“Xəzər Lənkəran” komandasının avqustun 4-də keçirdiyi axşam məşqində bütün yeni futbolçular iştirak etdilər.Milli komandanın təlim məşq toplantısına qatılan Kamran Ağayev,Rahid Əmirquliyev və Elnur Allahverdiyevdən başqa komandanın bütün futbolçuları baş məşqçi Mirça Rednikin rəhbərliyi ilə məşqdə iştirak etdilər.Yenə futbolçuların hər bir hərəkətlərinə azarkeşlər reaksiya verirdilər.Məşqi klubun prezidenti Mais Mənsimov da izləyirdi.Məşq bitəndən sonra gənc azarkeşlər yeni futbolçularla şəkil çəkdirdilər.Rednik də uşaqların əhatəsində qalmışdı.
Mənbə: 12ctoyuncu.com
Arxiv: Bosman.at.ua