“İnam və Etimad Günü”

Əziz “Xəzər Lənkəran” azarkeşləri bilirsiniz ki, son bir neçə ildir ki, sevimli komandamızın nə idarə etmə sistemi, nə komandanın çıxışı, nə də bu dövrü əhatə edən nəticələri bizi qane etmir. Tez-tez məşqçi dəyişiklikləri öz mənfi təsirini komandanın ruhuna belə mənfi mənada hopdurub. Bütün bunların nəticəsidir ki, birvaxtlar öyündüyümüz nə komandadan və nə də biz azarkeşlərdən artıq əsər əlamət belə qalmamaq üzrədir. Günbəgün sıralarımız seyrəlməkdə davam edir. Müxtəlif söz-söhbətlər nəticəsində uçuruma doğru gedirik. Bu ağılsız cərəyanlar nəticəsində çox kritik vəziyyət yaranıb. Nə klub, komanda nə komanda azarkeş və nə də azarkeş klub münasibətlərində etimad normal səviyyədə deyil. Lap deyərdik ki, bərbad durumdadır.
Bu il də çempionatı boşa vermiş komanda bilirsiniz ki, ümidini yalnız ölkə kubokuna bağlayıb. Aprelin 16-da yarımfinal oyunlarının ilk matçında “Xəzər Lənkəran” qonağı olduğu “Qəbələ” komandasına 3:0-lıq bir hesabla ağır məğlubiyyətə uğradı. Bu gün 24 Aprel isə doğma “Fırtınalar Meydanı”nda bu ağır məğlubiyyətin revanş günüdür. Bu revanşın öhtəsindən gəlmək çox çətin bir vəzifədir və bunu hamımız dərk edirik.
Ancaq futbolun zəngin təcrübəsi belə və bundan da ağır hallardan çıxmağın mümkünlüyünü dəfələrlə göstərib. Yetər ki, buna inanasan! Bu gün aprelin 24-ü 2014-cü ildə gəlin buna inanaq! Ancaq bu inam və etimad təkcə azarkeşlərimizin doğma komandaya birtərəfli istiqamətdə olması ilə məhdudlaşmamalıdır. Bu inam və etimad bütün səviyyələrdə camiəmizi əhatə etməlidir. Təklifimiz ondan ibarətdir ki, bu gün “Qəbələ”ni dayandırıb, finala adlayan tərəfin biz olmamız üçün futbol gözəlliyi adına nə varsa əsirgəməyək. Bunu bacaracağımız təqdirdə isə “Xəzər Lənkəran” camiəsi olaraq, hər il, 24 Apreli “İnam və Etimad” günü kimi qeyd edək!
Nədir bu təklifimizin məğzi? Çoxdandır ki, camiədə qarşılıqlı olaraq davam edən inamsızlığı aradan qaldıraq. Bunun üçün komandamızın kifayət qədər təcrübəli və bacaracaqlı məşqçisi, həmçinin heyətimizdə kifayət qədər güclü futbolçular cəmləşib. İndi qalır rəhbərliyin komanda heyətinə inam və etimadı. Bunun üçün komandanın da rəhbərliyə inam və etimadı olması vacib şərtdir. Amma ən əsas olanı azarkeş etimadıdır ki, rəhbərliyin komandaya tam dəstək verməsi halında, demək, azarkeşin rəhbərliyə inam və etimadı bərpa oluna bilər. Bu halda komanda təbii ki, ruhlanacaq və göstərəcəyi oyunla azarkeşlərin inam və etimadını qaytaracaq. Azarkeş etimadını qazanan komanda isə daha möhtəşəm dəstək alıb, daha inamlı oynayacaq və lazımi nəticəni əldə etmək üçün birə-iki can qoyacaq. Budur qələbələrin açarı ki, bizdə uzun müddətdir ki, defisitə çevrilib.
Qaldı ki, azarkeşlərin inam və etimadını komanda tərəfindən doğrultmaq məsələsinə, bunun üçün də deyəcəklərimiz var. Meydana bu revanşı almaq üçün çıxacaq komandanın hücum xətti, irəlidə arxayın oynamaq üçün, müdafiə xəttinə inanmalıdır. Həmçinin yarımmüdafiə xəttində hücum xəttinə inam olmalıdır ki, qurulmuş gözəl oyun və yaradılmış kombinasiyaları onlar qola çevirə biləcək. Müdafiə xətti də öz qurtarışlarını daha inamlı yerinə yetirmək üçün, yarımmüdafiə və hücum xəttinə inanmalıdır ki, hər çətin qurtarışlarını irəlidə qola çevirə biləcək, yarımmüdafiə və hücum xətti var. Bunun üçün isə bütövlükdə komanda məşqçiyə inanmalı və onun verdiyi tapşırıqlarla oyun intizamına son dəqiqəyədək riayət etməlidir. Bax budur bizdə çatmayan əsas amil. Bütün qələbələrin və uğurların açarı qarşılıqlı inam və etimaddan keçir.
Gəlin bütün qayda qanuna riayət etməklə, bu gün buna nail olaq! Bu çağırışımıza əməl etməyən camiəmizin hər hansı tərəfi, istər rəhbərlik olsun, istər komandanın üzvləri olsun, istərsə də biz azarkeşlər olaq. Əgər cığal tərəf olarsa, onda bunu hamımız görəcək, daha heç bir bəhanə də həmin tərəfin saf olduğuna inanmayacaq.
İndi nə deyirsiz, bu 24 Aprel gününü “İnam və Etimad Günü” elan edəkmi?! Qoy, bu yubiley ilində elə bizə qalan bu olsun ki, artıq bundan sonra yalnız yüksəliş haqda düşünə bilək! fotoğraf
 
 

38 thoughts on ““İnam və Etimad Günü””

  1. DOKTOR! Bu gözəl təklif və təşəbbüsə görə Sizə çox sağolun deyirəm.”İNAM VƏ ETİMAD GÜNÜ”. Nə gözəl də səslənir? Kaş ki, Aprelin 24-ü “Xəzər Lənkəran” camiəsi üçün həqiqətən də tarixi bir gün kimi yaddaşlarda qalaydı.
    *****
    Qabil bəy, həqiqətən də bizim camiəmizdə baxırsan ki, nə çatışmır? Hər şeyimiz var. Bircə bu inam və etimad məsələsindən başqa. Oyun ərzində də tribunalara “yeridilmiş 5-6 azarkeş”in də “istefa” şüarına heç kim qoşulmamalı, əksinə onlar ictimai qınaq obyektinə çevrilməlidirlər. Çünki Mustafa Denizli layiqli mütəxəssisdir.

