VII tur “Xəzər Lənkəran” AZAL-la səfərdə göüşəcəkdi. Uzun müddət qələbənin nə olduğunu bilməyən və enişdə olan komandamız ötən tur evdə “Bakı” üzərindəki qələbəsi ilə uğursuzluğa əslində son qoymuşdu. Amma AZAL-la səfər oyunu bu qələbənin təsadüfi ya da artıq özündə güc taparaq qara zolaqdan çıxmaq əzmində olduğunu göstərməliydi.
Komandamıza lap sonda qoşulan oyunçular vardı ki, onlar yeni ruhda təşrif buyurmuşdular. Bir də uzun müddət qələbə qazana bilməyərək pessimizmə yuvarlanmış köhnə komanda üzvləri. Biz məsləhət gördük ki, baş məşqçimiz Con Toşak təcrübəsindən istifadə edərək, yeni gələnləri komandaya uyğunlaşdrmasın, əksinə köhnə heyətdə, komanda ruhu ölmüş oyunçuları yeni gələnlərin qələbə ruhuna uyğunlaşdırsın. Bunu komandanın tərcüməçisi Elvar Quliyevdən də xahiş etmişdik ki, baş məşqçimizə çatdırsın. Görünür ruhunu yeniləmək mümkün olmayan Elnur Allahverdiyevin də bu mənada komandadan gedişi qaçılmaz oldu. Qalanları isə yeni ruhda köklənməyi qəbul edərək son iki oyunda artıq tam başqa oyun sərgiləyir və əzmkarlıq göstərirlər. Bunun nəticəsidir ki, artıq komanda qələbə hissi ilə alışıb yanır, hətta böyük əzmkarlıq göstərərək bunu əldə edir.
AZAL-la son oyunu heç bir telekanal göstərməyəcəkdi deyə biz də “Bosman” olaraq azarkeşlərimizi intizarda qoymamaq üçün stadiondan birbaşa heç olmasa onlayn mətnlə bunu aradan qaldırmağa çalışdıq. Operativliyi təmin etmək üçün “12cioyuncu.info” saytı ilə əməkdaşlıq haqqında razılığa gəldik və stadionda gördüklərimizi ani olaraq müfəssəl onlara ötürdük. Bunun nəticəsi olaraq da izləyicilər stadionda baş verənlərdən cəmi bir neçə saniyə sonra operativ məlumatlandırıldı. Bizimlə birlikdə əməkdaşlıq edərək azarkeşlərimizi intizarda qoymamaq naminə operativ tərəfdaşlığa görə “12cioyuncu.info” saytına təşəkkür edirik.
Onu da deyək ki, komandamızın qələbəsinə böyük inam hissi ilə oyunun keçirildiyi “AZAL Arena” stadionuna getdik. Çünki araşdırmalarımızla gəldiyimiz nəticələr hələ bundan sonra da yüksələn xətlə davam edəcək proqnozlarımız var.
Oyunun elə ilk dəqiqələrində yeni ruhu komandaya gətirənlərdən ikisi gözəl kombinasiya ilə hesabı açdılar. Mərkəzdən sağ cinaha ötürmə alan Mbilla Etame gözəl və cəld hərəkətlə rəqib müdafiəçini arxada qoyub, künc nöqtəsi həndəvərindən bir iki addım irəliləyərək qapı önünə paralel ötürmə etdi (Tounkaradan fərqli olaraq). Budur, buna hazır olan Deyvid Sacconi artıq yerində idi və bir toxunuşla elə də güclü zərbə vurmadan artıq topu tora qovuşdurmuşdu. Bu elə ani baş verdi ki, rəqib müdafiəçilərin fikirləşməyə belə bircə saniyələri də olmadı. Artıq dediyimiz kimi bu yeni ruh bütün digər oyunçularımıza da sirayət etmiş olub. Bütün futbolçularımız sanki təzələniblər. Cəld və operativ oyun nümayiş etdirirlər. Rəqibdən daha tez düşünür və onları önləyirdilər. Asan topları vura bilməyən Nildo bu oyunda dubl etməyi bacardı. Bu qələbədə bütün komandanın payı var. Bütün futbolçularımız yüksək tempə alışıq oyun sərgiləyirdilər ki, bu da rəqibi epizodlara çatmaqda gecikdiridi və komandamız diqtə edən tərəf kimi layiqli qələbəsini də qazandı.
