"İlk üçlüyün qənimi": “Xəzər Lənkəran” hamıdan yaxşıdır!

Topaz Premyer Liqasında liderlərdən ən çox xal alan komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, XXI turda “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşan klublardan hamıdan çox – 9 xal qazanıb.
Son qələbə ilə cənublular “Qarabağ”, “Neftçi”, “Qəbələ” “üçlüy”ünün qəniminə çevrilib. Bu matçadək liderlər üçün ən arzuolunmaz komanda AZAL idi. “Təyyarəçilər” 3 ən güclü komandadan 7 xal qoparıb. Düzdür, onlar Lənkəran təmsilçisindən daha az oyun keçirib. Lakin rekordçuya çatmaq üçün bu 2 matçda hələ uduzmamaq lazımdır.
“Bakı” ilə “Simurq”un da liderlərlə oyunlarda lap aciz olmadığını söyləmək mümkündür. Zaqatalalılar ilk “üçlük” təmsilçilərinə hamıdan az uduzub. Bakılılar isə 6 oyunda 6 xal qazanmaqla, “Xəzər Lənkəran” kimi orta hesabla hər görüşdə 1 xal əldə edib.
Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “İnter” isə əksinə, liderlərlə oyunlarda aciz təsiri bağışlayır. Əks halda, onlar özləri ilk 3 yerdən birində qərarlaşmış olardı. Hətta autsayder “Sumqayıt” da “bankirlər”dən yaxşı çıxış edir. “Rəvan” isə ilk 3 yerin sahibi ilə görüşən 7 klub arasında sonuncu pillədədir.

klub O Q H M T/F X
1 Xəzər Lənkəran 9 2 3 4 7-15 9
2 AZAL 7 2 1 4 6-11 7
3 Bakı 6 2 0 4 7-10 6
4 Simurq 7 0 4 3 1-6 4
5 Sumqayıt 7 1 1 5 4-16 4
6 İnter 6 1 0 5 7-12 3
7 Rəvan 6 0 2 4 2-9 2

 
Mənbə: Apasport.az

2 thoughts on “"İlk üçlüyün qənimi": “Xəzər Lənkəran” hamıdan yaxşıdır!”

  1. Mən də həmişə bunu arzulamışam ki, “Xəzər Lənkəran” özü lider olmaq şərtiylə arxasıyca gələn komandaların qənimi olsun.

Comments are closed.