Ölkənin Ən Güclüsü Rəsmən Məlum Oldu!

Ürəyimə dammışdı ki, Superkubok bizim olacaq! Ürəyimə dammışdı ki, Oyunda qırmızı vərəqə alacağıq və çox hakim “səhvləri” olacaq! Ürəyimə dammışdı ki, çox çətin oyun olacaq! Ürəyimə dammışdı ki,.. Yox! bilirdim ki, ölkənin ən prinsipial, ən əzmkar və ən güclü komandası elə bizim “Xəzər Lənkəran”dır!
18 il fasilədən sonra Azərbaycanda 23 oktyabr 2013-cü ildə Superkubok oyunu keçirildi. “Kiçik torpaq”da “Böyük oyun” baş tutdu. Naxçıvana getmək azarkeşlərimiz üçün bir qədər çətin olsa da, sevimliləri orada dəstəksiz qalmadılar, həm də futbolçularımızın dediyi kimi, “orda da azarkeşlərimizin nəfəsini hiss edəcəyik!”. Etdilər sağ olsunlar! Naxçıvanda da komandamızı dəstəkləyən azarkeşlərə də minnətdarlımı bildirir və qələbə münasibəti ilə təbrik edirəm. Doğurdan da bir çoxları kimi mənim də ürəyimə dammışdı ki, bu oyunun qalibi biz olacağıq.
Amma bu çox çətin olacaq. Dünən baş məşqçimiz, Con Benjamin Toşakın Hakimlər Komitəsinin sədri, Xaqani Məmmədovu məşq keçirilən ərazidən uzaqlaşdırması, bugünki oyunda onun təyin etdiyi hakimin, komandamızın oyunçusuna qırmızı vərəqə verəcəyini yəqinləşdirməyə və bəzi absurd qərarlar verəcəyinə şübhə yeri qoymamışdı. Əgər belə olmasaydı Tounkaraya verilən qırmızının eynisini oyunun sonlarına yaxın rəqib futbolçuya da verməliydi. Çünki onun müdaxiləsindən sonra da bu dəfə bizim futbolçumuz eyni şəraitdə yerdə qalmışdı. Üstəlik oyunun əvvəllərində komandamızın xeyrinə penalti qərarı verib, sonradan belə mühüm oyunda qərarını dəyişmək gülünc bir iş idi. Komandamızı  oyunun əvvəllərindən ruhdan salmaq kimi ağır nəticə verə bilərdi.
Rəqib futbolçuların təzyiqi və yan hakimin müdaxiləsi ilə baş verən bu eybəcər qərardəyişmə ya qərəzlidir, ya da hakimlərimizin səviyyəsinin hələ çox geridə olduğunun göstəricisidir. Özü də FİFA dərəcəlisi budursa. Qərar verməzdən əvvəl yan hakimlə məsləhətləşilir və sonra yekun qərar verilir, cənab Məmmədov və yetirməsi Həsənov! Oyun boyu başqa qərarlar da oldu ki, kifayət qədər müzakirəyə çıxarıla bilər.
Oyun gözlənildiyi kimi çox gərgin şəraitdə keçdi. Hər iki komandanın oyunçularının bir-birinə güzəşt etməyəcəyi açıq görünürdü. “Xəzər Lənkəran” psixoloji cəhətdən daha üstün idi ki, bu da kubokun finalının revanşına onları daha yaxşı kökləmişdi. İlk hissədə bunun hesabına daha da əzmkar və istəkli oynayan komandamız oyun intizamını çox gözəl qoruyurdu. Bu nəticəsini də verdi. bir gözəl kombinasiya nəticəsində vurulan qol, dirəkdən dönən başqa bir top, penaltiyə səbəb olan qarşısıalınmaz hücum və sair, və ilaxır. İlk hissə böyük ərazi üstünlüyü və topa nəzarət, oyun diqtəsi.
İkinci hissədə “Neftçi” belə gedərsə, oyunun taleyi ilə barışmalı olacaq deyə, tempini bir qədər artırması və komandamızın nisbətən arxayınlaşması, həm də ona görə idi ki, hesabda geri olan rəqibi bir az irəli buraxıb, sonra əks hücumlarda daha yaxşı fürsət əldə etmək düşüncəsi idi. Bunun üçün “qara panter” kimi sürətli və texnikalı bir futbolçumuzun da oyununun alınması yaxşı düşünülmüş bir fikir idi. Qəfildən Tounkaranın hesabına komandamızın azlıqda qalması, bir qədər gərginlik yaratdı. Amma “Xəzər Lənkəran” bu gərginliyə də hazıram dedi.
Ramaldanovun başla gözəl qol vurması isə oyunu seyr edənləri əyləncədən məhrum etdi. Yoxsa oyun penaltilər seriyasına qədər uzana bilərdi ki, belədə də Stamenkoviçin meymunluğundan tamaşaçılar həzz ala bilərdilər.
Komandamızın qələbəsini, yüksəlişini, əzmkarlığını, nizam-intizamını, özünəinamını təqdir edərək, bütün “Xəzər Lənkəran”sevərləri təbrik edirəm. Nəhayət ölkənin ən güclüsü rəsmən məlum oldu!
Mirhafiz Babayev
 

