Oyunçular varımızdır bifayda, ilk yoxlama oyunu da, çifayda

Təlim-məşq toplanışlarında hər yoxlama oyunu, müəyyən bir mərhələnin sona çatması və rəsmi matçlarda nə effekt alınacağını bilmək üçün bir vasitədir. Komandalar heç zaman təlim-məşq prosesi başlayan kimi yoxlama oyunu keçirmirlər. Bir neçə gün taktiki məşqlərdən sonra və yaxud heyətə yeni oyunçu və ya oyunçular cəlb etdikdən sonra, yeni tərkibdə yoxlama oyunu keçirirlər ki, kimin hansı mövqedə və nə qədər fayda verəcəyini bilsinlər.
Antalyada bu toplanış vaxtı “Xəzər Lənkəran”da demək olar ki, yeni oyunçu baxımından zənginləşməmiş bir komandanın, sadəcə taktiki baxımdan yenilikləri yoxlanırdı, “Çaykur Rizespor” komandasıyla. “Çaykur Rizespor” komandası Türkiyə kimi, futbolu bizdən 20-25 il qabaqda olan bir ölkənin ən üst liqasının-Superliqanın komandasıdır. Onlarla 0:0 bərabərə qalmamız bizi sevindirə bilər, lakin aldanmış olarıq. Çünki, Türkiyə komandası bilirdi ki, yoxlama oyununa çıxıb və bu oyunda xalı qələbə əldə etməklə qazanmırlar. Burada yeni taktiki gedişlərlə və yeni futbolçuları sınamaqla təcrübədə qazanmaq olar ki, bu təcrübədə qazanma, irəlidə Superliqada xal qazanma deməkdir.
Yəni “Çaykur Rizespor” komandasının hər-hansı bir rəsmi oyununa baxan, bu fərqi hiss etməli idi. Burda can yanğısı, qələbə qazanma yanğısı yox idi. Əgər olsa idi onlar qənaətbəxş hesabla da  qalib gələ bilərdilər. Fikir verdinizsə onlar qapıya top vurmaq üçün alışıb-yanmırdılar. Onlar oyunu müxtəlif hissələrə bölmüşdülər və sadəcə rəqibə necə müqavimət göstərmə, rəqib hücum şansı əldə etdikdə necə toparlanma, imkan düşdükdə isə müdafiədən hücuma necə və hansı xətlər üzrə daha effektli irəliləməyin özləri üçün olan əhəmiyyətini yoxlayırdılar. Yəni məqsəd qələbə qazanmaq deyildi və bizcə məqsədləri üzrə taktikalarını da lazımınca həyata keçirib, yoxlaya bildilər.
“Xəzər Lənkəran”ın oynlarına isə çoxumuz baxmışıq və bu oyun da çempionat oyunlarından keyfiyyətcə fərqli olmadı. Bir türk məşqçimiz vardı-futbolda rəhmətlik Biçer. Rəhmərlik Biçerin sözü olmasın, yoxlama oyunlarından sonra belə deyərdi, məsələn, 5 oyundan üçünü “kazandık”, birində bərabərə qaldıq və yalnız birində “kaybettik”. “Bu çok iyi bir sonuçdur”.
Yoxlama oyunlarında belə düşüncə tərzi çox yanlış və futbol adına savadsızlıqdır. Gəlin belə düşünməyək. Hər bir sahədə müəyyən işdən sonra ən azından özünə sual edirsən, Mən burda nəyi uduzdum və nə qazandım. Məsələn, yoxlama oyunlarında mən üç xal qazandım kimi və ya bir xal qazandım kimi sual vermək mümkündürmü? Əlbəttə yox! Amma onu sual edə bilərsən ki, məsələn, xətti müdafiə və yaxud üçlü müdafiə taktikasında bu futbolçularla bir şey qazandım. Yaxud, qısa ötürmələrlə oynayıb futbolçulara bunu qazandırdım və yaxud da cinahlardan və ortadan hücum qurma taktikasını futbolçulara, yəni komandaya qazandırdım.
Amma “Xəzər Lənkəran”ın oyunçuları hələ o səviyyədə deyillər ki, bu taktikaları qazanmaq üçün yoxlama oyunu keçirməyin əhəmiyyətini tam mənada başa düşsünlər. Meydana çıxınca rəsmi oyun olsun, istərsə də yoxlama oyunu, bacardıqları tərzdə oynayıb qol vurmaq istəyindədirlər. Ola bilsin ki müdafiə xəttinin və qapıçının gücünün yoxlanması məqsədi ilə yoxlama oyunu keçirəsən. Bilərəkdən bütün komanda ilə rəqibə bol-bol hücum şansı verəsən və təbii ki, 0:8 hesabı ilə də məğlub olasan. Amma bu yoxlama oyununda uduzduq deməməlisən. Əksinə müdafiə xəttinin və qapıçının zəif yerlərini bilməkdə udursan. Yoxlama oyunu bu nöqsanları üzə çıxarmaq üçün keçirilən bir vasitədir.
Beləliklə, “Xəzər Lənkəran” bu faydaları bilmədən oynadı və top da vura bilmədi. Amma Superliqa təmsilçisi bu faydalar naminə oynadı və top vurmaq istəmədi. Tam gücü ilə oynayan komandamızda həmişəki kimi çox əksikliklər görünürdü. Tərkibcə heç bir yenilik də yox idi. Hamısı əvvəlki oyunçular idi. Tounkara yenə ötürmə etmədən topla başını gicəlləndirərək, sonda onu itirirdi. Nildo komandaya layiq olmadığını bir daha sübut etdi. Topla rəftar edə bilməyən braziliyalı, topu itirdikdən sonra, dərhal mübarizəni dayandırır və meydanın məhdud bir hissəsində ya dayanır ya da gəzişməklə məşğul olurdu. İnsafən Türkiyə ona düşüb deyəsən. Çəkisi də xeyli artıq görünürdü. Yaşı ötmüş hakim belə ondan cəld və hərəkətli görünürdü. Zohair Benouahi isə fiziki cəhətdən pis təsir bağışlamasa da, qurucu kimi sıfır göstəricisindədir. O yalnız dağıdıcı funksiyanı yerinə yetirə bilər ki, Mustafa bəy onu komandada saxlasa, gələn yoxlama oyunu onu dağıdıcı qismində yoxlamalıdır.
Çatışmayan cəhətlər çoxdur. Mustafa bəy bu komandayla ilk üçlük deyincə, çox risk edir. Bəlkə də qarşıdakı günlər, komandanın oyununu kökdən dəyişəcək transferlər olacağını nəzərdə tutub belə söyləyir. Hələlik, bu qədər. Hə, bir də onu deyək ki, komandanın mətbuat katibi Hüseyn Cəbrayıloğlunun yoxlama oyunundan canlı reportajdakı müvəffəqiyyəti bizi sevindirdi.

