Məhkəmə qalmaqallı “Xəzər Lənkəran”- “Neftçi” matçından ( 25 avqust 2013-cü il) sonra tutulan 7 azarkeşin taleyinə aydınlıq gətirib.
Elman Tağıyev (Eliko) və digər 2 nəfər məhkəminin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Elikonun vəkili Əliheydər Hüseynovun “Qafqazinfo”ya verdiyi məlumata görə, dünən keçirilən məhkəmə iclasında 3 nəfər azarkeş haqqında 3 il müddətinə həbs qərarı verilib. Vəkil bu qərarla razılaşmayacaqlarını və Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini deyib:
“Müvvəkilimlə yanaşı, digər iki nəfərə 3 il həbs verdilər. Ancaq biz öz şikayətimizi bildirəcəyik və Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”
Məhkəmə “Neftçi” azarkeşi Zaur Ərəbov da daxil olmaqla, 4 azarkeşə hələ ki, hökm oxumayıb . Vəkilin sözlərinə əsasən, həmin 4 nəfər islah işlərinə cəlb oluna bilər.
Qeyd edək ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran”- “Neftçi” matçında azarkeşlər arasında qalmaqal yaşanmış və 7 nəfər azarkeş təqsirkar bilinərək tutulmuşdu.
İqbal
Mənbə: Qafqazinfo.az
9 thoughts on “Lənkəranda azarkeşlərin bəzilərinə məhkəmə hökmü oxunub”
Comments are closed.
Zatən məhkəmə prosesinin gedişindən və uzanmasından hiss olunurdu ki, çıxarılan qərar heç də ürəkaçan olmayacaq. Bu qərar ən çox azarkeşlərin gözünü qorxutmağa hesablanmış qərardır, məncə.
Qabil bəy salam!-Bu azarkeşlərin gunahini desinlərdə.. Bizdə bilək ki ,bu uşaqlar səhf ediblər, cinayət işlədiblər.Yoxsa gizli məhkəmə aparilmasi nəyə xidmət edir.?.Butun futbol azarkeşlərinin haqqidir ki ,bilsinlər bu uşaqlarinin gunahini.Mən qəti pisləyirəm bu addimi.Bu ölkəmizdə idmanin məhfinə gətirib cixardacaq və sabah nə siz, nə biz ,nədə hec kim stsdiona getməyəcək.Adamin canina elə qorxu saliblar ki,hec futbol adini dilimizə gətirməyə qorxuruq.Sabah hər birimizin stadiondan birdaha evə qayitmağina kim zəmanət verə bilər.Ona görə bu uşaqlarin məhkəməsi gizli kecirilibsə,cinayətləri ictimaiyyətə aciqlanmalidir.Ona görə ki sabah hec kim o səhfi etməsin.Amma hecnə deyilmir və buda azarkeşlərdə futbola laqeydliyə gətirib cixardacaq.Hami qorxur bu barədə danişmağa.Axi səbəb nədi.?-Bəlkə bu barədə danişmaqda cinayətdir,biz bilmirik.Bir söz deyində..
Mən dunən axşam bu xəbəri eşitmişdim amma heç cur inanmaq istəmirdim.Bu gun bu xəbərin saytlarda və qəzet səhifələrində rəsmi təsdiqini oxuyandan sonra futbola nifrətim artdi.Biz sadə futbol azarkeşiyik.Biz futbola gedəndə pul verib bilet aliriq və duşunuruk ki , kinoteatra və ya hansisa səhnəyə tamaşaya gedirik.Bunun muqabilində yaxşi istirahət istəyirik.Azarkeş futbola getməklə yalniz mənəvi zövq almaq ucun gedir və yaxşi oyun gözləyir.Bu oyunlara rəng qatmaq ucun kamandasini ruhlandirmağa calişir.Azarkeş getmir ki, həbs olunsun, dəmir barmaqliqlara duşsun.Azarkeş futboldan maddiyyat ummur,onu qoruyan muhafizə orqanlarida qarşiliğinda pul alir.Bu yaziq azarkeşlər stadiona pul verməklə istirahət etmək istədiyi halda niyə həbs olunsun, mən anlamiram.?
Stadiona daxil olmanin qaydalari var və polisin axtarişindan sonra qapidan azarkeşlər buraxilir.İndi hamiya naməlum qalan səbəblər var ki, bunlar aciqlanmalidir.Bu tutulan azarkeşlərdə təhlukəli hansi əşya tapilib?.Bunu deyin və bizdə bilək ki ,bu azarkeşlər cinayətkardirlar və həbs olunublar.Azarkeşdə bundan ibrət götursun.İnanin ki, bu yolla stadionlarda ancaq qarğalar yuva bağlar.İndi 65 minlik stadion tikilir amma nəyə ,kimə, nə ucun?. Min azarkeş yiğa bilməyən kamandalar var.Bəs dövlətin maliyyəsini lazimsiz xərcləməklə ,bir yandanda azarkeşi həbs etməklə kim o stadionu dolduracaq.