17 thoughts on “Ölkənin Ən Güclüsü Rəsmən Məlum Oldu!”

  1. Mirhafiz bəy, Siz Superkubok oyununu elə təhlil etdiniz ki, bizə yazmağa bir şey qalmadı. Ölkənin ən güclüsü rəsmən biz olduq.Bir daha “Xəzər Lənkəran” sübut etdi ki, nə qədər hakim qərəzçiliyi olsa belə, hətta on nəfərlə də qalib gəlmək gücündədir. Bu gün saysız-hesabsız Azərbaycan tamaşaçısı bütün oyun boyu hadisələrin necə cərəyan etdiyinə şahidlik etdi.Qoy “Xəzər Lənkəran” azarkeşi olmayanlar bu gün komandamızın başına gətirilənləri analiz edib düzgün nəticə çıxarsın. Güclü olan kimdir, reklam olan kim.

  2. Her vaxtiniz xeyirli olsun.
    Qelebe munasibeti ile her kesi tebrik edirem.Gozel oyun baximli futbol ve edaletli netice.Eziyyetimiz oz behresini verdi.Insallah primyer liqada qelebeleri siralayib cempion olariq.Amin!!!
    P.S. Birinci hissenin 15 ci deqiqesinden 2 ci hissenin 53 cu deqiqesine qeder stadionumuzun yerleshdi kendde -Sutamurdovda- ishiq problemi oldu.Boyuk cetinlikden sonra bizim kendin elektirik muhendisine ve Lenkaran rayon elektirik sebekesi ile elaqe saxlayib enerjinin verilmesine nail olduq.Bizim bu “montiyor” a dedim ki a bala indi hami seni qishqirir Xezer Lenkeran yaddan cixib.Nehayet bir teher basha saldim ki bes vacib bir oyun var hami ona baxir.Cox xahish etdim ki ay Sefail dush xettden qoy Lenkern elektirik sebekesi enerjini berpa etsin,oyundan sonra ne qeder isteyirsen xettle oynayarsan indi yeri deyil.Sag olsun bilmirem yaranmish problemi aradan qaldira bildi ya yox sonda enerji berpa olundu.Enerji danyandirilanda ele bildim ki bizim bu montyor -Sefail-Neftcinin azerkeshidir.
    *****
    M…. bəy, növbəti oyunlarda da Səfaili yoxlamaq lazım gələcək.

  3. Qara herflerle yazdiqiniza cavab:Demişdim ki 9-neferle qalsaqda superkubok lenkerana gedecek.Bunu kamandamizin ezmkarliqi subut edir .Toşaki ikinci Rednik kimi camiyeye teqdim edirem ve arxasinda dayaniram.

  4. Qalan fikirlere şerhim beledir.2-ci hissede Toşak gec ayildi.Taktiki deyişikliye yubandi.Mudafiyeye cekilmek evezine 1-ci taktikada qaldi.Buda Tonkaranin eseblerinin cilovlamasina getirdi.Sonraki taktika duzgun idi .Bir an tez edilseydi Neftcinin bu gun toyu olacaqdi.Nese bunada şukur!
    *****
    Tounkara təmkinli oyunçudur. Aydın görünürdü ki, rəqib onu təxribata çəkdi.

