“Araz Naxçıvan”ın meneceri “Xəzər Lənkəran”a azarkeşlik edəcək
“Azarkeşlər yox, futbolçular arasında münaqişə ola bilər”
Sabah Superkubok uğrunda oyunda son çempion “Neftçi” ilə ölkə kubokunun finalçısı “Xəzər Lənkəran” qarşılaşacaq. Naxçıvanda baş tutacaq məlum “böyük oyun”dan öncə yaşanan ab-hava, matçla bağlı bizlərə yad olmayan atmacalar və söz savaşı onsuz da əvvəlcədən bu görüşə olan marağı bir qədər də artırır. Bu həm də “kiçik torpaq”da bir ilkin yaşanacağı anlamına gəlir.
Dünən oyunun keçiriləcəyi İbrahimxəlil Axundlu adına stadionun direktoru İbrahim Rzayevdən azarkeşlərin bilet satışına marağının olub-olmadığı ilə maraqlandıq: “Matçla bağlı hazırlıq işləri davam edir. Bilet satışı da sürətlə gedir. Birisigün (sabah) böyük ajiotajın olacağı gözlənilir. Azarkeşlərin nə qədər bilet almasından xəbərim yoxdur. Lakin stadionda iş görərkən bizdən soruşurlar ki, matça hardan bilet əldə edək? Harda satıldığını göstəririk. “Böyük Oyun”a yetərincə maraq var. Bu məsələ ilə bağlı tam arxayın olun. Matç başlamamış Naxçıvanda yüksək ab-hava hökm sürür. Gözəl oyun keçəcək. Yeri gəlmişkən AFFA-dan bildiriblər ki, oyun başa çatan kimi stadionda səhnə qurulacaq. Hələ ki, konsert və başqa şou xarakterli tədbirlər nəzərdə tutulmayıb. Qazonun durumunu yaxşı qiymətləndirmək olar, Superkubok oyununun keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib. Bildiyiniz kimi, ölkə kuboku çərçivəsində “Araz Naxçıvan”ın oktyabrın 23-də doğma arenada əvvəlcədən nəzərdə tutulmuş görüşü bir həftə sonraya salındı. Bu da stadionun ot örtüyünün ideal vəziyyətdə saxlamağa hesablanmış addımdı… Oyun vaxtı və final fitindən sonra arenanın ətrafında hər hansı xoşagəlməz hadisənin baş verəcəyinə inanmıram. Bildiyimə görə matç günü stadionda yüksək səviyyəli təhlükəsizlik tədbirləri görüləcək”.
“Araz Naxçıvan”ın meneceri Tahir Əliyevin də Superkubokla bağlı fikirlərini öyrəndik: “Naxçıvanda azarkeşlər arasında ikiqat bayrab ab-havası hökm sürür. Fanatlar “böyük oyun”ubsəbirsizliklə gözləyir. Superkubok qarşılaşması bir futbol bayramıdır. Həm də doğma komandamız artıq birinci divizionda turnir cədvəlində vahid lider olub deyə, burda əla atmosfer var. Bəlkə də səhhətimlə bağlı oyunu canlı izləyə bilmədim. Amma sevinirəm ki, naxçıvanlılar hər dəfə ələ düşməyən bir tamaşaya baxacaqlar. Belə görüşlərdə adət etdiyimiz qarşıdurmaların təkrarlanacağını gözləmirik. Eşitdiyimə görə, Lənkərandan oyuna az sayda azarkeş gələcək. Cənublu çılğın fanklub üzvlərinin Naxçıvana gəlməməsini qabardaraq, arxayınlıqla demək olar ki, oyun zamanı ciddi qalmaqalın baş vermək ehtimalı cüzidir. Hüquq mühafizə orqanlarının əməkdaşları da gün boyu gücləndirilmiş iş rejimində çalışacaq. Ancaq futboldu da, hər şey ola bilər. Azarkeşlər yox, əksinə futbolçular arasında münaqişə ola bilər. Özüm bu görüşdə “Xəzər Lənkəran”ın kuboku qaldırmasınüçün azarkeşlik edəcəyəm”.
Tahir Məmmədov (“Futbol+” qəzeti, 22-23 oktyabr 2013)
8 thoughts on “Naxçıvanda azarkeşlərimiz artır!”
Comments are closed.
Tahir müəllim düz deyir. Tamaşaçılar yox komandalar dava sala bilər. Məncə Tahir müəllim Ölkə kubokunun finalında “neftçi”lərin törətdiyi qaydasız döyüşü nəzərdə tutub deyir. Neyləsin Tahir müəllim, axı göz gördüyündən qorxar!
sevinc.wapi.su ya gel
*****
Siz öz təcrübələrinizlə…
xezere azerkes desteyi lazimdir
Afərin .Bundan sonra bizim praqnozçumuz Van Persidir .
Halaldi ! Proqnozu 2-ci defe duz cixdi
*****
T Ə B R I K L Ə R ! ! !
Salam!-Superkubokun Lenkerana gelmeyine az qalib.Men bu oynun edaletle kecirilmeyine inaniram.Gergin oyun olacaq ve heyacan son deqiqeye kimi davam edecek.
Budur heqiqi Xezer Lenkeran!-Gorun Neftci nece ciliz gorsenir.Hakimin rusvayci penalti qerarini anlamaq asandi.Bu rusvayciliqa nece şerh vermek olar?.Bu oyunda Xezer 9 neferle qalsada qalib gelecek.Xezerin guclenmesini hele oz azarkeşlerimiz gormur.Budur QOLL!
*****
T Ə B R I K L Ə R ! ! !
Mirhafiz muellim! TEBRİKLER!
*****
T Ə B R I K L Ə R ! ! !