  2. LAM EZIZ AZERKESLER BU GUN DOGMA KOMANDAMIZI ANCAG TANRININ MOCUZESI XILAS EDER. BIZIM CENUB BOLGESI HEMISE ALLAHA INANMAGLA IBADETLERINDE ONDE GEDEN CERGELERDEN OLUBLAR. MEN ANCAG ILAHI GUVVEDEN YARANAN MOCUZEYE INANARAG, KOMANDANIN GELEBESINE INANIRAM. ALLAH OZ BENDELERINE , BENDESI ISTEMIYEREK ONLARO NE GEDER NEMETLER VERDIYI HALDA, ISTEYEN ZAMAN VERMEZMI? BIZ REBBIMIZDEN ANCAG XEZERIMIZIN GELEBESINI ISTEYIRIK VE INANIN KI BU GELEBE OLAR INSALLAH .
    DURARAG, SUBH NAMAZA , DINLEYEREK MEN AZANI,
    TANRIYA ETDIM DUA, REGIBE VERSIN CEZANI.
    ILAHI SENE GALIB, KOMANDANIN UMUDLERI,
    BEXS EYLE KOMANDAYA , SEVINC DOLU GULUSLERI.
    SALINIB CETINLIYE , BU IL BIZIM KOMANDAMIZ,
    KOMEYE VAR EHTIYYAC , DUACIYIG BIZ HAMIMIZ,
    MOCUZEN XILAS EDER, DOXMA XEZER LENKARANI,
    NESIB ET YAREBBIM, BIZEDE GELEBE ANINI.
    SENE IBADET EDEN, BIZIM CENUB BOLGESIDIR,
    NAMAZA DURANLARIN, ONDE DURAN CERGESIDIR.
    KOMEK OL YAREBBIM, BU GUN DOGMA XEZERIMIZE,
    EN BOYUK SEFA OLAR, SAGALMAYAN DERDIMIZE,
    INSALLAH ALLAH BOYUKDUR VE BENDELERINE GARSI REHEMLI VE MERHEMETLIDIR .GELEBE BIZIMLEDIR INSALLAH.
    *****
    İnşallah, Telman bəy! Buna yalnız bütün camiə inanmalıdır! Dəstəkləyirəm.

  3. Salam,Mirhafiz bəy.Bir yaşlı azərkeş kimi bəyənib və dəstəkləyirəm.XLı sevməmək mümkün deyil.Onun sevgisi hər birimizin ürəyindədir.Mən həyatımın bir parçasına çevrilmiş XLa yalnız və yalnız qələbə arzulayıram.Neftçiyə 5dəqiqəyə 2 top vuran komanda 90 dəqiqə ərzində Qğbələyə 4-5 top da vura bilər.Mən də sizin çağırışınıza qoşulub bir saqqal kimi bütün Xəzər sevərləri meydana səsləyirəm.Allahdan arzu edirəm ki,bu günümüzü qələbə ilə başa vuraq.
    *****
    Salam, Rakif bəy! Bizi ancaq qarşılıqlı inam bu böhrandan çıxara bilər!

  4. SALAM COX GOZEL FIKIRDIR INSALLAH GELEBEMIZ BU GUN OLANDAN SONRA HEM KOMANDAYA INAMIMIZ ARTMAGLA BU GUN YADDASIMIZDA INAM VE ETIMAD KIMIHEKK OLUNACAGDIR.MUELLIM ANCAG BUTUN ADDIMLAR BIZ AZERKESLER TEREFINDEN ATILDIGI HALDA,BU KOMANDAMIZA OLAN SEVGINI BILDIRIR,AMMA TUYGUNKIMILERDE GORESEN KOMANDAYA GARSI BIR MEHEBBET,SEVGI VARMI? INANMIRAM. BU GUN STADIONUN TAM DOLMASI UCUN SIZCE NESE ETMELI DEYILDIMI?
    *****
    Artıq biz bunu etmişik. Kim də qarşı çıxarsa, cəzasını alacaq.

  5. Azerkesler ayiq olsunlar rehberliyin texribatina uymasinlar, yeni rehberlik oyunculara tapsirir uduzun azerkeslerde ele bilir ki, mesqci pisdir axi bu nece ildir bas verir. Demeli gunah rehberlikdedir.ISTEFA olmaz MUSTAFA DENIZLI XL-ucun Azerbaycan futbolu ucun cox yaxsidir.
    *****
    Malik bəy, bu gün bunların heç birinə rast gəlməmək ümidindəyik.

  6. 24 aprel 2014-cü ilin 90 dəqiqəsini elə keçirək ki, bu gün BİZİM GÜNÜMÜZ olsun!!!

  7. nt is awaiting moderation.
    BU GUN XEZER LENKARAN, DAGIDACAG MEYDANI,
    ILAHI DESTEK ILE., MAT EDECEK SEYTANI.
    MOCUZELER BAS VERER, BU GUN KOMANDAMIZDA,
    ESIL DOYUS GORERIK, DOGMA KOMANDAMIZDA.
    BIZIM GARA BEBRIMIZ, PARCALAYAR CANAVARI,
    ODLAYARAG REGIBI, YANAR ARXA SOMAVARI.
    HUCUMLA BAGLI OLAR, KOMANDANIN HER ANI,
    MEYDANDA SU YERINE, AXACAG REGIB GANI.
    GARA BEBIR ETAME, HUCUM EDER REGIBE,
    HER TEREFDEN REGIBLER , MERUZ GALAR TEGIBE.
    BU GUN SON SAVASIMIZ, OLUM, ELUM DAVASI,
    MEYDANDA CALINACAG, TEK XEZERIN HAVASI.
    EY TURK OGLU MUSTAFA, BU GUN SENIN SAVASIN,
    XEZER GALIBDIR DARDA, AXI BU SENIN GARDASIN.
    HUCUMLA XILAS EYLE, DENIZDEN VE HAVADAN,
    SEN GALIB CIXARTGINEN, XEZERI BU DAVADAN.
    Cavab yaz

  8. OMANDAMIZDA SOZU SEIRDE IKY DEFE TEKRARLAMAGLA SEF YAZMISAM. MEYDANIMIZDA SOZU OLMALI IDI

  9. Cavab oyunun yeri, vaxtı dəyişdirilsə də, hakimi dəyişməyi unutdular və ya XL-Qəbələ görüşlərini idarə etmək Rəhim Həsənovun yeni xobbisidir.

  10. Salam, Müəllim! İnam və etimaddan söhbət düşmüşkən deyə bilərəm nki, ilk növbədə komanda öz daxilində itirilmiş özünəinamı geri qaytarmalıdır. Komandasında özünəinamı görən azarkeşi də öz növbəsındə ona etimad göstərəcək və azarkeşlə komanda arasında yenidən əvvəlki dək qarşılıqlı inam və etimad yaranacaq. Ümumiyyətlə “Xəzər Lənkəran” camiəsində inamın və etimadın bərqərar olmasından ötəri klub rəhbərliyinin atacağı addımdan çox şey asılıdır. Sonda rəhbərlik, komanda və azarkeşin birgə vəhdəti, İnam və Etimada doğru gedən yoldur və Uğura aparan yoldur.

