Bu ilki çempionatda format dəyişildiyi üçün ilk “6-lıq” komandaları ilə 4-dəfə görüşməli olduq, ocümlədən “Neftçi” ilə. Bu görüşlər bəli rəsmən hamısı 0:0 hesabı ilə “yekunlaşdırıldı”. Niyə, yekunlaşdırıldı deyirik? Çünki hamınızın bildiyi müəyyən səbəblər var. Bu dörd qarsılaşmanın birində qaydalara uyğun iki top vursaq da bunu hesaba almadılar. 2:0- lıq qələbəmizi “yedilər”. Qalan 3 oyunda da müxtəlif vasitələrlə komandamızın qələbəsinə əngəl oldular. Bir fikri deyim, builki 4 oyunda, “Xəzər Lənkəran” “Neftçi”dən neçə baş üstün oynadısa, “qalib gələ bilmədi”. Əyər, “Barselona” da Azərbaycan çempionatında bu şərtlər altında çıxış etmiş olsaydı belə o da “Neftçi”yə qalib gələ bilməzdi. Çünki, “Neftçi” ,”PGB” –dır, yəni -“Papanın Gül Balasıdır” və bura Azərbaycandır.
Bu oyunda da hakim “simpatiyasına” onların ehtiyacı var idi ki, hakimlərimiz həmişəki kimi bunu onlardan “əsirgəmədilər”. Həm mərkəz hakim olsun və ya yan hakimlər. Konkret Allan Lalinin ofsaydda olmadığı epizodu, ofsayd kimi qeydə almalarıyla.
Bu oyunda isə ümumiyyətlə, 90 dəqiqə ərzində tərəflər 4-5 real qo vəziyyəti yaratdı. İlk yarıda əvvəlcə əla mövqedə qərarlaşan Mario Souza topu saxlamaq əvəzinə, qayçı zərbə endirməyə üstünlük verdi ki, cəhdi uğursuz alındı. Ardından isə oyunçularımızın süni oyundan kənar vəziyyət yaratmaq istəyi nəticəsində rəqibin ən yaxşı bombardiri – ruminıyalı Adrian Neaqa maneəsiz cərimə meydançamıza daxil olaraq uzaq küncü nişan aldı, top az fərqlə meydanı tərk etdi.
Oyunun axarı ikinci yarıda da dəyişmədi. Nadir qol vəziyyətlərindən biri qapımız qarşısında yarandı. “Neftçi”nin hücumçuları müdafiəçilərimizin sayıqlığını ani itirməsindən yararlanıb cərimə meydançamız daxilindən iki zərbə endirdilər. Əvvəlcə top müdafiəçidən qayıtdısa, təkrar zərbəni Kamran Ağayev mükkəmməl seyvlə çıxardı. Komandamız buna Allan Lalinin qaçırdığı qolla cavab verdi. Dieqo Souza-Mario-Allan üçgedişli kombinasiyasının sonunda honduraslı futbolçumuz əla fürsət yaxalasa da, sol ayağının əvəzinə, sağdan istifadə edərək dəqiq zərbə vura bimədi. Artıq bu dəqiqələrdə komandamız nisbətən üstün oynamağa başlamışdı. Xüsusilə meydana daxil olan kimi fəallığımızı artıran Denis Kalinkovu qeyd etmək lazımdı. Adicə bir fakt: moldovalı meydana çıxanadək, ikinci yarıda futbolçularımız rəqibin cərimə meydanına bir asma belə etməmişdilər. Kalinkovun iki dəfə uzaqdan zərbə vurmaq cəhdlərini rəqib müdafiəçilər boşa çıxardı. Bununla belə, super solaxay hakimin əlavə etdiyi dəqiqələrdə şans yaxaladı. Amma təəssüf ki, onun 18-20 metlik məsafədən vurduğu zərbə düz qapıçı Paulius Qribauskasın üstünə getdi.
Komandamız xal itirsə də, əsas rəqibləri – “İnter”lə “Bakı”nın məğlubiyyətlərindən yararlanaraq nəinki liderliyini qorudu, həm də ikinci pillədə qərarlaşmış “bankirlər”lə xal fərqini ikiyə yüksəltdi. Bazar günü – mayın 9-da “Xəzər Lənkəran” bəlkə də mövsümün ən ağır matçına çıxacaq – komandamız Ağdamda “Qarabağ”ın qonağı olacaq. Bu səfər qələbəsi, turun digər oyunlarının, konkret “Bakı” – “İnter” matçının istənilən hesabla heç-heçə nəticələnəcəyi təqdirdə, son turun nəticəsindən asılı olmayaraq komandamızı çempion edəcək.
Arxiv: Bosman.at.ua