22 thoughts on “Oyunçular varımızdır bifayda, ilk yoxlama oyunu da, çifayda”

  1. Cox gozel buyurdunuz. Onlar sanki gundelik mesglerini edirdiler. Aydin hiss olunurdu ki tapsiriglari yerine yetirirler.
    Amma bizimkilerde biraz casqinlig var idi ve qol vurmaya can atirdilar ve coxlu sehvler edirdiler. men ilk hisseye baxdigim ucun bunu deye bilerem.
    *****
    İkinci hissə nisbətən fərqli olsa da, prinsipcə ilk hissədən fərqli deyildi.

  2. Duşunurəm ki, hələ Mustafa bəy kamandamizda oynayan oyuncularin hansi potensiala malik olduğunu tam özu ucun dəqiqləşdirməyib.Bu baximdan yoxlama oyunlari oyunculari tanitma xarakteri daşiyirdi.Ona görə bu oyuna hər bir oyuncunun necə faydali olacağini bilmək ucun bir yoxlama oyun olduğunuda deyə bilərəm.Mirhafiz muəllim!-Siz bu oyunu cox peşəkarcasina analiz edibsiniz.Nəsə əlavə etməkdə cətinlik cəkirəm.İnşallah yeni transfer olandan sonra məşqcimiz mudafiəni qapicini və hucum xəttini imtahana cəkər.Yəqin ondan sonra komplektləşmiş heyəti Mustafa bəy özu ucun dəqiqləşdirər.
    Kamandamiz möhkəmlənsə vefayda,
    İlk yoxlama oyununda cifayda!.
    Umid ilə biz sabaha baxiriq,
    Nəticəsi bilinəcək son ayda.
    *****
    Şeirlə futbolu sintez edirik,
    Heç bilinmir, belə hara gedirik.
    Futbolçular məsuliyyət, anlamır,
    Biz bu komandanı, amma sevirik.