  11. Axsaminiz xeyir. Bu ilki son umudumuzu de itirdik. Kecene guzest deyerler. Azarkesler komandani nece sevdiklerini bu gun gosterdiler. Stadiona ab-hava cox gozel idi. Doktor cekindiyimiz texribatcilar heqiqeten var idi. Azarkesleri M.Mesimova, T.Nadirova, M.Denizlini istefaya cagirtdirirdi. Sexsi komandanin prezidentini istefaya cagirmaq hansi mentiqe sigir. Indide oyun haqqinda fikrimi bildirmek isteyirem. Komanda meglub olsa da oyun xosuma geldi. Oyuncular bacardiglari qeder oynadilar. Bu il demek olar ki, her oyunumuzda vurulan zerbeler ya mudafiecilere deyir ya da direyin lap yanindan kecib. Gelen sezon ucun komandani yigmaq ucun xeyli vaxtimiz olacaq. Komandadan kusmek lazim deyil Komandamiz yarandigi on ilde sekkiz defe UEFA-ya vesiqe qazanib. Duzdur yaxsi oyunlarimiz da olub, pis oyunlarimiz da. Insallah gelen movsum guclu komandaya azarkeslik ederik.
    *****
    Mübariz bəy, fikirlərinizi oxuyandan sonra çox məmnun oldum. Demək olar ki, oyundan sonra belə obyektiv və real fikirlərə rast gəlməmişdim. Oyuna qiymət baxımından isə lap futbol mütəxəssisi iyi gəlir fikirlərinizdən. Bəlkə həqiqətən də bu belədir. Şəxsi tanışlığımız olmadığı üçün mən sizin haqda az məlumatlıyam. Mümkün olsa özünüz haqqında qısa da olsa məlumat verərdiz. Azarkeşlərimiz üçün də yəqin ki, bu maraqlı olardı…

  12. Mirhafiz bəy inam artıq öldü .Biz kənada ola -ola bilirdik ki komanda nəyə qadirdı ,O isə komandanin daxilndədir ,amma bunu başa düşmürdü? .Heç olamasa elə güvənli danışmazdı Biz REDNİKdən belə şey eşitməmişdik Kişi işləyirdi .can qoyurdu və nəticəsini də görürdü .
    *****
    Bəzən əsl mahiyyət içəridən deyil, məhz kənardan daha yaxşı görünür. İçəridə adamın gözünü elə bağlayırlar ki,.. Məsələn, arvad və ya arvadağız kişilərin dığ-dığı kimi.

  13. Ölmədik, bu günü də gördük. Hər iki qolun vurulduğu cənub tərəfdəki qapının arxasındakı sektordan oyunu izləyərək, içimdə komandanı dəstəkləməyə toplaşan azarkeşlərə minnətdar idim. Güman eylədiyimiz arzuolunmaz “istefa” çağırışlarından yan keçilmədi, şərq tərəfdəki sektorlərdakılar isə üzünü qərbə tutaraq Redniki elə səsləyirdilər ki, sanki hzmin dəmdəTalış dağlarını aşıb gələcək və 2014-cü ildə 14-cü dəfə məşqçiliyə başlayacaqdı.
    Bütün bu atmosferanın burulğanında birdən fikir aidı məni ki, daha nəyimiz burada çatmır axı, nədən bu real uğurlara imza atmış türk Dənizli rus Ponomaryovun etdiyini təkrar etdi. Onda özlüyümdə belə nəticəəyə gəldim ki, hər məşqçinin potensialını qiymətləndirmək üçün onun təcrübəsi və keçdiyi yol tərəziyə qoyulmalıdır. M.Dənizlinin karyerasının arxada qalmış hissəsinə önümüzü çevirəndə görürük ki, XL FK-na gələnə qədər 26 məşqçi illərinin Türkiyədən kənarda birini Almaniyanın aşağı liqa təmsilçisi olan və şəhərinin adını təmsil edən “Axen” klubunda, dörd ili isə İranın PAS və Persepolis klublarında keçirmişdir. Tərkibinin 90%-dən az olmayan hissəsi təmsil etdikləri ölkənin futbolçuları olmuş bu komandalardan fərqli olaraq, bu günkü XL beynəlmiləl tərkibli olmaqla yanaşı ən müxtəlif futbol “məktəbləri”nə mənsub oyunçulardan YIĞILMIŞDIR. Məşqçi heyətindən başqa Türkiyəli olmayan bu yığımdan komanda qurmaq üçün isə ünlü Hocamızın müvafiq təcrübəsi çatmır. Türkiyədə doğma türklərin əsasını təşkil etdiyi klublarda nailiyyət qazandığı şəraitlə hazırda düşdüyü qovğa keyfiyyətcə tamamilə fərqli vəziyyətlərdir.
    İstərdim ki, Mustafa Hoca günü sabahdan komandanı qurmaq işin start versin. Hamımız ona dəstək olaq!
    *****
    Elə Almaniyada işlədiyi müddətdə Mustafa xoca xarab olub da… Bütün intizamsızlığı, futbolun sirlərini itirməyi və heyət qura bilməməyi Almaniya ona öyrədib. Eh!.. Nə çıxacaq bu alman futbol biliklərindən. Buradakı biclikləri öyrənmək ona daha çox şey verərdi. Odur ki, deyiblər, həm elmli, həm də helmli olmaq gərəklidir!

    • Qorxuram nə Almaniya, nə də İranda M.Denizli üçün bizim komanda qədər müxtəliftəbiətli fərdlərdən ibarət kollektivdə çoxtərəfli məşqçi işinin psixolojisini cilalamağa zərurət, buradan da şərait olmamışdır. Görən, başımıza gəlmiş qorxduğumun əziyyətini görmürük ki?
      *****
      Nə Almaniyada, nə İranda və nə də Türkiyədə ala qarğa bizdəki kimi bala çıxarmır…

  14. Bəzən belə təəssürat yaranır məndə ki, maksimumçu mövqeyi ilə özümüzü dağa-daşa salmışıq, bir dəfə düşdüyümüz uğursuzluq zolağını təmkinlə tərk etməkdənsə xaotik tələskən cəhdlərlə uzun yolun yolçusuna çevirmişik özümüzü, hər dəfə xain və “torbatikən” axtarırıq, cüzi bir səbəbdən, hətta az qala ildə uğurlu bir ötürmə edəni kumir görürük, nəticəsi isə budur ki, azdan olmuş çox istəyənlərə oxşayırıq. Olmaz belə, ay XL-ı çox istədiyindən XL-dən çoxu tez istəyən azarkeşimiz. Mükafatçılar sırasından kənarda qalmağımızla nəticələnən turnir mübarizəsində əl-ələ verib(istəyimizdən asılı olmayaraq bir çox liqalarda rast gəldiyimiz kimi, Azərbaycan liqasına da yad olmayan) buna nail olmuş tağımların gedişlərini nəzərdən qaçırmağımız və sair bu kimi diqqəti əsas mətləbdən yayındıran hallar göstərir ki, komandada olan problemlər kimi vəziyyətə təsiri güclü olan XL azarkeşi problemlərini də bir faktor kimi görməliyik. XL liqamızda azarkeş çoxluğu ilə mütləq lider olmaqla bərabər digər tağımlarla müqayisədə məhz daha təsirli azarkeş təzyiqi altında olması ilə qeyri-bərabər şərtlər altında mübarizə aparır. Böyük azarkeş kütləsinin güclü dəstək formasında komandanın oyununa müsbət təsiri olduğu kimi, qınaq eyni qüvvəli təzyiqi də komandanı az sıxmır. Nəzərə alaq ki, bizim liqada belə bir təsirə XL qədər məruz qalan komanda yoxdur.
    Bu günkü vəziyyətdə komanda yenidən qurulmalı, xalis hala gətirilməlidir. Allahın köməyi, məşqçi səyi, sponsor səxavəti və azarkeş dəstəyi ilə.
    *****
    Yazdıqlarınız çox əhatəlidir. Onsuz da bu mətləblərə cavab verən bir yazı saytımızda gedəcək deyə, münasibətimiz həmin yazıda əksini tapacaqdır.

