Komandası Mirça Redniki belə təbrik etdi (Video)

Bilirsiniz ki, bir neçə gün əvvəl bizim sevimli rumın mütəxəssis Mirça Redniki ad günü münasibəti ilə təbrik etmişdik. Təcrübəli və uğur ustası olan sevimli məşqçi, hal hazırda Rumıniyanın “Petrolul” Plueşti klubunun baş məşqçisidir. Maraqlı təsadüf Mirça Rednikin ad gününü Rumıniyanın ən köklü komandalarından biri və hal hazırda Rumıniya çempionatının lideri, həm də vaxtı ikən baş məşqçisi olmuş paytaxt Buxarestin “Styaua” klubu ilə oyununu bir günə salmışdı.
Səfərdə ölkənin ən köklü komandası və həm də çempionatın lideri ilə oynamasına baxmayaraq Rednikin əzmkarlıq və ustalıq aşıladığı komandası bu sınaqdan da qalib ayrıla bilmişdir. Bu çətin səfər qələbəsi ad günündə bir mütəxəssis kimi əlbəttə ona ən böyük hədiyyədir. Bu maçdan qol və bir neçə maraqlı məqamlari sizlərə təqdim edirik.

9 thoughts on “Komandası Mirça Redniki belə təbrik etdi (Video)”

  1. Heyif MIrca Rednikden.. Xazar Lankeran rehberliyi hele basina cox vuracaq satqinlar…. Stadionda oturacaqlarin temizliyine fikir verin parildayir. bizde ise toz o, qederdir ki ehh….
    *****
    Salam, Malik bəy! Çox diqqətli olduğunuza görə təşəkkür edirik.

  2. Umud edirem ki MIRCA REDNIK Xazar lenkeranin bas mesqcisi olacaq ve, kusnmus azerkesler yene firtinalar meydanina qayidacaq.. Onun geleisi mohtesem olar…
    *****
    Komandamızın unudulmaz məşqçisi Mirça Rednikin 53-cü doğum gününə həsr edirəm.
    Sənə təbrik göndərdik, qoy gətirsin durnalar,
    Həm də təbrik edirlər, boş qalan tribunalar.
    Sən getdin, layiq idin çünki o yüksəlişə,
    Səbr ilə onsuz da haqq, yerin alır həmişə.
    Bəli, başlar daşlara dəyib, haqq yerin aldı,
    Sənlə cavan futbolum, səndən sonra qocaldı.
    Çürük kaprizlərini, göstərərək futbolum,
    Üzləşdiyi vəziyyət, indi ölüm ya olum.
    Bu yerlərdə şillənin beş yüz manat qiyməti,
    Papağını çırpmaqla göstərdin heysiyyəti.
    Razı oldun on dəfə artıq ödəməyinə,
    Mədəniyyət gözləyib, sən qıydın əməyinə.
    Onsuz da min-min insan, qiymət verirdi sənə,
    Çünki xidmət edirdin, onların vətəninə.
    Qazandığın uğurlar, yaratdığın komanda,
    İstənilən rəqibi, çökdürürdü bir anda.
    Şah əsərlər yaratdın, bizim futbolumuzda,
    Daim sıxlıq yaratdın həm sağ, həm solumuzda.
    Sehirli işlərinlə, çoxunu qoydun məəttəl.
    Əməyinlə sevdirdin, yaratdın böyük heykəl,
    Bu abidən önündə, gözəl bir gül qoyuram,
    İndi xatirələri, yada salıb doyuram.
    “Bosman”ın rəhbəri Babayev Mirhafiz 09. 04. 2015

    • Şeir Redniki tanımayanlara gözəl anlatır.
      Lakin onun qaytması olmayacaq .Bu kulubda gefən işlərdən bilmək olur.Transfer üçün Afrikaya gedirlər .Bu, elə onun göstəricisidir.Rednik özü gətirirdi ligonerləri.Boş yerə ümidlənmək lazım deyil .Bunun acısın yaşamışıq artıq .Bu səbəbdən də sizin kimi aqil insanla danışmaqdan da mərhum olduq.Şəxsən mənim üçün ikinci zərbə oldu bu.
      *****
      Saytlarda gedən və sizin işarə verdiyiniz həmin məlumatlardan da görünür ki, hələlik yaxın müddət üçün heç nə dəyişməyəcək. Ölkə futbolu qarışıq uçuruma gedirik.

      • Bəli,üçruma az məsafə qalıb . bir az gözləyək,yazmalı çoxlu mövzular var .sadəcə zaman lazımdır ki ,hər şey ortaya çıxsın .
        Onu qeyd edim ki , 12 ci oyunçu saytında axir vaxtlar düşündürcü yazılar gedir.Çox tərifləmək istəmirəm göz önündədir hər şey , bircə onu deyim ,Allah qorusun sizləri.
        *****
        Allah hamımızı qorusun! Əl-ələ verib, yaxşılıq və savab işlərin qulpundan yapışmalıyıq. Bu hamımızın insanlıq borcumuzdur. Sizə də fəallığınıza görə Allah köməy olsun!

  3. Mirca hec olmasa bir defe de olsa biz azerkeslere bas cek gel seni gorek cox darixmisiq….
    *****
    Yaxşı toxum münbit torpaqda daha barlı-bərəkətli olar. Bizim “şoran torpaqda” ya meyvə verə bilməz ya da cır meyvələr yetişər. Biz bunu artıq təcrübədən bilirik, Malik bəy! Elə deyilmi?

    • Mirhafuz bəy , sizcə bu “şoran torpağ”ın bir təcrübəli “Aqranom”a ehtiyacı var? Sizcə bu torpaqda “melorasiya” işləri düzgün yerinə yetirilərsə .nəsə alınarmı?.Ağaclar göyərib, artıb bar verərmi?
      *****
      İndi hər yer “şoran torpağa” çevrilib, bizim məhəllə torpaqları da daxil. Buna ümumi bir şorantəmizləmə işləri gərəkdir.

  4. Seire gore size minnetdaram…. Rednik Lenkerandan gedende men onunla goruse bilmedim… Ona gore isterdim bir -iki gunluk Lenkeranin qonagi olsun..Coxlu sayda azerkesler onu gormek isteyir…
    *****
    Bu qonaqpərvərlik əlbəttə biz lənkəranlılara xas bir şeydir. O ki, qaldı bu qonaq statusuna layiq bir kəs ola.

  5. Salam .sayt çalışması gpzlənılməz oldu.Arabir saytınıza baxırdım .indicə saytı yad edərkən inanmadım ki , şərh bölümü çalışır .İnşAllah davamı olar.
    *****
    Sizi xoş gördük! Sayt daim çalışır. Sadəcə dəyərli yeniliklər az olur deyə, biz də o qədər məlumat veririk. Ziyarətinizə görə təşəkkür edirik. Fikir bölüşməyiniz də maraqlı olardı.

  6. Çox yaxşı oldu.Daha bundan sonra fikir mübadıləsi apararıq .Buna böyük ehtiyacımız .var.
    Qeyd edim ki, “Dürdanələr”dən çox şey oyrənmişəm .tam olaraq başa çıxmamışam .amma davam edəcəyəm.onları yaşayaraq oxumaq lazımdir .
    Çox sevinirəm , Allah köməyiniz olsun.
    İnşAllah mövzulara şərlər olacaq.İnşAllah.
    *****
    Allah, hamımızı dəyərli, özübəyənən insanlardan eləsin, İnşAllah!

Comments are closed.