"Fırtınalar Meydanı"nın qarlı görüntüləri 12-13 Dekabr 2013 (Video)

Respublikada qış fəsli yavaş-yavaş özünü göstərməyə başlayıb. Artıq keçən gün ilk qar də yağdı. Təbiətin qanunauyğunluğu davam etməkdədir. Dekabr ayının 15-də “Xəzər Lənkəran” öz meydanında Bakının “Rəvan” klubunu qəbul edəcək. Komandamız hər gün oyuna hazırlaşır. Lakin təbiətin şıltaqlığı Lənkəranda da özünü göstərib. İndi dekabrın 15-də “Xəzər Lənkəran” – “Rəvan” oyununun keçiriləcəyi “Fırtınalar Meydanı”ndan qarlı görüntüləri təqdim edirik.

4 thoughts on “"Fırtınalar Meydanı"nın qarlı görüntüləri 12-13 Dekabr 2013 (Video)”

  1. Salam, hörmətli Mirhafiz müəllim! Ümumiyyətlə 2013-cü ildə biz “Fırtınalar meydanı”nda bir neçə oyunu çıxmaq şərtiylə babat hava şəraitində futbola baxa bilmədik. Əksər oyun günü yağışlı hava şəraiti hökm sürüb. “Azal”la ev oyunu qatı duman olduğundan iki günə oynanıldı, indidə qarlı-şaxtalı, soyuq havada “Rəvan”la oynamalıdır. Allah axırın xeyir eyləsin.
    *****
    Doğru buyurursunuz Qabil bəy. Ümumiyyətlə bu 2013-cü il Superkuboku çıxmaq şərti ilə nə komandamıza, nə də camiəmizə
    düşmədi. İnşallah üzümüzə gələn 2014-cü il, hamımıza xoşbəxtlik gətirər.

  2. ümidsiz insan qanadları qırılmış quş kimidir.
    Biz gələn ilin Xəzər üşün düşərli olacağına inanırıq .Dənizli, dəniz adı götürmüş komandamıza çempionluq yaşadacaq

Comments are closed.