Dünən keçirilən “Simurq” – “İnter” matçıyla XXI tura start verilib. “Simurq” öz meydanında 0:1 hesabıyla məğlub olmaqla “Xəzər Lənkəran”ın bir müddət aşağı pilləyə yuvarlanmasını sığortalamış olub. Turun digər qarşılaşmaları isə bu gün keçirilir. Hələlik start götürən və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanan “Bakı” – “Neftçi” oyununda hesab 2:0 ev sahiblərinin xeyrinədir və oyun elə bu hesabla da bitir.
“Qəbələ” – “Xəzər Lənkəran” oyunu da bu gün keçiriləcək qarşılaşmalar sırasındadır. Əvvəlcədən anons edildiyi kimi 15:00-da “İdman Azərbaycan” kanalı ilə birbaşa translyasiyası nəzərdə tutulan bu oyun, adıçəkilən telekanalın bugünki proqramından çıxarılıb.
15.02.2014
12:00 İdman xəbər
12:20 Avtoexpress
13:00 Ən güclü
13:30 Futbol. Topaz premyer liqası. “Bakı” – “Neftçi” (canlı)
15:30 İdman xəbər
16:00 Pro bull
17:00 Voleybol. Azərbaycan çempionatı. “Azəryol” – “Rabitə” (canlı)
19:00 Futbol. İspaniya çempionatı. “Atletiko” M – “Valyadolid” (canlı)
Fasilədə İdman xəbər
21:00 Qaydasız döyüş. Pankration, Qranplinq və MMA üzrə açıq Bakı
birinciliyinin final mərhələsi (canlı)
23:00 Futbol. İspaniya çempionatı. “Barselona” – “Rayo Vallekano” (canlı)
Fasilədə Futbol xəbər
01:00 Futbol. İspaniya çempionatı. “Vilyareal” – “Selta” (canlı)
Fasilədə Futbol xəbər
AZTV
23:45 Futbol. İtaliya çempionatı. “Fiorentina” – “İnter” (canlı)
Ancaq “Qəbələ” klubunun rəsmi internet saytında bu qarşılaşmanın həmin kanalla veriləcəyi göstərilib. Ümid edirik ki çox əhəmiyyətli olan bu oyun, canlı formada azarkeşlərin ixtiyarına veriləcək.
AzTv kanalı ilə canlı translyasiya olunan “Qəbələ” – “Xəzər Lənkəran” oyununda komandamız yenik duruma düşüb. Ev sahiblərinin oyunçusu Daniel Subotiç, 25-ci dəqiqədə komandasını hesabda önə keçirib. İlk hissə elə bu hesabla da meydan sahiblərinin xeyrinə qurtarıb.
İkinci hissədə komandamız oyunun əhəmiyyətini dərindən dərk edərək əzmkarlığı artırıblar. Beləliklə 52-ci dəqiqədə Sadio Tounkaranın vurduğu qolla hesabı bərabərləşdirməyə nail olan komandamız, cəmi dörd dəqiqə sonra Etame Mbillanın 56-cı dəqiqədə daha bir qolu ilə önə keçməyi bacarıblar.
Bundan sonra daha da dramatikləşən oyunda, meydan sahibləri Daniel Subotiçin dublu sayəsində hesabı bərabərləşdirməyə nail oldular. Bu bərabərlik qolu görüşün 65-ci dəqiqəsində vuruldu. Görüş yenə dramatik olaraq davam etdi və açıq futbol oynayan hər iki komanda ardıcıl olaraq hücumlar təşkil etməkdən sanki yorulmurdular. Elə bu zaman Etame Mbilla sanki Daniel Subotiçə meydan oxuyurmuş kimi, sən dubl edərək hesabı bərabərləşdirdin və mən də sənin acığına dubl edib, ümumiyyətlə komandamı önə keçirərəm və qələbəsini təmin edərəm, bənzətməsi ilə 84-cü dəqiqədə dublunu rəsmiləşdirib, oyunun taleyini həll etmiş oldu.
Beləliklə, “xəzər Lənkəran” çox çətin səfər oyununda ilk üçlük komandalarından daha birini büdrətdi – 2:3. Bununla komandamız turnir cədvəlində həm yerini möhkəmlətdi, həm də gələcək perspektiv üçün liderlər qrupundan xalları öz hesabına yazdıra bildi.