  15. SALAM EZIZ AZERKESLER. NE XESTELIK VARSA XL KOMANDASI BIZI O XESTELIYE DUCAR EDER. BILMIREM AZERKESLERIN GUNAHI NEDIR.KOMANDA ELE BIR GUNDEDIR KI, NE REHBERLIK NE DE MESGCI BUNA CARE GILA BILMIR . DEMEK ELE CIXIR KI BUNLARIN HEC BIRISI KOMANDADA LAZIM DEYIL. DUNENE GEDER MEN MUSTAFAYA INANIRDIM. AMMA DUNENKI OYUNDAN SONRA TAMAMILE INAMIM ITDI.YENE KOHNE HEYYET VE NETICEDE KUBOK BENUAHI VE NILDONUN BADINA GETDI. HELE BIZIMKILERI DEMIREM.KOMANDADA HEC BIR YENILIK YOXDUR. BU DA MESGCININ POSSIVLIYINDEN XEBER VERIR.AXIRINCI UMUD YERI OLAN KUBOKU DA MUSTAFA SANKI BILEREKDEN BADA VERDI. SONRADA TERIFLEYIRLER KI MUSTAFA DAHI MESGCIDIR. AY GARDAS HER SEY INKISAF EDIR OZU DE SURETLE, MUSTAFANIN MESGCILIK KARYERASI COXDAN BITIB . MUSTAFANIN DOVRUNDEKI FUTBOL BU GUNKU ILE DUZ GELMIR. MUSTAFA OLSUN YADA TOSAK ONLARIN SPIDOMETRLERI COXDAN OZ KILOMETRAJLARINI GEDIBLER. ONLAR INDIKI MUASIR FUTBOLDAN GERIDE GALIRLAR. EGER MUSTAFA HACANSA GUCLU BIR KOMANDADA UGURA IMZA ATIBSA BU O DEMEK DEYILDIR KI MUSTAFA GUCLU MESGCIDIR.ISTER TOSAK YADA MUSTAFA GUCLUDURLERSE NIYE ISSIZIDILER? IKINCISI EGER KOMANDANIN UGURU VARSA BILAVASITE MESGCININ ZEHMETININ BEHRESI HESAB OLUNUR. AMMA HEMISE BU BELE DEYIL.MESELEN NETCI EGER CEMPIONLUGA OYNAYIRSA BU O DEMEK DEYILDIR KI BOYUK AGA GUCLU MESGCIDIR SADECE KOMANDADA GUCLU OYUNCULAR VAR VE ONLARIN SAYESINDE BOYUKAGA LOTULUG EDIR. YENI MUSTAFADA HAZIR GUCLU KOMANDALARIN HESABINA BIR AZ AD GAZANIB. BAXIN INTER CEMPIONATDA ILK OYUNLARDA BERBAD OYUN OYNAYARAG HETTA GURCU MUTEXESISIN ISTEFAYA GEDECEYINI BILDIRIRDILER. AMMA GORUN BAXIN KOMANDA HANSI YERDEDIR. BAX BUDUR MESGCININ BOYUKLUYU .SINMADI KOMANDANI TOPLAYARAG OZ SOZUNU DEDI . BU DA ONDAN IRELI GELIR KI MESGCI CAVAN VE MUASIR VUTBOLDAN XEBARDARDIR TERIFLEDIYIMIZ MUSTAFA NE ETDI? HAMININ ZEHLESI GETDIYI CUTLUYU HER OYUNDA OYNADARAG,ONLARDA GESENG MEGLUBBIYYET DONUNU MUSTAFAYA GEYDIRDILER.HEC KIM XL AZERKESI GEDER XL SEVE BILMEZ , ANCAG BIZLERE GALAN ESEB, TEZYIG VE GERGINLIKLER OLUR. BIRDEFELIK MEYDANCANI OTLAG ETSINLER VE DUNENKI HEYYETI BURAXSINLAR MEYDANA GOY OTLASINLAR. MUSTAFADA COBANLIG ETSIN.
    MUSTAFA SEN HIYLEGER, HEM DE BOYUK YALANCI,
    FERGI GORE BILMEDIK, MESGCI YOXSA PALANCI
    SONUK OYUN BITMEDI, AMMA BITDI SEBRIMIZ.
    AXI NECE VAXT IDI, DOZURDUK HER BIRIMIZ.
    YALAN VEDLER VEREREK , INANDIRDIN BIZLERI,
    YIGDIN KOMANDAMIZA, BIR SURU FERSIZLERI.
    CIXDI KUBOK ELINDEN KUL BASIVA MUSTAFA,
    GELMEDI SENDEN BIZE, ZERRE GEDER BIR SEFA.
    HORMETIN HEC GALMADI, XEZERLININ YANINDA,
    EDILEN TENGIDLERE, SON GOYMADIN ANINDA.
    TERIFLEDIN CUTLUYU, BENUAHINI NILDONU,
    EYNIVE GEYDIRDILER, DORT , BIR HESABLI DONU.
    YARATDILAR HER CURE, SIZLERE IMKANLARI,
    EN BAHALI OTELLER, CURBECUR ZENANLARI.
    GUCLU FUTBOL OYNAMAG, YOX HEC KIMDE ISTEYI,
    HALAL ETMERIK SIZE, BIZ AZERKES DESTEYI.
    HER OYUNUN SONUNDA, IYI OYNADIG DEDIN,
    AZERKES TENGIDLERIN, NUSUCANLIGLA YEDIN.
    BEHANELER GURTARDI, INDI SOYLE FIKRIVI
    INDI HANSI YALANA , SALACAGSAN MEYLIVI
    BIZ DAHA YORULMUSUG, DUZELMEDI KOMANDA,
    DESTEY HEMISE OLDUG, ISTER YAXSI, YAMANDA.
    ZERRE GEDER GALMAYIB, INAMIMIZ HEC KIME,
    XESTE CANIMIZ ILE, UZ TUTMUSUG HEKIME.
    HEKIM REYI BELEDIR, TEZYIG, ESEB , GERGINLIK,
    CAREE SENIN OZUNDE, BU DEYILDIR HEC KIMLIK.
    VERDIMI OZUMCUN GERAR, MEYDANA HEC GETMEREM,
    ESEB VE GERGINLIYI BIR DAHA HISS ETMEREM.
    EGER KIM YAZDIGLARIMLA RAZI DEYILSE FIKRINI BILDIRSIN.
    *****
    Telman bəy şeirinizi bəyəndim. Şərhin mətninə diqqətlə yanaşdıqda bilinmir kimi tənqid edirsiz. Gah Mustafa bəyi tənqid edirsiz, gah da uğurun kimə isə şans verilməkdə olduğunu bildirirsiz. Rəhbərliyi tərifləyirsiz. Amma Mustafaya şans verməli olan da rəhbərlikdir. Nəsə cümlələriniz ayrı-ayrılıqda yaxşıdır, amma ümumilikdə cümlədəki fikirlər bir-biri ilə ziddiyyət təşkil edir.