Bir məqamı da qeyd etmək lazımdır ki, ölkəmizə yeni gəlmiş Mbilla Etame oyundan oyuna artıraraq, bu günki oyunun qəhrəmanına çevrilmişdi. Oyunda ən çox top hərəkət edirsə, Mbilla da demək olar elə top qədər hərəkət edirdi. Hücumda, müdafiədə, yarımmüdafiədə, sağda, solda, hər yanda öz işini görürdü. Hücumdan müdafiəyə elə sürətlə şığıyırdı ki, hamıdan tez topu ələ keçirirdi. Onun belə şığımaları sanki bir panterin ovun üstünə necə cəld şığımalarını xatırladırdı. Bununla ona “Xəzər Lənkəran”ın “Qara Panter”i demək daha düz olardı. “Qara Panter”imizin oyun ruhu digərlərinə də getdikcə təsir etməkdədir. Bu oyun bunu bir daha isbatladı. Bundan sonrakı oyunlarda bir panter yığnağına çevrilən komandamızın, itirdiyi xalları bərpa edəcəyinə böyük inam var.
Onu da demək lazımdır ki, qış transfer dövründə xətlər üzrə iki və ya üç belə futbolçunu da heyətə qata bilsək vay, rəqiblərin halına demək mümkündür.
Mirhafiz Babayev
7 thoughts on “Qara Panter hər yanda”
Comments are closed.
Salam.Doktor,bəri başdan deyim ki,sizin yazılarınıza heyran olmamaq mümkün deyil.Bunu səmimi qəlbdən deyirəm.Qara panterlə bağlı bütün yazdıqlarız təqdirə layiqdir.Qaldı komandanın ümumi oynuna bu mənim fikrimcə bir az fərqlidir.Mən bu oyunu meydandan canlı izlədiyimdən bir az fərqli düşünürəm.Komandamız gözəl kombinasiya quraraq 1ci qolu vurdu.Sonra,sonra isə komandamızda xətlər arasındakı əlaqələr tamami ilə itdi ki,nəticədə hesab bərabərləşdi.Sonra 10 nəfərə qarşı oynayan komandamız bir neçə qol epizodlarını boşa verərək rəqib qapısından iki top keçirdi.Məni sevindirən tamam başqa məqamdır.Nəhayət ki,komandamız düzgün yoldadır.Con Toşaq oyunçulara istirahət vermədən İnterlə oynun hazırlıqlarına başladı.Komandamıza qələbələri əsas etibarı ilə ardıcıl məşqlər və fiziki hazırlıq verə bilər.Bir də rəhbərliyə minnətdarlığımı bildirirəm ki,sevimli komandamıza dəstəyini əsirgəmir.Komanda saflaşmaya doğru gedir.Yəni komandada nizam-intizam önə çəkilib.Bütün bunlar gələcək qələbələrin anonsunu verir.
*****
Rakif müəllim sizi salamlayıram və təşəkkür edirəm. Sizin dediklərinizlə razıyam. Amma yazıda əvvəlki qələbə ruhu ölmüş komandanın, indiki komandadan nə qədər fərqləndiyini və bütün oyunçuların o dövrə görə nə qədər artırdığını, qələbə əzmi ilə döyüşdüyünü göstərməyə çalışmışam. Əlbəttə problemlərin hələ tam həll olunmadığını da bilir və qış transfer dövründən səmərəli istifadə etməyin lazımlılığını da göstərmişəm. Özüm də bu oyunu canlı izləmişəm deyə təəssüratlarımı sizlərlə bölüşməyə qərar verdim.