Xatırladırıq ki, fasilədən dərhal sonra ilk pillənin sahibi “Qarabağ”ı səfərdə 0:1 hesabı ilə büdrədən komandamız sonrakı qarşılaşmada, evdə “Neftçi”ni qəbul etmişdi və 0:2 hesabı ilə yenik duruma düşən komandamız, son saniyələrə qədər əzmkarlıq nümayiş etdirərək iki qol vura bilmişdi və hesabı 2:2-yə çatdırmağa nail olmuşdu ki, bu da ilk üçlükdəki komandalardan daha birinə üç xal imkanı verməmişdi. Bu gün isə çətin Qəbələ səfərində də eyni uğuru yüksək əzmkarlıq hesabına öz xeyrinə 2:3 tamamlamaqla, daha bir ilk üçlük komandasını büdrədərək üç xalı öz hesabına yazdıra bildi. Beləliklə, yuxarılarla böyük xal fərqini yavaş-yavaş əridən “Xəzər Lənkəran” bu əzmkarlıqla davam edəcəyi təqdirdə hədəflərə yaxınlaşmaq üzrə olduğunu sübut etməkdədir. Komandamıza növbəti turlarda da uğurlar arzu edirik.
16 thoughts on “"Qəbələ" 2 – 3 "Xəzər Lənkəran" oyunundan birbaşa yayım olacaqmı? (Yeniləndi)”
Comments are closed.
Sukur. Her kesi tebrik edirem. Ureyimizi day yedik…
*****
Buna deyərəm futbol! Təbrik edirəm!
Qələbə munasibətilə TƏBRİKLƏR ! ! !
*****
Mən də bütün azarkeşləri təbrik edirəm və hələ özümə gələ bilmirəm.
ela oyun oldu her iki teref yaxsi oynadi ancaq xezer daha yaxsiydi yenede 2ci hissede oyunumuz ela alindi men mustafa hocamiz basda olmaqla butun xezer oyuncularini ve azerkeslerini qelebe munasibetiyle tebrik edirem ardi geler insallah oyunun en yaxsi oyuncusu tom kara ve embilla idi
mirhafiz bey sizi de qelebe munasibetiyle tebrik edirem
*****
Çox sağ olun! İnanın ki, gərginlikdən və sevincdən hələ özümə yer tapmıram.
Mən bu komandanı çox sevdim .Toşakın dövründəki ilə necə fərqli oynayırlar .Ay və günəş qədər fərq var .
Bütün Xəzərsevərləri təbrik edirəm .Rednik dönəmi qayıdıb .
Dənizlini əldən vermək olmaz. Mirhafiz bəy bu yöndə indidən təbliğat aparmaq lazımdır.
*****
Biz vaxtında Denizliyə qiymət vermişdik. Şübhəli qalanlara bir daha narahat olmamağı deməklə, onu Türkiyənin Luçeskusu adlandırdığımızı yada salmaq istəyirəm!
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli “Qəbələ” ilə oyundan sonra fikrlərini bölüşüb. Təcrübəli çalışdırıcı “Xəzər Lənkəran”ın səfər qələbəsindən və ümumi qələbə seriyasından təmkinlə danışıb:
“Bu, bizim turnir cədvəlinin liderlər qrupunda qərarlaşan klublara qarşı ardıcıl üçüncü oyunumuz idi. Ardıcıl 3 ağır oyun keçirdik. Bu görüşlərdə 7 xal qazandıq və sübut etdik ki, çempionatda “Xəzər Lənkəran” da var. Həmin əhəmiyyətli qollar komandamızın azarkeşlərini çox sevindirdi. Onlar bilsinlər ki, nə qədər çox sevinsələr, biz də özünəinam çox olacaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” 22-ci turda “Bakı”nı qəbul edəcək.
http://www.youtube.com/watch?list=UUZm9Ja4hDw2SyrLSg__naPg&v=RvnD2knP0I8#t=13 izliyin
Axşamınız xeyir, Mirhafiz müəllim! Doktor, ilk öncə Sizi və bütün “Xəzər Lənkəran”lıları təbrik edirəm! Artıq oyundan-oyuna gücünü artıraraq yenidən döyüşkən bir “Xəzər Lənkəran” olub. Komandamız özünə gəlməyə başlayıb və qısa zaman kəsiyində öz keçmiş əzəmətini bərpa edəcək.