  16. Axşamınız xeyirli olsun, Doktor! Oyundan əvvəl şərhlərdə dönə-dönə qeyd etdiyiniz güman özünü doğrultdu. Qeyd edirdiniz ki, öyrədilmiş 5-6 dılğır azarkeş vəziyyətdən istifadə edib “istefa” qışqıra bilərlər və etdilər də. Oyunun başlamasına dəqiqələr qalmış M.Dənizlinin verdiyi sözə xitabən “Hocam, lafına güvənib gəldik!” pankartı qaldıran azarkeşlər 70-dəqiqə sonra Dənizlini istefaya səslədi. Stadiondakı azarkeşlər də şahid oldular ki, pankarti qaldıran da istefaya çağıran da qarşısında “Kaspian ultras” lövhəsi asılmış sektorun azarkeşləri idi.
    *****
    Salam, Qabil bəy! Həmin fanklubun əksər üzvləri gənclərdir və ona görə də çılğınlıqları daha çoxdur. Yəqin bundan istifadə edən bəzi dılğırlar yaranmış vəziyyətdən istifadə edib onların bu çılğınlıq hissləri ilə oynayıb, müəyyən qədər istəklərinə nail olublar.

  17. Axsaminiz xeyir.Telman adli serh yazanin yazisini oxudum.Mende bele tesurat yarandi ki, bu insan futbola fanatikcasina baxir.Futbola baxan oyuncuda ancaq sehf axtarmamalidir.Oyunda zerbelerden,kombinasiyalardan ,oturmelerden en nehayet qol varsa vurulan qoldan hezz almalidir.Telman ‘Inter’-in mesqcisinden misal getirir.O mesqciye destek olmaqdan yazir amma, ozu istefa deyir.’Qarabag’ bes ildir hec bir sey ede bilmirdi amma, O.Ourbanova sans verildi o da oz komandasini qurdu.Biz hec alti ay dozmedik.Duzdur here oz bildiyi kimi futbola yanasir bunu qebul etmek lazimdir.Telman bu sayitlar ancaq tenqid ucun yaradilmayib.’Qebele’ ile cavab oyununda hesab bizi qane etmese de ,gozel futbola baxdiq. Oyunun en yaxsilarindan biri de senin beyenmediyin Benahur idi[Tonkara,Skerduelli,Tiyaqo].Beyenmediyin Nildo hucumcu olaraq oz qolunu vurdu.Gelin bele tenqid edek ki,qarsi teref netice cixarsin.Biz bele seyler yaziriq onlar bizden inciyirler.Bir birimize olan inam yox olur ve dusmana cevrilirik.Qardas sende menden incime ser yazmagiva davam et.di sag ol.

  18. Axsaminiz xeyir.Doktor yazdiginiz xos sozlere gore minnetdaram.Mene de xos olardi qiyabi tanidigim ve hormet beslediyim insanla tanis olmaq,ozu de peyqenber neslinde.Doktor Lenkerandanam ,’Xezer’-in fanati yox azarkesiyem.Ozum “Silavar’ komandasinda oynamisam ve onun qurucularindan biriyem.Saytdan tanidiginiz Qabille dostuq hemise de diskusiyadayiq.Vaxtiz olsa cay ice bilerik.
    *****
    Şərhlərinizdən də məlum olurdu ki, futbola yaxın adamsınız. “Şilavar” komandasının oyunlarına çox getmişəm, çox sey də yadımdadır. İnşallah qismət olsa, Qabil bəylə birlikdə görüşüb daha yaxından tanış olarıq. Təşəkkür edirəm!

  19. NE GEDER CATISMAYAN PROBLEM VAR YAZMALIYIG
    AZIBSA KOMANDAMIZ, DOGRU YOLA SALMALIYIG.
    HAGLI TENGIDLERIMIZ. KOMANDANIN XEYRINEDIR,
    PISLERI TENGID ETMITENLERIN, NE VECINEDIR.
    HER SOZU HAGG OLARAG, DUZ DEMEYI BACARMISAM,
    KOMANDA GOZEL OYNAYIBSA TERIF DE YAZMISAM.
    DUNEN TENGID EDEREK,AZCA YAZDIM MUSTAFADAN,
    KUBOKU UDUZARAG,MEGLUB CIXMISDI DAVADAN.
    MENIM YAZDIGLARIMA MUBARIZ REY BILDIREREK,
    OZUNDEN BASQA BUTUN AZERKESI GULDUREREK.
    MENIM TENQIDLERIME BILDIREREK EHTIRAZI,
    NILDO CUTLUKLERINI TERILEYIB CALIB SAZI.
    BU IKI CUTLUKLER NE VERIBDIR XEZERIMIZE,
    ELAVE DERD VERIBDIR,AZ OLMAYAN DERDIMIZE.
    MUBARIZ QARDASIMIZ SEN TERILE BU CUTLUYU,
    VAXT GELER SENE SUBUT OLAR BUNLARIN KUTLUYU.
    MUBARIZ QARDAS BU DA SENIN TERILEDIYIN BENIYAHI VE NILDO.KUBOKU ELDEN VERDILER.

  20. salam mubariz sende mustafa kimi hele komandanin oyunundan razi galirsan . komandada butun azerkeslerin xosuna gelmeyen oyunculari nildonu ve benuahini terifleyirsen demek senin sozunden ele cixir ki butun azerkesler sehf deyi sen ise duz deyirsen. nildo tesadufen gol vura biler amma hec vaxt sevimli . komandaya can yandiran ve hormetli oyuncu ola bilmez . niye biz embillani , skarlatakini ve s tengid etmirik ? cunki azerkesler her seyi duzgun gorur ve tengid edir

  21. SALAM MEN MUSTAFANI TENGIT ETMEKLE REHBERLIYI TERIFLEMEMISEM, SADECE BIR KUPLETDE MUSTAFA VE FUTBOLCULAR UCUN GOZEL SERAITLERIN YARADILMASINA TOXUNMUSAM. REHBERLIKE GELDIKDE ISE MEN FEXRI PREZIDENTI NEZERDE TUTURAM,O OZO OZLUYUNDE HER CUR TERIFE LAYIG OLMAGLA BIZIM TERIFLERIMIZE EHTIYAC DUYMUR

  22. Axsaminiz xeyir.Men Telmana bildirmek isteyirem ki futbola hezz almaq ucun baxmaq lazimdir.Futbol bir nov istirahetdir.Menim futbolu hem oynamisam indide azarkeslik edirem.Sen futbola bele bax ki,bu gun teriflediyivi sabah pislemeyesen.Eger Mustafanin dahi mesqci olmagina subhe edirsense onun karyerasi haqqinda bilgi almalisan.Hem de sair danisanda xahis edirem butun azarkesler adindan danisma.Senin kiminse oyununa xosun gelmirse,o demek deyil ki,hec kimin xosu gelmir.Sen bele serler yazsan guclu sair olarsan.Insallah senin serlerin dersliklerde de ola biler.Serlerin yazanda ozun korrekte edenden sonra sayta gonder.Bir de sene bir qardas kimi meslehetim budur ki,serinde ‘kul basiva Mustafa’yazmisan.Bu senin sairliyinle duz gelmir.Ona gore ki o bizden yasca boyukdyr,hem de komandamizin muellimidir.Biz yazi yazanda tek ozumuzu yox Lenkeranli oldugumuzu unutmamaliyiq.Sen serlerinle oxuculari valeh edirsen,amma agsaqqali tehqir etmek nyfuzuva xelel getirir.Yazmaga sozum coxdur mene ele gelir bu qeder bes eder.

