salam, Mübariz bəy! Allah Məhəmməd və dünyasını dəyişmiş bütün “Xəzər” (Lənkəran) komandasının üzvlərinə rəhmət eləsin! İndikilərə də insaf versin ki, işlər yolunda getsin!