*****
Bilirsiz, Qabil bəy, o günlər üçün necə darıxmışıq?! El dilində desək, “Lap, burnumuzun ucu göynəyir”.
Muəllim salam! Bir daha sizi kamandamizin qələbəsi munasibətilə təbrik edirəm.Kamandamizda musbət dəyişiliklər oyun planinda özunu görsədir.Bu qələbələri şişirtmək istəmirəm.Kamandamizin “Baki” ilə oynunu səbirsizliklə gözləyirəm.”Baki” həmişə bizə cətin və arzuolunmaz rəqib olub.Kamandamizin gucunu o oyundan sonra təhlil etməyə dəyər.Sizdən bir xahişim var.Azarkeşlərimizin tutulub və gizlin həbs edilməsi ilə bagli əksər saytlar susur.Yalniz ilk gundən 12cioyuncu.info bu hadisələrə laqeyd qalmayib.Bu gunlərdə sportarena.az saytida nəhayət sukutluyu pozdu.Bosman.az olaraq bu hadisələrə bir mövqe tutmağiniz gözlənilirmi!?.Əlbəttə biz məhkəmə qərarina təsir gucundən cox uzağiq və məhkəmə qərarlarina hörmətlə yanaşiriq.Bununla belə öz haqqimizi tələb etmək ucun hər zaman qanuni tələblərimizi deyə bilərik və haqqimizi tələb edə bilərik.Mənə cox maraqlidir:-Niyə mətbuat susur?-Əgər bu tutulan azarkeşlərimiz cox ciddi qanunsuzluqlar ediblərsə desinlər və bizdə həqiqəti bilək.Nəsə,futbolda bu anlaşilmaz qərarlardan cəmiyyətdə sayilir.Onsuzda şərhə cavab verməyə və tutulan azarkeşlər barədə danişmaği ustun tutanlarimiz azdir.Yəqin həbs olunmaqdan qorxurlar.Əgər belədirsə,məndə azarkeşəm.Deməli məndə azarkeş olduğum ucun tutulmağimdan qorxub həqiqəti tələb etməməliyəm!?.Təşəkkur edirəm.!-şərhimə cavab verməsənizdə.
*****
Şərhinizə yaxın zamanlarda bir yazı ilə cavab vermiş olacağıq. Zatən bu planımızda var.
Hörmətli DOKTOR! Mən də Siz keçirdiyiniz hissləri keçirirəm. Bizlər üçün əvsanəyə dönmüş cənab Rednikdən sonra komandamızda baş verənlər, əsasən də məşhur Con Toşakın da heç bir şey edə bilməməsi məndə bir qədər inamsızlıq yaratmışdı. O üzdən də M.Dənizliyə inamım az idi. İndi isə günü-gündən Mustafa bəyə daha çox güvənirəm. Əsasən üç liderlə oyununu analiz edəndə görürəm ki, hər üç oyunun ilk hissəsindən sonra Mustafa bəy rəqibin 45-dəqiqəlik oyununu özü üçün çox gözəl analiz edib və ikinci hissəni tamam fərqli tapşırıqlar verməklə oyunda əsaslı dönüş yaradır. Bura vaxtında və effektli əvəzolunmalar da daxildir. Əgər “Qəbələ” komandası kimi digər komandalar da dava-dalaşa son qoyub sırf futbol oynasalar, onda hər biri “Xəzər”imizin qarşısında aciz qalacaq. Bu şərtlə ki, oyunlar bugünki hakimlik kimi tərəfsiz idarə olunsun.
*****
Razıyam sizinlə, Qabil bəy.
Tebrikler! Ardı gelsin. Biz həmişə məğlubiyyət nədir bilməmişik, son zamanlar uçuruma düşdük və indi qələbə qzananda elə sevinirik ki, elə bil, Çempionlar Liqasını qazanmışıq…
*****
Malik bəy, sizi ürəkdən təbrik edirəm!
