Nənə qurban, Can Toşak!

Mənim yaşım az deyil. Qoca nənəyəm. Olimpiya oyunlarına da baxıram, hələ dünya çempionatına da, Avropa çempionatına da, canım sənə desin Champions Leaquy, Avrupa Leaquy, dilim gəlmire… deyəm,  nəvəm deyir ay nənə, “liqa” denəndə… Nənə qurban, deyirəm axı telvizorda belə yazılır. Deyir necə yazılır yazılsın, sən “liyqa” denən. Hə, canım sənə desin bizim bu komanda vara… “Xəzər”! o çıxandan, Ramin Leaquy-a da baxıram. Neynim ay sənə qurban? Bir az işdən güjdən elədim, day yoruluram. Nənə qurban day qabağkı döyürəm. Yaş gəlib keçib də… O, misal vare… deyirlər. Onu futbol dili ilə desəm, Beskovu taxtda görmüşəm, Labanovskini qundağda… Karanı beşiydə görmüşəm, cəddinə qurban olduğum Ağanı bələydə. Biçər-Miçəri də görmüşəm yadımnan çıxıb harda? Amma onu sənə canım desin ki, Rednikdən heç görməmişdim. Yaman kişiydi. Elə bil futbolu o fikirləşib tapmışdı. Heyif ondan, çox heyif! Mərdimazara lənət!
Bilirəm neylədilər ona qarşı, çox yaxşı bilirəm. Ay ona pislik edənlərin görüm yuxularından cin-şeytan əskik olmasın. Görüm onların belə qələmi qırılsın. Arzuladıqları şeyə əl uzatsınlar… belə əlləri çatmasın. Onsuz da yuxarıdan O Kişi baxıb, hər şeyi yaxşı görür. Görmürsən ona pislik edənlərin indi hamısı pis günə düşüb. Belə futbolçusu olsun, ya jurnalisti olsun, rəhbəri olsun ya satqın azarkeşi…elə hər kimi olsun. Allah o nahaqdan gördükləri işi bağışlayar bəyəm? Çoxlarına dərs olub hə, hə…  Yazığ kişi bularçun canın da qoyurdu… Qanmayana da , Allah qandırır da…
O qədər türk seriallarına baxmışam ki, o kişiyə də delfin deyirəm. O delfin də gəldi bir şey edə bilmədi. Bilməz də… Bir günə qoyublar ki, biləydi… Özüynən gətirdiyi köməkçilərini də qovanda bir cınqırını da çıxarmadı. Axı delfin danışa bilmir. Hərdən bir fit çalan kimi səs çıxarda bilir. Nə isə məsələ onluq da döyürdüye… Nə bilim vallah o kişidən sonra bu komanda özünə gələ bilmir ki, bilmir.
Bir də dedilər ki, “Real”ın məşqçisi Con Toşak gəlir. Sən Allah yadındadı onda mən dedim Con Toşak yoxe… Can Toşak. Can ay bala, səni də bura gətirib, onların gününə salacaqlar. Can ay bala. İndi də görürsən də göz verirlər, işıq vermirlər. Bəzən özüm də deyirəm ki, yaxşı əgər göz onda var idisə, buranı görmürdü?..  Niyə gəlirdi? Nənə qurban, canım sənə desin ki, işıq məsələsinə gəlincə, ozü ilə gətirib də. Oğlu deyirlər, oğulluğu deyirlər, nə deyirlər? O güləndə ağzından lap elə bil işıq çıxır.
Adam bilmir neyləsin. Bu boyda da dərd olar? Getdim o gün Ümbülnisə bacının yanına. Axı o tədbirli arvaddı. Ona dedim o da fərli-başlı bir söz deyə bilmədi. Dedi, bir müddət belə olacaq. Sonra hər şey dəyişəcək. Nə qədər dedim ki, bir aydın danış görüm nə deyirsən? ürəyimin başı şişdi axı. Dedi, bundan artığını deyə bilmərəm. Mən də çıxıb gələndə təzədən çağşrdı ki, qulağını bura ver:-O, kişi gəlməsə, xeyri yoxdur! Özü də indi yox vaxtı var. Nə qədər soruşdum ki, nə kişi, hansı vaxt? Dedi bundan artığını day deyə bilmərəm! Mən də qalmışam fikirləşə, fikirləşə…
Delfin Martı  (Yunus Qağayı)

5 thoughts on “Nənə qurban, Can Toşak!”

  1. Deyirəm Ümbülnisənənə necə,canı suludu,əlindən bir şey gəlir…Məni başa düşmədin!?…həyətində deyirəm ördəydən,qazdan,cücədən saxlayır?
    Höccət müəllim yaman maraglanırdı,yaman…
    ******
    Qazda, ördəkdə o məhsul zəhrimar böyük olur, özü də lap bərk olur. Bu lap xəsarət yetirərdi ki,.. Yenə Allah toyuğa bərəkət versin. Amma o da biz tərəfdən keçən yazıda qayğanaq üçün məsləhət görülmüşdü. Artıq hamı qayğanaq həvəsindədi ay Vaqif müəllim. Deynən boşuna zəhmət çəkməsinlər.

  2. Hormetli Admin!.Meni bir sual duşundurur, belke mene komek edesiz.Abonent kimi komunnal xercleri vermeyende gelib suyu ,qazi, işiqi kesirler.Futbolcu sehf edende onu cezalandirir veya qovurlar.Rehberlik sehf edende ona kim tedbir gorur?.Bu sualim Xezer rehberliyi, AFFA, ve PFL-ede şamil olunur.Goresen KİM?…
    ******
    PFL-ə AFFA, AffA-ya da ölkə İdman Nazirlikləri, eləcə də UEFA və FİFA nəzarət edir. Baxır hansı məsələlərdə. Hər halda onlar qarşısında cavabdehdirlər ki, təlimatları necə yerinə yetirirlər və tətbiq etdikləri yeniliklər ümumi təlimatlara uyğundurmu?
    Klublar isə müəyyən mənada mütəqil təşkilatlardır deyə burda bir az başqa cür idarə olunma var. Normal dünya klub sistemində türklərin “yönətim kurulu” dedikləri bir qurum var. Bizdə idarə heyəti kimi başa düşülür. Amma böyük klublarda bizdəki kimi kiçik mənalı idarə heyəti kimi başa düşülən deyil. Məsələn, normal klubda 200-500 nəfərdən ibarət konqres olur ki,onlar da klubun əsas strategiyasını və sairəni müəyyənləşdirirlər. Təsəvvür edin ki, səs çoxluğu ilə həll olunan bütün məsələləri orada keçimək çox müşkül məsələdir. Bizdə bir az oyuncaq təsiri bağışlayır bu. Ona görə də köklü klubların həmişə öz dəsti-xətti olur. Stabil siyasəti olur və sair.

    • Teşekkur edirem!-Amma mene ele gelir ki, bu deyilen gozel fikirler Bizde yoxdur.Hacan olsa ,futbolumuz inkişaf eder.Onusa, ne vaxtsa, gozlemek umidi ile qalmişiq.

  3. Ümbülnisə nənə xatırlamır ki, hətta pıçıltıyla adını demədiyi o Kişini bizim “başbilən” böyüklər nətəhər yola saldi? İndi deyirki o Kişi gəlməsə, xeyri yoxdur! Deyəsən Ümbülnisə nənə qocala-qocala lap yaddaşın itirib. Allah dadına çatsın, AMİN!
    *****
    Gəlin Ümbülnisə nənəni qınamayaq, ağbirçəyin bir yada salması çox şeyləri dəyişə bilər!

Comments are closed.