Mustafa Denizlinin gözlənilən mətbuat konfransı

Mustafa Dənizlinin çoxdan bəri gözlənilən mətbuat konfransı nəhayət ki, mayın 15-də saat 13:00-da baş tutdu.Media nümayəndələrinin qarşısına çıxan Türk çalışdırıcı kimsə üçün gözləilməz ola biləcək söz demədi. Ən maraqlı məqamlardan biri o idi ki, Dənizli indiyə qədər heç yerdə istefa vermədiyini xatırladıb “Xəzər Lənkəran”dan da yalnız müqavilə müddəti bitəndən sonra gedəcəyini qeyd etdi. Deməli onun istefasına ümid edənlər hələ bir il də gözləməli olacaqlar. Belə ki, rəsmi məlumata görə  “Xəzər Lənkəran”ın onunla  ilyarımlıq MÜQAVİLƏsi vardır.
Qayıdaq mətbuat konfransına. Səbəbkarımız jurnalistlərə aşkar şəkildə bildirib ki, qarşıdakı mövsümdə “Xəzər Lənkəran”ın heyətinə yalnız bir legioner qatmaq niyyətindədir. Çünki legionerə ehtiyac yoxdur. Əvəzində daha bir neçə yerli futbolçunu gətirmək istəyir və o siyahını artıq klub rəhbərliyinə təqdim edib. Bu isə hazırki heyətin əksəriyyətinin qalacağı anlamına gəlir.
Beləliklə,  Mustafa Dənizlinin keçirdiyi mətbuat konfransında çox fikirlər səslənsə də azarkeşləri ən çox maraqlandıran iki məsələ ilə – baş verməyəcək istefa və boş xəyal olan transferlərlə bağlı deyilənləri qısaca qeyd etdik.
Mənbə: 12cioyuncu.info

11 thoughts on “Mustafa Denizlinin gözlənilən mətbuat konfransı”

  1. Salam, Müəllim! M.Dənizlinin keçirdiyi mətbuat konfransında dediyi əksər fikirlər şəxsən mənim üçün yeni deyildi. Çünki, son on gündə onun dedikləri fikirləri müxtəlif saytlarda təkrar-təkrar oxumuşdum. Dediklərində bircə yenilik o idi ki,qış fasıləsində mətbuata açıqlama verərək bildirmişdi ki, “Xəzər Lənkəran”klubu əsasən səviyyəli legioner futbolçuları yay transfer dönəmində həyata keçirəcək. İndi dediyindən belə çıxır ki, ancaq yerli oyunçularla kifayətlənəcək. Özü də siyahısında olan yerli oyunçuların hər biri öz klubunun aparıcı oyunçusudur. Həmin futbolçuların “Xəzər Lənkəran”a gəlməsi özü sual altındadır. Çünki, siyahıda olan futbolçuların hər birinin klubu ilə azı bir illik müqaviləsi mövcuddur.

  2. Muəllim salam!-Biz hamimiz M.Dənizlidən əslində çempianatda ilk üçlukdə yer almağinida istəməmişdik.Lakin kuboka iddiali olduğumuz yəqin idi.Butun bunlara baxmayaraq M.Dənizli sözunu tuta bilmədi.Kişi kimi söz vermişdi amma nəticə biz azarkeşləri peşmançiliqdan başqa bir şey vermədi.İndi naəlac qalan rəhbərlik yalniz ona : Get işinlə məşğul ol!-deməkdən savayi heçnə deyə bilmir.Lap bir filmdəki kimi:https://www.youtube.com/watch?v=UjKKcRS4mqY
    Tarix təkrar olunur.

    • Qasimçik inşallah bir işə yaradi.Yəqin bu dəgə Redniki bizə gətirər.

  3. Mətbuat konfransında M.Dənizlinin mövsüm boyu yerli oyunçu qıtlığından gileylənməsi, bəyənib aldığı yerli oyunçu Orxan Əliyevə heç olmasa bir dəfə də oynamaq şansı verməməsi, təkidiylə yüksək məbləğə alınan Elias Ribeyronu oyuna buraxmayıb və özünün dediyinə görə gələcəyə saxlayan baş məşqçinin növbəti mövsümdən ümidlə danışması, əslində elə ümidsizlik yaradır, məncə.