Bir yaşlı insan kimi bütün Xəzərsevərləri bağrıma basıb təbrik edirəm.İnanın sevincimin həddi-hududu yoxdur.Amma hamı məni bağışlasın bir şey də məni yaman üzür.Bə”zi gənclərimiz XLı dəstəkləməməkdə israrlı olduqlarını bəyan ediblər.Bir ağsaqqal kimi deyə bilərəm ki,bu heç də çıxış yolu deyil.Bu sadəcə Neftçi kimi komandaların su tökmək kimi bir şeydir.Mən demirəm tutulan balalarımızı mudafiə etməyək.Mudafiənin düzgün yolunu tapmaq lazımdır.Bu yol elə olmalıdır ki,hamımızın sevimlisi XLa ziyan və xətər yetirməsin.Xəzərim indi-indi ğöhrələnir.Zizə bir yaşlı insan kimi yalvarıram onu (XLı)vaxtından əvvəl soldurmayın.XLnın yaraşığı sizlər və sizin də yaraşığınız XLdır.XLı dəstəksiz qomaq indiki halda heç bir məntiqə sığmayan səvh bir hərəkətdir.Belə bir qərarı verməmişdən qabaq bir də düşünməyinizi sizdən xahiş edirəm.Bu hərəkətlə düşmənin dəyirmanına su tökməklə sizdən fərqli düşünən Xəzərsevərləri üzmüş olarsız.Son olaraq bir ağsaqqal kimi yazdıqlarımı nəzərə alıb verdiyiniz qərari dıyişərək tutulmuş balalarımızın huquqlarını müdafiə etmək üçün mübarizə metodunu dəyişərsiniz.
Hörmətli Rakif muəllim!.
Hamimiz yaxşi bilirik ki ,biz tutulan azarkeşlər barədə hec kimə təsir etmək fikrində deyilik və buna yalniz məhkəmə qərar verir.Məhkəmənin qərarida icra olunur.
Göz görduyundən qorxar-deyiblər.Bu gun azarkeşlər həbs olunur və sabah yenə həbs olunacaqlar-deyə hamimiz qorxu icindəyik.Cunki təminat yoxdur ki ,stadionda yenə kimsə azarkeşlərimizi təxribata surukləməyəcək.Və bunun nəticəsində cavanlarimiz tutulmayacaq.Ona görə mən öz tanidiğim yaxinlarima və dostlarima stadiona getməməyi tövsiyyə edirəm.Mən elə televiziyadanda oyunlara baxir və “Xəzər Lənkəran”-i sevdiyimi gizlətmirəm.Qorxmaq ayib sayilirsa qoy sayilsin.Mən cavanlara görə narahatam və aciği onlarin səbəbsiz həbs olunmağina görə qorxuram.Ona görədə stadionlara futbola getməyinin əleyhinəyəm.
Zəfər bəy,salam.Bizim gənc azərkeşlərimiz hamımıza əzizdir.Və mən onların ayağına bir daşın belə dəyməsinə razı olmaram.Mən Bakıda yaşayıram və XLnın Bakıdakı oyunlarını canlı izləyirəm.Bizim gənclər cox çılğındır.Azərkeşlik mədəniyyəti deyilən bir çey var.Onları da cavanlara aşılamaq böyüklərə düşər.Baxın,əsəbləşib oturacaqları sındırmaq,meydançaya cürbəcür əşyalar atmaq onların hərəkətlərinə mane olanları küçə söyüşlərinə qonaq etmək nə dərəcədə düzgündür?Mənim sizin XLa olan sevginizə heç bir çübhəm yoxdur.Və bu doğurdan da belədirsə onda sizdən bir ricam var.Cavanlara stadiona getməməyi tövsiyə etməkdənsə,əksinə onları stadionlara dəvət edib təmkinli olmağa və sevimli komandalarına oyunun sonuna qədər dəstək verməyi tövsiyə etməyiniz yerinə düşərdi.
Hörmətli Rakif muəllim!Siz duzgun yanaşmisiniz.Həqiqət odur ki, cavan və gənc nəsil hələ buna hazir deyil.Buna uzun muddət təbliğat işləri aparilir və indən belədə aparilir.Lakin bu gənclər cilğin olduğu ucun təxribata tez gedirlər.Belə gəncləri və tutulan gənclərə dəstək xatirinə bir-iki oynu bu formada kecirdib etiraz edə bilərdik.Görunən odur ki, azarkeşlərimizin bəziləri hec vaxt bu kimi amillərə fikir verməyib və cətində diqqət ayirsinlar.Azərbaycanda nə qədər sapi özumuzdən olan baltalar varsa, bizim hamimizi kəsib doğrayacaqlar.Bizim futbolda hacan naqativ hallar azda olsa qaldirilsa, onda həqiqi azarkeş və həqiqi futbol görəcəyik.Təşəkkur edirəm!