"Olimpik Şüvəlan" – "Xəzər Lənkəran" yoxlama oyunu

olimpikXezer kicik emblem
 

Görüş yoxlama xarakterli olsa da oyunu izləməyə təxminən 100 nəfər azarkeşlərimiz gəlib. Bu xəbərləri isə eksklüziv olaraq “Bosman” fanklubunun nümayəndəsi Mirhafiz Babayev birbaşa stadiondan ötürür.
27 fevral 2010-cu il “Xəzər Lənkəran” yaranmış fasilədən istifadə edərək 2 yoxlama görüşü planlaşdırmışdı ki, bu görüşlərdən birini Bakı ş. Şəfa stadionunda bu gün “Olimpik-Şüvəlana” qarşı keçirir. “Xəzər Lənkəran”-ın birinci hissədə start heyətini təqdim edirik:
1.Dimitri Kromarenko
4.Tihhon Şişov
6.Tomaş İneman
7.Ruslan Poladov
10.Ceyhun Sulatnov
12.Allan Lalin
17.Ramazan Abbasov
18.Alim Qurbanov
22.Amid Hüseynov
30.Mario Souza
77.İvan Pexa
oyun sakit tərzdə başladı. Hər iki komanda rəqibin hücuma keçərək boş mövqelər buraxacağını gözləyirdi, buna baxmayaraq oyun sakit tərzde gedirdi. Lakin oyunun ortalarında “Olimpik-Şüvəlan” təşəbbüsü ələ aldı və bir neçə təhlükəli zərbələr endirdi ki, hətta bu zərbələrdən biri qapı tirinə dəydi. Bundan sonra “Xəzər Lənkəran” experimental heyəti ilə hücumlarını kəskinləşdirməyə başladı və bunun nəticəsi olaraq gənc hücumçu Amid Hüseynov əlverişli ötürmə alaraq qapıçı ilə üzbeüz qalıb topu qapının sol küncüne göndərdi – 1:0 – bu 42 ci dəqiqədə baş verdi. 2 dəqiqə sonra isə mərkəzdən ötürmə alan Amil gözəl fəndlə Mario Souzani qapıçı ilə təkbətək çıxarmaq istəsə də, Souza topu ram edə bilmədi. Artırma dəqiqələrində “Olimpik-Şüvəlan” sağ cinahdan iti bucaq altında qapımıza təhlükəli zərbə endirsə də Kromarenko bir toxunuşla topu kornerə çıxardı. Beləliklə 1ci hissə bu hesabla bitdi. 2ci hissədən xəbərlərimizi gözləyin
2ci hissəyə komandamız nisbətən fərqli heyətlə çıxdı.

1.Dimitri Kromarenko
3.Elvin Beqiri
5.Dieqo Souza
6.Tomaş İneman
7.Ruslan Poladov
9.İvan Çvetkov
15.Opara Emeka
17.Ramazan Abbasov
21.Radomir Todorov
28.Kristian Kabral
72.Devran Ayhan
2ci hissə də sakit başladı. Gah bu, gah da digər komanda hücuma keçməyə cəhd edirdi. “Olimpik Şüvəlan” bir  neçə təhlükəli hücuma keçsə də müdafiəçilərimiz sayıq oynadı. Lakin 12ci dəqiqədə 6 nomrəli futbolçumuz İneman zədələnsə də onun zədəsi ciddi olmadı. Oyunda bir neçə dəqiqə fasilə yarandı və hakim yenidən oyuna start verdi. 16cı dəqiqədə Opara sağ cinahdan hücuma keçsə də müdafiəçilər topu kornerə çıxardılar. Təxminən 22ci dəqiqədə sol cinahdan hücuma qoşulan Todorov qapıçı meydançasına yerlə gözəl ötürmə verdi lakin 2 oyunçumuzdan heç biri topa toxuna bilmədi. 25ci dəqiqədə Dieqo Souzanın uzaqdan vurduğu zərbə isə qapı tinindən azca uzaqdan keçdi. Bu dəqiqələrdə “Xəzər Lənkəran” hücumlarını davam etdirir
32ci dəqiqədə mərkəzdən ötürmə alan İvan Çvetkov sol cinahla irəliləyərək cərimə meydançasına daxil oldu və qapıçının önə çıxdığını görərək aşırma vuruş ilə hesabı 2:0 a çatdırdı. 35ci dəqiqədə “Olimpik Şüvəlan” hücumda olmasına baxmayaraq topa əl ilə toxunan “Olimpik Şüvəlan”ın oyunçusu oyunun dayanmasına səbəb oldu
38ci dəqiqədə “Olimpik Şüvəlan” oyunçusu hücuma keçərək Kromarenko ilə üzbəüz qalmasına baxmayaraq topu düz qapıçımızın üzərinə vurdu. 40cı dəqiqədə “Xəzər Lənkəran” daha bir gənc oyunçunu–Kazım Kazımlını Ramazan Abbasovu yerinə meydana buraxdı. 41ci dəqiqədə yenə “Olimpik Şüvəlan” hücuma keçərək topu qapımıza tərəf vurdu, lakin Kromarenko gözəl tullanışla topu uzaqlaşdırdı. 42ci dəqiqədə təcrübəli məşqçi Mircavadov təcrübəli Dmitri Kromarenkonu gənc qapıçı Sadiq Ramazanovla əvəzlədi. 43cü dəqiqədə düz cərimə meydançası xəttinin üzərindən qapımıza tərəf cərimə zərbəsi təyin olundu. Yerinə yetirilən cərimə zərbəsini isə gənc qapıçımız Sadiq Ramazanov sakit tərzdə tutdu. Bundan sonra oyunda elə bir təhlükəli vəziyyət yaranmadı və “Xəzər Lənkəran” ilk yoxlama oyununu 2:0 hesabı ilə qazandı.
Arxiv: Bosman.at.ua