Qara Pantera laqabi Etameya daha da guc verecek..
****
O, bu ada layiqdir. Həm də məqsədimiz futbolçularımızı sevdiyimizi bildirmək və bununla da onları daha artıq motivasiya etməkdir…
Mirhafiz bəylə tamamiylə razıyam. Çünki yeni oyun ruhunun köhnə, ölmüş oyun ruhuna inteqrasiyası yeni bir təklif idi və özünü doğrultmaqdadır. Komanda daxilində ruh düşkünlüyü olduğu halda, yeni oyunçuların köhnələrə uyğunlaşmağındansa, köhnə oyunçuların yenilərinə uyğunlaşdırılması dahiyanə fikirləşib tapılmış variantdır. Qara Panter ləqəbi elə Etameyə layiqdir. Etame türkcə danışa bilir və bu ləqəb onu daha da həvəsləndirəcək.
Mirhafiz bəy! Bağışlayın, bir nüansı yaddan çıxarmışam. Qış transferi dövründə dediyiniz iki və ya üç Etame kimi oyunçunu heyətimizə qata bilsək, onda istədiyimiz əsl “Xəzər Lənkəran”ı görəcəyik. Mən buna əminəm.
*****
Bizdə də buna yüksək əminlik vardır deyə, komandanın gələcəyinə inanırıq! Düz buyurursunuz və yazının mahiyyətini düzgün qəbul etdiyinizə görə təşəkkür edirəm!
Hər vaxtiniz xeyirli olsun!.Mende kamandamizin son iki qelebesine bigane qala bilmemeyimden duşuncelerimi paylaşmaq qerarina geldim.Siz qeyd etdiyiniz kimi heqiqetende kamandamizda qelebe ruhu yukselib.Bunun başlica sebebi yeni gelen transferler ve komekci meşqcilerdir.Mbilla Etame hele Xezerde debut etmemiş men emekdaşliq etdiyiniz 12cioyuncu saytinda onun barede xoş duyqularimi ifade etmişdim.Arzu etmişdim ki, her qoldan sonra reqs etmeyi xoşlayan bu oyuncunun reqslerini tez-tez gorek.İnşallah- seviyyesi ile tezlikle sevilen ve Siz terefinden ;QARA PANTER;-leqebi alan Mbilla oz oynu ile hele bizi cox sevindirer.Sonda ise azarkeşleri informasiyasiz qoymadiqiniza gore Sizlere teşekkur edirem!.Azarkeşlerimize menevi zovq ve klubumuzun inkişafinda ,hemcinin dunya seviyyesine qalxmaq ucun tutduqunuz yolda uqurlar arzu edirem!.Cox saq olun!
*****
Zəfər bəy, xoş sözlərinizə görə təşəkkür edirik. Komandamızın gələcəyinə inamınızı da alqışlayırıq. Bütün azarkeşlərimizin buna inamı yüksək səvyyədə olmalıdır ki, güclü dəstək hiss edən komandamız daha da irəli getsin. Qaldı ki, dediyiniz şərhlər barədə hamısını izləyirik.
Təqdim etdiyiniz, AZAL 1 – 3 “Xəzər Lənkəran” oyununda vurulan 4 qolun videoları komandamızın rəsmi saytından götürülüb deyə, digər saytların istinad etmədən bunu yayımlamasına yaxşı baxmırıq deyə, izləyicilərə məsləhət görürük ki, bu görüntüləri elə Lankaranfc.com saytından izləsinlər: http://lankaranfc.com/az/fan-sector/video/2013/2014/azal-1-3-x.lenkeran.html
Yəqin siz də bunu normal qarşılayarsınız, müəlliflik hüququ və ədalət naminə.
Elbette!-Bu videolari Xezerin resmi saytda yerleşdirilmeyinden xeberim yox idi.