  23. Asaminiz xeyir.Doktor men de’ Azerbaycanli’ayamasi ile yazan qardasla serikem.Saytimizda get-gede intlektual seviyyemizin artdigini hiss edirem.Bu cox gozel ugurdur.Insallah vaxt geler azarkes seviyyemiz de daha da inkisaf eder.Men bu yazimda bele bir fikir yaziram kim istese fikir bildirsin.Biz gerek tenqidin menasini basa dusek.Menim fikrimce tenqid bele olmalidir ki,tenqid olunan seve-seve netice cixarsin,Tenqidciye hormeti daha da artsin.Bizim bezilerimiz ele basa dusur ki,men oyuncunu,mesqcini soysem onlar qorxub netice cixaracaqlar.Ya da hansi oyuncudan menim xosum gelmirse hec kimin xosu gelmemelidir.Onun fikrinin elehine getsen demeli dusmensen.Bir de bezi azarkesler yazirlar ki oz yerlilerimiz uduzsalarda onlar oynasin.O qardaslara demek isteyirem ki,onlar cox gencdirler onlari qelebeye alisdirmaq lazimdir.Eger onlar indiden meglubiyyeti qebil etmeye oyresseler,onlardan mubariz oyuncu olmaz.Ona gore mutexessisler komanda udanda genc oyuncu buraxirlar.xahis edirem fikir bildiresiniz.
    *****
    Salam, Mübariz bəy! Çox düz buyurursuz. Gənclərin, özü də yerli gənclərin əsl mübariz futbolçu kimi yetişməsi üçün və özünəinam hissinə sahib olması naminə, dediyiniz qələbə şərtləri çox vacibdir. İştirak etdiyi oyunu qələbə ilə tərk etmək onun gələcək qələbə ruhu ilə yetişməsi deməkdir. Biz bu haqda vaxtında yazmışıq. Xüsusən gənc məşqçilərimiz haqqında. Onların müstəqil işləyib məğlub olmalarının əleyhinə olaraq, Rednik kimi məşqçidən futbolun sirrlərini öyrənə-öyrənə qələbə ruhu ilə yetişməsi daha çox önəmli üsuldur. Bir də onu deyim ki, yerli oyunçu və yerli mütəxəssis deyərək əlində bayraq tutanlar cəmi iki-üç oyundan sonra belə deyəcəklər:-“Bu nədi, bunlar neyləmək istəyirlər? Bundansa, komandanı buraxmaq lazımdır.”
    Bilirsiz niyə? “Xəzər Lənkəran”ın öz əvəzediciləri ilə hazırlıq oyunlarını unudurlar, ona görə. Həmin hazırlıq oyunlarında əsas komanda əvəzedicilərin qapısına 5, 6, 8 cavabsız top vururdu, özü də zararafatyana. İndi onları “Qəbələ”nin, “Neftçi”nin, “İnter”in, “Bakı”nın, “Simurq”un, hətta “Sumqayıt”ın hansı ki, əsas heyətimiz güclə bacarır onlarla, əsas heyətindəki “divlərin” qabağına özü də yoxlama oyununda yox, rəsmi oyunda buraxsan, bəlkə də hər oyun 5, 10, hətta 15 və daha çox böyük hesabla məğlub olmalarına kim dözəcək? Həmin o yerli-gənc, deyənlər? Yerli-gənclərimiz onda elə sınar ki, bir də futbol meydançasına yox, heç stadiona futbola baxmağa gəlməz! Onların yetişdirilməsi üsulları var ki, bunlardan bir neçəsini də siz demisiniz.

  24. Muəllim salam!-Necəsiniz?
    *****
    Salam, Zəfər bəy! pis deyiləm. Bu arada Lənkəran yollarında olduğumdan saytda ləngimələr qeydə alınıb. İnşallah qaydasında çalışmağa davam edəcəyik.

  25. Yerli oyunçuların azlığı şəraitində, gənc nəslin yetişdirilməsi və perspektivlilərin irəli çəkilməsi kimi vəzifələr üstümüzdə olduğundan əsas komandanı çalışdıranlar bu gənclərin oyunlarını daim izləməlidirlər.
    Gənclərə doğurdan da xüsusi yanaşma tərzi seçilməlidir. Onlarda qorxmazlıq(rəqibdən, məsuliyyətin ağırlığından, hətta yeri gələndə matçı uduzmaqdan, səhv buraxmaqdan), barışmazlıq(məğlubiyyətlə, həqarətlə, ədalətsizliklə, özünün səhvləri və zəiflikləri ilə) və cəngavər ruhu dayanmadan inkişaf etdirilməli, lovğalıq sərhəddini aşmayan və özünüməhvə aparan arxayınçılığa keçməyən kreativliklərinə yol verilməlidir.
    Bununla yanaşı gənclərimizi başqa liqalarda görmək istərdik. Bu gün Zqafqaziya ölkələrindən xaricə ən az futbolçusu çıxan Azərbaycanımızdır ki, bunun da əsas səbəbi başımızın özümüzə qarışmasıdır. Niyə də XL burada daha bir təşəbbüs ağırlığı altına girməsin.
    *****
    Təşəkkür, fikirlərinizə görə!

  26. MUBARIZ GARDAS CALIS DUZE DUZ EYRIYE EYRI DEMEYI BACAR . EGER MEN KIMI TERIFLEYIREMSE DEMEK HEMEN ANDA TERIFE LAYIG OLUB, TENGID OLUNON ISE TENGIDE LAYIGDIR. ONA GORE DUZUN YAZIRAM. SENIN KIMI DURUB NILDONU VE BENUAHINI TERIFLEMIREM. GALDI MUSTAFANINI KORYERASINA ONU MENDEN YAXSI BILMEZSEN. BIRDEKI DEYIRSEN KI FUTBOLDAN ZOVG ALMAGA O VUTBOL HELE AZERBAYCANDA YOXDUR KI ONDAN ZOVG ALAG. CUNKI HEM SEVIYYE ASAGIDIR HEMDEKI HAGSIZLIGLAR COXDUR . GALDI SENIN FUTBOL OUNAMAGIVA DEYASEN HELE GELIB NILDO SEVIYYESINE CATMAMISAN. DEDIKLERIM SENE BES ETMESE ROMAN SENIN UCUN YAZARAM SONRA ISE MEN MUSTAFANI TEHGIR YOX TENGID ETMISEM BUNLARI GORUNUR HELE AYIRA BILMIRSEN.GARDAS YAXSI NETICE OLSAYDI ELBETDE TERIF YAZARDIG . YOXSA YALANDAN NE GEDER TERIFLEYERSEN FSE POLUCAET PO ZASLUGAM .

