Nəhayət, “Xəzər Lənkəran” azarkeşləri ilə birlikdə “Bosman” fanklubunun birgə mübarizəsi nəticə verdi. Həqiqət müəyyən mənada bərpa olunmuş sayıla bilər. Belə ki, “Xəzər Lənkəran”a və onun azarkeşlərinə qarşı açıq mübarizəyə keçmiş olan futbol “başbilənlərimiz” cəzalandırıldılar. Onu da qeyd edək ki, əvvəlcədən deyildiyi kimi stadionumuzu ciddi cəzaların gözlənilməsi fikri də boşa çıxdı. Stadionumuz bizsiz qalmadı.Bu azarkeşlərimizin qələbəsidir.
Namiq Məstanova töhmət verilib
27 mart 2010-cu il tarixində Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş «Xəzər-Lənkəran» – «Neftçi» oyununun AFFA nümayəndəsi Namiq Məstanov vəzifə səlahiyyətlərini aşdığı üçün Hakim-İnspektorlar Komitəsinin qərarı ilə Namiq Məstanova töhmət elan olunub.
PFL-ə xəbərdarlıq elan olunub
AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə Unibank Premyer Liqasının oyunlarının təşkilatçılığında yol verdiyi nöqsanlara görə Peşəkar Futbol Liqasına yazılı xəbərdarlıq elan olunub.
Xaqani Məmmədova töhmət verilib
AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova işdə yol verdiyi nöqsanlara görə töhmət elan olunub.
Əfqan Həmzəyev cəzalandırılıb
27 mart 2010-cu il tarixində Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş «Xəzər-Lənkəran» – «Neftçi» oyununun baş hakimi Əfqan Həmzəyev oyuna hazırlıqla bağlı qeyri-peşəkar hərəkətlərə yol verdiyi üçün Hakimlər Komitəsinin qərarı ilə 3 oyunluq cəzalandırılıb.
Arxiv: Bosman.at.