    • Şair qələmindən ilhamlanan söz
      “Xəzər” sevgisindən mayalanibdir.
      Şairin,həkimin həmdə rəssamin
      Qəlbi yurd yerindən qidalanibdir.
      “Xəzər”lə fəxr edir bu el, bu oba,
      Hərə sevgisini deyir bu yolda.
      Şair qələmiynən,fəhlə əliynən,
      Rəssam fircasiynan yaratdiğini,
      Halal eləyibdir hər zaman, hər vaxt
      “Xəzər Lənkəran”nin olduğu yerdə.
      *****
      Fərqi yox, hər bir sənət yəsində, ilham oldu bil,
      İlhamın ünvanı var, sözlə ürək can oldu bil.
      O ürək ki, Allah eşqiylə sevər, aləmləri,
      Naxələflik görsə, aləmlərdə, büryan oldu bil!
      Biz, “Xəzər” eşqiylə yandıq, şair olduq, mərhəba,
      Ağ-yaşıl paltarı geydik, həm bilib ali, əba.
      Bu, ali əbanın, rəngi-hali bizi məftun eylədi,
      Rəngi-hal, pərişan görcək, ürək giryan oldu bil!

      • Muəllim!-Bizim hər birimizin öz işi,öz peşəmiz var.Lakin mənəvi zənginlik deyilən bir məfhum var.Bu zənginliyə gedən insanlarimizin şairidə ,yazicisida ,fəhləsi həm həkimidə, o bulaqdan su icib.Mən şair deyiləm amma qəlbinizdəki şairlik duyğulari mövzunun başliğinda yer almasi ilə rahat duyulur.Məndə sadəcə qəlbimdəki kecənləri misralara həkk etdim.Əgər bir misra duz yaza bilirəmsə… Bu misralarimda kamandamizin adi və məskunlaşdiği torpağimdan gəlir.Yaşi 80-i kecmiş ağsaqqallarimizinda “XL” sevgisi elə bu torpağdan və vətənpərvərlikdən kecir.Təşəkkur edirəm!
        *****
        Təşəkkür edirik!

  3. Muəllim bəlkədə duz analiz edə bilmirəm amma təktoxunuşlu öturmələr etməyinin tapşirilmasini özum həmin oyunda gördum.Topu yungulcə saxlayib və öturmə etməklərini hiss etdim.Bu oyunda az təsaduf etsədə hər halda belə duşundum.Tonkarada öz ampulasindan cixa bilmir,görunən odur ki, Dənizli lap cox calişmali və bu oyuncularinin bəzi hərəkətlərini budamalidir.Bu oyuncular özlərində dəyişilik etməsələr, gələn iki səviyyəli transferlə cox qabağa getmək olmaz.İnaniram ki, Dənizli bunu bacarar.

  4. Sizə çox minnətdaram bu yazıya görə. Bir neçə aydı çox narahatiydim. Şükürlər olsun ki, BİR SƏS ÇIXDI! ALLAH köməyiniz olsun.
    *****
    Salam Vaqif bəy, çox sağ olun fikirlərinizə görə. Allah hamımızın köməyi olsun.

  5. Axşamınız xeyir, Mirhafiz müəllim! Vacib işim olduğundan sayta indicə daxil oldum və Sizinlə Zəfər bəyin şerləşməsini oxudum. Sizə və Zəfər bəyə təşəkkür edirəm.
    İndiysə qayıdıram dünənki yoxlama oyununa. Dünən fikrimi qısa da olsa yazmışdım və öz fikrimdə qalıram. “Xəzər Lənkəran”ın ilk yoxlama oyunu qənaətbəxşdir. Nəzərə alsaq ki, komandamız “Rəvan”la, “Sumqayıt”la deyil Türkiyə Superliqasının ortabab komandasıyla oynayırdı. Həm də “Xəzər Lənkəran” heyətinə heç bir yeni futbolçu qatmadan köhnə heyətlə oynayırdı. Nildo və Ağabala Ramazanov oyunuyla məni qane etmədi. Onu da qeyd edim ki, komandamız rəqibindən bir qədər çəkinirdi.

