İki fərqli teleməkan, bu yazıya oldu təkan

AzTv
Ərsəyə gələn bu yazıya, başlığından da göründüyü kimi hər hansı bir məsələyə iki fərqli baxış prizması təkan oldu. Deyilən məsələ 27 mart 2010-cu il, saat 18:00-da Lənkəran şəhərində “Xəzər Lənkəran Mərkəzi Stadionu”nda baş tutan “Xəzər Lənkəran”-“Neftçi” qarşılaşmasıdır. İki fərqli baxış prizması isə biri “İdman Azərbaycan” telekanalı, o biri isə “Xəzər” tv-nin baxışlarıdır.
 
Bu yazının müəllifinin futbol idarəçiliyi adına ləkə olan həmin oyunun canlı şahidi olduğundan, hər iki telekanalda yayımlanan bu verilişlərə münasibət bildirməyə haqqı çatır. Bu oyunda nələr oldu, nələr yaşandı artıq bir çox kütləvi informasiya vasitələrinin köməyi ilə olanlardan xəbərdarsınız. İdman Azərbaycan kanalı, köhnə AZtv ənənələrinə sadiq qalaraq bu oyunun videoyazısını əvvəlcədən elan etdiyi vaxtda deyil bir neçə saat sonra nümayiş etdirdi. Görünür, özlərinin də dediyi kimi Azərbaycan Derbisi adlandırdıqları bu oyunu canlı yayımlamadıqları kimi oyunun videoyazısının gecikdirilməsində də hansısa məqsədləri var idi. Əyər bu oyunu derbi adlandırırsansa, onda sual olunur bunu niyə canlı yayımla vermirdiniz?! Axı, Lənkərandan dəfələrlə matçların canlı yayımının şahidi olmuşuq. Əslində bilərəkdən bunu matç kimi deyil, oyun kimi göstərirəm ki, çünki burada hakim əli ilə min bir oyun çıxarıldı. İdman Azərbaycan kanalı da burada heç nə olmayıbmış kimi videoyazı nümayiş etdirməklə, bu oyunlarda özünün də məsuliyyət payı olduğunu göstərmiş oldu. Adi matçlarda lazımi epizodları oyunun gedişində dəfələrlə təkrar göstərən bu kanal həmin oyunda birinci qol epizodunu çıxmaq şərtilə heç bir epizodun təkrarını vermədi. Halbuki oyun ərzində kifayət qədər mübahisəli yox, biabırçı hakim qərəzləri var idi. Məhz ona görə, vermədi yox, verə bilmədi desək daha düz olar.
 
Ardinca, bu kanalda 21:30-da gedən “Premiyer Liqa” verilişində də eyni ssenarinin şahidi olduq.Bu verilişdə adəti üzrə, həmişə turun oyunları qisaca göstərilir və mübahisə doğuran məqamlar “təhlil olunurdu”,  az çox  maraq doğuran sual qoyulurdu və tamaşaçılar həmin suallara cavab verməklə müzakirələrə qatılırdılar. Bu verilişdə isə məşqçi gətirmək səlahiyyəti tam özündə olan “Bakı” klubuna aid belə bir sual qoyulmuşdu: Sizcə “Bakı” klubuna hansı məşqçi gətiriləcək? Və bir neçə mütəxəssisin adları göstərilir tamaşaçılardan cavab tələb olunur.  Demək lazımdır səlahiyyət “Bakı”nın, vəsait “Bakı”nın sənə nə?  O qədər müzakirə olunası məsələlər var ki, biri də elə Əfqan Həmzəyev.
 
Amma gecə saatlarında “Xəzər” tv-də başqa mənzərənin şahidi olduq. Mümkün qədər olanları görmək və gördüklərini tərəfsiz çatdıra bilmək bacarığı olan bir jurnalistikanın məhsulu. Ona görə tərəfsiz ki, həm verilişin gedişatı, həm də hər iki klub rəsmisinin və bir jurnalistin iştirakı ilə baş tutan bu “Futbol saatı” verilişi, günün aktual idman hadisəsi olan bu oyundan kifayət qədər videogörüntü təqdim etməklə müzakirələrə meydan verdi. Təqdim olunan bu görüntülərin müzakirəsində “Neftçi” rəsmisinin bütün izahlarını cəfəngiyyat adlandırmaq olardı. Məsələn, onun öz qapılarına penal verilməsi epizoduna verdiyi şərhə baxaq:  “Burada düzdür top müdafiəçimizin açıq əlinə dəyir, ancaq gəlin görək ötürmə cərimə meydançasına gedib çatsaydı orada  “Xəzər Lənkəran”ın bir oyunçusu var idi, bizim isə beş futbolçumuz və yəqin ki, top ona çatsaydı belə qol olmayacaqdı. Ona görə belə epizoda penal təyin etməzlər və burada ciddi hakim səhvi yoxdur” deməklə, özünü nə qədər gülünc vəziyyətə salır və futbol biliyinin nə qədər aşağı olduğunu nümayiş etdirir. Biz isə demək istəyirik ki, nəinki 5, hətta 7, 8, 9 rəqib oynçu arasında bir tək hücumçunun, oyunun taleyini həll edən qol vurmasına sən özn də dəfələrlə şahid olmamış deyilsən. Bu futbolda çox rast gəlinən haldır. Bu kimi epizodlara məntiqsiz izahlarıyla şərh verən “Neftçi” rəsmisi sonda azarkeşlər barədə söbət gedərkən yeganə düz bir fikir səsləndirdi: ”Lənkəranda gözəl futbol ab havası var, demək olar hər oyunu 10-15 min azarkeş izləyir, amma bizim bu qədər azarkeşimiz yoxdur” deməklə “Xəzər Lənkəran”ın öz azarkeşləri ilə birlikdə daha güclü və qələbəyə layiq olduğunu rəsmən təsdiqləmiş oldu.
 
Bəli, “Xəzər Lənkəran” həqiqətən güclüdür, onun azarkeşi də ona sadiq və daim yanındadır həmçinin futbol biliklərinə kifayət qədər malik olan insanlardır.Bu həmişə belə olacaq.Bizim sirrimiz də bundadır.
 
 
 
 
 
Müəllif: Mirhafiz M. Babayev      “Bosman” fanklubundan            30.03.2010
 
Arxiv: Bosman.at.ua
 

2 thoughts on “İki fərqli teleməkan, bu yazıya oldu təkan”

  1. (30/Mar/2010 12:08)
    yazini beyendim. Idman AZTV ile Xezer TV muqayise oluna bilmez. Aztv-nin Xezer TV-ye catmasina hele iller lazimdir..

  2. (30/Mar/2010 14:04)
    Xezer TV ye teshekkurler.
    Svetkovun cornerden vurdugu topun xettden cixdigini deyirler. Topun cixib cixmadigi eslinde subut etmek olar. Turkiyenin “DIGITURK” kanali Turkiyenin meshur bir oyunu ucun bunu etmisdi. Bunun ucun xususi komputer programi var. Hemin oyun Galatasaray ile hansisa klub arasinda kecirilmisdi ve orda da mubahiseli epizod var idi. Shexsen men internetde hemin epizoda o komputer proqrami ile baxmisam ve orda aciq askar problemi oz hellini tapib.
    Bunun ucun video yazini DIGITURK kanalina gondermekle mubahiseli epizodun cavabini ala bilerik

Comments are closed.