  5. Mirhafiz muellim! mukafatlandirma merasimini televiziyadan cekmişem.Lazimsa yotubede tesdiqe verib ve size gonderim.Eger movzu varsa!?
    *****
    Bu mövzu böyük olduğuna görə yəqin hələ bir müddət davam edəcək. Zəhmət deyilsə.

  6. Vallah o qeder sevincliyem ki bilmirem ne edim.
    Bu qelebe deyildi, bu superkuboku qazanmaq deyildi, bu olkenin en guclusunu gostermek deyildi, bu bir tarix idi ki her kes gordu ve duzgun netice cixardi.Bu bir Esre Beraber Gun idiki biz bunu yashadiq, Ve nece yashdiq ? Qururla , Merdlikle, Ezimkarliqla.
    Inanin kimlerse bu gunu belkeler uzerinde fikirlersir,Belke bele olsaydi bele olardi…
    Amma belkesi falani yoxdur yekun budurki Xezer Lenkeran her kese oz yerini gosterdi,Kimlerse danishmaga shans vermedi.Biz bunu isteyirdik bize bu lazim idi.Ve bu da oldu.
    Artiq her kese kim oldugun gostermek vaxtidir Xezer Lenkeran.!!! Firtinalar meydani senin ezimkar qelebene aciyib!Senin azerkeshlerin dolu tribunalara aciyib!Senin qol sevincine sevinmeye aciyib!!!Ugursuzlugunla omrumuzden geden omure aciyib!!! Qaytar bizim sevinc qishirigimizi.!!! Hardadir qelebenle batan sesimiz?Bu gunden sen butun Azerbaycanin sevimlisi oldun!!! Haydi Ireli Azerbaycanin Xezeri!!!

  7. Nə deyilsə .də qələbə sevincini ifadəı etmək acizdir ,öz aaramızdır ,İslam bəy də yaman söyüşkən olub .Heç nə qoymayıb Neftçi və hakim üçün .Ona olmaz idi oyuna baxmaq riskə gedib .
    *****
    Çox vaxt zövq, özü adamı sağaldır.

  8. Bakıda qarşılanmanıda çəkilsəydi baxardıq .Oyna rahar şəkildə baxmaq olar İdman Azərbaycan təkrara verməlidir ,

  9. Mirhafiz bəy, düzünü deyim ki,Superkubok oyununu idarə edən hakimlər briqadası rəsmən elan olandan sonra, komandamızın qələbəsinə olan ümidim az idi. Çünki hiss edirdim bu hakimlərin hər biri bizim əleyhimizə qərar verəcək. Necə ki, verdilər. Oyun günü səhər mənim bir şərhimə Sizin yazdığınız rəyi oxuyandan sonra qələbəmizə inamım artdı. Sizin yazdığınız rəyi olduğu kimi yazıram ki, istifadəçilərimiz də oxusun. “Xəzər Lənkəran” iştirakçısı olduğu ilk Superkuboku qazanacaq. Necə ki, ilk ölkə kubokunun finalında qalib olmuşdu və necə ki, ilk dəfə “Birlik kuboku”nun finalından qalib ayrılmışdı.İnşallah bu dəfə də belə olacaq”.

  10. Hamıya sabahınız xeyr deyirəm.Xəzərsevərləri bağrıma basıb onları səmimi qəlbdən təbrik edirəm.Demək olar ki,ömrüm 1-2il də uzandı.Xəzər Lənkaranın Neftçidən bir baş güclü oynaması məni sevindirdi.Komandamıza çempionat və kubok uyunlarında yeni-yeni qələbələr arzulayıram!!!!!!!!!!!!!!!!!

  11. Hər vaxtınız xeyir, Mirhafiz bəy! “Mən istəyirdim ki, Superkubok Lənkərana qismət olsun və şükürlər olsun ki, belə də oldu. Sevimli komandamı və onun azarkeşlərini təbrik edirəm”. Bu sözlərin müəllifi “Sportarena.az” saytına danışan “Xəzər Lənkəran”ın Naxçıvanlı xanım azarkeşi SARA ƏZİMOVADIR. Belə azarkeşı olan komandayla qürur duymamaq insafsızlıq olar.
    *****
    Sara xanıma və onun timsalında hər yerdə olan “Xəzər Lənkəran” azarkeşlərinə təşəkkür edirik!

Comments are closed.