  4. AXSAMINIZ XEYIRLI OLSUN. NEHAYET BUTUN DEDI GODULARA SON GOYARAG, MUSTAVA GEMIMIZE MINEREK, EMELLI BASLI GEMICI ILE DAVAYA CIXMAGLA BU DAVADAN GALIB CIXARAG ISTEVAYA GETMEDI.BU ISE O,DEMEKDIR KI XL HELE COX BELALER CEKECEK.METBUAT KONFRANSINDA YENI HEC BIR ACIGLAMA VERMEYIB.YADINIZDADIRSA GIS TRANSVERINDE MUSIK DEMISDI KI,ESAS TRANSVERLERI BIZ YAYDA EDERIK.BES NE OLDU HANI VED ETDIKLERI? MEN BU ADAMA ZERRE GEDER INANMIRAM.CUN KI NELER VED ETMISDISE HEC BIRISINI HAYATE KECIRE BILMEDI.SADALAMAG ISTEMIREM CUNKI HAMI COX GOZEL BILIR NELER VED ETMISDI.MEN EGER METBUET KONFRANSINDA OLSAYDIM ONDAN SORUSARDIM KOMANDA UGUR GAZANSAYDI BU SENIN ADINA YAZILACAGDI KI MUSIK KOMANDANI CEMPION ETDI.BES UGURSUZLUGDAN NIYE GACARAG ADIVA YAZDIRMIRSAN? ONSUZ DA HAMISINI YAZMISIG MUSIKIN ADINA. BOS GALAN TIRBUNALARDAN TUTMUSBUTUN UGURSUZLUGLAR ONUN ALNINA YAZILIB VE AZERKESLER BUNU ONA BAGISLAMAZLAR.DEYIB KI BIR LIGIONER GETIRER. GELEN IL XL BUNDAN DA PIS VEZIYYETE DUSMESE YAXSIDIR.NE ISE YAZDIGCA ADAM YAZMAG ISTEYIR AMMA GOZ GORE GORE XL MEHFE APARIRLAR.
    SUSARAG MILLETIMIZ,YOXDUR DINEN MUSTAFAYA,
    MINEREG GEMIMIZE,BIZIMLE CIXIB DAVAYA.
    YERSIZ VERILEN GERAR,VERDIYI VEDLERSE YALAN,
    XEZER KOMANDAMIZI,BU GUNE MUSIKDIR SALAN.
    XERCLEDI SAGA SOLA,MUBARIZIN PARASINI,
    ALDIGI LIGOENERLER,CIXARTMADI MAYASINI.
    BOSBOGAZLIG EYLEYIB,ALDADARAG BU MILLETI,
    GOR NECE AY KECIBDIR, GURA BILMEYIB HEYYETI
    BOSALIB ONA GORE,XEZERDEKI MEYDANIMIZ,
    ONA NIFRETLI BAXISLA,BAXIRIG BIZ HAMIMIZ.
    BU MEYDANA GAYIDIS,BIZLERE CETIN OLACAG,
    ISTEFA VERMEYINCE,MEYDANCAMIZ DOLMAYACAG.
    HER ZULMET GARANLIGIN,VARDIR BIR NURLU SEHERI,
    BIZ ISE MUSTAFAYLA, GARANLIGLA HEY GEDIRIK.
    BEXS EDIB MUSTAFAMIZ,BIZLERE BOYUK GEHERI,
    ISIGLI SUARIMIZLA,BIZ ISTEFA DEYIRIK

  5. Qabaqdan gələn dünya millilərinin çempionatı olmasaydı komandamız tərəfindən batırılmış mövsümün “nəşəsindən” yayımızı batmış hesab edəcəkdim. Keşməkeşli futbol ilimizin ölü sonluğuna məşqçinin müsahibəsi, şaiyələrlə qarışmış transfer məlumatları, komandadan evinəcən qovulmalı olan yararsızlar ətrafındakı fikir mübadiləsi ilə canlanma gətirmək cəhdlərini tarazlığı saxlamaqla həzm etmək olmur. Mustafa danışdı, nə deməli idi onu da dedi. Komandanın milli oyunçular korpusunu yeniləmək və gücləndirmək həyati göstərişdir. Bu istiqamətdə aparılan işlərdə diqqətli olmalı və cəsarətli addımlar atılmalıdır. Bir çoxları Mustafanın istefaya getməməsindən üzüldklərinə görə onun düz sözünü də qəbul etmirlər. Legioner importu ilə tələsməmək daha yaxşı olardı, göndərilənlərin yolunu tezləşdirmək ilk növbədə olmalıdır. Ondan sonra bir və ya bir neçə legioner gətiriləcəyinə zərurət görünər. Bununla yanaşı milli oyunçularla tam bağlana biləcək hər hansı mövqeyə leginerin gətirilməsinə ehtiyac qalmaya da bilər.