Hörmətli sayt rəhbəri!- Siz idmanin kutləviləşməsi ucun dövlətin idmana qayğisinin artirilmasina görə verdiyi sərancama fayda verirsiniz.Bu yolda calişirsiniz və azarkeşlərinizə futbolun sirlərini,həmcinin sağlam gənclərin yetişməsinə ,vətənə,torpağa bağli olmasina töhvə verirsiniz.Fakt odur ki ,azarkeş həbs olunur.
Bu azarkeşlər nəyin ustundə tutulublar?.Bunlarin gunahi nə?. Siz bunlari öyrənib bizədə deməlisiniz.Axi biz bilməliyik ki ,nəyin ustundə adami həbsə atirlar.Belə getsə biz Azərbaycan futboluna yox deyirik və stadionlara nə özumuz gedərik nədə qardaş və balalarimizi qoymariq.İdmanin inkişafina dövlət qayğisi məgər həbsxanadan başlanir?.
Butun azarkeşləri stadionlara getməməyə cağiriram!
Stadiona gedib etiraz edib və stadionu boşaltmaği xahiş edirəm.!
Tutulan azarkeşlərin gunahini butun azarkeşlərə catdirilmağini istəyirəm. Sabah bizdə onlarin yerində ola bilərik. Ona görə stadionlara getməyək və haqqi dəstəkləyək.İstənilən cinəyatkarin cəzasi var.Bu uşaqlarin cinayəti nə!?
Gəlin razılaşaq ki,Xəzər-Lənkəran siyasətin qurbanıdır.
Cox pis olub bes dediler azad olunacaqlar? ALLAH tezlikle yollarini acsin.
Salam, TƏNQİDÇİ qardaşım! O vaxt əksər saytlar və KİV-lər Lənkəran olaylarını birtərəfli qaydada əleyhimizə yayanda yalnız bizə doğma olan iki azarkeş saytımız doğru mövqe tutdu. Mövqeyi Sizə xatırladım.”Lənkəranda baş verənlər Bakıda ölkə kubokunun finalında baş verən vəhşiliyin davamı idi”. Əgər ilk gündən klub da bu mövqeni müdafiə etsəydi bugün Elikolar həbsdə olmazdı. Hamı bilirdi ki, nəqədər ki, Bakıdakı vəhşiliyin günahkarları cəzasını almayıb, Lənkəranda bunun əvəzi çıxılacaq. Odur ki, ilk növbədə “Neftçi”azarkeşləri stadiona buraxılmamalıydı. Bu planlı surətdə həyata keçirildi və “Neftçi”nin gizli istəkləri baş tutdu. Lənkəran olayları Bakıdakı vəhşiliyin üstündən xətt çəkmiş oldu. Bu gün hamı bilir ki, tutulan azarkeşlərin heç bir günahı yoxdur. Onların etdiklərinin on qatını dünyanın hər yerində azarkeşlər edirlər və heç tutulmurlar. Sadəçə klub rəhbərliyinin susqunluğundan istifadə edən “Neftçi” əliuzunları məhkəməni uddular ki, əsas məsələ yaddan çıxsın. Qaldı o vaxt ortaya atılan “üçüncü qüvvə” məsələsinə, bu yalandan ortaya atılmış bir hiyləgər versiya idi.
Bugün “Bakı”-“Neftçi” oyununa təyinat almış baş hakim Fariz Yusifov “Bakı” klubunun təkidiylə Əlyar Ağayevlə dəyişdirildi. Görün nə qədər sifarişli oyunlar irarə ediblər ki, artıq klublar haqq səsini ucaltmağa başlayıb. Klubları baş hakimlərin adlarıyla qoşa çəkirlər. Açıq-aşkar F.Yusifovu “Neftçi”nin, Ə.Ağayevi “Qarabağ”ın hakimi kimi adlandırırlar. Deyirəm “Xəzər Lənkəran”la hansısa baş hakimin adını nə əcəb hallandırmırlar?
Biz azarkeş kimidə, “Xəzər lənkəran” kimidə “Neftci”yə uduzmuşuq.Bizim daha uduzasi bir şeyimiz qalmadi.Azarkeş sayti necə bu kasib balalari stadiona kamandaya dəstəyə cağira bilər?-Onlarin valideynlərinin ah-naləsini göturə bilər!?.Hər şey fiaskoya uğradi.Elə Azərbaycan futbolu yox idi,oda öldu.İndən belə kim təminat verə bilər ki sabah sən stadiondan həbs olunmayacaqsan?.Buna təminat verən biri varsa cixsin ortaya.Ona deyiləsi sözum var.Mənim ucun stadiona gedən yol artiq bağlanmişdir.
http://www.youtube.com/watch?v=aWAcjG88zIo kend futbolu