  27. İnterlə oyuna baxıram…deyirəm – görəcək günlərimiz var imiş..ehh…kaş səni Simurq rolunda görməyəydim, XL…

  28. MUBARIZ GARDAS AXSAMIN XEYIR TERIFLEDIYIN NILDO GORDUN DE NELER ETDI? SONRA DA DEYIRSEN KI FUTBOLDAN ZOVG ALMAG LAZIMDIR. BELE KOMANDANIN FUTBOLU ADAMA ZOVG YOX DERD VERIR ZOVG ALMAG UCUN MEN BILIREM HANSI KOMANDAYA BAXMAG LAZIMDIR . ONU SENDE BILIRSEN . SENDEN FERGLI OLARAG MEN DUZ TENGID ETMEYI BACARIRAM SEN ISE SANKI KIMDENSE ASILI OLARAG , HAG NAHAG KOMANDANI TERIFLEYIRSEN XUSUSILE DE NILDO VE BENUIAHINI.

  29. SALAM NE GEDER YALAN TERIFLER, MUSTAFANIN ADINA DEYILSE O GEDER DE BIZ BUNUN ACISINI DADACAGIG. MEN KOMANDANI TENGID EDENDE VE MUSTAFANIN ADINA TENGIDLI SOZLER YAZANDA MUBARIZ KIMI AZERKESLER MUSTAFANI TERIFLEYEREK, NILDO VE BENUIAHINI TERIFLEYIB, AZ GALA OZLERINI ESL FUTBOL POLITOLOGLARI KIMI GELEME VERIRDILER. AY GARDAS BIR DEFE DUZUN DEYENDE NE OLAR? BIZ MEGER KORUG GORMURUG KI KOMANDA NE GUNDEDIR. BUNUN NEYINI MEN TERIFLEYIM? ORXAN SADIXLI 30 METREDEN GOL BURAXIR. BIR DEFE KUNC ZERBELERINE CIXIB HAVADA TOPU TUTA BILMIR. CUNKI BOYU HEC BIR STANDARTA UYGUN GELMIR. MEN HEC VAXT BU HUNDURLUKDE GOLKIPER GORMEMISEM. MEGER MUSTAFA BUNU GORMUR? ELNUR UMUMIYYETLE OYNAYA BILMIR MEGER DAHI MESGCININ GOZLERI KORDUR BU CATISMAMAZLIGLARI KOMANDADA GORMUR? NE GEDER YALANDAN KOMANDAYA RENG VERIB TERIFLEYERSIZ? MEN DEMIREM KOMANDAYA DESTEK OLMAYAG. AMMA HAGGI NAHAGGA SATMAYAG NILDO NE ILE YADDA GALDI? HANSI UZNEN MUBARIZ KIMI AZERKES ONU TERIFLEYIR HELE USTELIK BELE FUTBOLDAN MUBARIZ KIMI AZERKES ZOVG ALDIGINI BILDIRIR. ELBETDE VUTBOLU HERE BIR CUR ANLAYIR, GORUNUR ONUN ANLAMI FUTBOLU DERK ETMESI HELE XL KOMANDASININ OYUNU SEVIYYESINDEDIR.
    Cavab yaz
    *****
    Telman qardaş, mən müdaxilə etməli oldum. Bilirsiniz niyə? Ona görə ki, bizim saytımızın qaydaları var. Kimi isə təhqir və ya aşağılamaq olmaz. Üstəlik siz bilmirsiniz ki, Mübariz bəyin mədəni səviyyəsi və futbol bilikləri hansı səviyyədədir. Mən burdakı şərhlərdən onun haqqında çox yüksək rəyə malikəm. Həm də Mübariz bəy Nildonu tərifləməyib. Diqqətli olsaz görərsiz ki, o Zohair Benouahinin son oyununu qiymətləndirib. Özü buna cavab versə daha yaxşı olar. Mən sizin haqqınızda da nəsə deyilərsə eyni cür müdaxilə edərəm. Saytımızın mədəni və intellektual səviyyəsi çox yüksəkdir və bunu sizinlə birlikdə qorumalıyıq. Bu səviyyənin əldə oluması heç də asan başa gəlməyib, böyük zəhmət və səylər tələb edib. Xahişim odur ki, bunu hamılıqla qoruyaq. Sizə və bütün istifadəçilərimizə təşəkkür edirik!

  30. MUELLIM AXSAMINIZ XEYR OLSUN VALLAH BUTUN BU GERGINLIKLER KOMANDAMIZIN UGURSUZ CIXISLARI ILE BAGLIDIR. BU GUNKU OYUN ISE LAP BIABIRCI OYUN OLDU. MUBARIZ GARDASIMIZIN 12 OYUNCU SAYTINDAKI MENE YAZILMIS YAZISINDA NILDONUN GEBELEYE VURDUGU GOLU MISAL GETIREREK ONU TERIFLEMESI MENI OZUMDEN CIXARTDI.AXI HAMI ONU PISLEDIYI HALDA MUBARIZIN ONU TERIFLEMESI NESE MENE TOXUNDU.
    *****
    Bu günlər komandamızla əlaqədar hamımız gərginlik və əsəb burulğanındayıq. Bilirəm ki, belə şeylər əsəbdən doğa bilər. Amma bütün hallarda hörmətsizliyə yol verməməliyik. Bu bizə yaraşmır axı…

  31. XL azarkeşi od püskürür, basıldığını həzm edə bilməyən əjdaha qiyafəsindəyik hamımız. Son vaxtlar yaman itiririk zaman-zaman qazanılmış dəyərləri, dözümsüzlüyün lazımsız həddinə yaxınlaşırıq, söyüşün biri bir qəpiyə olan vaxtdan bəri çox sular axmasa da, qiymətlər çooox-çox aşağı yuvarlanıb, tənqidlə təhqirin sərhədi görünməz olub, ara-sıra bir-birimizə də həmlə edirik nanəcibliklə. Bütün bunları izah etməyə də söz tapmaq olar, amma əvvəl qəbahət sayıla bilın hərəkətə yol vermək və sonra onu malalmaq kimi ikiqat əzaba qatlanmaqdansa, elə əvvəldən ədəbdən çox uzaqlaşmamaqla bir oxla iki quşu vurmaq məsləhətdir.
    İtirilmiş mövsümdür, başqa bir şey deyil. Komandanı yenidən qurmaq və XL kimi tanınan səviyyəyə gətirmək lazımdır. Bunun üçün məşqçiyə səhvlərdən nəticə çıxartmağa imkan yaratmaq və qarşısında konkret hədəflər qoyub mütəmadi hesabatını almaqla kontrol mexanizmi yaratmaq lazımdır.
    *****
    Sizcə, bir oxla iki quşu vurmaqmı olur?

    • Olmasın bu kimi cavabsız suallar deyə, çalışmalıyıq ki, onları uçurtmayaq.
      *****
      Biz heç kimi uçurmaq kimi səlahiyyətə sahib deyilik. Sadəcə bəzi quşlar azacıq səsdən də ürkürlər.