  6. SALAM ZEFER GARDASIN DEDIKLERIYLE RAZIYAM. KUBOKU ELDEN VERMEMELI IDI.SECDIYIN KADRLAR ISE LAP YERINE DUSMEKLE BEZI KISI GIRIGLARINA ISAREDIR.
    KISILIK OLCULMUR,DOVLETLE VARLA,
    KISILIK ADAMIN CANINDA OLUR.
    OLCULMEZ UZDEKI,SAXTA VUGARLA
    KISININ GEYRETI GANINDA OLUR.
    YAXSA MUSIKIN HAVAYI DANISIGLARINA KISI DANISIGI DEMEK OLMAZ.NE GEDER SOZ AGIZDAN CIXMAYIBSA INSAN HEMEN SOZUN AGASIDIR.ELE KI,BURAXDIN OLURSAN ONUN GULU.INDI MUSTAFAMIZ COX SOZLER VED ETMEKLE HEC BIRISINDE, AGA OLA BILMEYIB.CUNKI VERDIYI SOZLER VAR DOVLET GAZANMAG XATIRINE OLUB.BURDA RUS DEMISKEN ,,O MUJOSKOM ROZGOVORE REC NI MOJET BIT

  7. Salam doktor necesiz?Metbuat konfransina verilen reaksiyalari oxuyandan sonra esebli olduguma gore serhimi bu gune saxladim.Doktor heyatda bele bir insan varmi verdiyi butun vedleri emel etsin?Ancad Denizlini soz verdiyine gore hey ginayirlar.Men bele neticeye gelirem ki,bizde futbola yox sexsiyyete qiymet verirler.Bir azarkes yazir ‘bundan sonra Denizli cempionda olsa bize lazim deyil’.Eger Muberiz ona sans verirse bizde bununla barismaliyiq.Doktor bir de butun saytlarda oyredilmis jurnalistler Mustafanin soz vermesini,ugursuzluqlari,xerclediyi pullari/sisirdilmis sekilde/ tekrar-tekrar,silsile yazilarla qeyd edirler.Azarkeslerimizde o,yazilari oxuyub esebi halda serhler verirler.Biz bundan sonra ireli baxmaliyiq.Mesqcimize de inanib guclu komanda yaratmaliyiq.Azarkeslerimize de muraciet edirem ki,coxda yazilara inanib eseblerin korlamasinlar,pis gunun omru az olar…
    *****
    Mübariz bəy, sizi salamlayıram. Ancaq bildirmək istəyirəm ki, artıq deyəsən bu müzakirələr üçün gecdi. Mustafa Denizli istefaya göndərildi!

  8. Axsaminiz xeyir.Beli yazini gonderenden sonra siyasi saytlarda istefa xeberini oxudum.Oxuduqdan sonra doktor hec teccublenmedim de.Insallah bundan sonra komandamiz pesekarliga qedem qoyar.Bize ancaq umud etmek qalir.Komandanin rehberliyi azarkeslerin isteklerini nezere aldigini gosterdi.Gorek bundan sonra rehberlik haqqinda tenqidler yazacaqlarmi?Teki azarkesler yeni mesqcini PFL,AFFA-dan qorusunlar,yoxsa 6aydan sonra yeni mesqciye de istefa qisqirmasinlar.Bunda sonra mesqciye hec olmasa 6ay,1il komanda qurmaq ucun vaxt versinler.Oz istedikleri ucun 6 aydan sonra istefa demesinler.Mustafanin istefasi ucun tebligat gucunu gosterdi.Doktor men isteyirem ki, kim hansi mesqcini isteyirse munasibetin bildirsin.Men bundan sonra komandamiza Dik Advokati,Maurinyonu.Qvardiolani,Simyonini yarasdiriram.Bezileri Redniki deyir onlarin yadina salmaq isteyirem ki,Rednik ucun ISTEFA demisik.Doktor siz kimi meslehet gorerdiz?
    *****
    Oleq Romantsevi!

  9. Salam.Doktor Romancev gelse Siyomine qosulan bayatilardan ona da qosarlar.Hem de ruslarla siyasi veziyyet bir az ruscadi.Hem de bizde ‘stroqi’olmagi xoslamirlar.Onunda uzunde qirislar var.bize esasen 55 yasina qeder mesqci lazimdir.Ancaq men kecmis 5 nomreni beyenerdim.
    *****
    Salam, Mübariz bəy! O gözəl heyətdən 1№, 4№, 6№, 2№, 9№, 10№, 11№ futbolçulardan biri, siz deyən 5№ futbolçu gözəl məşqçi oldu və Konstantin Beskov yolunun davamçısı oldu. Beskov isə böyük mütəxəssis idi.

Comments are closed.