  6. Zehmet olmasa 2-ci hazirliq oyunu barede melumati olan yazsin. Evvelceden tesekkurler.
    *****
    Çalışırıq ki, azrakeşlərin istəkləri yerinə yetirilsin. Müəyyən səbəblərdən dünən, yəni cümə axşamı çalışa bilməmişik.

  7. Salam,Mirhafiz bəy.Bizim komandamız haqqında yazılanlarla razılaşsam da rəqibin qol vurmaq istəməməsi fikri ilə razılaşa bilmərəm.Oyuna mən də canlı yayımda baxmışam və başa düşdüyüm qədəri ilə komandamız tam məqsədsiz oynamırdı.Komandamızın qarşısına qoyulan məqsəd onun fiziki hazırlığının yoxlanması idi.XLnın savadlı oyun numayiş etdirməsi üçün təcrübəli oyun qurucusuna ehtiyacı var və bu komanda tərəfindən alınacağı gözlənilir.mənə elə gəlir ki,ikinci yoxlama oynundan sonra komandanın durumu haqqında fikir söyləməyə dəyər.
    *****
    Salam Rakif bəy, biz demirik ki, komandamız məqsədsiz oynayırdı. Yazıda da göstərmişik ki, bu yoxlama oyunu, çempionat oyunlarından fərqlənmirdi. Yəni komandamız oyun oynayıb qol vurmaq istəyində idi. Lakin Rəqib komandanın bu oyuna münasibəti isə rəsmi, Suuperliqa oyunarından tam fərqli idi. Onlar qələbə qazanmaq üçün oynamırdılar. Onlar bir yoxlama oyunu kimi hansısa dəyişikliklərin necə nəticə verə bildiyini yoxlayırdılar. Fikirlərinizə görə təşəkkür edirik.

  8. Nədən?
    *****
    Salam Rakif bəy, əgər şərhlərin gecikməsini nəzərdə tutursunuzsa, dünən cümə axşamı ilə əlaqədar saytda tam fasilə yaranmışdı. Məhz bu səbəbdən yubanmalar olmuşdu.

  9. Muəllim salam!-Kamandamizin həqiqi gucu bu oyunda görsənərdi amma neynəmək olar ki bu oyunun başlama vaxti mənə uygun deyil.Kamandamizda Mustafa Dənizli gucunu görməyə dəyərdi.Bu oyunda hucum xəttimiz muəyyənləşər məncə.Qapiciyada iş cox duşər cunki mudafiədə M.Dənizlinin bilərəkdən boşluq buraxacağini duşunurəm.Bu oyunda Nildoya şans verilsə bu onun sonuncu şansi olar.Bu mənim subyektiv fikrimdir,cox zaman intusiyam məni aldatmir.Kamandamizin sabahki oynunda maksimum hec-hecə etməyini duşunurəm.Məğlub olsaqda məşqcimiz kamandani formalaşdirmaq ucun əla şans qazanar.TƏŞƏKKURLƏR!
    *****
    Fikirlərinizə görə təşəkkür edirik. Onu deyim ki, dünən cüməaxşamı mərasimində Əlisəfa müəllimlə görüşdük və sizin haqqınızda da xeyli söhbət etdik. Qohumluq əlaqələriniz barədə də bilgi aldım. Onu da deyim ki, Əlisəfa müəllimi çoxdan tanıyıram və həmişə bizim məclislərdə iştirak edib. Hacının qələm dostlarındandır.