  32. SALAM MUELLIM FIKIRINIZLE TAMAMILE RAZIYAM ESEBLESDIYIME GORE UZUR ISTEYIREM.
    *****
    Təki, həmişə qarşılıqlı anlayışlı olaq. Bunun yalnız bizə xeyri dəyər. Üzürxahlığınız Mübariz bəyi də yumşaldar. Çünki o vaxtdan sytımızda şərh yazmır. Elə isə mən də Mübariz bəydən üzrxahlıq etməliyəm. Telman bəy, bir əsəbə hakim olmamaq, görün neçə könüllərə dəyir. Hamımız, Allah şeytana lənət eləsin deyək və qaldığımız yerdən davam edək! Çünki bizim birliyimiz hələ “Xəzər Lənkəran”ımıza çox lazımdır. Komandanı belə vəziyyətdə tərk edib, getmək olmaz. Həqiqətləri isə biz bir yerdə düşünərək tapırıq. Bütün azarkeşlərimizin fikirləri bizim üçün olduqca vacibdir. Bizim üçün deyəndə, “Xəzər Lənkəran” və onun camiəsi nəzərdə tutulur. Bununla bağlı isə bütün azarkeşlərə təşəkkür edirik və səylərinin yalnız komandamız, həmçinin camiəmiz naminə olduğunu bildiririk!

  33. Axsaminiz xeyir.Lenkeranda olmadigima gore serh yaza bilmirdim.Doktor soz azadligini,azad fikri,demokratiyani,hemise desteklemisik.Her yazilan yaziya hormetle yanasiram.Her bir insan oz boyundan hundur tullana bilmez.Ona gore de bunu normal qebul edirem.Kiminse yazisina gore camiyemizi terk etmerem.Men umudluyem ki, vaxt gelecek her sey yoluna dusecek.Insan oxuya -oxuya intilekti artar,.Meselen saytimizda Zeferin,Azerbaycanli qardasin,sizin qabilin ve bezi yazilari oxuyaraq ne ise oyrenirem.Evveller muraciet etmisdik ki, Esebi olanda seytana lenet gonder.Yazimizi bele fikirlesib yazmaliyiq ki,sonra pesiman olmayaq.Bir fikrimi bildirmek isteyirem.Yazilarimizi yazanda komandani fikirlesmek lazimdir.Ona gore basqa saytlar ozlerine serf eden kimi serh edirler.Pis gunun omru az olar, ne qeder bacaririq komandaya destek olaq.Telmanin yazdiqlarin normal qebul edirem amma zakaz yazi yazmagimi bildirir.telman men heyatda kiminse qulu birde kimise uzune teriflemeyi qebul etmemisem. Senin bu cumlevi ona gore qebul etmirem.Bu cumleye kim istese fikir bildirsin,”kul basuva Mustafa’bu tenqiddir yoxsa tehqir?Evvelden minnetdarligimi bildirirem.
    *****
    Mübariz bəy, xoş gördük sizi! Haqlı iradlarınızla razılaşmamaq olmaz və elə bilirəm ki, sayt izləyiciləri də mənimlə razılaşar. Razılaşmayana da tribunamız həmişə açıqdır.

  34. Axsaminiz xeyir.Beli Mustafa Denizlini boyuk umudlerle getiribler.Onun Azerbaycan futbolu haqqinda men bilen melumati olmayib.O hemise haqqin az da olsa qorundugu olkelerde isleyib.Bura gelenden sonra gordu ki, oyunlar kabinetlerde oynanilir.Ancaq Xezerin oyununda bes hakim teyin olunur,Qapinin arxasinda duran hakim ‘penal’ teyin ede bilir.Butun ikili mubarizeler de top reqibe verilir.Bir turda reqibin vurdugu cemi bes qolun besi de ‘penel’-dan vurulur.Denizli mence bunlari bilmirdi.Gelen cempionatda bunlari nezere almalidir.Komandani bele qurmalidir ki, reqib komandalardan iki bas ustun olsun.Mence turk futbolcu almalidir.Turkler bizim mentalitete yaxindirlar,birde oz hocalarina torba tikmezler.Gelen il limitde futbolu daha da maraqsiz edecek.Komandada on bes nefer yerli oyuncu olmalidir ki, reqabet olsun,Yoxsa Orxan bilir ki limite gore men oynayacam, hec bir mesuliyyet hiss etmir.Mesqci sert rejim qoymalidir.Oyuncularin masinlari yigisdirilmalidir.Genc oyuncularimiz hereye bir masin alib avaralanirlar.Mesqde fikirleri ancaq eylenmek uste qalib.Bunlari hamisin gorub qeyd edirem.Sonra deyirik yerlileri niye oynatmirlar.Bizimkilerin esas problemleri mesuliyyetsizlikdir.Biz de sebirli olaq gelen sezonu gozlemeliyik.Her halda Denizli de biabir olmagini istemez.Komandamiz da onun tecrubesinden istifade etmelidir.Xahis edirem bu qeder de tehqire yol vermeyek, azarkes, insanliq medeniyyetimizi gosterek.
    *****
    Nümunəvi şərhinizə görə sizə yalnız təşəkkür etmək qalır!

  35. Bir neçə gündür ki, informasiya saytlarında XL-in on illik yubileyinə həsr olunmuş mahnı kimi təqdim olunan bəstənin təklif olunduğunu görsəm də, canki hansısa qüvvə məni bu “əsərə” müraciət etməkdən çəkindirirdi. Görünür son bir ildə bütün arxada qalan illərdə olmayan qədər gərginlik yaşamalıyıq ki, rəvan yola çıxaq. Nəhayət komandanın Rəvanla ev oyununu keçirmək üçün paytaxtdan yola çıxacağı bu səhər mahnıya qulaq asdım. Musiqiçi deyiləm, heç bir təhlil və müqayisə etmək fikrində də deyiləm. Amma bir azarkeş kimi, təklif olunan bu məhsulun potensial istehlakçısı kimi münasibətimi bildirməliyəm ya yox? Gizlətmirəm, səhər-səhər ovqatımı pis kökə salan bu muahnıya birinci reaksiyam – “bbu nədi, ala”, oldu. Ay qardaş, Allah xatirinə, buraxmayın belə şeyləri meydana. Məzmun bir yana qalsın, axı bu nə marşdır, nə layladır, nə … ardını gətirən gətirsin.
    *****
    Bu on illiyə lap Bethoven, Vivaldi, Maricone elə Ü. Hacıbəyov, S. Hacıbəyov ya Q. Qarayev olsun nəsə yazarsa, hamısı bayağı olar. Bu onillikdə bizə uşaq da yazsa, “əsl dirçəliş” marşı yazmalıdır ki, adamı düşündürə və camiəni səfərbər edə bilsin!

  36. Yazıların birində (20.04.2014) D.Mustafanın Türkiyədə növbəti səfər zamanı dəyişdirildiyi iddia edilirdi. Ümidvaram ki, III Mustafanın taxta çıxması uğurlu yolun başlanğıcı olacaq.

Comments are closed.