    • Muəllim cox sağ olun!.Mən şair -həkim,haci olan böyuk ziyalimiza Allahdan rəhmət və onun qələm dostlarina can-sağliği Cənabi-Haqdan diləyirəm.Yəqin Cəlilabaddan ağsaqqal Rafiq Həsənovu Taniyirsiniz.Elə Əlisəfa muəllimlə ilk kitabinida mənə hədiyyə etdi.Həmin kitabda rəhmətlik atanizdanda məlumatlar yazib.Ərəb əlifbasi ilə fars dilində yazilan əsərlərin tərcuməsi barədədə məlumatlari həmin kitabda oxumuşam.Sizə minnətdaram və bu yazimi sayta verib-verməməyini sizin məsləhətinizə buraxiram.Təşəkkur edirəm!
      *****
      Zəfər bəy, bilirsiniz son iki şərhiniz və mənim əvvəlki şərhinizə cavabım delə demək mümkünsə, şəxsi xarakterdədir və bunların efirə buraxılmasını bizim öhdəmizə buraxırsınız. Biz şəxsi yazışmaların efirə buraxılmasının tərəfdarı deyilik. Amma bizim söhbətlər şəxsi xarakterdən çox Lənkəranımızın tarixi, həmçinin Azərbaycanımızın ziyalıları haqqında olduğundan bunlari vermək qərarına gəlirik. Çünki saytımızı ziyalılarımızla bərabər, gənclərimiz də oxuyur. Qoy onlar da fürsət düşmüşkən belə şeylər haqqında məlumatlı olsunlar. Bu bizim gələcək nəsillər qaşısında boclarımızın bir hissəsidir. Yoxsa, “Facebook”izm, “Şoubiznesizm” və sairə anlamlar, milləti yalnız xəbərçilik və tərbiyəsizlik istiqamətində aparır. Bunlara faydalı vasitə kimi deyil, məhz belə yanaşırlar.

      • “Cəvahirnameyi-Lənkəran”-əsəri barədə məlumat toplamaq istədim.Cox Təssuf ki internetdə hec bir məlumata rast gəlmədim.Belə əsərlərin internetdə yer almasini cox istəyərdim.İnşallah siz bu işlərə Allahin izni ilə vaxt tapib və bu əsərləri dahada tanitdirarsiniz.Buna inaniram.Şərhimi oxuyandan sonra dərc etməsənizdə əsla incimərəm.Buyurun!

      • Mirhafiz bəy .böyük insanlar haqqında bilmək ,
        hər birimizin haqqı var ,onlar həm də xalqa məxsusdurlar .Axı onlar tək özləri üçün yaşamayıblar.
        Elə sizlərin var olmağınız barədə bu saytlar olmasaydı məlumatımız olmazdı ,İslam Cabbarlı və siz tanımaq bizlər üçün önəmlidir .Axı indi belə insanlar çox azdır ,İnterneti yradanlara da böyük sağ ol düşür ,Allah ölənlərimizə rəhmət ,qalanlarımıza can sağlığı arzulayıram. .
        *****
        Təşəkkür edirik! Amma belə məlumat vermək, bir az təvazökarlıqdan uzaq olar. Qaldı ki, nə vaxtsa, qismət olsa, sizə atam Müasirin bir kitabını hədiyyə edərəm. Şərhlərinizdən bildiyimə görə kitab, şeir həvəskarısınız.

        • Bu şərəfə layiq olduğum üçün təşəkkür edirəm!.Allah köməyiniz olsun .İnşallah qismət olar o kitab mənə .Yəqin ki imzası olmuş olar kitabda .olmasa da siz imzanız olar .
          Bir daha təşəkkür edirəm .döğurdan bu məni çox sevindirdi .Həmişə sevincli olasınız.
          *****
          Kitabı verməyim üçün istiqamət verməyinizi bildirərdiz.

          • Buna görə sizə minnətdarlığımı bildirirəm ,Zəhmət olmazsa İslam bəyə verərdiniz əgər mümkünsə ,O istiqaməti bilir .səbirsizliklə kitabın yolunu gözləyəcəyəm .

  10. Salam .Mirhafiz bəy bu istiqamaət mümkündürmü? İşlə əaqədər vaxt məhdudiyyəti var .Əgər bu alınmazsa başqa istiqamət fikrləşərəm .İnşAllah ki kitaba qovuşaram .Allah sizdən razı olsun .Sizə böyük hörmətim var.
    *****
    Hörmətiniz artıq olsun, siz də hörmətə layiq insansınız! Dediyiniz kimi İslam bəy, vasitəsi ilə sizə çatdıraram.

Comments are closed.